Şək. 51. Əsas barik sistemlər və onların yerləşməsi
Barik sistemləri təhlil etmək üçün ilkin olaraq təzyiq
qradiyentini və onun üfüqi və şaquli kəmiyyətlərini təhlil etmək
vacibdir.
Tam təzyiq qradiyenti
– izobarik səthlər haqqında əyani təsvir
yaradır və bütün istiqamətlərdə təzyiqin dəyişməsini xarakterizə
etməyə imkan verir (G). Tam təzyiq qradiyenti təzyiqin azalmasına
tərəf istiqamətlənib və kəmiyyətcə vahid məsafədə təzyiqin
dəyişməsinə bərabərdir:
,
Δ
ΔP
G
burada,
G – üfüqi barik qradiyent, ∆P – təzyiq fərqi, ∆
– məsafə.
Tam təzyiq qradiyentini şaquli və üfüqi kəmiyyətlərə ayırmaq
olar ki, bunlara da
şaquli və üfüqi təzyiq qradiyentləri
deyilir.
Atmosfer təzyiqi şaquli istiqamətdə üfüqi istiqamətə nisbətən bir
neçə dəfə çox dəyişir. Hava sütununun kütləsi yuxarı qalxdıqca
azaldığına görə atmosfer təzyiqi müvafiq olaraq azalır. Atmosfer
təzyiqi yuxarı qalxdıqca hər 10 m-də 1mm aşağı düşür. Qeyd
edilən kəmiyyət dəyişkənlikləri
atmosfer təzyiqinin şaquli
qradiyenti
adlanır.
Sinoptik xəritələrdə barik sahənin müəyyən hissələrində üfüqi
təzyiq qradiyentləri ölçülür. Adətən, bu rəqəm yer səthində hər 100
km-ə 1-3 hPa təşkil edir.
Şimal yarımkürəsində siklonlarda hava hərəkəti saat əqrəbi
əksinə dövr edir (cənub yarımkürəsində saat əqrəbinin hərəkəti
istiqamətində) və hava axınlarında konvergensiya müşahidə
olunmaqla, onların hərəkəti kənarlardan mərkəzə doğru
istiqamətlənir.
Mərkəzə axan hava kütlələri şaquli istiqamətdə yuxarıya
qalxaraq müəyyən hündürlükdən sonra mərkəzdən kənarlara doğru
yayılmağa başlayır.
Siklonda havanın nizamlı şəkildə yuxarı qalxması onun
soyumasına və doymuş hala gəlməsinə səbəb olur, nəticədə, də
buludlar, yağıntılar yaranır. Antisiklonda isə əksinə, yer səthinə
yaxın sahələrdə hava axınlarının mərkəzdən kənarlara doğru
divergensiyası baş verir, nəticədə, antisiklonların mərkəzlərində
enən hava axınları yaranır. Bu zaman müəyyən hündürlüklərdə isə
əksinə, hava axınlarının yığılması baş verir. Yuxarıda qeyd edilən
sirkulyasiyalar şəkil 52 (a, b)-də təsvir edilmişdir.
Şək. 52 (a). Siklonda hava dövranı
Şək. 52 (b). Antisiklonda hava dövranı
Enən hava axınları antisiklonda hava hissəciklərini qızdırır və
onu doyma halından uzaqlaşdırır. Bunun nəticəsində də buludların
miqdarı azalır və ya onların əmələ gəlməsi əngəllənir. Siklon və
antisiklonlar nəhəng hava burulğanları olaraq, onların ölçüləri bir
neçə 100 km-dən 1000 km-ə qədər və daha çox olur.
Şaquli istiqamətdə siklon və antisiklonlar bütün troposferi əhatə
edə bilərlər. Beləliklə, siklon və antisiklonlarda sirkulyasiya
sisteminə böyük hava kütlələri cəlb olunur ki, onlar da çox nəhəng
kinetik enerjiyə malik olurlar. Məsələn, diametri 1000 km və şaquli
qalınlığı 5 km olan siklonlarda 10 m/san sürətli sirkulyasiyaya
malik hava kütləsi
17
10
2
coul kinetik enerjiyə malik olur və bu da
50 milyon ton trotilin partlayışı nəticəsində yaranan enerjiyə
ekvivalent hesab edilə bilər. Bu deyilənlərdən aydın olur ki, siklon
və antisiklonların yaranması üçün atmosferdə lazımi qədər
potensial enerji ehtiyatı olmalıdır və xüsusi şərait yarandıqda
potensial enerji kinetik enerjiyə çevrilir. Təcrübələr göstərir ki,
siklon və antisiklonlar, əsasən, temperatur və təzyiq fərqləri çox
olan rayonlarda, yəni Yüksək Cəbhə Zonaları (YCZ) yerləşən
ərazilərdə daha çox inkişaf edirlər.
YCZ-na yer səthində atmosfer cəbhələri uyğun gəlir, ona görə də
siklon və antisiklonların yaranması atmosfer cəbhələri zonasında
baş verir. Bu zaman siklonlar çox vaxt cəbhələrdə, antisiklonlar isə
cəbhənin yaxınlığında (soyuq havada) yaranırlar. Gündəlik aeroloji
və sinoptik xəritələrin təhlili göstərir ki, siklonik və antisiklonik
xarakterli sirkulyasiyalar atmosferin Yerə yaxın təbəqəsində daha
çox yaranır. Siklon və antisiklonlar inkişaf etdikcə, sirkulyasiya
atmosferin daha yuxarı qatlarınadək yayılır. Barik mərkəzlər əvvəl
Yer üzərindəki xəritələrdə, sonra isə daha yuxarı hündürlüklərdə
müşahidə edilir. Yarandıqları hündürlükdən asılı olaraq siklon və
antisiklonlar alçaq və yüksək olmaqla, iki yerə bölünür. Alçaq
barik sahələr, adətən, 2-3 km hündürlüyə qədər, yüksək barik
sahələr isə bütün troposferdə və bəzən aşağı stratosferdə də
müşahidə olunur. Siklon və antisiklonlarda küləklərin istiqamətləri
müxtəlif yarımkürələr üzrə balanslaşdırılmış qüvvələrin (Təzyiqin
Qradiyent Qüvvəsi (TQQ), Koriolis qüvvəsi) təsiri altında şəkil 53
və şəkil 54-də verilmişdir
Şək. 53. Şimal Yarımkürəsində qapalı izobarlar boyunca külək
dövranının yaranma mexanizmi
Şimal yarımkürəsində balanslaşdırılmış qüvvələrin təsiri altında
küləklər yüksək təzyiq sahəsində saat əqrəbi istiqamətində, alçaq
təzyiq sahəsində isə saat əqrəbinin əksinə əsirlər.
Dostları ilə paylaş: |