N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   40   41   42   43   44   45   46   47   ...   90

 
açıq  və  ya  az  buludlu  səmanın  olmasıdır.  Radiasiya  dumanlarının 
şaquli qalınlığı bir neçə metrdən bir neçə on metrə qədər, bəzən isə 
100-200  m  -  dək  çata  bilir.  Belə  dumanların  ən  sıx  yeri  bilavasitə 
yer  səthində  olur,  hündürlüyə  qalxdıqca  isə  onların  sıxlığı  azalır. 
Radiasiya  dumanları  düzənlikdə,  su  hövzələrinin  üzərində  və 
rütubətli  yerlərdə  daha  çox  yaranırlar.  Buna  görə  də  bu  dumanlar 
məhdud bir ərazini tutur və uçuş hündürlüyündən lələklər şəklində 
müşahidə olunurlar. Belə dumanlar, əsasən, gecə saatlarında (02-03 
radələrindən  sonra)  formalaşmaqla,  davamiyyət  dövrü  çox  zaman  
5-8 saatadək olur. Radiasiya dumanları, əsasən, ilin soyuq və keçid 
dövrləri    üçün  daha  xarakterik  hesab  edilirlər.  Belə  dumanların 
təkrarlanmasının  maksimumu  yer  səthi  ilə  hava  kütləsi  arasında 
böyük  temperatur  fərqləri  olduqda  və  küləyin  sürətinin  1-3  m/san 
olduğu hallarda müşahidə edilir.    
     Advektiv  dumanlar
  soyuq  səth  üzərinə  hərəkət  edən  isti  və 
rütubətli  havada  yaranır.  Bu  cür  dumanlara  cəbhə  dumanları  da 
demək olar. İsti hava kütləsinin soyuq səth üzərinə hərəkəti zamanı 
yerüstü  sərhəd  təbəqəsində  inversiya  qatı  yaranır  və  havanın 
soyuması aşağı qatda yuxarı qata nisbətən daha çox olur. 
     Advektiv  dumanların  şaquli  qalınlığı  yer  səthindən  başlayaraq 
inversiya  layının  yuxarı  qatına  qədər  davam  edir.  Advektiv 
dumanların  və  inversiyanın  qalınlığı  bir  neçə  on  metrdən  1,5-2,0 
km-ə  qədər  çatır.  Adətən,  bu  halda,  dumanlar  St  buludları  ilə 
birləşirlər.  Radiasiya  dumanlarından  fərqli  olaraq,  advektiv 
dumanlar 3-7, bəzən isə 12-15 m/san küləklərdə də yarana bilir. Bu 
dumanların  davamiyyət  dövrü  radiasiya  dumanlarından  fərqli 
olaraq, bir neçə saat, bəzən bir neçə sutkayadək ola bilir.  
       Advektiv 
dumanların 
yaranma 
sxemi 
şəkil 
48-də 
göstərilmişdir. 
       Advetkiv  –  radiasiya
  dumanlarının  yaranmasında  isə  hər  iki 
təsir özünü birgə biruzə verir. Yəni, burada həm isti havanın soyuq 
səth  üzərinə  hərəkəti,  həm  də  radiasiya  soyuması  baş  verir.  Belə 
dumanların yaranması üçün əlverişli sinoptik şərait, yüksək rütubət, 
gecələr aydın səma və küləyin sürətinin 3-4 m/san-dək olması  əsas 
sinoptik şəraitlərdən hesab edilir. 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 48. Advektiv dumanların yaranma sxemi 
     
 
     Advektiv-radiasiya  dumanları,  adətən,  səhər  vaxtı  yaranır  və 
böyük  ərazini  əhatə  edirlər.  Bu  tip  dumanların  sıxlığı  çox, 
davamiyyəti isə uzunmüddətli olur. 
     
Buxarlanma  dumanları
  adından  göründüyü  kimi,  buxarlanma 
nəticəsində formalaşırlar. Bu zaman su hövzəsinin səthi ilə hərəkət 
edən  hava  kütlələri    səthdən  buxarlanma  nəticəsində  doymuş  hala 
düşürlər  və  əksər  hallarda  havanın  temperaturu  su  səthinin 
temperaturundan 8-10
0
C aşağı olur. 
     Buxarlanma  dumanları,  əsasən,  payızda    soyuq  havanın  quru 
səth  üzərindən  çay  və  göllərin  üzərinə  hərəkəti  zamanı  da  yarana 
bilirlər. 
     Dumanların  ən  çox  müşahidə  olunan  növlərindən  biri  də  dağ 
yamaclarında  əmələ  gələn 
yamac  dumanlarıdır. 
Onlar  dağ  yamacı 
ilə  qalxan  havanın  adiabatik    soyuması  nəticəsində  yaranırlar  və  
yamacla  yuxarı  hərəkət  edən  dumanlar  çox  zaman  dağ  zirvələrini 
bağlayırlar.  Uçuş  zamanı  yuxarıdan  baxdıqda  belə  dumanlar  laylı 
buludlara  da  oxşayır,  ona  görə  də  dağlıq  zonada  uçuşlar  zamanı 
təhlükəsizlik    hündürlüyünü  saxlamaq  vacibdir  və  bu  buludlu 
 


 
zonaları  keçib  aşağı  enmək  çox  təhlükəlidir.  Yamaclarda  əmələ 
gələn dumanların yaranma sxemi isə şəkil 49- da göstərilmişdir: 
 
 
Şək. 49. Yamaclarda dumanların yaranma sxemi 
 
     Bütün növ dumanların əmələ gəlməsi üç mərhələdən ibarətdir: 
     1)  Dumanların  əmələgəlmə  mərhələsi
  –  bu  dövr  dumanın  ilkin 
əlamətlərinin  yaranması  vaxtından  onun  nisbətən  böyük  ərazi 
üzərində  yayılmasınadək  olan  bir  dövrü  əhatə  edir.  Advektiv 
dumanların  müşahidə  məntəqəsi  üzərindən  keçdiyi  dövrdə  bu 
mərhələ  bir  neçə  dəqiqə,  radiasiya  dumanlarında  isə  bu  mərhələ  
əksinə  bir  neçə  saat  davam  edə  bilər.  Lakin  bu  mərhələ  tez  də 
formalaşa  bilər.  Radiasiya  dumanları  ilk  dövrdə  məhdudlaşmış 
ərazidə  və  cərgə  şəklində  də  ola  bilər.  Gecə  vaxtı  belə  cərgələrin 
əmələgəlməsi  onlardan  birinin  ölçü  cihazına  düşməməsinə  qədər 
müşahidə oluna da bilər.  Bu halda aerodromda bütövlükdə,  bəzən, 
yarı hissəsini tutan səthi, yerüstü dumanlar da əmələ gələ bilər.  


 
     2)  Dumanların  əsas  mərhələsi
-  bu  mərhələ  dumanın  bütün 
növlərinə  aiddir.  Bu  mərhələdə  aerodromun  əksər  hissələrində 
dumanlar  dayanıqlı  qat  əmələ  gətirirlər,  məkan  və  zaman 
baxımından    bircinsdirlər.  Belə  ki,  başqa  hallarda  dumanın    əsas 
qatında görünüşün dəyişməsi  50 % - dək ola bilər.  
     3)  Dumanların  zəifləmə  mərhələsi
-  bu  mərhələ  dumanın 
zəifləməsi  və  dağılması  dövrüdür.  Dumanda  görünüşün  dəyişməsi 
əsaslı  yer  tuta  bilər.  Bu  dövr  radiasiya  dumanlarında  Günəşin 
çıxması  vaxtı  ilə  əlaqəli  olub,  qısa  zaman  ərzində  (bəzən,  0,5 
saatadək)  baş  verir.  Adveksiya  dumanlarında  isə  bu  mərhələ  bir 
qədər fərqli olub, qarışan hava kütlələrinin temperatur kontrastının 
azalması və ya heçə enməsi ilə əlaqədardır.    
     Əgər  görünüş  məsafəsi  1  km-dən  10  km-dək    olarsa,  görünüşü 
pisləşdirən  bu  atmosfer  hadisəsinə 
çən
  deyilir.  Çənin  yaranması 
dumanın  fiziki-sinoptik  şəraiti  ilə  eynidir.  Lakin  dumanda 
meteoroloji görünüş  məsafəsi 1 km-dən aşağı olduğu halda,  çəndə 
görünüş  məsafəsi 10 km  müşahidə edilir  və çənin  fərqləndirilməsi 
üçün  nisbi  rütubət  amilini  də  nəzərdən  qaçırmaq  olmaz.  Çən 
zamanı havanın nisbi rütubəti çox zaman 60-80 % təşkil edir. Çən 
hadisəsi  də  intensivliyinə  görə  dumanlar  kimi  zəif,  mülayim  və 
güclü  olmaqla,  üç  növə    bölünürlər.  Zəif  çən  zamanı  meteoroloji 
görünüş məsafəsi 4-10 km, mülayim çən zamanı 2-4 km, güclü çən 
zamanı isə 1-2 km-dək zəifləyir.  
       
   
Meteoroloji və qalxma – enmə zolağında görünüş  
   məsafələri 
 
     Uçuşların yerinə yetirilməsinə ən çox təsir göstərən meteoroloji 
elementlərdən  biri  də  meteoroloji  görünüş  məsafəsidir.  Görünüş 
məsafəsi    oriyentirlərlə  gündüz,  işıq  oriyentirlərinin  isə  gecə 
göründüyü  və  tanındığı  maksimal  məsafəyə  deyilir.  Görünüş 
şəraitinin  atmosferdə  bulud,  yağıntı,  duman  əmələgətirən  bərk  və 
maye  qarışıqları  ilə  sıx  əlaqəsi  vardır.  Uçuşların  meteoroloji 
təminatı  zamanı  aşağıdakı  görünüş  məsafələrini  bilmək  və  təyin 
etmək çox zəruridir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə