N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   36   37   38   39   40   41   42   43   ...   90

 
adlandırırlar.  Onların  bu  yarımnövü  Cc  tractus  adlanır.  Mülayim 
qurşaqda  onların  hündürlüyü    6-8  km-ə,  bəzən  isə  10-11  km-ə 
qədər  çata  bilir.  Bu  buludların  qalınlığı  200-400  m  təşkil  etməklə 
tərkibi buz kristallarından ibarətdir. 
     Layvari  buludlar
  isti  havanın  şaquli  nizamlanmış  hərəkəti 
zamanı  yaranırlar.    Bu  zaman  şaquli  hərəkətlərdə  çox  böyük  hava 
kütlələri  iştirak  etməklə  bütöv  bulud  sahəsi  əmələ  gələ  bilir. 
Layvari buludlara Ns (laylı-yağışlı), As (yüksək-laylı), Cs (lələkli-
laylı), Ci (lələkli) buludları  aiddir. 
     Yağışlı  -  laylı  buludlar    (Ns)
  –  boz  rəngli  bulud  növü  olaraq, 
aşağı  sərhəddi    100-1000  m  və  bəzən  30  m-dək,  qalınlığı  isə  bir 
neçə yüz m-dən bir neçə km-ə qədər dəyişir. Yağışlı - laylı
 
buludlar 
öz  quruluşuna  görə  qarışıq  tərkibli  buludlardır.  Həddən  artıq 
soyumuş  damcılar  buludun  aşağı  hissəsində,  orta  və  yuxarı 
hissələrdə  isə  buz kristalları  yerləşir.  Yağışlı  -  laylı
 
buludlar digər 
buludlardan  fərqli  olaraq,  yüksək  davamiyyətli  (bəzən  bir  neçə 
sutkayadək), az intensiv aramsız yağıntılar verir. Yağıntılar zamanı 
Ns  buludlarının  altında  laylı  buludların  yarımnövü  olan  dağınıq 
yağışlı buludlar (Frnb) müşahidə edilir. 
                           
      
 
                           
 
                           Şək. 43. Yağışlı- laylı buludlar 


 
     Yüksək-laylı  buludlar (As)
 – Yer səthindən  baxdıqda onlar boz 
bulud  layına  oxşayır,  bəzən  isə  dalğalı  olurlar.  Buludun  qalınlığı 
ilin fəslindən, en dairəsindən, yerli şəraitdən asılı olaraq 1000-2000 
m  təşkil  edir.  Bu  buludlar,  adətən,  qarışıq  quruluşa  malikdirlər. 
Burada əsas üstünlüyü kiçik, həddən artıq soyumuş damcılar və buz 
kristalları  təşkil  edir.  Yüksək-laylı  buludlar,  əsasən,  ilin  soyuq 
dövrlərində  aramsız  qar,  keçid  dövrlərində  isə  fasilələrlə  aramsız 
yağışlar  verirlər.  Xarici  görünüşünə  görə  As  buludlarını  Ns 
buludlarından fərqləndirmək çox zaman bir qədər çətinlik törədir.  
                       
    
 
                   
 
                    Şək. 44. Yüksək-laylı buludlar (As) 
 
     As  buludlarının əsas yarımnövü As op və As trans buludlarıdır. 
     Lələkli  -  laylı  buludlar  (Cs)
  –  ağ,  yaxud  boz  rəngli,  nazik 
buludlardır.  Günəşin  və  Ayın  şüaları  bu  buludlardan  keçir.  Bu 
buludlar buz kristallardan ibarətdir. Cs buludlarını  ilk baxışdan As 
buludlarından  ayırmaq  bir  qədər  çətinlik  törədir.  Onları 
fərqləndirən  əsas  cəhət  Cs  buludlarının  daha  nazik  olması  hesab 
olunur.  Cs  buludları  çox  zaman  səmanı  tam  örtə  bilir.  Digər 
lələkvari buludlardan Cs-un fərqi ondadır ki, onlar daha bircins və 
dəyişməz  olurlar.  Ümumiyyətlə,  lələkvari  buludların  heç  birindən 
yağıntı düşmür.    


 
     Lələkli    buludlar  (Ci)
  –  ucları  əyilmiş,  ağ,  nazik  buludlar 
olmaqla,  kiçik  buz  kristallarından  ibarətdir.  Lələkli  buludların  ən 
çox  müşahidə  olunan  yarımnövü  uzunsov  şəkilli  (Ci  uncus) 
yarımnövüdür. 
 
 
 
Şək. 45. Lələkli buludlar (Ci) 
 
     Buludları  tədqiq  edərkən  onların  mikrofiziki  quruluşlarını  və 
xüsusiyətlərini  bilmək  elmi  və  praktiki  cəhətdən  çox  vacib 
şərtlərdəndir. 
     Buludların aşağıdakı mikrofiziki xüsusiyətləri var: 
     a)  bulud  elementlərinin  aqreqat  halı  (su  damcıları  və  buz 
kristalı); 
     b) damcıların və kristalların ölçüləri; 
     c) sululuq (q/m
3
). 
     Buludların aqreqat vəziyyəti onun hansı temperaturda yaranması 
və inkişafı ilə əlaqədar olaraq üç yerə bölünür: sulu, buzlu, qarışıq. 
     Damcıların  donması  və  buz  kristallarının  əmələ  gəlməsi  mənfi 
12
0
C  və  aşağı  tam  kristallı  buludlar  isə  mənfi  24
0
C  və  aşağı 
temperaturlarda müşahidə olunur. 


 
     Bulud  elementlərinin  ölçüləri  çox  müxtəlifdir.  Sulu  buludlarda 
radiusu  1-2  mk-  dan  100  mk-dək  və  çox  olan  damcılara  da  rast 
gəlmək  mümkündür.  Ən  böyük  damcılar  isə  turbulentlik  yaxşı 
inkişaf  etmiş  buludlarda  müşahidə  olunur.  Buz  kristallarının 
uzunluğu  bir  neçə  mm,  qalınlığı  bir  neçə  mk  -  na  çata  bilir. 
Beləliklə,  Cu  cong  və  Cb  buludlarında  sululuq  10  q/m
3
-ə  çatır. 
Kristallik  quruluşa  malik  buludlarda  sululuq  azdır  və  orta  hesabla 
0,02  q/m
3
  təşkil  edir.  Buludlarda  fasiləsiz  olaraq  su  buxarının 
kondensasiyası  və  sublimasiyası,  damcıların  buxarlanması  və 
donması,  bulud  elementlərinin  böyüməsi  və  yağıntıların  düşmə 
prosesi  getdiyinə  görə  onların  sululuğu  dəyişkəndir.  Buludların 
mikrofiziki  (daxili)  quruluşları  onların  yaranmasına  səbəb  olan 
şərtlərdən asılıdır.                                                                                                                             
     Buludların  yuxarıda qeyd edilən təsnifatından əlavə təsnifatı da 
mövcuddur  və  bu  təsnifat  buludların 
kütlədaxili  (konvektiv)  və 
cəbhə  (advektiv)
  xarakterli  olmalarına  görə  aparılır.  Kütlədaxili  
buludlara 
konvektiv  buludlar
  da  deyilir.  Oroqrafik  buludlar  da 
kütlədaxili  buludlar  olaraq,  topa  (Cu),  güclü-topa  (Cu  cong)  və 
topa-yağış  (Cb)  buludları  aiddir.  Oroqrafik  buludlar,  əsasən,  hava 
kütlələrinin  dağ  silsilələri  ilə  qarşılaşması  zamanı  əmələ  gəlir, 
dağlıq  və  dağətəyi  ərazilərdə  formalaşır  və  üfüqi  gücləri 
(paylanması)  çox  olmasa  da,  yuxarıda  deyildiyi  kimi,  şaquli 
ölçüləri  hətta tropopauzayadək (12 km)  çata bilir.  Cəbhə  buludları 
ilə qarşıdakı mövzularda yaxından tanış olacağıq. 
     Meteoroloji  məntəqələrdə  buludluluğun  müşahidəsi  aşağıdakı 
ardıcıllıqla və  parametrlər üzərində aparılır. 
     Buludların  miqdarı
  –  səmanın  görünən  hissəsinin  bağlılığının 
gözəyarı  təyin  edilməsidir.  Hal-hazırda  inkişaf  etmiş  qərb 
dövlətlərində  bu  parametrin  müşahidəsi  də  cihazlarla  aparılır. 
Buludluluğun  maksimal  miqdarı  olaraq  10  bal  və  ya  8  oktant 
götürülür.  Yəni,  səma bütün bağlıdırsa, onda buludluluq – 10 bal 
(8 oktant), yarısı bağlıdırsa 5 bal (4 oktant) hesab olunur. 
     Əvvəlcə,  ümumi  buludluluq,  sonra  ayrıca  aşağı  təbəqə 
buludlarının  miqdarı,  forması  təyin  edilir.  Bu  zaman  buludların 
genetik  təsnifatı  da  nəzərə  alınmaqla,  morfoloji  təsnifata  əsasən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə