N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   44   45   46   47   48   49   50   51   ...   90

 
 
Şək. 54. Cənub yarımkürəsində qapalı izobarlar boyunca külək 
dövranının yaranma mexanizmi 
     Cənub  yarımkürəsində  isə  qüvvələrin  balanslaşdırılmış  təsiri 
altında  küləklər  yüksək  təzyiq  sahəsində  saat  əqrəbinin  əks 
istiqamətində,  alçaq  təzyiq  sahəsində  isə  saat  əqrəbi  istiqamətində 
əsirlər.  
     Siklon 
və 
antisiklonlarda 
küləkləyin 
istiqaməti 
şimal 
yarımkürəsi üzrə şəkil 55- də daha əyani şəkildə təsvir edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 55. Siklon və antisiklonlarda küləyin istiqaməti 
       
Siklonlar və onların inkişaf mərhələləri 


 
 
     Öz  inkişafı  dövründə  siklonlar  dörd  inkişaf  mərhələsi  keçir: 
dalğa,  gənc  siklon,  maksimal  inkişafa  çatmış  və  dolan  siklon 
(okklüziya mərhələsi). 
     1)  Dalğa  mərhələsi
  –  siklonun  ilk  inkişaf  mərhələsi  dalğa 
xüsusiyyətli  olur.  Cəbhə  boyu  dalğalar  iki  növ  olurlar:  sabit  və 
qeyri-sabit,  yəni,  davamlı  və  davamsız  dalğalar.  Birinci  növ 
dalğalar  cəbhə  boyu  öz  amplitudasını  artırmadan  hərəkət  edir. 
İkinci  növ  dalğalar  isə  əksinə,  getdikcə  öz  amplitudasını  artırır  və 
siklonların  əmələ  gəlməsi  üçün  əlverişli  şərait  yaradırlar.  Adətən, 
sonradan  siklonlara  çevrilən  dalğalar  stasionar  cəbhələrdə  və 
izobarların cəbhələrə paralel yerləşdiyi zonalarda yaranırlar. 
     Cəbhənin  şimala  doğru  uzanmış  dalğası  bu  əraziyə  xeyli  isti 
hava  kütlələri  axıdır,  onların  arasına  isə  şimaldan  tədricən  soyuq 
hava  keçməyə  başlayır.  Əsas  cəbhədən  şimalda  əraziyə  daxil  olan 
isti  hava  kütlələri  daxilində  alçaq  təzyiq  sahəsi  əmələ  gəlir  və 
nəticədə, hava kütlələrinin saat əqrəbi hərəkətinin əksi istiqamətinə 
(Koriolis  qüvvəsinin  təsiri  altında)  dairəvi  cərəyanlar  yaranır. 
Uzanmış dalğada yaranmış əlverişli şərait nəticəsində xüsusi isti və 
soyuq cəbhələr əmələ gəlir (şək. 56).      
                                        
 
 
 
 
 
 
    
 
 
 
 
 
 
 
 
 
Şək. 56. Siklonların inkişafının birinci -  dalğa 
mərhələsinin sxemi 
         
 
    Йерцстц сятщ                                       МТ - 700 


 
     Beləliklə,  bizə  aydın  görünən,  lakin  yenicə  əmələ  gələn  siklon 
cəbhəsi  hələ əsas cəbhədən ayrılmamış  halda olur.  Bu zaman  yeni 
yaranan  siklonun  isti  cəbhəsi  xüsusilə  aydın  görünür.  Burada  isti 
hava kütlələri yuxarıya doğru qalxaraq soyuq hava üzərinə keçir və 
geniş  cəbhəönü  yağıntı  zolağı  əmələ  gətirir.  Yeni  yaranmış 
siklonun  hərəkət  sürəti  dalğanın  sürətindən  bir  neçə  dəfə  az  olur. 
Siklonun  birinci  inkişaf  mərhələsinin  mövcudluğu,  adətən,  24 
saatdan çox olmur. 
    2)  Gənc  siklon
  –  bu  mərhələdə  siklonlar  dərinləşməyə  davam 
edir (yəni onun mərkəzində atmosfer təzyiqi getdikcə aşağı düşür), 
nəticədə,  yer  üzərində  sinoptik  xəritələrdə  bir  neçə  qapalı  izobar 
sahəsi  yaranır.  Yer  səthində  siklonik  sirkulyasiya  güclənir  və  bu 
sirkulyasiya  tədricən  yuxarı  hündürlüklərədək  yayılır.  Bu  zaman 
atmosfer  cəbhələrinin  mailliyi  də  artır  və  siklonun  isti  və  soyuq 
sahələri,  xüsusilə, isti bölməsi daha aydın şəkildə formalaşır. Əsas 
cəbhə  dalğasının  amplitudu  tədricən  artır  və  bunun  hesabına 
siklonların  isti  bölməsi  getdikcə  daralır.  Əvvəlcə  dalğanın  arxa 
hissəsində olan soyuq hava kütləsi indi cənuba,  yaxud şərqə doğru 
hərəkət  edir  və  həmin  dalğanı  sıxışdıraraq  isti  bölmə  hesabına 
getdikcə  daha  böyük  sahə  tutmağa  başlayır.  Nəticədə,  cəbhənin 
bulud  sistemi  və  yağıntılar  zonası  daha  geniş  əraziləri  əhatə  edir. 
Bu  mərhələdə  siklonlar  700  hPa-lıq  səth  xəritəsində  daha  aydın 
müşahidə olunurlar. Siklonların inkişafının 2-ci mərhələsinin sxemi 
isə şəkil 57-də təsvir edilmişdir: 
 
                                  
 
 
       
 
 
 
 
 
 
 
 
 
П
 
П 
    Йерцстц сятщ                                       МТ - 700 


 
 
Şək. 57.  Siklonların inkişafının ikinci - gənc siklon  
mərhələsinin sxemi 
 
     
3)  Maksimal  inkişafa  çatmış  siklon
  –  bu  mərhələdə  siklonların 
mərkəzində  atmosfer  təzyiqi  ən  alçaq  həddə  çatır.  Siklonun  əhatə 
etdiyi ərazi genişlənir və bu zaman qapalı izobarların sayı artır. Bu 
mərhələnin əsas xüsusiyyəti isti və soyuq cəbhənin yaxınlaşması və 
birləşməsidir.  Bu  proses  siklonların  mərkəzində  başlayır  və 
siklonun  okklyuziyası  adlanır.  İki  cəbhənin  birləşdiyi  nöqtəyə 
okklyuziya  nöqtəsi
  deyilir.  Okklyuziya  nəticəsində  isti  hava 
tədricən yuxarı sıxışdırılır və onun yerini nisbətən daha soyuq hava 
tutur. Bu andan başlayaraq təzyiqin düşməsi dayanır və o, artmağa 
başlayır.  Yəni  isti  və  soyuq  havanın  qarışmasından  əmələgələn 
hava  kütləsi  müntəzəm  surətdə  soyuq  hava  üzərinə  qalxır, 
müvazinət  bərpa  olunur  və  nəticədə  siklonik  fəaliyyət  sönür. 
Siklonik  fəaliyyətin  zəifləməsi  nəticəsində  əvvəlcə  qərbdən  şərqə 
doğru  axan  hava  kütlələri  bir  qədər  şimala  tərəf  meyl  etməyə 
başlayırlar.  Nəhayət,  əvvəlcə  yer  səthinə  yaxın  cəbhədən  cənubda 
olan isti hava kütlələri cəbhədən şimalda yuxarı qatlara keçir ki, bu 
da atmosferin ümumi sirkulyasiyasının çox mühüm tərkib hissəsini 
təşkil  edir.  Bu  zaman  siklonlar  artıq  5,5  km-lik  səthin  (500  hPa) 
xəritəsində də müşahidə edilirlər. Bu mərhələ bir neçə sutka davam 
edə bilər. 
 
     4)  Siklonların  dolması
  (okklyuziyası)  -  siklonların  axırıncı 
inkişaf  mərhələsidir.  Bu  mərhələdə  siklonların  mərkəzi  hissəsi 
nisbətən  soyuq  havadan  ibarət  olur.  Bu  cür  siklonlarda  bəzən,  bir 
və  ya  bir  neçə  ikinci  dərəcəli  atmosfer  cəbhələri  yaranır  və  bəzi 
hissələrdə  təzyiqin  artması  davam  edir.  Bu  əlaməti  siklonların 
dolması  üçün  əsas  prediktor  hesab  etmək  olar.  Bu  mərhələdə 
yerüstü  sinoptik  xəritədə  siklonları  əhatə  edən  izobarların  sayı 
tədricən  azalmağa  başlayır.  Yer  səthində  siklonun  dolmasına 
baxmayaraq,  yüksəkliklərdə  o,  dərinləşməkdə  davam  edir  və 
özünün  maksimal  inkişaf  həddinə  çatır.  Siklonların  hərəkət  sürəti 
azalır və o, azhərəkətli hala gəlir (şək. 58).                                     


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə