N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   46   47   48   49   50   51   52   53   ...   90

 
     
 
Şək. 62Tropik siklonların peyk vasitəsilə təsviri 
 
     Tropik  siklonlarda  güclü  konvektiv  şaquli  hərəkətlər  yarandığı 
üçün,  konvektiv  buludlar  və  ildırımlar  müşahidə  olunur,  onların 
mərkəzi  hissəsində  isə  buludsuz  hava  xarakterikdir.  Bu  zonanın 
diametri  təqribən  30  km-dək  çatır  və  "burulğanın  gözü"  adlanır. 
Tropik siklonların mərkəzində buludsuz havanın olması enən hava 
axınları  ilə  əlaqədardır.  Onların  hərəkət  sürəti  20-50  km/san,  
davamiyyəti  isə  1-2  sutkadan  2-3  həftəyə  qədər  olur.  Bu  tip 
siklonlar  şimal  yarımkürəsində  aşağıdakı  ərazilərdə  müşahidə 
edilirlər: 
     1.  Atlantik  okeanında,  Antil  adalarında  və  Karib  dənizində  baş 
verən siklonlar (Antil uroqanı); 
     2.  Hind okeanında Ərəbistan dənizi və Benqal körfəzi;  
     3.  Sakit  okeanda  Filippin  adalarında,  Cənubi  Çin  dənizində  və 
Yaponiyada; Yaponiyada bunları tayfun da adlandırırlar .  
 
Qeyri-tropik siklonlar  
 
Бурульанын  эюзц 


 
     Qeyri-tropik  enliklərdə,  xüsusən  də  yuxarı  troposferdə  hava 
axınlarının  qərbdən-şərqə  doğru  hərəkəti  üstünlük  təşkil  edir. 
Mülayim en dairələrinin atmosferində iri miqyaslı alçaq və yüksək 
təzyiqli  atmosfer  coşmalarının  –  siklon  və  antisiklonların  daim 
yaranması,  inkişafı  və  yerdəyişməsinə 
siklonik  fəaliyyət
  deyilir. 
Qeyri-tropik  enliklərdə  baş  verən  bütün  iri  miqyaslı  hava  axınları 
bu atmosfer coşmaları ilə əlaqədardır.  
     İl ərzində hər iki yarımkürənin qeyri-tropik enliklərində yüzlərlə 
siklonlar  formalaşır  və  bu  siklonların ölçüləri  kifayət qədər  böyük 
olub, üfüqi ölçüləri 2-3 min km-dək çatır. İlkin mərhələdə siklonlar 
troposferin 
aşağı 
hissəsində 
aydın 
nəzərə 
çarpır. 
Onda 
temperaturun  paylanması  mərkəzə  nəzərən  assimmetrikdir: 
siklonun  ön  hissəsində  aşağı  enliklərdən  gələn  hava  axınları  ilə 
əlaqədar  olaraq  onun  temperaturu  yüksək,  arxa  hissəsində  isə 
yuxarı  enliklərdən  gələn  hava  axınları  ilə  əlaqədar  olaraq  isə 
əksinə, temperaturu aşağı olur.  
     İnkişafının ilkin mərhələsində qeyri-tropik siklonun mərkəzində 
atmosfer təzyiqi bir qədər orta kəmiyyətdən fərqlənir və 1000-1010 
hPa təşkil edir. Əksər qeyri-tropik siklonlar 1000-990 hPa-dan artıq 
dərinləşmirlər,  lakin  bəzi  dərin  siklonların  mərkəzində  atmosfer 
təzyiqi  960-950  hPa-dək  aşağı  düşə  bilir.  Qeyri-tropik  siklonların 
dərinləşməsi  ilə  əlaqədar  olaraq  onlarda  küləyin  sürəti  də  artır. 
Dərin  siklonlarda  küləyin  sürəti  çox  böyük,  hətta  fırtına  sürətinə 
qədər  çatır.  Bu,  əsasən,  cənub  yarımkürəsinin  siklonlarında  daha 
çox müşahidə olunur.  
      Siklonun fəaliyyət dövrü bir neçə sutkadır, fəaliyyətinin birinci 
yarısında  siklon  dərinləşir,  ikinci  mərhələsində  dolur  və  sonra  isə 
dağılır.  Bəzi  siklonlar  daha  uzun  müddət  fəaliyyət  göstərirlər.  Bu, 
əsasən,  bir  siklonun  digər  siklonla  birləşərək  az  hərəkətli  sahə  - 
mərkəzi siklonu formalaşdırdıqda baş verir.  
      Siklonun  yerdəyişməsi  dedikdə,  siklonun  vahid  sistem  kimi 
onda  əsən  küləyin  istiqamətindən  asılı  olmayaraq  yerdəyişməsi 
başa düşülür. Bir qayda olaraq, siklonlar orta və yuxarı troposferdə 
(aparıcı  axın  istiqamətində)  havanın  ümumi  yerdəyişməsi 
istiqamətində  yerlərini  dəyişirlər.  Havanın  köçürülməsi  qərbdən 


 
şərqə  doğru  baş  verdiyindən  siklonlar  da  adətən  qərbdən  şərqə 
doğru yerlərini dəyişirlər. Lakin, bəzən, bütün troposferi əhatə edən 
yüksək  siklon  və  antisiklonlar  zonal  istiqamətdən  meyl  etməklə, 
cənub  və  ya  şimal  istiqamətində  hərəkət  edirlər.  Siklonun 
yerdəyişmə sürəti aparıcı axının sürətindən 20-30% az olub,    30-
40  km/s  təşkil  edir,  bəzi  hallarda  isə  80  km/s-a  çata  bilir. 
İnkişafının  son  mərhələsində  siklonun  yerdəyişmə  sürəti  kəskin 
azalır.Siklonun  yerdəyişməsi  hava  şəraitinin  dəyişməsinə  səbəb 
olur. Siklon keçən zaman küləyin sürəti artır, istiqaməti isə dəyişir. 
Əgər  verilmiş  ərazi  üzərindən  siklonun  cənub  hissəsi  keçirsə, 
küləyin  istiqaməti  cənubdan  cənub-qərbə  doğru,  şimal  hissəsi 
keçirsə,  külək  istiqamətini  cənub-şərqdən  şərqə,  şimal-şərqdən 
şimala  dəyişir.  Beləliklə,  siklonun  ön  hissəsində  cənub  istiqamətli 
küləklər,  arxa  hissəsində  isə  şimal  istiqamətli  küləklər  üstünlük 
təşkil  edir.  Siklonların  keçməsi  zamanı  temperaturun  dəyişməsi, 
buludluluğun  artması  və  yağıntıların  düşməsi  müşahidə  olunur. 
Siklonun ön hissəsində isti cəbhə buludlarından aramsız yağıntılar, 
arxa  hissəsində  isə  soyuq  cəbhəyə  xas  olan  topa-yağış 
buludlarından leysan yağışlar düşür. Siklonun cənub hissəsində, isti 
sektorda çiskin yağıntılar, duman, aşağı təbəqə buludları müşahidə 
olunur. Siklonun  yaxınlaşmasını təzyiqin düşməsindən  və üfüqdən 
qərbdə formalaşan ilkin bulud formalarından hiss etmək olar.  
Antisiklonlar və onların inkişaf mərhələləri 
 
     Antisiklonlar 
–  yüksək  təzyiq  sahələri  olaraq  bircins  hava 
kütlələrində  yaranırlar.  Mərkəzdə  hava  sakit,  səma  buludsuz  olur. 
Antisiklonlarda,  əsasən,  açıq  hava,  yayda  isti,  qışda  soyuq  hava 
kütlələri  müşahidə  olunur.  Antisiklonların  yaranması  üçün  əsas 
əlverişli termobarik sahə şəkil 63-də təsvir edilmişdir. 
 
 
 
 
 
    
  
  А 
 Исти 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə