N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   45   46   47   48   49   50   51   52   ...   90

 
  
 
 
 
 
 
 
 
 
 
 
Şək. 58. Siklonların dördüncü - okklyuziya mərhələsinin sxemi 
     Meteoroloji  şəraitə  görə  siklonları  şərti  olaraq  üç  əsas  zonaya 
bölmək olar və bu zonalar  şəkil 59-da təsvir edilmişdir: 
                 
 
 
 
 
 
 
 
 
 
                                                             
 
Şək. 59. Meteoroloji şəraitə görə siklonların əsas zonaları 
 
     İnkişafda  olan  siklonlarda  hava  şəraiti  isti  və  soyuq  atmosfer 
cəbhələri  və  onların  arasında  yerləşən  isti  bölmə  ilə  xarakterizə 
edilir.  Bununla  əlaqədar  olaraq,  isti  cəbhənin  qarşısındakı  dalğa 
zonasında Ns və As buludları yaranır, aşağıda isə gənc siklondarda 
Cs  və  Ci  buludlar  sistemi  əmələ  gəlir.  Beləliklə,  inkişafda  olan 
siklonların  mərkəzi  yaxınlığında  şaquli  inkişaf  etmiş  konvektiv 
 Ы 
 
ЫЫ 
ЫЫЫ 
- Юн щисся         (Ы) 
 
- Исти  бюлмя     (ЫЫ) 
 
- Арха  бюлмя  (ЫЫЫ) 
100
100
101
100 100
101
            Йерцстц сятщ                               МТ - 700 


 
buludlar  müşahidə  olunur.  Siklonların  qarşısında  isə  bu  zaman 
geniş ərazini əhatə edən aramsız yağıntılar zonası yerləşir. 
     İnkişafda  olan  siklonlar  zonasında  soyuq  cəbhələr  sürətlə 
hərəkət edən cəbhələr  şəklini  alır  və  nəticədə,  inkişaf  etmiş Cb  və 
Cu  cong  buludları  yaranır  ki,  bunlardan  da  ilin  isti  dövrlərində 
ildırımla  müşayiət  olunan  leysanlar  yağır.  Bu  zaman,  bilavasitə, 
soyuq cəbhələrin arxasında hava yaxşılaşır və yağıntı dayanır. 
     Gənc  siklonların  isti  bölmələrində  dayanıqlı  isti  hava  kütlələri 
hakim  olur.  Siklonların  arxa  hissəsində  soyuq  cəbhə  zonasında  və 
isti cəbhənin qarşısında küləyin sürəti bəzən 20-25 m/san-yə çatır.  
     Siklon çökəkliyində
 hava şəraiti siklonlardakı hava şəraitinə çox 
oxşayır.  Yer səthində  hava axınlarının çökəklik oxu üzrə sıxılması  
müşahidə  olunur  və  bunun  nəticəsində  şaquli  hava  axınlarının 
əmələgəlməsi üçün şərait yaranır. Axırıncı proses buludların əmələ 
gəlməsinə və yağıntılara səbəb olur. 
     Siklonlar  və  antisiklonlar  heç  vaxt  tək  yaranmırlar,  yəni  onlar 
çox  zaman  qrup  (seriya)  halında  formalaşırlar.  Siklonların  bu  cür 
düzülüşü 
siklonların  seriyası
  adlanır  və  bu  düzülüşün  sxemi  şəkil 
60- da təsvir edilmişdir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 60. Siklon seriyalarının sxemi 
     Adətən, cəbhə zonalarında bir neçə siklon yaranır və onlar eyni 
istiqamətdə  hərəkət    edirlər.  Hər  bir  siklonun  arxa  hissəsində, 


 
antisiklon  zonalarında  isə  yallar  və  ya  sərbəst  antisiklonlar 
yaranırlar.  Bütün  bu  barik  sahələr  siklonlarla  eyni  sürətlə  və  eyni 
istiqamətdə hərəkət edirlər. Bu cür seriyalar 3-4 siklondan ibarətdir 
və  onlar  siklonların  inkişafının  müxtəlif  mərhələlərində  əmələ 
gəlirlər.  
     Seriyalara daxil olan siklonlar cənub-qərbdən şimal-şərqə doğru, 
isti  hava  kütlələri  atmosferin  aşağı  və  yuxarı  hissələrində 
siklonlarla  birlikdə  şimal  istiqamətində,  soyuq  hava  kütlələri  isə 
şimaldan  siklonların  arxa  hissəsinə  daxil  olaraq  cənuba  doğru 
hərəkət  edirlər.  Adətən,  siklon  seriyası  soyuq  havanın  cənub 
zonalarına daxil olması və  böyük ərazini əhatə edən antisiklonların 
yaranması ilə başa çatır. 
Yarandığı  ərazinin  coğrafi  enliyindən  asılı  olaraq  siklonlar 
tropik  və  ya  qeyri-tropik  mənşəli  olurlar.  Tropik  zonanın 
atmosferində tez-tez zəif atmosfer coşmaları yaranır və bu coşmalar 
tropik  depressiyalar 
adlanır.  Depressiyalar,  əsasən,  tropiklər 
daxilində  hava  axınının  ümumi  yerdəyişməsi  istiqamətində, 
şərqdən qərbə doğru hərəkət edirlər. Bəzi  hallarda tropik coşmalar 
o qədər güclənirlər ki, onlarda küləyin sürəti 20 m/san və daha çox 
olur.  Bu  cür  coşmaların  diametri  bir  neçə  100  km-lərlə  ölçülür. 
Belə  fırtınalı  və  ya  qasırğalı  küləklərlə  müşahidə  olunan  coşmalar 
tropik siklonlar
 adlanır; küləyin gücündən asılı olaraq onları tropik 
fırtına,  tayfun  (küləyin  sürəti  18-33  m/san)  və  ya  tropik  qasırğa 
(küləyin sürəti 33 m/s-dən artıq) da adlandırırlar. Onlar, əsasən, hər 
iki  yarımkürədə  20°  və  5°enliklər  arasında  baş  verirlər.  Ekvatora 
5°-dən yaxın ərazilərdə siklonlar nadir hallarda müşahidə olunurlar, 
belə  ki,  burada  Koriolis  qüvvəsi  sıfra  bərəbardir.  Tropik  siklonlar 
yalnız  su  səthi  üzərində  inkişaf  edir  və  onların  yaranmasının  əsas 
səbəbi okeanların qızmış hissələrində konveksiyanın inkişafı hesab 
olunur.  
 
 
 
 
 
“Бурульан gюзц 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 61. Tropik siklonların şaquli kəsiyinin sxemi 
 
    Tropik  siklonların  mülayim  en  dairələrinin  siklonlardan  bir  çox 
fərqli cəhətləri vardır. Onların üfüqi ölçüləri az, diametri 1000 km, 
şaquli  hündürlüyü  isə  15-18  km  -  dək ola  bilir.  Tropik  siklonların  
şaquli kəsiyi şəkil  61- də verilmişdir: 
     Tropik  siklonların  mərkəzində  atmosfer  təzyiqi  720-728  mm 
c.s.-a  qədər  düşə  bilir  (960-970  hPa).  Çox  nadir  hallarda,  tropik 
siklonların  mərkəzlərində  atmosfer  təzyiqinin    664  mm-ə  qədər 
(885 hPa) düşdüyü müşahidə olunmuşdur. Mərkəzdə təzyiqin aşağı 
düşməsi  böyük  qradiyentə  səbəb  olur  və  nəticədə,  burada 
küləklərin sürəti 60-70 m/san – dək çata bilir. 
     Tropik  siklonların  bulud  sistemləri  ilə  birlikdə  peyk  vasitəsilə 
çəkilmiş təsviri şəkil 62-də göstərilmişdir: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə