Şək. 63. Antisiklonların yaranması üçün əlverişli
termobarik sahənin sxemi
Antisiklonda hava şəraiti siklona nisbətən, yaxşı olur. İsti
dövrlərdə antisiklonların mərkəzi hissələrində az buludlu hava
şəraiti müşahidə edilir. Ancaq, səhərlər rütubətlik çox olduqda
burada radiasiya dumanları yaranır və Günəş çıxdıqdan sonra onlar
dağılırlar. Bundan başqa, əgər antisiklonlar dayanıqsız rütubətli
havada yaranıbsa, günün ikinci yarısında tək-tək Cu, Cb buludları
və ildırımlar da müşahidə oluna bilər.
Antisiklonlar daxilində küləklərin zəif olması və üfüqi təzyiq
qradiyentinin azlığı ilə fərqlənir. Antisiklonlar, əsasən, qışda
materiklər üzərində yaranır və böyük sahə tuturlar.
Antisiklonları meteoroloji şəraitə görə aşağıdakı üç əsas hissəyə
bölmək olar (şək. 64):
mərkəzi hissə (I);
ön hissə (II);
arxa hissə (III).
Й I
Şək. 64. Antisiklonların əsas meteoroloji hissələri
Burada həmişə mövcud olan enən hava axınları havanı
doymağa qoymur və nəticədə, əksəriyyət halda aydın hava şəraiti
müşahidə edilir. Əksər hallarda, antisiklonlar qərbdən şərqə doğru
30-40 km/s sürətlə hərəkət edirlər, bəzən isə onlar stasionar
xarakter daşıyaraq uzun müddət eyni yerdə qala bilirlər.
Antisiklonlarda enən hava axınları üstünlük təşkil etdiyindən
yerüstü təbəqədə inversiya qatının yaranması üçün əlverişli şərait
yaranır. Havanın enməsi zamanı inversiya qatının yaranmasının
mexanizmi şəkil 65-də təsvir edilmişdir.
Antisiklonlar öz inkişafında üç mərhələdən keçir:
1) gənc antisiklon;
2) maksimal inkişaf etmiş antisiklon;
3) dağılan antisiklon.
z
h
0
T
θ
x
Şək. 65. Havanın enməsi zamanı antisiklonlarda inversiya
qatının
formalaşmasının sxemi
1) I mərhələ -
cavan antisiklon. Siklonların arxa hissəsində
soyuq hava kütlələrində yaranmaqla, əvvəlcə yallar şəklində
olurlar. Bu inkişaf mərhələsində antisiklonların yerüstü
mərkəzinə 5,5 km-lik səviyyənin (500 hPa) təzyiq yalı uyğun
gəlir, yəni başlanğıc mərhələdə antisiklonlar siklonlar kimi
alçaq barik sistem olur. Bu mərhələ üçün antisiklonların
termobarik sahəsinin sxemi şəkil 66-da verilmişdir. Müəyyən
vaxtdan sonra həmin yallarda sərbəst antisiklonlar yaranır və ilk
vaxtlar sinoptik xəritədə bir izobarla, sonra bir neçə qapalı
izobarla əhatə olunur. Antisiklonlar bu mərhələdə 2,0-2,5 km
hündürlüyə qədər yayılır. Antisiklonların birinci mərhələsi
yerüstü səthdə şəkil 67-də təsvir olunmuşdur.
2) II mərhələ
- maksimal inkişafa çatmış antisiklon. Bu
mərhələdə antisiklonlar öz inkişafının maksimal intensivliyinə
çatır.
Сойуг
Исти
Şək. 66. Gənc antisiklonun termobarik sahəsinin
sxemi
( izobarlar;
----
izotermlər; izohipslər )
Antisiklonlar sinoptik xəritələrdə bir neçə izobarla əhatə olunurlar.
500 hPa izobarik səthdə çoxlu sayda qapalı izohipslər əmələ gəlir.
Şək. 67. Antisiklonların birinci - gənc antisiklon
mərhələsinin
sxemi
Bu mərhələdə antisiklonlar daha böyük hündürlüklərdə
müşahidə olunmaqla, geniş əraziləri əhatə edir. Antisiklonların ön
hissəsində (şərqində) atmosfer təzyiqi artdığı halda, onun arxa
hissəsində (qərbində) əksinə, atmosfer təzyiqi düşməyə başlayır.
İkinci mərhələnin (maksimal inkişaf səviyyəsinin) izobarik
quruluşu şəkil 68-də verilmişdir:
Y
А
А
1015
1005
1010
5
1015
1005
1010
5
1025
1000
1020
1005
Сойуг
- П
Şək. 68. Antisiklonların ikinci - maksimal inkişafa çatmış
mərhələsinin sxemi
3) III mərhələ
- antisiklonların dağılması mərhələsidir. Axırıncı
mərhələyə keçidin əsas əlaməti antisiklonların mərkəzində atmosfer
təzyiqinin düşməsi hesab olunur. Bu proses nəticəsində
antisiklonlar öz əvvəlki əhəmiyyətini və gücünü itirir. Ancaq aşağı
və yuxarı qatlarda antisiklonların mərkəzləri üst - üstə düşürlər və
bu onu göstərir ki, antisiklonlar artıq isti hava kütlələrindən ibarət
barik sahələrə çevrilməyə başlayırlar. Antisiklonların inkişaf
silsiləsi bir neçə gündən bir neçə həftəyə, bəzən isə bir aya qədər
davam edə bilir. Ən uzun müddətli, davamiyyətli antisiklonlar
qışda yaranan, azhərəkətli antisiklonlardır ki, bunlara da Sibir
antisiklonlonu misal göstərmək olar. Sibir antisiklonları demək olar
ki, bütün qış ərzində fəaliyyətdə olur. Antisiklonların inkişafının 3-
cü mərhələsi isə aşağıdakı kimidir (şək. 69):
Dostları ilə paylaş: |