Şək. 58. Siklonların dördüncü - okklyuziya mərhələsinin sxemi
Meteoroloji şəraitə görə siklonları şərti olaraq üç əsas zonaya
bölmək olar və bu zonalar şəkil 59-da təsvir edilmişdir:
Şək. 59. Meteoroloji şəraitə görə siklonların əsas zonaları
İnkişafda olan siklonlarda hava şəraiti isti və soyuq atmosfer
cəbhələri və onların arasında yerləşən isti bölmə ilə xarakterizə
edilir. Bununla əlaqədar olaraq, isti cəbhənin qarşısındakı dalğa
zonasında Ns və As buludları yaranır, aşağıda isə gənc siklondarda
Cs və Ci buludlar sistemi əmələ gəlir. Beləliklə, inkişafda olan
siklonların mərkəzi yaxınlığında şaquli inkişaf etmiş konvektiv
Ы
ЫЫ
ЫЫЫ
- Юн щисся (Ы)
- Исти бюлмя (ЫЫ)
- Арха бюлмя (ЫЫЫ)
100
100
101
100 100
101
Йерцстц сятщ МТ - 700
buludlar müşahidə olunur. Siklonların qarşısında isə bu zaman
geniş ərazini əhatə edən aramsız yağıntılar zonası yerləşir.
İnkişafda olan siklonlar zonasında soyuq cəbhələr sürətlə
hərəkət edən cəbhələr şəklini alır və nəticədə, inkişaf etmiş Cb və
Cu cong buludları yaranır ki, bunlardan da ilin isti dövrlərində
ildırımla müşayiət olunan leysanlar yağır. Bu zaman, bilavasitə,
soyuq cəbhələrin arxasında hava yaxşılaşır və yağıntı dayanır.
Gənc siklonların isti bölmələrində dayanıqlı isti hava kütlələri
hakim olur. Siklonların arxa hissəsində soyuq cəbhə zonasında və
isti cəbhənin qarşısında küləyin sürəti bəzən 20-25 m/san-yə çatır.
Siklon çökəkliyində
hava şəraiti siklonlardakı hava şəraitinə çox
oxşayır. Yer səthində hava axınlarının çökəklik oxu üzrə sıxılması
müşahidə olunur və bunun nəticəsində şaquli hava axınlarının
əmələgəlməsi üçün şərait yaranır. Axırıncı proses buludların əmələ
gəlməsinə və yağıntılara səbəb olur.
Siklonlar və antisiklonlar heç vaxt tək yaranmırlar, yəni onlar
çox zaman qrup (seriya) halında formalaşırlar. Siklonların bu cür
düzülüşü
siklonların seriyası
adlanır və bu düzülüşün sxemi şəkil
60- da təsvir edilmişdir:
Şək. 60. Siklon seriyalarının sxemi
Adətən, cəbhə zonalarında bir neçə siklon yaranır və onlar eyni
istiqamətdə hərəkət edirlər. Hər bir siklonun arxa hissəsində,
antisiklon zonalarında isə yallar və ya sərbəst antisiklonlar
yaranırlar. Bütün bu barik sahələr siklonlarla eyni sürətlə və eyni
istiqamətdə hərəkət edirlər. Bu cür seriyalar 3-4 siklondan ibarətdir
və onlar siklonların inkişafının müxtəlif mərhələlərində əmələ
gəlirlər.
Seriyalara daxil olan siklonlar cənub-qərbdən şimal-şərqə doğru,
isti hava kütlələri atmosferin aşağı və yuxarı hissələrində
siklonlarla birlikdə şimal istiqamətində, soyuq hava kütlələri isə
şimaldan siklonların arxa hissəsinə daxil olaraq cənuba doğru
hərəkət edirlər. Adətən, siklon seriyası soyuq havanın cənub
zonalarına daxil olması və böyük ərazini əhatə edən antisiklonların
yaranması ilə başa çatır.
Yarandığı ərazinin coğrafi enliyindən asılı olaraq siklonlar
tropik və ya qeyri-tropik mənşəli olurlar. Tropik zonanın
atmosferində tez-tez zəif atmosfer coşmaları yaranır və bu coşmalar
tropik depressiyalar
adlanır. Depressiyalar, əsasən, tropiklər
daxilində hava axınının ümumi yerdəyişməsi istiqamətində,
şərqdən qərbə doğru hərəkət edirlər. Bəzi hallarda tropik coşmalar
o qədər güclənirlər ki, onlarda küləyin sürəti 20 m/san və daha çox
olur. Bu cür coşmaların diametri bir neçə 100 km-lərlə ölçülür.
Belə fırtınalı və ya qasırğalı küləklərlə müşahidə olunan coşmalar
tropik siklonlar
adlanır; küləyin gücündən asılı olaraq onları tropik
fırtına, tayfun (küləyin sürəti 18-33 m/san) və ya tropik qasırğa
(küləyin sürəti 33 m/s-dən artıq) da adlandırırlar. Onlar, əsasən, hər
iki yarımkürədə 20° və 5°enliklər arasında baş verirlər. Ekvatora
5°-dən yaxın ərazilərdə siklonlar nadir hallarda müşahidə olunurlar,
belə ki, burada Koriolis qüvvəsi sıfra bərəbardir. Tropik siklonlar
yalnız su səthi üzərində inkişaf edir və onların yaranmasının əsas
səbəbi okeanların qızmış hissələrində konveksiyanın inkişafı hesab
olunur.
“Бурульан gюзц
Şək. 61. Tropik siklonların şaquli kəsiyinin sxemi
Tropik siklonların mülayim en dairələrinin siklonlardan bir çox
fərqli cəhətləri vardır. Onların üfüqi ölçüləri az, diametri 1000 km,
şaquli hündürlüyü isə 15-18 km - dək ola bilir. Tropik siklonların
şaquli kəsiyi şəkil 61- də verilmişdir:
Tropik siklonların mərkəzində atmosfer təzyiqi 720-728 mm
c.s.-a qədər düşə bilir (960-970 hPa). Çox nadir hallarda, tropik
siklonların mərkəzlərində atmosfer təzyiqinin 664 mm-ə qədər
(885 hPa) düşdüyü müşahidə olunmuşdur. Mərkəzdə təzyiqin aşağı
düşməsi böyük qradiyentə səbəb olur və nəticədə, burada
küləklərin sürəti 60-70 m/san – dək çata bilir.
Tropik siklonların bulud sistemləri ilə birlikdə peyk vasitəsilə
çəkilmiş təsviri şəkil 62-də göstərilmişdir:
Dostları ilə paylaş: |