N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   38   39   40   41   42   43   44   45   ...   90

 
güclü qar şəklində müşahidə edilir. İlin keçid dövrlərində güclü qar 
və  yaxud  buz  dənələri  qar  və  yağışla  birlikdə  müşahidə  olunur. 
Leysan xarakterli yağıntılarda damcıların diametri, adətən, 1,0 mm-
dən çox olur. 
     Çiskin yağıntılar
 – əsasən, ilin soyuq dövrü üçün xarakterik olan 
yağıntılardır. Bu tip yağıntılar laylı və laylı-topa buludlardan çiskin 
şəklində, çox alçaq temperaturda isə buz kristalları şəkilində yağır.  
     Sinoptik şəraitə görə yağıntılar iki növə bölünür: 
     1) kütlədaxili yağıntılar;  2) cəbhə yağıntıları.
 
     Kütlədaxili yağıntılar
 - nisbətən bir tipli hava kütlələri daxilində 
yaranırlar.  Kütlədaxili  yağıntılar  dağlıq  zonalarda  çox  zaman 
leysan,  dənizsahili  və  düzənlik  sahələr  üçün  isə  aramsız  xarakterli 
olur.  
     Sabit  (dayanıqlı)  isti  hava  kütlələri  üçün  laylı  buludlardan 
çiskin,  laylı-topa  buludlardan  zəif,  aramsız  yağışlar  yağması  daha 
çox xarakterikdir. 
     Qeyri-sabit (dayanıqsız) soyuq hava kütlələrində isə topa - yağış 
buludlarından leysan xarakterli yağıntılar yağır. 
     Cəbhə  yağıntıları 
–  atmosfer  cəbhələrinin  keçməsi  ilə  əlaqədar 
olan  yağıntılardır.  İsti  hava  cəbhələri  üçün  aramsız  yağıntılar, 
soyuq  cəbhə üçün isə leysan yağıntılar xarakterikdir. 
  Ümumiyyətlə,  aparılan  tədqiqatlar  nəticəsində  müəyyən 
edilmişdir  ki,  Yer  kürəsinə  düşən  yağıntıların  cəmi  16%  -  i 
kütlədaxili yağıntıların (konvektiv),    84% isə cəbhə yağıntılarının 
(advektiv) payına düşür.    
     Bəzən,  yağış  damcıları  və  qar  dənərciklərinin  tərkibində  rəngli 
qarışıqlar olur. Belə yağıntılara isə qeyri-adi və ya qəribə yağıntılar 
deyirlər. Bu  yağıntıların mənbəyi  və başlıca səbəbi küləklər hesab 
olunur.  Rəngli  qarışıqlar  müxtəlif  mənşəli  ola  bilərlər.  Onların 
bəziləri  səhralardan  güclü  küləklər  vasitəsi  ilə  havaya  qalxır  və 
atmosferə daxil olur. Bundan başqa, torf və meşə yanğınları, vulkan 
püskürməsi  zamanı  atmosferə  his  və  kül  hissəcikləri  də  düşür  ki, 
bütün  bu  qarışıqlar  atmosferin  orta  qatlarına  külək  vasitəsilə 
qaldırılaraq  böyük  məsafələrə  aparılır,  daha  sonra  bulud  damcıları 
ilə birləşərək yağıntı şəklində yer səthinə düşür. 


 
     Meteoroloji  stansiyalardan  alınan  yağıntı  məlumatları  həm 
keyfiyyət,  həm  də  kəmiyyət  baxımından  xarakterizə  edilir. 
Yağıntıların kəmiyyəti dedikdə, onların miqdarı (mm) və keyfiyyəti 
dedikdə  isə  intensivliyi  (mm/san)  başa  düşülür.  Burada,  konkret 
olaraq  yağıntıların  meteoroloji  görünüşə  göstərdiyi  təsir  nəzərdə  
tutulur.  Hal-hazırda  müasir  aviasiya  meteoroloji  stansiyalarında 
(AWOS,  ASOS,  VAISALA)  bu  təsnifatı  aparmaq  mümkündür. 
Yəni  bu  sistemlərin  görünüş  ölçən  cihazları  yağıntı  zamanı 
görünüşün  nə qədər pisləşməsini dəqiqliklə göstərərək  yağıntıların 
növlərini də təyin edirlər.  
     Aviasiya  Meteoroloji  müşahidə  məntəqələrində  yağıntıların 
intensivliyi  onların  meteoroloji  görünüş  məsafəsinə  göstərdiyi 
təsirə görə müəyyən edilir və aşağıdakı kimi təsnif edilir: 
                         1)  zəif ; 2) mülayim ; 3) güclü. 
     Yağıntılar  səbəbindən    meteoroloji  görünüş  məsafəsi  2000  m  - 
dək  azalarsa,  belə  yağıntılar 
zəif
,  görünüş  məsafəsi  1000-2000  m 
təşkil edərsə,  intensivliyi 
mülayim
, görünüş 1000 m-dən az olarsa, 
belə atmosfer yağıntıları  
güclü
 intensivliyə malik yağıntılar hesab 
edilir.  Bu  yağıntıların  kod  adı  qarşısında  intensivliyin  göstəricisi 
olan  şərti  işarə  qoyulur,    zəif  yağıntı  «-»,  güclü  yağıntı  «+»,  
mülayim üçün  isə işarəsiz olması qəbul olunmuşdur. 
 
Atmosferdə ildırım hadisələri 
 
     İldırım
  təhlükəli  atmosfer  hadisəsidir.  İldırım  hadisəsi  zamanı 
bulud  daxilində  və  ya  buludla  yer  səthi  arasında  göy  gurultusu  ilə 
müşayət  olunan  elektrik  boşalmaları  baş  verir.  Bir  qayda  olaraq, 
ildırım  topa-yağış  buludlarında  baş  verməklə,  leysan  və  dolu  ilə 
müşayət olunur.  Yer səthində, eyni zamanda, 1500-ə yaxın ildırım 
hadisəsi  müşahidə  olunur,  boşalmaların  orta  intensivliyi  isə 
saniyədə  46  ildırım  kimi  qiymətləndirilir.  Planetimizin  səthi  üzrə 
ildırımlar  qeyri-bərabər  paylanmışdır.  İldırımlar  okean  üzərində 
kontinentlə  müqayisədə  on  dəfə  çox  müşahidə  olunur.  Yer 
kürəsində  maksimal  ildırım  fəallığı  Mərkəzi  Afrikada  müşahidə 
olunur.  Arktika  və  Antarktikanın  qütb  rayonlarında  və  qütblər 


 
üzərində  ildırımlar  demək  olar  ki,  heç  müşahidə  olunmur. 
İldırımların  maksimal  təkrarlanması  yay  fəslinə,  əsasən  də  günün 
ikinci yarısına təsadüf edir.  
     İldırım  buludlarının  əmələ gəlməsi üçün  əsas meteoroloji  şərait 
konveksiyanın inkişafıdır və aşağıdakı hallarda baş verir: 
 -  su  və  quru  səthləri  üzərində  havanın  qeyri-bərabər  qızması 
nəticəsində, məsələn, su səthi və quru üzərində temperatur fərqləri. 
Böyük  şəhərlər üzərində konveksiyanın  intensivliyi şəhər kənarına 
nisbətən daha böyük olur;  
  -  atmosfer  cəbhələrində  isti  havanın  soyuq  hava  kütləsi 
tərəfindən  sıxışdırılması  və  ya  yuxarı  qaldırılması  nəticəsində. 
Atmosfer  cəbhələrində  konveksiya  kütlədaxili  konveksiya  ilə 
müqayisədə daha intensiv olur;   
  -  dağlıq  ərazilərdə  havanın  hündürlüyə  qalxması  nəticəsində 
hündür  dağlar  konveksiyanın  inkişafı  üçün  daha  mürəkkəb  şərait 
yaradır  və  demək  olar  ki,  həmişə  konveksiyanın  intensivliyini 
artırır.  
     Yaranma  şəraitinə  görə  ildırımlar 
kütlədaxili  və  frontal
  (cəbhə 
xarakterli) olur. Kütlədaxili ildırımlar isə öz növbəsində 
konvektiv, 
advektiv və oroqrafik
 olur.  
     Konvektiv  ildırımlar
  günün  ikinci  yarısında  azqradiyentli  barik 
sahələrdə  əmələ  gəlir.  Bu  ildırımlar  kiçik  ölçüyə  malik  olmaqla, 
zəif  sürətlə  (10-15  km/s)  hərəkət  edirlər,  lakin  kütlədaxili  topa-
yağış  buludları  çoxlu  şimşək,  dolu  və  güclü  leysanlarla  müşayət 
oluna  bilir.  Konvektiv  ildırımlarda  külək  zəif  olur,  yalnız 
ildırımdan öncə küləyin qısamüddətli güclənməsi müşahidə olunur. 
Bu növ ildırımlar zamanı yer səthində havanın temperaturu, adətən, 
yüksək olur (22-25°C-dən yuxarı).  
     Advektiv  ildırımlar
  mülayim  dəniz  hava  kütlələrində  soyuq 
atmosfer  cəbhələri  keçərkən  müşahidə  edilir.  Bu  növ  ildırımlar 
aşağı  temperatur  şəraitində  inkişaf  etməklə,  böyük  yerdəyişmə 
sürətinə  malikdirlər.  Advektiv  ildırım  ocaqları,  adətən,  izolə 
olunmuş halda olurlar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə