N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   34   35   36   37   38   39   40   41   ...   90

 
     4) 
Şaquli  inkişaf  buludları  və  ya  konvektiv  buludlar
  –  Cu,  Cu 
cong, Cb (topa, güclü-topa, topa- yağışlı). Burada Cu cong buludu 
Cu buludunun yarımnövüdür. 
     Buludların formalarına görə onların ilk təsnifatlaşdırılmış sxemi 
Lamark və Hovard (1803) tərəfindən hazırlanmışdır. Keçmiş SSRİ 
ərazisində bu təsnifat V.V. Kuznetsov, P.A.Molçanov  və başqaları 
tərəfindən 
Beynəlxalq  Bulud  Komissiyasının
  iştirakı  ilə  daha  da 
təkmilləşdirilmişdir.  Bu  zaman  buludların  adlarının  latın  dilində 
qısaldılmış kodları Hovard tərəfindən təklif edilmişdir.  
     İlk beynəlxalq bulud atlası 1896-cı ildə tərtib edilib.  Beynəlxalq 
morfoloji  təsnifata  görə  buludlar  hündürlüklərinə  görə  4  sinfə  və 
xarici əlamətlərinə görə  fərqlənən 10 tipə bölünür (Ci, Cc, Cs, Ac, 
As, Sc, St, Ns, Cu, Cb). 
     Bundan 
başqa, 
buludlar 
yaranma 
şəraitinə 
görə 
də 
təsnifatlaşdırılır.  Buludların  bu  cür  təsnifatına  onların 
genetik 
təsnifatı 
da deyilir. Genetik təsnifatına görə buludlar aşağıdakı kimi 
bölünürlər: 
     1) topa xarakterli buludlar;  
     2) dalğavari buludlar;    
     3) layvari buludlar; 
     Topa xarakterli buludlara şaquli inkişafda olan və ya konvektiv 
buludlar da deyirlər. Bu buludlara Cu (topa), Cu cong (güclü-topa), 
Cb  (topa-yağışlı)  buludlar  aiddir.  Onların  yaranması  üçün  əsas 
şərtlər  istilik  konveksiyası,  dayanıqsız  stratifikasiyada  turbulent 
mübadilə, bol rütubət və yüksək temperatur, səth örtüyünün qeyri-
bircinsliyi, oroqrafiya və s.-dir. 
     Topa  buludlar  (Cu)
  quru  üzərində  isti  dövrdə,  adətən,  səhərlər 
yaranır,  günün  ikinci  yarısında  inkişafının  maksimumuna  çatır. 
Buludun  aşağı  sərhəddi  adətən  500-1500  m  olur.  Şaquli  qalınlığı 
isə  bir  neçə  yüz  metrə,  bəzən  1-1,5  km-ə  çatır.  Bunlar    sulu 
buludlardır  və  burada  turbulentlik  yaxşı  inkişaf  etməklə,  qalxan 
hava  axınlarının  sürəti  5-7  m/san  çatır.  Cu  (topa)  buludların 
minimumu (N
min
) qışda müşahidə edilir. Bu isə yuxarıda göstərilən 


 
səbəblərlə  izah    oluna  bilər.  Cu  (topa)  buludlarının  miqdarı  (N) 
mart  ayından  başlayaraq  artmağa  başlayır  və  iyun,  iyul  aylarında 
maksimuma  çatır.  Topa      buludların    aşağıdakı  ən  çox  müşahidə 
olunan yarımnövlərinə də rast gəlmək olar:  
     a)  səthi  düz,  müstəvi  olan  topa  buludlar  (Cu  humulus)  və  ya 
“yaxşı havanın topa buludları”; 
     b) dağınıq topa buludlar (Cu fractus); 
     c)  orta  ölçülü  topa  buludlar  (Cu  mediocrus).  Bu  buludlar  Cu 
cong (güclü topa) buludlarına keçid yaımnövləri hesab olunurlar. 
     d)  güclü-topa  buludlar  -  topa  buludlarının  sonrakı  inkişafı 
zamanı  yaranır.  Aşağı  sərhədi  500-1500  m-də  yerləşir,  yuxarı 
sərhəddi isə 4-5 km-ə qədər çata bilir.  
                       
     
 
Şək. 36. Topa buludlar ( Cu ) 
      Topa-yağış  buludları  güclü-topa  buludların  sonrakı  inkişafı 
nəticəsində  yaranır,  rütubət  tutumu  çox  və  atmosferdə  dayanıqsız 
stratifikasiya  olarsa,  böyük  hündürlüyə  qədər  çata  bilirlər.  Topa-
yağış  buludlarının  aşağı  sərhəddinin  hündürlüyü  ilin  fəsillərindən 
asılı  olaraq  bir  neçə  100  m-dən  2  km-dək,  yuxarı  sərhəddinin 
hündürlüyü  ilin  soyuq dövrlərində,  adətən, 4-6 km,  isti dövrdə  isə 
8-10  km,  bəzən  13-15  km-dək  yüksəlir.  Cb  buludlarının  üfüqi 
istiqamətdə  paylanması  isə  bir  neçə  kilometrdən  onlarla 
kilometrədək  ola  bilir.  Təxminən  70%  hallarda  Cb  buludlarının 
üfiqi paylanma məsafəsi 40 km-ə qədər və 10% hallarda isə 60 km-


 
dən çox olur. Topa-yağış buludları güclü topa buludların zirvəsinin 
mənfi temperatura malik təbəqələrə daxil olması nəticəsində əmələ 
gəlir.  Bu  zaman  buludun  yuxarı  hissəsində  buz  kristalları  əmələ 
gəlir  və  ondan  iri  damcılı  leysan  yağışlar,  bəzən  də  dolu  düşür. 
Şaquli və üfüqi istiqamətdə çox yaxşı inkişaf etmiş Cb buludlarında 
yüklü  zərrəciklərin  əmələ  gəlməsi  nəticəsində  ildırım  hadisəsi  baş 
verir.  Cb  buludlarının  yuxarı  sərhəddi  -22
0
C  izotermindən  yuxarı 
olarsa,  bu  buludlarda  ildırım  aktivliyi  daha  da  yüksəlir.  Məhz  bu 
baxımdan da Cb buludlarına çox zaman ildırım buludları da deyir.  
     İldırım  buludlarının  yaranması  üçün  əsas  şərt  qalxan  hava 
hərəkətlərini 
yaradan 
atmosferin 
dayanıqsızlığıdır. 
Qalxan 
hərəkətlərin  gücü  və  ölçüsündən  asılı  olaraq  müxtəlif  növ  ildırım 
buludları  əmələ  gəlir.  İldırım  buludlarının  daxilində  şaquli 
istiqamətdə  qalxan  hava  hissəciklərinin  sürəti  40  m/san-dən  artıq 
olur. 
     İldırım buludları yaranma şəraitindən asılı olaraq birnüvəli və ya 
çoxnüvəli ola bilirlər. 
     Birnüvəli  topa-yağış  buludları  az  qradiyentli  təzyiq  sahəsində, 
zəif küləkli şəraitdə inkişaf edirlər. Onları həm də kütlədaxili və ya 
lokal ildırımlar adlandırırlar. Bu buludun ölçüləri üfüqi istiqamətdə 
5-20  km,  şaquli  8-12  km  olmaqla,  davamiyyət  müddəti  30 
dəqiqəyə,  bəzən də  bir saatadək olur (şək. 37) . Çoxnüvəli  ildırım 
buludlarının struktur quruluşunun sxemi isə şəkil 38-də verilmişdir. 
 


 
 
Şək. 37. Birnüvəli ildırım buludunun inkişaf dövrü 
 
     Belə  qəbul  olunub  ki,  Cb  buludunun  sərhəd  təbəqəsində 
yaranması  atmosferdə  yüksək  rütubətliyin  əmələ  gəlməsi,  orta 
troposferin qeyri-dayanıqlılığı və dinamik konveksiya ilə bağlıdır. 
      Məlumdur  ki,  Cb  buludu  bir  və  ya  bir  neçə  (5-8)  konvektiv 
özəkdən ibarətdir. Onlardan hər biri Cb buludunun mövcud olduğu 
dövr  ərzində  üç  evolyusiya  mərhələsi  keçir: 
1)  inkişaf;  2) 
yetişkənlik; 3) dağılma.
 
      Birinci mərhələ Cu buludu yarandığı andan başlayır və əlverişli 
şərait olduqda inkişaf edib Cu cong buluduna çevrilir. Onun zirvəsi 
3-5  km-dək  çata  bilir.  Adətən,  Cu  cong  buludunun  yuxarı 
hissəsində  çox  soyumuş  hava  axınlarının  olması  damcıların 
birləşərək  böyüməsinə  şərait  yaradır.  Nəticədə,  daha  böyük 
damcılar buluddan düşməyə başlayır,  lakin onlar bəzən yer səthinə 
çatmamış  buxarlanırlar.  Birinci  mərhələnin  əsas  fərqləndirici 
xüsusiyyəti  buludda  qalxan  hava  axınlarının  üstünlük  təşkil 
etməsidir. 
     İlk  mərhələdə  onların  sürəti  5  m/san,  sonradan  Cu  cong 
buluduna  çevrildikdə  isə  15-20  m/san-dək  çatır.  Cu  cong 
buludunun  intensiv inkişafının nəticəsi ondan ibarətdir ki,  buludun 
yuxarı  hissəsi  daha  aşağı  temperatur  zonasına  düşür  və  nəticədə 
  
  
  
  
  
  
  
H

(k
m

                                  Вахт, дяг. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə