N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   30   31   32   33   34   35   36   37   ...   90

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 31.  Düzxətli izobarlar boyunca əsən geostrofik  
 küləklərin inkişafı 
 
     Sürtünmənin təsiri olmadıqda və ya az mövcud olduğu hallarda  
geostrofik  küləklərin  istiqaməti  düzxətli  izobarlar  boyunca 
aşağıdakı kimi meyl edir (şək. 32). 
     Sərbəst  atmosferdə  havanın  əyrixətli  izobarlar  boyunca 
qərarlaşmış  hərəkətinə  isə 
qradiyent  külək
  deyilir.  Yer  kürəsinin 
fırlanması  ehtimal edildikdə onun üzərində küləklərin necə  inkişaf 
edə  biləcəyi  illustrasiya  edilərsə,  bu  zaman  Yer  kürəsi  üzərində 
yüksək  subekvatorial  və  alçaq  ekvatorial  təzyiq  sahələri  arasında 
hava  hissəciklərinə  təsir  göstərən  əsas  qüvvə  təzyiqin  qradiyent 
qüvvəsi  olacaqdır.  Əgər  sürtünmə  qüvvəsinin  təsirini  nəzərə 
almasaq  və  qradiyent  qüvvəsini  yeganə  təsir  göstərən  qüvvə  kimi 
qəbul  etsək,  onda  hava  hissəcikləri  həmin  qüvvənin  təsiri  altında 
ekvator istiqamətində ətalətlə hərəkət     edəcəkdir. 
 
 
 
 
H,dk.metr 
P, hPa 
Geostrоfik külək 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 32. Geostrofik küləklərdə düzxətli izobarlar boyunca  
küləklərin istiqaməti 
 
Yer  kürəsinin  fırlanmadığını  qəbul  etsək,  onda  külək  izobarlara 
nəzərən  perpendikulyar  olaraq  birbaşa  təzyiqin  qradiyent 
qüvvəsinin  (TQQ)  təsiri  istiqamətində,  yüksək  təzyiq  sahəsi 
mərkəzindən  alçaq  təzyiq  sahəsi  mərkəzi  istiqamətində  sürətlə 
hərəkət  edəcək.  Bu  izafi  (qalıq)  havanın  hava  çatışmayan  sahəni 
dərhal  doldurmasına  bənzəyir.  Bu  zaman  yüksək  təzyiq 
sahələrindən  hava  hissəciklərinin  hərəkəti  mərkəzdənqaçma 
qüvvəsinin təsiri altında alçaq təzyiq sahələrinə doğru, alçaq təzyiq 
sahələrində  hava  hissəciklərinin  hərəkəti  isə  mərkəzəqaçma 
qüvvəsinin təsiri altında baş verəcəkdir . 
     Yuxarıda  qeyd  edildiyi  kimi  küləklər  atmosfer  təzyiqinin  yer 
üzərində  qeyri-bərabər  paylanmasından  əmələ  gəlir.  Küləyin 
istiqaməti 0-360
0
 arasında dəyişməklə, 16 rumba  əsasən (8  əsas, 8 
aralıq) təyin edilir. Küləyin istiqaməti onun üfüqün hansı tərəfindən 
əsməsi  ilə  müəyyən  edilir.  Belə  küləklərə 
meteoroloji  küləklər 
deyilir.  Bundan  başqa  aviasiyada 
aeronaviqasiya  küləklərindən 
istifadə olunur ki,  bu küləklər  meteoroloji küləklərdən  istiqamətcə 
180
0
 fərqlənir. Bu da hava gəmilərinə küləklərin təsiri ilə əlaqədar 
olaraq 
həyata 
keçirilir. 
Küləyin 
müşahidəsi 
meteoroloji 


 
stansiyalarda  10  m  hündürlükdə  quraşdırılan  anemorumbometr  və 
müasir  cihazlar  vasitəsilə  aparılır.  Müasir  aviasiya  meteoroloji 
stansiyalarında  isə  küləyin  müşahidəsi  avtomatlaşdırılmış  şəkildə 
həyata  keçirilir.  Küləklərin  sürəti  vahid  zaman  ərzində  hava 
hissəciklərin  üfüqi  yerdəyişmə  məsafəsinə  deyilir.  Küləyin  sürəti 
m/san, düyün (uzel), km/s, mil/saat ilə ölçülür və  vahidlər arasında 
əlaqə  aşağıdakı  kimidir:  1m/san=2  düyün  (kt),  1m/san=3,6  km/s. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  atmosfer  təzyiqinin  yer  üzərində 
qeyri-bərabər  paylanması  küləklərin  istiqamət  və  sürətini 
şərtləndirir. 
     Bəzi  praktiki  məsələlərin  həllində  küləyin  gücünü  adətən 
Bofortun 12 ballıq cədvəli üzrə təyin edirlər. Məsələn, 0 bal 0 - 0,5 
m/san  adı  isə  şəlakət  ,  3  bal    4  -  5  m/san,    adı  zəif,  6  bal  11-  12 
m/san,   güclü, 9 bal 19  - 21  m/san, adı  fırtına, 12 bal > 30  m/san,  
qasırğa kimi tanınırlar. 
     Küləyin  sürətinin  əsas  parametrləri  aşağıdakı  kimi  qəbul 
edilmişdir: 
küləyin  ani  sürəti
  -  küləyin  verilmiş  zaman  anındakı 
sürətinə deyilir. Bundan başqa küləyin 2 və 10 dəqiqəlik, maksimal 
və  ani  şiddətlənmə  sürətləri    də  vardır.  Küləyin    ani  şiddətlənmə 
sürəti  və  onun  xüsusiyyətləri  havada  olan  turbulent  hərəkətlərlə 
əlaqədardır və fluktasiya xarakteri daşıyır.   
     Küləklər vektorlu sahəni əmələ gətirməklə, atmosferin turbulent 
hərəkətini  xarakterizə  edir.  Bundan  başqa,  küləklər  zamana  və 
məkana görə  də dəyişirlər. Zaman daxilində küləyin istiqamətinin  
dəyişməsi nəticəsində aşağıdakı mülahizələr əldə edilmişdir : 
     a)  küləyin  istiqamətinin  dəyişməsi  üçün  onun  sürəti  əsas 
şərtlərdən biridir; 
Belə ki, böyük sürətli küləklər istiqamətcə daha dayanıqlı olurlar. 
     b)  müəyyən  sürətli  küləklərdə    istiqamət  dəyişməsi  demək  olar 
ki,  bütün troposferdə eyni olur. Stratosferə keçid  vaxtı  isə küləyin 
sürəti kəskin surətdə azalır. Bunun səbəbi isə  stratosferdə təzyiq və 
temperatur qradiyentlərinin nisbətən dayanıqlı olmasıdır. 
     Zamana görə külək sürətinin dəyişməsi isə  aşağıdakı nəticələrə 
gətirib çıxarır: 


 
     a)  külək  sürətinin  dəyişməsi  tropopauzada  maksimum  qiymət 
alır; 
     b)  troposferdə  külək  sürətinin  dəyişməsi  srtatosferdəkinə 
yaxındır; 
     c) külək sürətinin dəyişməsi ilin dövrlərindən az asılıdır. 
     Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, məkan daxilində 
külək  sürətinin  dəyişməsi  5-9  km  hündürlükdə  təqribən  eynidir. 
Məlumdur  ki,  yerüstü  təbəqədə  müşahidə  olunan  küləklər 
istiqamətcə  izobardan  15
0
  bucaq  altında  su  üzərində,  30
0
  bucaq 
altında  isə  quru  üzərində  meyl  edir.  Hündürlüyə  görə  küləyin 
istiqamət və sürətinin müəyyən təbəqədə dəyişməsi həmin təbəqədə 
havanın  orta  temperaturunun  qeyri-bərabər  paylanmasının,  yəni 
üfüqi temperatur qradiyentinin yaranmasının nəticəsidir. 
     Yer  kürəsinin  orta temperatur  paylanmasının  təhlili  göstərir  ki, 
mülayim  enliklərdə  troposferdə  temperaturun  üfüqi  qradiyenti 
ekvatordan  qütblərə  doğru,  termik  küləyin  vektoru  qərbdən  şərqə 
istiqamətlənmişdir.  Qeyd  etmək  lazımdır  ki,  hündürlükdə  küləyin 
istiqaməti  bütün  hallarda  izotermlərin  istiqamətini  qəbul  etməyə 
şərait yaradır. 
     Küləklər  yerli  şəraitin  xüsusiyyətlərindən  asılı  olaraq  bir  neçə 
cür olurlar.Yerli fiziki-coğrafi və termik şəraitin təsirindən yaranan 
və  həmin  yerin  tipik  xüsusiyyətlərini  mənimsəyən  hava  axınlarına 
yerli küləklər
 deyilir. Çox da böyük olmayan ərazini tutan atmosfer 
sirkulyasiyası yarandığı rayonun hava şəraitinə böyük təsir göstərir. 
Yer kürəsinin müxtəlif coğrafi rayonlarında yerli küləklərin bir çox 
növləri  müşahidə  olunur.  Onların  bəziləri  müəyyən  sinoptik 
şəraitdə  yaranır.  Aşağıdakı  yerli  küləkləri  misal  gətirmək  olar: 
Abşeron  yarımadasında  yaranan  xəzri,  gilavar,  Aralıq  dənizi 
sahillərində sirokko, cənub rayonlarında xəmsin,  əfqan və s. bu tip 
küləklərdəndir. 
     Yerli  küləklərə  fyonlar  da  aiddirlər.  Fyonlar  həm  termik 
sirkulyasiya,  həm  də  relyefin  təsirindən  və  hava  axınlarının 
mexaniki qarışması nəticəsində yaranırlar. 
Fyon
 - alman sözü olub, 
«isti  külək»  mənasını  verir.  Hava  kütlələri  dağ  silsilələrini  aşıb 
keçərkən  dağın  əks  tərəfində  (  külək  tutmayan  hissəsində)  enən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə