N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   29   30   31   32   33   34   35   36   ...   90

 
 
     Hava  axınları  atmosferdə  üfüqi  və  şaquli  vəziyyətdə  baş  verir. 
Havanın  üfüqi  istiqamətdə  yerdəyişməsinə 
külək
  deyilir.  Küləklər 
hava kütləsinin yer səthinə nəzərən hərəkətinə görə təyin edilir. Bu 
təyinata  əsasən  külək  ərazidə  üç  istiqamətdə  əsə  bilər.  Külək 
vektorial  kəmiyyət  olub,  sürət  və  istiqaməti  ilə  təyin  edilir.  Əgər 
vektorun qiyməti yer səthinə nəzərən götürülərsə, bu o deməkdir ki, 
o, üç istiqamətdə ola bilər:  şimal – cənub, şərq – qərb və yuxarı – 
aşağı.  
     Əgər  vektorun  qiyməti  hava  gəmisinin  uçuş  trayektoriyasına 
nəzərən  götürülərsə,  o  zaman  aşağıdakı  istiqamətlərdən  istifadə 
edilir:  eyni  səmtli  və  qarşıdan  əsən  küləklər,  yan  səmtli  küləklər 
(sağ  və  soldan),  enən  və  qalxan  küləklər  (şaquli).  Küləklər 
fəaliyyəti zamanı iki qüvvənin təsirinə məruz qalır: 
1.  Külək yer səthinə sürtünərək zəifləyir - sürtünmə qüvvəsi; 
2.  Küləklər  Yerin  fırlanmasından  asılı  olaraq  hər    iki 
yarımkürədə zəifləyir və istiqamətini dəyişir - 
Koriolis qüvvəsi. 
     Küləyin  istiqaməti  yüksək  təzyiq    sahəsindən  alçaq  təzyiq  
sahəsinə  doğru  yönəlir.  Onun  gücü  (sürəti)  təzyiq  sahələri 
arasındakı fərqlə düz mütənasibdir. Yəni təzyiqin böyük fərqlərində 
sürət  çox,  az  fərqlərində  isə  əksinə,  az  olur.  Yerin  fırlanması 
nəticəsində 
küləklər 
şimal 
yarımkürəsində 
sağa, 
cənub 
yarımkürəsində  isə  sola  meyl  edirlər.  Bu  qüvvə  Koriolis  qüvvəsi  
adlanır. Beys - Bolla qanununa əsasən küləklər adətən qradiyentdən 
sağa 60
0
-lik bucaq altında meyl edirlər. Koriolis qüvvəsi çox kiçik 
olmasına  baxmayaraq,  (=7,29·10
-5
sm
-1
)  arasıkəsilməz,  fasiləsiz 
olduğuna  görə  ümumi  aparıcı  axına  təsir  göstərmək  iqtidarına 
malik  bir  qüvvədir.  Əgər Yer kürəsi  fırlanmasaydı, (yəni,  Koriolis 
qüvvəsi  mövcud  olmasaydı)  onda  küləklərin  istiqaməti  ancaq 
qradiyentdən  asılı  olardı.  Şəkil  28-dən  aydın  görünür  ki,  Yer 
kürəsində  daimi  küləklərin  istiqaməti  ancaq  en  dairələri  üzərində 
yaranan təzyiq sahələri və onlar arasında olan qradiyentdən asılıdır.  
 


 
 
Şək. 28. Təzyiqin qradiyent qüvvəsinin (TQQ) təsiri altında  
yaranan küləklər 
Lakin,  əslində  heç  də  belə  deyildir.  Çünki  Yer  kürəsi  həmişə 
dövr  edir  və  burada  küləklərin  istiqaməti  Yerin  fırlanma 
meyletdirici qüvvəsi olan  Koriolis qüvvəsinin təsirinə  məruz qalır. 
Bu  zaman  hava  kütləsi  əvvəlcə  təzyiq  qradiyenti  qüvvəsinin  təsiri 
altında  yüksək  təzyiq  sahəsindən  alçaq  təzyiq  sahəsi  istiqamətinə 
yerini dəyişməklə, hərəkət edir. 
 


 
 
Şək. 29.  Koriolis qüvvəsinin küləklərə təsiri 
 
     Yerin  fırlanma  meyletdirici  qüvvəsi  olan  Koriolis  qüvvəsinin 
təsiri  nəticəsində  küləklər  şimal  yarımkürəsində  sağa,  cənub 
yarımkürəsində isə sola meyl edəcək. Yəni, bu zaman şimala doğru 
əsən küləklər sağa, cənuba doğru əsən küləklər isə sola meyllənmiş 
olacaq  (şək. 29).  
Sürtünmə təbəqəsi yer səthindən  1,5-2,0 km hündürlüyə qədər 
atmosfer qatında qərarlaşır. Ümumiyyətlə, havanın hərəkət sürətini 
zəiflədən  bir  sıra  səbəblər  vardır  ki,  bu  səbəblərdən  də  ən  vacibi 
sürtünmədir. Sürtünmə 2 cür olur: 
1.  Havanın alt qatının yer səthinə sürtünməsi; 
2.  Havanın hərəkəti zamanı öz daxilində yaranan sürtünmə. 
 Havanın  yer  səthinə  sürtünməsi  bilavasitə  relyefindən,    yer 
səthinin  kələ-kötürlüyündən  asılıdır.  Atmosferin  alt  qatında,  yerlə 
təmas  sahəsində sürtünmə  ən  böyük dərəcəyə, küləklər  isə  ən zəif 
sürətə malik olurlar. Su hövzələrinin  səthi daha çox hamar olduğu 
üçün  sürtünmə  orada  zəif,  sürət  çox,  quruda  kələ-kötürlüklərin 
təsiri ilə sürtünmə əmsalı böyük, sürət isə az olur.  
     Troposfer qatında bir neçə sürtünmə təbəqəsi ayrılır (şək. 30):  


 
 
        
 
 
 Şək. 30. Troposfer qatında sürtünmə təbəqələri 
     Sürtünmə  qüvvəsinin  təsirinin  nəzərə  alınmasından  asılı  olaraq 
küləklər 
geostrofik və qradiyent küləklərə
 ayrılırlar.  
     Atmosferdə  ağırlıq  qüvvəsi,  Yerin  fırlanması  nəticəsində 
yaranan  qüvvə  və  Arximed  qüvvəsi  şaquli  istiqamətdə  təsir 
göstərmirlər.  Bunlar  şaquli  yönəlmiş  barik  qradiyent  qüvvəsini 
tarazlaşdırır və bu əlaqə statikanın tənliyi ilə təsvir edilir.   


 
     Sürtünmə və inersiya qüvvələri havanın hərəkətini dəyişən əsas 
qüvvələr  hesab  edilirlər.  Təzyiq  sahəsinin  üfüqi  qeyri-bircinsliyi 
küləyi  əmələgətirən  yeganə  səbəb  olmaqla,  həmçinin  üfüqi  barik 
qradiyent qüvvəsini də yaradır.  
     Müntəzəm  hava  hərəkətlərinin  yaranmasında  ən  vacib  sahəni 
yer  səthindən  1,5  km  –  dən  yuxarı  atmosfer  təbəqəsi  tutur  ki,  bu 
təbəqə 
sərbəst atmosfer
 adlanır.  Bu təbəqədə  yer  səthinə sürtünmə 
qüvvəsinin  təsiri  heçə,  minimuma  enir.  Lakin,  bu  zaman 
atmosferdə  barik  qradiyent  qüvvəsi  ilə  Koriolis  qüvvəsi  bir-birini 
tarazlaşdırarsa,  müntəzəm  hərəkətlərin  yaranması  mümkündür.  Bu 
qüvvələrin  bərabərlik  şərtini  isə  aşağıdakı    tənlik  vasitəsilə 
göstərmək olar: 
 
0.
V
sin

n
p
ρ
1








 
 
     Bu zaman elə  bir şərti külək  vektoru daxil  etmək olar ki,  onun 
nəticəsində yaranan Koriolis qüvvəsi mövcud olan barik qradiyenti 
tarazlaşdırsın.  Qeyd  edilən  şərti  külək  vektoru  geostrofik  küləklər 
adlanırlar. 
Geostrofik  küləyin
  sürət  vektorunun  modulunu 
g
V
 
aşağıdakı bərabərlik şərtindən  almaq olar: 
 
.
n
p
ρ
sin
  

1
V
g




 
 
Başqa  sözlə, 
geostrofik  küləklər
  atmosferdə  sürtünmə  qüvvəsinin 
təsiri  olmadan  düzxətli  izobarlar  boyunca  havanın  qərarlaşmış 
hərəkətinə deyilir. 
    Küləklər  müəyyən  hündürlükdən  sonra  (sürtünmə  qüvvəsinin 
təsirinin  azaldığı  hündürlüklərdə)  geostrofik  küləklərin  paylanma 
qanunlarına tabe olur (şək. 31). Şəkildən göründüyü kimi, müəyyən 
hündürlükdən sonra təzyiqin qradiyent qüvvəsi (TQQ)  ilə  Koriolis 
qüvvələri  bir-birini  tarazlaşdırır  və    küləklərin  hərəkəti  geostrafik 
qəbul edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə