N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   33   34   35   36   37   38   39   40   ...   90

 
     Doyma halına yaxın olan və temperaturu müxtəlif olan iki hava 
kütləsi  bir-birinə  qarışan  zaman  isti  havanın  temperaturu  aşağı 
düşür və artıq su buxarı kondensasiyaya uğrayır. 
     Soyuq  havanın  temperaturu  artdığına  görə  kondensasiya 
nəticəsində  əmələ  gələn  su  damcıları  buxarlanır,  yerdə  qalanı  isə 
bulud və duman əmələ gətirir. Havanın temperaturunun dəyişməsi, 
xüsusən,  onun  aşağı  düşməsi,  yer  səthinin  və  atmosferin  şüa 
buraxması  nəticəsində  də  baş  verir.  Belə  ki,  Yer  və  atmosfer 
enerjini udmaq və şüalandırmaq qabiliyyətinə malikdir. 
     Yer səthi tərəfindən istiliyin şüalanması onun soyumasına səbəb 
olur və bu havanın yer səthinə yaxın hissəsində temperaturun aşağı 
düşməsinə  gətirib  çıxarır.  Bu  cür  soyumaya  yer  səthinin 
radiasiya 
soyuması
 deyilir. 
          Bulud sahələri və buludların yaranma səbəbləri 
 
     Yer  səthindən  müəyyən  hündürlükdə  asılı  vəziyyətdə  yerləşən 
su  damcıları  və  buz  kristalları  yığımına 
bulud
  deyilir.  Buludlar  su 
buxarının  kondensasiyası  və  yaxud  sublimasiyası  nəticəsində 
yaranırlar.  Buna  görə  də  buludları  çox  zaman 
kondensasiya  və  ya 
sublimasiya  məhsulları
  da  adlandırırlar.  Məlum  olduğu  kimi, 
atmosferdə  1  (bir)  qram  su  buxarının  kondensasiyası  və  ya 
sublimasiyası üçün 600 kalori istilik ayrılır. Lakin bunun üçün hava 
həddən  artıq  doymalıdır.  Atmosfer  çox  qarışıq  bir  mühitdir  və 
burada  üfüqi  hərəkətlərlə  bərabər,  şaquli  hərəkətlər  də  müşahidə 
olunur.  Havanın  bu  cür  axınları  yer  səthinin  böyük  ərazilərində 
hava  şəraitinin  formalaşmasında  mühüm  rol  oynayır.  Bu  təsir, 
xüsusən  buludların,  yağıntıların  və  başqa  atmosfer  hadisələrinin  
yaranmasında da özünü göstərir. 
     Atmosfer  rütubətliyi  100  %-ə  çatdığı  zaman  kondensasiya 
nüvələri  üzərində  su  damcılarının  əmələ  gəlməsi  prosesi  güclənir. 
Beləliklə,  tərkibində  çoxlu  miqdarda  su  damcıları  olan  buludlar 
əmələ  gəlir.  Müəyyən  edilmişdir  ki,  təmiz  su  normal  atmosfer 
təzyiqi  şəraitində  0
0
C-də  donur.  Suyun  bərk  hala  keçməsi  üçün 


 
kristallaşma  mərkəzinin  əmələ  gəlməsi  zəruridir.  Atmosferdə 
hərarətin  0
0
C-dən  aşağı  olduğu  yerlərdə  tərkibində  su  buxarı  olan 
buludlarda kristallaşma mərkəzi əmələ gəldiyi üçün tərkibində buz 
zərrəcikləri  olan  buludlar  əmələ  gəlir.  Kondensasiya  nəticəsində 
bulud  və  digər  atmosfer  hadisələrinin  əmələ  gəlməsi  üçün  su 
buxarının  olması  zəruridir.  Havaya  su  buxarı  dəniz,  göl  və 
çaylardan,  torpaq,  bitki  səthindən  buxarlanaraq  qalxır.  Bu  proses 
hətta  aşağı  temperatur  şəraitində  belə  davam  edir.  Lakin,  yüksək 
temperatur  şəraitində  buxarlanma  çox  və  güclü  gedir.  Havanın 
temperaturu artdıqca onda olan  su  buxarının  miqdarı da artır,  yəni 
mütləq  rütubətlik  havanın  temperaturu  ilə  düz  mütənasibdir. 
Müxtəlif  temperaturda  1m

  havada  görünməz  halda  olan  su 
buxarının ən çox miqdarı cədvəl  8- də verilmişdir.     
     Tutaq ki, 20
0
C temperaturda havanın 1m
3
 həcmində 15 qram su 
buxarı vardır. Cədvəldən göründüyü kimi, bu temperatur şəraitində 
1m

havada  ən  çoxu  17  qram  su  buxarı  ola  bilər.  Əgər  hava 
soyuyaraq  temperaturu  1
0
C  aşağı  düşərsə,  bu  zaman  5,5  qram  su 
buxarı  artıq  buxar  halında  qala  bilmir  və  onlar  su  damcılarına 
çevrilərək buludların yaranmasına səbəb olur. 
     Atmosferdə  bulud  əmələgəlmədə  iştirak  edən    qalxan  və  enən 
hava  axınları  öz  ölçülərinə,  sürətlərinə  və  atmosfer  proseslərinə 
təsiri  baxımından  fərqlənirlər.  Buna  görə  də  şaquli  axınları  3  əsas 
növə bölmək olar: 
  nizamlı şaquli hərəkətlər ; 
  istilik konveksiyası ; 
  dinamik turbulentlik . 
Cədvəl  8 
Havada müxtəlif temperatur şəraitində su buxarının  
miqdarı 
 
Havanın temperaturu, 
0

Su buxarının miqdarı, q/m
3
 
-30 
0,5 


 
-20 
1,0 

5,0 
10 
9,5 
20 
17 
30 
30 
        
     Nizamlı  şaquli  hərəkətlər
 – sürəti 1-10 sm/san olan şaquli  hava 
axınlarıdır.  Bu  cür  hərəkətlər  böyük  ərazilərdə  müşahidə  edilir  və 
şaquli istiqamətdə bütün troposferi əhatə edə bilirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
Şək. 35Hava kütlələrinin üfüqi səth üzərində hərəkəti 
 
  Şəkil  35-  dən  göründüyü  kimi  bu  cür  hərəkətlər  aşağıdakı  kimi 
baş verir: 
    a) hava kütləsinin dağ yamacı ilə yuxarı qalxması zamanı (A); 
    b)  isti  havanın  soyuq  havanın təsiri  nəticəsində  yuxarı qalxması 
(B) ; 
    c) isti havanın soyuq havanın üzərinə yayılması (C); 
     İstilik  konveksiyası
  –  Günəş  tərəfindən  yer  səthinin  qeyri-
bərabər  qızması  nəticəsində  yaranır.  Daha  çox  isinmiş    sahələrdə 
hava  tez  qızır  və  isti,  yüngül  olduğuna  görə  o,  yuxarı  qalxmağa 
başlayır,  qalxan  hava  kütlələrinin  sürəti  5-10  m/san,  lakin  bəzi 


 
hallarda  30-40  m/san  təşkil  edir.  Enən  hava  kütləsinin  sürəti  isə 
bundan  dəfələrlə  az  olur.  İstilik  konveksiyası,  adətən,  ilin  isti 
dövründə müşahidə olunur, səhər vaxtı yaranır, günorta maksimum 
həddə çatır, axşam isə zəifləyir.            
     
Dinamiki turbulentliklər
 – ilin istənilən dövründə yarana bilirlər. 
Yayda  istilik  konveksiyasının  hesabına  güclənməklə  bir  neçə  yüz 
metr atmosfer qatını əhatə edir. 
     Hava  kütləsi  yuxarı  qalxdıqca  adiabatik  olaraq  soyuyur,  aşağı 
endikdə isə əksinə, adiabatik olaraq isinir. Havanın temperaturu ilə 
şeh nöqtəsi temperaturu arasındakı fərq azalan zaman hava doymuş 
hala çatır və bu hündürlükdə kondensasiya prosesi başlayır.  
      Əgər  hissəciklər  qalxan  hava  cərəyanları  vasitəsilə  ilkin 
səviyyədən  kondensasiya  səviyyəsinədək  qalxırsa,  bu  zaman 
kondensasiya  səviyyəsində  və  ondan  yuxarıda  buludlar  əmələ 
gələcəkdir. Qalxma davam etdikcə su buxarının kondensasiyası baş 
verir  və  kondensasiyanın  gizli    istiliyi  ayrılır,  buna  görə  də 
temperaturun  az  aşağı  düşməsi  müşahidə  olunur.  Doymuş  havada 
temperaturun  hər  100  m-də  aşağı  düşməsi  0,5
0
C  olacaq  və 
kondensasiya  prosesi  rütubətli  adiabatik  qanuna  uyğun  davam 
edəcək. 
     Atmosferdə  qalxan  hava  müxtəlif  xüsusiyyətlərə  malik 
olduğuna  görə,  yaranan  buludlar  da  bir-birindən  forma  və  növünə 
görə  fərqlənirlər.  Bununla  birlikdə,  buludların  oxşar  cəhətləri  də 
vardır  ki,  onlara  görə  də  buludları  qruplara  bölmək,  yəni 
təsnifatlaşdırmaq olar.  
     Buludların təsnifatı aşağıdakı əlamətlərə əsaslanaraq aparılır: 
a)  Buludların aşağı sərhədlərinin yer səthindən hündürlüyünə 
və  onların  xarici  görünüşlərinə  görə  -  bu  cür  təsnifat 
buludların 
morfoloji təsnifatı
 adlanır və  aşağıdakı kimi aparılmışdır:  
     1)  aşağı  sərhədi  6  km-dən  yuxarıda  yerləşən 
yuxarı  təbəqə 
buludları
 – Ci, Cc, Cs ( lələkli,  lələkli-topa, lələkli-laylı ); 
     2) sərhədləri 2 – 6 km arasında yerləşən 
orta təbəqə buludları
 – 
Ac, As (yüksək-topa, yüksək-laylı); 
     3)  aşağı  sərhədi  2  km-dən  alçaq  olan 
aşağı  təbəqə  buludları
  – 
Sc, St, Ns (laylı-topa, laylı, laylı-yağışlı); 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə