N. Z. Haciyeva



Yüklə 11,89 Mb.
Pdf görüntüsü
səhifə102/116
tarix30.10.2018
ölçüsü11,89 Mb.
#76803
1   ...   98   99   100   101   102   103   104   105   ...   116

1)  gücləndiriri  emfatik  hissəciklərin  bağlayıcılara 
çevrilməsi: 
da,  k i;
  2)  bir  sıra  fe’lin  fe’li  bağlama  formasının 
bağlayıcıya  çevrilməsi: 
dep,  dip.
  tuv. 
boiğaş  ' v ə ' ;
  3)  şərt 
şəkli  formalarının bağlayıcıya çevrilməsi:  tat. 
isə,
 qırğ. 
dese;
 4) 
kayda  'h a ra d a ',  Ifaçan  'h a ç a n ',  Ifaysı  'h a n sı'
  və  s.  tipli  sual 
əvəzliklərinin bağlayıcı rolunda istifadə olunması və  s.
318
III  Fəsil
SİNTAKSİS
Sintaktik vahidlərin tarixi aspektdə öyrənilmə 
metodları  haqqında
Sintaktik vahidlərin  tarixi  aspektdə  öyrənilməsini  ya  bir 
dilin,  məs.  rus,  fransız,  Azərbaycan,  özbək  və  s.,  ya  da  qohum 
dil qruplarının materialları  əsasında həyata keçirmək olar.
Birinci  məsələni  həyata  keçirmək  olduqca  asandır. 
Əvvəl  sələf  dilin  sintaksisi  öyrənilir.  Müasir  rus  dilinə 
münasibətdə bu  dil  qədim rus,  fransız  dilinə  münasibətdə  əski 
fransız  və  hətta  latın  dili  və  s.  ola  bilər.  Öyrənilmək  "nə  var 
idi,  nə  almdı"  prinsipi  üzrə  aparılır:  hər  hansı  sintaktik 
konstruksiya 
seçilir  və 
bunun 
sələf  dildəki 
müvafiq 
konstruksiyaya münasibətdə müasir dildə uğradığı dəyişikliklər 
müqayisə  əsasında  tə'yin  olunur.  Bu  metod  bir  sıra  dillərin 
sintaktik  tarixinin  öyrənilməsinin  əsasını  təşkil  edir.  Ayrı-ayrı 
dillərin  sintaktik  quruluşunun  tarixinin  öyrənilməsində  bu 
metodun  tam  yaşamaq  haqqı  vardır.  Lakin  bunun  üçün  mütləq 
bir  şərt  var:  öyrənilən  dil  hökmən  sələf  dilin  ardıcıl  tarixi 
təkamülünün nəticəsi olmalıdır.
Türkdilli  respublikalarda  ayrı-ayrı  türk  dillərinin  tarixi 
sintaksisinə  aid  tədqiqçilərdə  bu  əsas  şərtə  həmişə  riayət 
olunmur.  Belə bir ideal  təsəvvür yaradılır ki,  qədim türk  yazılı 
abidələrinin  bütün  sintaktik  xüsusiyyətləri  on qədim, ən arxaik 
faktlardır.  Ona  görə  də  qədim  türk,  qırğız,  özbək  və  qazax 
dillərinin  sintaktik  tarixinin  bir  çox  tədqiqatçıları  Mahmud 
Kaşğarlı  lüğətindən,  Orxon-Yenisey  abidələrindən  və  s. 
nümunələr gətirməyi  özlərinin  mütləq  vəzifələri  hesab  edirlər. 
Məsələyə  belə  yanaşmanın  mütləq  faydasına  ümid  bağlamaq 
olmaz-  müasir  dillə  həmin  abidənin  sələf-xələflik  münasibəti 
sübut  olunmamış  qalır.  Lakin  bu  o  demək  deyil  ki,  qədim  türk
319


yazılı 
abidələrindeki 
arxaizmlər 
ümumiyyətlə 
nəzərə 
alınmamalıdır.  Ancaq onların  elmi  dəyəri  başqa üsullarla  tə'yin 
edilir.
Sintaktik  vahidin  tarixinin  öyrənilməsi  bütöv  qohum 
dillər  qrupu  dairəsində  gedərkən  iş  daha  mürəkkəb  vəziyyət 
alır.  Tədqiqatın  bu  sahəsində,  ümumiyyətlə,  kifayət  qədər 
müəyyən  və  dəqiq  metodlar  yoxdur.  Ən  çətin  problem  isə 
sintaktik  arxetip  deyilən  hadisənin  canlandınlmasıdır.  Genetik 
qohum  dillərdə  material-qohum  sözlər  qrupu  olduqda  səs 
qanunlarım  bilərək  söz  və  morfem  səviyyəsində  arxetipin 
yaradılması  mümkün  haldır.  Belə  ki,  məs.  tacikcə 
n a v 'y e n i ', 
lat. 
novus,
  rus. 
н о в ы й ,
  yunan 
veos
  sözləri  vahid 
*nevos 
arxetipi  yarada  bilərlər.  Rus  dilində  fe'lin  3-cü  şəxs  cəm 
sonluğu 
b eru t  'o n la r   g ö tü rü rlə r',
  lat. 
la u d a n t'o n la r  tə 'r if 
e d i r l ə r
qədim-alman 
n im a n t  '  onlar g ö tü rü rlə r',
  qədim-hind 
bharanti  'o n la r   aparırlar
1  formaları  da 
*-nti
  arxetip  şəxs 
sonluğunun bərpa olunmasına imkan verir.
Bir  qayda  olaraq,  sintaktik  vahidlər  (söz  birləşməsi  və 
cümlə)  çoxtərkıblidir.  Söz  birləşməsinin  "sifət+isim"  nəzəri 
modeli  sözün  cürbəcür təzahürləri  mümkün  edə  bilər.  Konkret 
dilin  sintaksisi  tarixini  söz  birləşməsi  vo  cümlə  modellərinin 
tarixi  ardıcıllıq  sisteminin  tipi  üzrə  qurmaq  olar.  Lakin  bu  cür 
sintaksis  son  dərəcə  qeyri-konkret  və  mə'nasız  ola  bilər. 
Birincisi,  konkret  dilin  təhlili  olmadığından,  hətta  göstərilən 
modelin  hansı  dilə  aid  olduğunu  tə'yin  etmək  çətin  olardı.  Söz 
birləşməsinin  "sifət+isim"  formulu  müxtəlif  dillərdə  istifadə 
olunur.  Əgər  desək  ki,  rus  dilindəki 
ç t o 'k i '
  bağlayıcılı 
tamamlıq  cümləsinin  analoqu  baş  cümlədəki  fe'lin  obyekti 
rolunda  çıxış  edən  tə’sirlik  haldır,  onda  bu  formula  eyni 
dərəcədə nəinki  türk, eyni  zamanda monqol,  tunqus-mancur və 
hətta bir neçə şərqi  fm-uqor dillərinə  də  tətbiq  oluna bilər.  Bu 
bir  daha  subüt  edir  ki,  söz  birləşməsi  və  cümlələrin  abstrakt 
modellərinin  sintaktik  arxetipi  ola  bilməz.  Belə  olan  halda 
konkret olaraq sintaktis arxetipi  necə yaratmaq olar?
320
Sintaktik  arxetip  yaratmaq  sahəsində  ilk  addımı 
B.Delbrük  atmışdır.  Hind-avropa  dillərində  nisbi  budaq 
cümlələrin  tarixinə nəzər salaraq,  o belə  nəticəyə  gəlmişdir ki, 
ulu hind-avropa dilində  / o  əsaslı  əvəzlik nisbi  əvəzlik rolunda 
istifadə  olunub  və  o  dövrün  yeganə  nisbi  əvəzliyi  olub 
[Delbruck,  1893,  səh.  405].  Delbrük  əyani  olaraq  göstərir  ki, 
sintaktik  arxetip  sintaktik  vahidin  ümumi  modelinin  tipi  ola 
bilər.  Bundan  başqa o,  tə'yin  edir  ki, ümumi  modelin  özü onun 
formal  dayağını  xarakterizə  edə  bilər.  Məs., 
io
  əsaslı  əvəzlik 
fakt  olaraq  sintaktik  vahidin  müəyyən  edilmiş  nisbi  budaq 
cümləsinin  formal  dayağıdır.  Beləliklə,  sintaktik  arxetip  ancaq 
modellə,  o  da  sadə  model yox,  müəyyən  morfoloji  dayağı  olan 
modellə  ola  bilər.  Deməli,  tarixi  sintaksis  sıx  surətdə  tarixi 
morfologiya  ilə  uzlaşır.  Bu  morfoloji  dayağın  tarixi  dəyişməsi 
sintaktik  vahidin  tarixi  dəyişməsinin  yeganə  göstəricisidir. 
Başqa  yolla  gedərək  onun  tarixi  inkişafı  haqqında  heç  bir 
təsəvvür əldə etmək olmaz.
Tarixi  morfologiyasız  qohum  dillər  qrupunun  tarixi 
sintaksis  ola  bilməz.  Sintaktik  vahidin  bərpasının  mahiyyəti 
götürülmüş sintaktik vahidin ən qədim tipinin tə'yin edilməsinə 
və onun morfoloji dayağının aşkarlanmasına gətirir.
Sintaktik  rekonstruksiyon  aşağıdakı  üsullarla  həyata 
keçirilir.
(1).  Hər şeydən  əvvəl,  tədqiqat üçün seçilmiş  sintaktik vahidin 
tipi  tə'yin  olunur.  Bu  söz  birləşməsi,  sadə  cümlə  və  ya  hər 
hansı  mürəkkəb  cümlə  tipi  ola  bilər.  O  adətən  onun  tərkib 
üzvlərinin  xarakteri  əsasında  tə'yin  edilir:  məs.:  "sifət+isim", 
"fe'li  sifət+isim";  "əvəzlik+isim"  "tə'sirlik  halda  ad+fe'li 
forma";  "yönlük  halda  ad+fe'li  forma";  sadə  əlaqəli  adlıq 
cümlə;  müəyyən  üzvlə  formalaşmış  asılı  transforma;  hər  hansı 
bağlayıcı  daxil edilmiş  budaq cümlə və s.  Tipin tə'yin edilməsi 
ilkin hazırlıq mərhələsidir və özlüyündə tarixi  dəyişikliyi  aşkar 
etmir.
321


Yüklə 11,89 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə