N. Z. Haciyeva



Yüklə 11,89 Mb.
Pdf görüntüsü
səhifə48/116
tarix30.10.2018
ölçüsü11,89 Mb.
#76803
1   ...   44   45   46   47   48   49   50   51   ...   116

rolunda  həqiqətən  geniş  istifadə  olunur:  qazax, 
о к щ ь -т ь п  
'm ə n   şagirdəm ', 
o ku şb -sb n
  's ə n   şagirdsən',  özb. 
sö ğ -m o n  
'
 mən s a ğ l a m a m
sö ğ -sə n   '
 sən sağlamsan'  və s.
Lakin  şəxs əvəzliyi  postpozisiyada  "mənim",  "sənin"  və 
s.  mənsubiyyət  əvəzliyinin  funksiyasında  heç  vaxt  çıxış  edə 
bilməz.  Belə  fikir  yakut  dilinin  misalları  ilə  əyani  surətdə 
təsdiq olunur.  Yakut dilində yiyəlik hal yoxdur, ancaq 
m in  a tım  
'
 mənim  a tım '  tipli  birləşmələr  mövcuddur.  Burada  şəxs 
əvəzliyi  aşkar  şəkildə  "mənim"  mənsubiyyət  əvəzliyinin 
mə'nasında  çıxış  edir.  Yəqin  ki,  ulu  türkcədə  də  iş  belə 
vəziyyətdə  olmuşdur. 
A t   m in   '
 mənim  atım '  tipli  birləşmə 
türk  dillərinin  "tə’yin+tə’yin  olunan"  söz  sırası  qanununa 
tamamilə  zidd  olardı.  Halbuki  bu  model  türk  dil  strukturunun 
iliyinə  işləmişdir.  Mənsubiyyət  affiksləri  və  şəxs  əvəzlikləri 
eyni  əvəzlik  sözlərdən  yarana  bilərdilər.  Lakin  çətin  belə 
nəticə  çıxarmaq  olar  ki,  mənsubiyyət  affiksləri  şəxs 
əvəzliklərinin 
reduksiyası 
(zəifləməsi) 
nəticəsində 
yaranmışdır.
Mənsubiyyət  münasibəti  tez-tez  məkani  münasibətlərin 
yenidən  mə'nalandırılması  nəticəsində  yaranmışdır.  Daha 
yaxında  yerləşən 
"m ənim ",  "m ənim   o la ıı”
 kimi,  daha  uzaqda 
yerləşən 
"m ənim   olm a ya n "
  və  s.  kimi  düşünülmüşdür.  Ona 
görə  türk  dillərində  mənsubiyyət  affiksləri  ola  bilsin  ki, 
məkani  indikatorların  ilk  rolunu  ifa  edən  hansısa  əvəzlik 
sözlərindən  inkişaf etmişdir.  Belə  ki, 
atım
  əvvəlcə 
'
 mənə  ən 
yaxın  olan  a t ' 
mə’nasını  ifadə  edə  bilərdi.  Affiksin 
postpozisiyası  burada  yer  bildirən  başqa  işarə  formandan 
kimidir, məsələn, türk, 
evdeki,
 alt. 
ta yğ a d a ğ ı'
 tayğadakı'  və s.
Mənsubiyyətin 
-b iz
  və 
-ğ ız(-n ız)
  cəm  affiksləri  də 
A.M.Şerbakın  fərziyyəsini  təsdiq  etmir,  çünki  burada  [£]  və 
\ğ(n)]
  əsasdır,  [-/z]  isə  çoxluğun  göstəricisidir. 2-ci şəxs təkin  - 
n
  və  ya 

  affiksləri 
sən
  şəxs  əvəzliyi  ilə  qətiyyən 
əlaqələnmir.
3-cü  şəxs  tək  və  cəmin  mənsubiyyət  affiksinin  ilkin 
forması  məsələsi  də  böyük  maraq  doğurur.  A.M.Şerbak  və 
bə’zi  başqa türkoloqlar hesab  edirlər ki,  ilk mərhələdə  bu affıks 
-m
 formasında  olmuş,  o  da  öz  növbəsində  qədim 
-ın//-in
  işarə 
əvəzliyindən  nəş'ət  etmişdir.  Bu  əvəzlik  adlıq  hal  formasında 
heç yerdə  işlənmir,  ancaq çoxlu zərflərdə  iz buraxmışdır, belə: 
ancaq  qəd.-türk. 
т аги
  'o r a y a ',  tuv. 
m d ı
  'o   biri  tə r ə f ', 
m a r 
'o ra y a ', 
-ında
  'o r a y a ', 
-m da
  'o r a d a '.  A.M.Şerbakın 
fikrincə,  bu  əvəzlikdən  3-cü  şəxs  mənsubiyyət  affiksi 
yaranmışdır.  Beləliklə,  bunun  praforması  (ilk  şəkli)  sonu 
 
samitli affikslə bərpa olunmalıdır [Şerbak,1977, s.78].
Bu  nəzəriyyənin  tərəfdarları  yönlük,  yerlik,  çıxışlıq  və 
tə'sirlik  halların  formalarında  "əlavə" 
-n-
 samitini  bununla  izah 
edirlər:  türk, 
evi-n -c'
 evinə ',  
babası-n-a;  e vi-n -d e '
 evində ', 
babası-n-da; evi-n-den’
 evindən ',  
babası-n-dan; e v i-n -i
 və s.
Bizim  fikrimizcə,  bu  birləşmələrdə 
-m
  elementi  işarə 
əvəzliyi  rolunda  heç  vaxt  çıxış  etməyən 
-an
 əvəzliyinin  ablaut 
(səsi əvəzlənmiş) variantıdır.
Lakin onu da nəzərə almaq lazımdır ki, ulu türkcədə heç 
bir  əvəzlik  adlıq  halda 
n
  ilə  bitməmişdir,  belə  ki, 
-n-
  vasitəli 
halların  xüsusi  aparıcısı-bələdçisi  olmuşdur. 
A tın '
 sənin  a tın ', 
ineqin'
 sənin inəyin '  kimi  formalar heç vaxt olmamışdır.
Vasitəli  hallarda "əlavə" 
-n-
 səsinin mənşəyini başqa cür 
izah  etmək  olar.  Ola  bilsin  ki,  o,  məzmun  və  fonna  cazibəsi 
(attraksiya)  nəticəsində  mənsubiyyət  affiksli  adların  hallanma 
paradiqmasına  daxil  olmuşdur. 
A tı,  atası
  tipli  mənsubiyyət 
affiksli  formalar 
o,  o l
  şəxs  əvəzliyi  ilə  assosiasiya  edilir 
(qavranılır).
Bu  əvəzliyin  səciyyəvi  xüsusiyyəti  odur  ki,  vasitəli 
halların  formalarında 
-n-
  elementi  olur  və  adlıq  halında  isə  o 
olmur:  türk, 
o
  ancaq 
onda,  ondan.
  Əgər  mənsubiyyətin  3-cü 
şəxs  tək  affiks  formasının  3-cü  şəxs  təkin  şəxs  əvəzliyi  ilə 
assosiativ  əlaqəsi  olmuşsa,  onda  mənsubiyyətin  3-cü  şəxs 
təkinin  affiksi  ilə  işlənən  isimlərin  hallanması  vasitəli  hallarda
126
127


əvəzliyin  hallanmasına  bənzəyəcəkdir. 
Onda
  və 
ondan
  tipli 
formaların  analogiyası  üzrə 
başında
 və 
başından
 tipli  formalar 
yarana  bilmişdir.
Bütün  Orta  Asiya  ərazisində  mənsubiyyət  affiksli 
isimlərin  hallanmasında  "əlavə" 
-n-
  samiti  işlənməyən  bir 
izoqlos  keçir.  Bu  tipli  hallanma  özbək  və  uyğur  dilləri  üçün 
səciyyəvidir;  bu  hallanma  onların  ədəbi  dil  normasında 
möhkəm  yer  tutur.  "Əlavə" 
-n-
  samiti  olmayan  bu  tipli 
hallanma  Cənubi  Qırğızıstanda,  həmçinin  Özbəkistanda  və 
Tacikistanda  yaşayan  qırğızların  dilində  yayılmışdır.  Özbək- 
uyğur  tipli  hallanmaya  Orta  Asiyadan  kənarda  Qərbi  Sibir 
tatarlarının dilində rast gəlinir.  [Hacıyeva,1975, s.47-48].
Özbək-uyğur  tipli  hallanmanın  zona  məhdudluğu  belə 
güman etməyə  əsas verir ki,  "əlavə" 
-n-
 samiti olmayan  şəkilçi 
törəmə hadisədir. Əslində,  burada mənsubiyyət affiksli  halların 
linqvotexniki  mükəmməlləşməsi  baş  vermişdir.  "Əlavə" 
-n- 
samitinin aparıcılığından  dil azad olmuşdur.
3-cü  şəxs  təkin  mənsubiyyət  affıksinin 
-sı
  variantının 
mənşəyi  asan  izah  oluur.  Tamamilə  aydındır  ki,  ancaq  bir 
-ı//-i 
variantının  mövcudluğu  bir  sıra  hallarda  qovuşma  deyilən 
hadisə  yarada  bilərdi 
(a n a -ı'
 an ası',  
ata-ı'
 atası'  və  s.  tipli 
sözlərdə  yanaşı  olan  saitlərin  qovuşması  kimi).  Qovuşmanı 
kənar  etmək  üçün  dayaq  samitə  ehtiyac  olmuşdur.  Türk 
dillərində ayırıcı 
-sı/j-si
 afliksi  olmuşdur:  tat. 
ka ° y-sb   '
 hansı 
özb. 
%ay-sb,
  qum. 
kay-sb
  və  s.  -bundan  3-cü  şəxsin  tək  və cəm 
mənsubiyyət  affıksinin  ikinci  variantı  kimi  istifadə  edilmişdir. 
Bu  əlaqə  onunla asanlaşıb  ki,  3-cü  şəxsin  təkinin  mənsubiyyət 
affiksi  bir  sıra  hallarda  ayırıcılıq  mə'nası  daşımışdır:  tat. 
Sinin 
игат ьп!  Şunnan  tb n n b şka   b irin in i  а°ск>тыть 
a°tlbysbn. 
A nnaib 
ikin ın icin ,  ё щ /п щ ш п ... 
'
 Sənin  küçən!  Buradan 
həyata birinci addım atırsan.  Sonra ikinci, üçüncü...'
Yiyəlik 
əvəzliklərinin 
mövcudluğu 
zamanında 
mənsubiyyət  affikslərinin  sistemi  müəyyən  dərəcədə  artıqdır 
(pleonazmdır).  Təəccüblü  deyil  ki,  çuvaş  dilində  1-ci  və  2-ci
128  _______________________________________________ _ _ _ _
şəxsin  mənsubiyyət  affiksləri  müntəzəm  istifadə  olunmur. 
Çuvaş  dilinin  bə'zi  dialektlərində  mənsubiyyət  affikslərinin 
sistemi  güclü  surətdə  pozulmuş,  Morqauş  şivəsində  isə 
tamamilə itmişdir.  Salar dilində mənsubiyyət şəkilçilərinin təki 
və  cəmi  arasında  fərq  yoxdur.  San  uyğurların  dilində 
mənsubiyyət affikslərinin sistemi, demək olar ki, itmişdir.
Hətta  mənsubiyyət  affikslərinin  sistemi 
ümumən 
saxlanan  türk  dillərində,  xüsusən  1-ci  şəxsin  cəmində  bu 
şəkilçilər  çox  vaxt  buraxılır,  müq.  tat. 
b izn in   awbl\
  çuv. 
p irin 
y a l ’
 bizim k ə n d '.1
3-cü  şəxsin 
-ıH-i,  -sı/j-si
 mənsubiyyət  affiksi  müəyyən 
artikl  mə'nasmı  da  ifadə  edə  bilir.  Bu  funksiya  çuvaş  dilində 
aydm  görünür: 
k im i  '
 g ə m i',   amma 
k im m i  '
 g ə m i'-   haqqında 
danışılan gəmi. Tatar dilində də affiksin belə mə'nasına ara-sıra 
rast  gəlmək  olur,  məsələn, 
te ş  a °tm n a n   (ü stü n d ə  oturduğun 
'
 atdan d ü ş').
İSMİN SÖZ YARADICILIĞI 
İsimlərin isimlərdən, 
b ə 'zə n
 də sifətlərdən düzəlməsi
İsimlərin  və  sifətlərin  yaranmasında  istifadə  olunan 
affikslərin  miqdarı  çox  deyil. 
Yəqin  ki,  qədim  zamanlarda 
onlar daha çox olmuşdur.  Onların çoxu çoxdan qeyri-məhsuldar 
olmuş 
və 
çox 
vaxt 
onlardan 
istifadə 
iki-üç 
sözlə 
məhdudlaşmışdır.  Ona  görə  də  tez-tez  rast  gəlinən  affiksləri 
nəzərdən keçirmək daha məqsədəuyğundur.
-çı//-çi.
  Türk  dillərində 
-çı//-çi
  affiksi  çox  geniş 
yayılmışdır  və  şəxsin  fəaliyyətini  bildirmək  üçün  işlənir. 
A v  
sözündən  türk, 
avçı
  'o v ç u ', 
d il
 sözündən  azərb. 
dilçi,  m a l 
sözündən  alt. 
m alçı,  tim ir  '
 d ə m ir'  sözündən  qum. 
tim irçi
' Azərbaycan  türkcəsində do belədir:  bizim  sv,  bizim  m əktob- Tərcüməçi. 
-------------------------------------------------------------------------------  429


Yüklə 11,89 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə