Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə3/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   2   3   4   5   6   7   8   9   ...   78

5 avqust 1994-cü 
ildə cinayətkar 
manyakların gülləsinə 
tuş gəlmiş oğlum Hüseynin 
(Azərin) əziz xatirəsinə 
ithaf edirəm.
GİRİŞ
Ø
ərqin sonuncu əzəmətli fatehi kimi yaddaşlarda qalan Nadir şah
mövzusu kifayət qədər maraqlı bir mövzudur. Bu da təsadüfi deyil. 
Çünki Nadir şah, doğrudan da, istər Azərbaycan tarixinin, istərsə də Şərq
tarixinin əvəzedilməz simalarından biridir. Bu əvəzedilməzlik onun son
dərəcə parlaq hərbi istedadından, qibtə ediləcək fatehliyindən, unikal siyasi
karyerasından irəli gəlir. Nadir şahın həyat yolunda bir əzəmət vardır. Onun
adı gələndə insanın gözü qarşısında onun məğlubedilməzlik simvolu olan
qoşunlarının cəngavərliyi canlanır, at belində Şərqi baş-ayaq edən ata-ba-
balarımızın qəhrəmanlıqları yada düşür. Bunlar isə Nadir şahın bugünkü
xələflərində bir iftixar yaratmaya bilməz. Ona görə ki, tarixinə, elinə bağlı
olan hər bir şəxsdə Nadir şahın tarixinə güclü  bir maraq vardır.
Doğrudur, son zamanlar Nadir şahın həyatına olan maraq bir sıra əsər-
lərin üzə çıxması ilə nəticələnmişdir. Amma görülən bu işləri Nadir şahın
şəxsiyyəti qarşısında, yəqin ki, yetərli saymaq olmaz. Xüsusilə Nadir şahı
öz yetirməsi sayan bir xalq üçün yalnız bir neçə əsəri ortaya qoymaqla ki-
fayətlənməyi qaneedici hesab etmək olmaz. Azərbaycan xalqının tarixində
qürur mənbəyi olan tarixi şəxsiyyətlərimiz çoxdur. Onların Azərbaycan
xalqına mənsubluğunun başlıca örnəklərindən biri də heç şübhəsiz ki, bu
şəxsiyyətlərin Azərbaycanda öyrənilməsinin genişləndirilməsi ola bilər.
Úàùàíýèð Ùöñåéí ßôøàð
10
(1981-1994)
Ø


Belə şəxsiyyətlərin öyrənmə mərkəzi məhz Azərbaycan olmalıdır. Belə tari -
xi şəxsiyyətlərimizi öyrənmək istəyən hər hansı bir tədqiqatçı Azərbaycana
deyil, başqa bir ölkəyə üz tutacaqsa həmin şəxsiyyətin Azərbaycan xalqına
mənsubluğu haqqındakı iddiamız da yetərli ola bilməz. Nadir şah Əfşar da
belə şəxsiyyətlərdəndir. Nadir şahın Azərbaycanda öyrənilməsinin mərkəz -
ləşdirilməsi onun azərbaycanlılaşdırılmasının və ona olan mənəvi haqqın
ödənilməsinin ən yaxşı yollarından biri olardı.
Nadir şahın unikal şəxsiyyət olması xalqımızın dəyərli ziyalılarının və
tanınmış elm adamlarının diqqət mərkəzində olmuşdur. Baxmayaraq ki,
çar Rusiyası və Sovet imperiyası Azərbaycan tarixini saxtalaşdırmış, onun
ən böyük şəxsiyyətlərini tarixdən silməyə çalışmışlar. Hələ XX əsrin əvvəl-
lərində Azərbaycan xalqının tanınmış ictimai-siyasi xadimi Nəriman Nəri-
manov «Nadir şah» adlı dram yazmış və bu əsərdə Nadir şahın şəx siy yətinin
müəyyən məqamlarına işıq tutmağa çalışmışdır. Azərbaycan xalqının tanın-
mış xeyriyyəçisi olan Hacı Zeynalabdin Tağıyev də Nadir şahın şəxsiyyəti -
nə özünəməxsus xüsusi ehtiramla yanaşmışdır. Onun evinin divarlarında
Nadir şahın əksi asılmışdı. Həmin əks indi də Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix muzeyində saxlanılmaqdadır.
Azərbaycanın geniş dairələrinə Nadir şahın adı həm də Azərbaycan
professional musiqisinin banisi Üzeyir Hacıbəylinin məşhur «O olmasın,
bu olsun» operettasının personajının dili ilə xatırlanmaqdadır. Bu ope -
rettanın qəhrəmanı Məşədi İbadın  «Mən Tarixi-Nadiri yarısına qədər oxu -
muşam» ifadəsi indi bütün xalqın dilində zərbi-məsəl kimi işlədilir. Yeri
gəlmişkən bu ifadəyə müəyyən aydınlıq gətirilməsi yaxşı olardı. Elm alə-
mində «Tarixi-Nadir» – Nadirin tarixi kimi tanınan iki sanballı mənbə
mövcuddur. Biri Məhəmməd Kazım Mərvinin üç cilddə olan «Aləm Ara-
ye Nadiri», digəri isə Mirzə Mehdi xan Astrabadinin «Tarix-e cahan qoşa -
ye Nader-i» əsəridir. Bu əsərlər kifayət qədər ciddi və sanballı bir əsərdir
və Məşədi İbad təfəkküründə olan şəxslərin bu kitabları oxuması elə də
inandırıcı görünmür. Heç şübhəsiz ki, bu kitablar həmin dövrdə savadlı və
bilikli şəxslərin sevdiyi bir kitab olub və «Məşədi İbad» da özünü həmin
savadlı şəxslərə oxşatmaq üçün «Tarixi-Nadirin» adını çəkmişdir. Adıçə -
kilən bu mənbə hələ o vaxtlardan Azərbaycan ictimaiyyətinə bəlli olsa da,
təəssüf ki, onun geniş kütlə içərisində ictimailəşməsi, tədqiqi üçün hələlik
əməli bir iş görülməmişdir. Çox təəssüflər olsun ki, hər iki əsər o dövrdən
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
11


bu günə qədər fars dilindən tərcümə edilməmişdir. Sovet dövründə isə bu
iş, əslində, mümkün deyildi. Nadir şahın həyatının lazımi şəkildə öyrə nil -
mə məsinin nəticəsidir ki, hazırda da Nadir şah xatırlananda daha çox onun
ailə faciəsi yada düşür. Bu tarix özü də kifayət qədər maraq doğuran bir
tarixdir. Amma Nadir şahı tarixin əzəmətli şəxsiyyətinə çevirən onun ailə-
daxili yaşantıları deyildir. Dünyanın çoxsaylı hökmdarlarının tarixində on-
ların yaxınlarına qarşı qəddarlığı ilə rastlaşmaq mümkündür. Lakin onlar
Şərq tarixində Nadir şahın yüksəldiyi səviyyəyə yüksələ bilməmişlər. Nadir
şahı Şərqin böyük şəxsiyyətinə çevirən məziyyətlər onun dünya hərb tari -
xinin əzəmətli fatehlərindən biri olması, sərkərdəlik istedadı, duyumu və
bacarığı olmuşdur. Bu istedadın bənzərsiz məqamları bu gün də insanı
heyrətə salır və bununla da onun şəxsiyyətinə təbii bir maraq doğurur.
Azərbaycanın müstəqilliyi və bütövlüyü, azadlığı uğrunda mübarizə
tarixində Tomiris, VII əsrdə Cavanşir, IX əsrdə Babək, XVI əsrdə Şah İs-
mayıl Xətai, XVIII əsrdə Nadir şah Əfşar və XX əsrdə Ümummilli Lider
Heydər Əliyevin  dövrü xüsusi mərhələ təşkil edir. Bu tarixi şəxsiyyətlərdən
biri Şərqin böyük sərkərdəsi, yadelli təcavüzkarları İran və Azərbaycandan
qovub çıxaran, şərqdən Hindistan, Əfqanıstan, indiki Pakistan, Özbəkistan,
Türküstan və Amudəryaya qədər, şimaldan Dağıstana, şimal-qərbdən Gür-
cüstan, indiki Ermənistana, cənubdan Fars, Omman körfəzinin ətrafı,  İraq,
Suriyanın bir hissəsi, indiki Türkiyənin şərq hissəsinə qədər böyük ərazidə
(təxminən 5,5 mln. kv. km.) öz hakimiyyətini möhkəmləndirən, bütün öm-
rünü ölkənin müdafiəsində, at üstündə keçirən böyük qəhrəman Nadir
şahdır. Təəssüf ki, Nadir şah öz xalqına gərəyincə tanıdılmamışdır. Dünya
tarixçiləri Nadir şahı Makedoniyalı İsgəndər, Teymurləng, Napoleon Bona-
part kimi böyük fatehlərlə müqayisə edirlər. Onun haqqında onlarla əsərlər
və məqalələr xarici ölkələrdə nəşr olunmuşdur. Nadir şah tarixinin hər
vərəqəsi Azərbaycanın fəxridir. Onun apardığı yüz iyirmidən artıq
müharibənin çoxu işğalçılara qarşı aparılmış müharibələrdir. O, vətəni
xarici işğalçılardan və onu daxildən parçalamaq istəyən xainlərdən qəhrə-
manlıqla qorumuşdur. Nadir şah bilmirdi ki, ölkəyə hücum edən xarici
işğalçılarla vuruşsun, yoxsa daxildəki vətən xainlərinə qarşı mübarizə
aparsın. Hərtərəfli çətinliklərə baxmayaraq, bu misilsiz sərkərdə öz polad
iradəsi, cəsarəti, mətanəti, ağıllı tədbirləri, hədsiz rəşadəti və şücaəti ilə
qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb, daxili və xarici düşmən-
Úàùàíýèð Ùöñåéí ßôøàð
12


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə