Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə9/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

Yuxarıda haqqında bəhs etdiyimiz bu mənbə tipli ədəbiyyatla yanaşı,
S.M.Solovyovun, S.İ.Kişmişevin, N.Dubrovinin və digərlərinin əsərlərində,
həmçinin sovet dövrünə qədərki rus dövri mətbuatında da Nadirlə bağlı
maraqlı fikirlərə rast gəlinir.
Nadirlə bağlı Azərbaycan mənbələrindən, ilk növbədə, A.A.Bakı -
xanovun «Gülüstan-i İrəm»
1
əsərini qeyd etmək istərdim. Belə ki, ilk dəfə
olaraq Azərbaycan tarixini sistemləşdirən tarixçi, əsərində, əsasən, Şirvan
tarixinə böyük yer vermiş, həmçinin Nadir şahın bölgədə yürütdüyü siyasəti
haqqında da qiymətli məlumatlar vermişdir.
Digər bir əsər isə Molla Məhəmməd-əl Carinin «Car salnaməsi»
2
əsəridir. XVIII əsr Azərbaycan tarixinə dair qiymətli tarixi mənbə olan bu
əsərdə müəllif, əsasən, Car və Balakən icması haqqında ətraflı məlumat
verir və Osmanlı–İran qarşıdurması şəraitində Qafqazda cərəyan etmiş
hadisələri və xalq hərəkatı çıxışlarını ətraflı şərh edir.
Mənbə və ədəbiyyatların təhlili Nadiri  ən məşhur fatehlərin sırasına
qaldırmağa əsas verirdi. O bir türk – müsəlman ruhunun daşıyıcısı və xi-
laskarı kimi ecazkar təsir bağışlayırdı. Mən onu Attiladan, İsgəndərdən,
hətta Çingiz xandan üstün tutmağa başladım. Bu böyük hislərin təsiri al-
tında Nadirin tarixi obrazını qısaca olaraq ifadə etməyə cəhd etdim.
Nadir şah və onun yaratdığı Əfşar dövləti haqqında Azərbaycan Res -
publikasında heç bir monoqrafik elmi-tarixi əsər, təəssüflər olsun ki, yazıl-
mamışdır. Onun adı Azərbaycan tarixində öz həqiqi yerini tutmamışdır.
Yalnız son vaxtlar, tarix elmləri doktoru Mehman Süleymanov Tehranda
2010-cu ildə «Nadir şah» adlı elmi-monoqrafik böyük və dəyərli bir əsər
ortaya qoymuşdur. Demək istəyirəm ki, bu əsər Nadir şah haqqında Azər-
baycan dilində çap olunan ən dəyərli və məzmunlu bir əsərdir. Yazıçı Yunis
Oğuzun «Nadir şah»  (2008) və yazıçı-dramaturq, millət vəkili Hüseynbala
Mirələmovun  «Sonuncu fateh» (2012) adlı tarixi romanları da təqdirəla -
yiqdir. Əsərlərdə tarixi hadisələr bədiiləşdirilsə də, hər iki əsərdə müəlliflər
Nadir şahın adekvat tarixi obrazını yaratmağa müvəffəq olmuşlar.
Úàùàíýèð Ùöñåéí ßôøàð
28
1
Бакиханов А.К. Глюстан-и Ирам. Баку, 1991.
2
Molla Məhəmməd-əl Cari. Car salnaməsi. Ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər S.Sü-
leymanovanındır. Bakı, 1997.


Mənim bu əsərimin ərsəyə gəlməsində ilkin olaraq həmin bu üç əsərin,
həmçinin M.H.Qüddusinin «Nadir şah» və AMEA-nın Tarix İnstitutunun
əməkdaşı Nigar Gözəlovanın tərcüməsində L.Lokkartın əsərinin rus dilində
2004-cü ildə nəşrinin və 2013-cü ildə «Qanun» nəşiriyyatında Azərbaycan
dilinə tərcümə edilmiş «Görkımli insanların həyatı» seriyasından L.Lok -
kartın «Nadir şah» əsərinində çox böyük rolu və əhəmiyyəti olmuşdur. 
Bütün müəlliflərə və tərcüməçilərə, bu kitabımın ərsəyə gəlməsində
mənə yardımçı olan insanlara əsərim vasitəsilə öz minnətdarlığımı bil -
dirirəm.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
29
İstifadə olunmuş ədəbiyyat


AZƏRBAYCANIN ƏN MÖHTƏŞƏM 
TARİXİ QƏHRƏMANLARI
Úàùàíýèð Ùöñåéí ßôøàð
30
Babək
(Ərəb işğalçılarına qarşı 22 il
mübarizə aparan Azərbaycan
sərkərdəsi)
Şah İsmayıl Xətai
(Azərbaycan Səfəvi 
dövlətinin banisi) 
Nadir şah Əfşar
(Şərqin sonuncu fatehi, Azərbay-
can Nadir Əfşar dövlətinin banisi)
Heydər Əliyev
(Müasir Azərbaycan Respub-
likasının qurucusu)


Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
31
Nadir Əfşar imperiyasının ərazisi  


II  FƏSİL
NADİRİN SOY-KÖKÜ, FİZİKİ-FƏRDİ XÜSUSİYYƏTLƏRİ
ŞAHLIĞA QƏDƏR OLAN DÖVRÜ
Əgər mən Çingiz xan və Əmir Teymurla
bir vaxtda yaşasaydım, Çingiz xan səltənət
başçısı, Əmir Teymur vəzarət başçısı və mən
qoşun başçısı olsaydım, bütün dünyanı biz
üçümüz fəth edərdik.                           
Nadir şah Əfşar
2.1. Nadirin soy-kökü
Í
adir öz mühitinin oğlu idi.  Onun adının ikinci hissəsi olan «qulu»
kəlməsi türk sözü olmaqla bir sıra sözlərin sonuna artırılaraq
həmin adların dini məzmununu daha da gücləndirirdi. Nadirin atasının adı
olan İmamqulu – İmamın qulu mənasını verirdi. Nadirin oğlunun adı olan
Rzaqulu  İmam Rzanın qulu mənasını özündə əks etdirirdi. Nadirqulu isə
Allahın nadir qulu, nadir bəndəsi mənasını kəsb edirdi. Mövcud olan bəzi
məlumatlardan isə belə məlum olur ki, bu ad Nadirə onun fiziki key-
fiyyətlərinə görə verilmişdi. Deyilənə görə, Nadir anadan olanda kifayət
qədər sağlam, çevik və daim hərəkətdə olan bir uşaq kimi dünyaya
gəlmişdi. Ona görə də valideynləri onu nadir tapılan, bənzərsiz bir uşaq,
yəni Nadirqulu adlandırmışdılar.
Nadirqulu Azərbaycan türklərinin Əfşar boyunun Qırxlı oymağından
idi. Əfşar boyunun Azərbaycan türklərinə aidliyi bugünkü tarixi ədəbiy -
yatda şübhə doğurmasa da bu məsələ Nadir haqqında yazılmış mənbələrin
və tarixi araşdırma müəlliflərinin diqqət mərkəzində dayanan aktual
məsələlərdən biri olmuşdur. Bəzi müəlliflərin Əfşar boyunun Azərbaycan
arealından qoparılaraq Xorasan vilayətinin şimalında peyda olması, Nadirin
etnik mənsubiyyətini istədiyi kimi yozmağa çalışması, tarixi mənbələrdə
obyektiv faktlara istinad etməyən, səthi biliyə əsaslanması qeyri-elmi
Úàùàíýèð Ùöñåéí ßôøàð
32


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə