Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə6/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   2   3   4   5   6   7   8   9   ...   78

Milli Elmlər Akademiyasının elmi işçisi Elnur Hüseynov işləmiş və 2009-
cu ildə onu  namizədlik dissertasiyası kimi  müdafiə etmişdir.
1
Belə bir əsərin yazılması elmi və siyasi əhəmiyyət daşımaqla yanaşı,
tarixi  düşmənlərimizin qeyri-elmi iddialarına da cavab ola bilər. Məhz
bunu nəzərə alaraq mən, təqdim edilən dissertasiyadan həmin boşluğu
aradan qaldırmaq üçün istifadə etmişəm.
Bununla belə, E.Hüseynov Nadirin dahi bir hərbçi və siyasi xadim
obrazını yaratmaq istəsə də, bəzi köhnə stereotiplərdən yaxa qurtara
bilməmiş, Nadirin böyük şəxsiyyətini təhrif edən bəzi yanlış məlumatları
təkrar etmişdir. Mən mövzunun belə ənənəvi təkrarlanmalarından yaxa qur-
tarmaq üçün bir daha Elmlər Akademiyası Tarix İnstitutunun, Gürcüstan
EA-nın, İstanbul və Tehran univer sitetlərinin arxivlərinin materiallarından
və internet saytlarından istifadə etmişəm.
Nadir şah Əfşar və onun yaratdığı dövlət həmişə tarixçilərin maraq
dairəsində olduğundan bu barədə Nadirin müasirlərindən tutmuş indinin
özünə qədər əsərlər yazılıb və bundan sonra da yazılacaqdır. Nadirin şahlıq
etdiyi XVIII əsrdə yazılan əsərlər, hadisələrin birbaşa şahidləri tərəfindən
və ya şahidlərin dilindən yazıldığından ilkin mənbələrdir. Bunlardan fərqli
olaraq, XIX əsrdə yazılan əsərləri tədqiqat əsərləri kimi qiymətləndirmək
mümkündür. Ancaq bunların Nadir şah Əfşarın hökmranlıq etdiyi dövrdən
çox da uzaq olmayan bir vaxtda yazıldığı, həmçinin bu əsərlər yazılarkən
bizə qədər gəlib çatmamış bir sıra mənbələrdən istifadə edildiyi üzündən
bu əsərlər həm də mənbə xarakteri daşıyır.
Nadir şah Əfşar dövlətinin bu və ya digər tərəfləri bir sıra tarixçilərin
tədqiqat obyekti olmuşdur. Nadir şahla bağlı yazılanları aşağıdakı şəkildə
qrup laşdırmaq  olar.
XVIII-XIX əsrlərdə yazılmış tarixi materiallar (mənbələr).
Sovet dövrü tarixçilərinin əsərləri.
Azərbaycanın müstəqilliyi dövründə yazılmış əsərlər (elmi və ya
bədii).
Xarici müəlliflər tərəfindən nəşr olunmuş əsərlər və məqalələr (İn-
giltərə, Fransa, Almaniya, İran, Türkiyə, Hindistan və s.).
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
19
1
Hüseynov E.İ. «Azərbaycan Nadir  şah Əfşarın hakimiyyəti dövründə». Tarix elmləri üzrə
fəlsəfə doktoru dərəcəsi almaq üçün təqdim olunan dissertasiya. Bakı, 2009.


Belə ki, XX əsrin 20-30-cu illərində azsaylı elmi-tədqiqat əsərlərində
və ümumiləşdirici əsərlərdə problem bütövlükdə tədqiq olunmamış və onun
yalnız ayrı-ayrı sahələrinə dair müəyyən fikirlər verilmişdir. Ancaq XX
əsrin 40-cı illərindən etibarən Nadirin Azərbaycanda hakimiyyəti ilə bağlı
birbaşa əlaqəsi olan elmi əsərlər meydana çıxmışdı. Bunların içərisindən
də birinci olaraq  V.N.Leviatovun monoqrafiyasını
1
qeyd etmək lazımdır.
Belə ki, adıçəkilən müəllifin yazdığı monoqrafiyanın IV fəsli «Azərbaycan
Nadir şahın dövründə» adlansa da, burada verilən məlumatlar, əsasən, kon-
spekt xarakteri daşıyır və Nadir şahın hakimiyyəti dövründə Azərbaycanda
baş verən bir çox hadisələrdən söhbət açılmır və ya ətraflı bəhs olunmur.
Bununla yanaşı, 1948-ci ildə V.N.Leviatovun bu dövrü ayrıca fəsildə işıq-
landırmağa təşəbbüs göstərməsini Nadir şahın hakimiyyəti dövründəki
Azərbaycan tarixinin öyrənilməsi sahəsində ilk addımlardan biri kimi
dəyərləndirmək olar.
Tanınmış sovet tarixçisi İ.P.Petruşevskinin əsəri Azərbaycanın böyük
bir tarixi dövrdə (XVI-XIX əsrlər) sosial- iqtisadi durumunu işıqlandırmaq
baxımından olduqca qiymətlidir. Əsər böyük bir dövrü əhatə etsə də,
bununla belə, məhz bu əsərdə ilk dəfə olaraq regionda yığılan vergi
növlərinə diqqət yetirilmiş və xarakterizə edilmişdir ki, bu zaman Nadir
şahın hakimiyyəti dövrü də diqqətdən kənarda qalmamışdı.
Nadir şahla bağlı daha bir əsər isə M.P.Arunova və K.Z.Aşrafyanın
«Nadir şah Əfşar dövləti»
2
adlı əsəridir. Bu monoqrafiya Nadir şah Əfşarın
yaratdığı dövlət haqqında yazılan əsərlərdən biridir. Ümumilikdə əsər
XVIII əsrin əvvəlindən – Səfəvi dövlətinin süquta uğradığı dövrdən başla-
yaraq, 1747-ci ildə Nadirin qətlə yetirilməsinə qədər baş verən hadisələrdən
bəhs edir. Ancaq, yəqin ki, etnik mənsubiyyətləri üzündən müəlliflər Əfşar
dövlətinin əsas ərazilərindən biri olan Azərbaycana çox az diqqət yetirmiş
və ölkəmizdə baş verən bir çox hadisələrə (Nadir şah Əfşarın Şimali Azər-
baycana hərbi yürüşü və onun Muğan çölündə keçirdiyi qurultayı, 1734-cü
il Astara və Car-Balakən, həmçinin III Sam Mirzə üsyanları və s.) toxun-
mamışlar. Bütünlükdə qeyd etmək lazımdır ki, bir tərəfdən bu əsər tam sinfi
mövqedən yazılıb və bu əsərdə Nadir şah dövlətinin despotluğu və bu
Úàùàíýèð Ùöñåéí ßôøàð
20
1
Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948.
2
Арунова М.Р. Ашрафян К.З. Государства Надир шаха Афшара. Москва, 1958.


despotluğa qarşı kəndli kütlələrinin sinfi mübarizəyə qalxması baxışları
daha qabarıq şəkildə verilmişdir. Nadir şahın sərkərdəlik istedadı və bu
istedadı sahəsində böyük bir imperiyanı qura bilmək bacarığı haqqında isə
kitabda söhbət açılmamışdır.
Xüsusi diqqət yetirmək istədiyimiz əsərlərdən biri də L.X.Ter-Mkr-
tiçyanın irəlidə adını qeyd etdiyimiz
1
əsəridir. Belə ki, Nadirin hakimiyyəti
dövründəki ermənilərə dair bir şey uydura bilməyən müəllif əsərində (əgər
əsər demək mümkünsə) XVII əsrin sonu və XVIII əsrin əvvəllərində er-
mənilərlə əlaqəli olan hadisələrə böyük yer ayırmış, daha sonra Nadirin at-
dığı addımlarla bağlı bir çox xülasə xarakterli məlumatlar verərək, yalnız
əsərinin sonuna yaxın yazır: «İndi də... Ermənistana nisbətdə Nadir şahın
siyasətinə ətraflı nəzər salaq».
2
Bildirək ki, ədəbiyyat siyahısı, isim və
coğrafi adlar göstəricisi də daxil olmaqla 84 səhifədən ibarət olan bu əsərin
yalnız 10-12 səhifəsi kitabın mövzusuna uyğundur. Belə ki, daim Azərbay-
can torpaqlarına göz dikən mənfur qon şularımızdan olan müəllif Erməni-
standan fərqli olaraq, uzun əsrlərdən bəri Azərbaycan adı ilə tarixdə məlum
olan bir ölkənin adına kölgə salmağa çalışaraq, tarixi səhnədə Ermə nistan
adını canlandırmağa çalışır. Məsələn, o yazır: «Şərqi Ermənistanda və
İranla həmsərhəd rayonlarda (indiki Azərbaycan) xanlıqlar yaradıldı; Şəki,
Şirvan, Qandzak (Gəncə), Bakı, İrəvan, sonradan isə Qarabağ».
3
Müəllif,
şübhəsiz ki, qəsdən tarixə erməni eynəyindən baxır. Əsl tarixi həqiqəti gör-
mək istəmir. Yuxarıda göstərdiyim kimi, ərəblərin istilasından sonra XX
əsrin əvvəllərinədək İran ərazisində olan dövlətləri Azərbaycan türkləri
idarə etmişdilər. Məhz bu bir daha sübut edir ki, İran məkanında olan
dövlətlər Azərbaycan türklərinin yaratdıqları dövlətlər olmuşdur. 
İran dövlətinin bazasını Azərbaycan ərazisi təşkil etmişdir. Bu ərazidə
Azərbaycan türkləri ilə bir yerdə farslar, kürdlər, ermənilər, gürcülər,
ərəblər, Qafqaz millətləri və s. yaşamaqla bu ölkədə vahid hakimiyyəti də
azərbaycan türkləri idarə etmişdir. Azərbaycan ərazisi məkan olmaqla bu
bəylərbəylikdə Dağıs tan, Gürcüstan, indiki Ermənistan, müasir Türkiyə
Respub li kasının şərq hissəsi (İqdır, Qars, Ərzurum) və İran İslam Respub -
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
21
1
Ter-Mkrtiçyan L.X. Armenis pod vlastju  Nadir şaxa. Moskva, 1963.
2
Yenə orada s. 60.
3
Абдурахманов А.А. Азербайджан во взаимоотношениях России, Турции и Ирана в пер-
вой половине XVIII в. Баку, 1964.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə