Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə64/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

əsəri Azərbaycan xalqının milli qüruruna toxunan, xalqın milli hissələrini
siyasi  alver predmetinə çevirənlərə ağır zərbədir. Akademik yazır: «Orta
əsrlər tarixinə dair bəzi  əsərlərdə siyasi tarix məsələlərinə dini hərəkatlar
prizmasından baxılır, yəni bütün ictimai-siyasi proseslərə  siyasi-dini mə-
nada yanaşılır. Halbuki dini müharibələr və münaqişələr deyilən hadisələrin
tarixi göstərir ki, onların ortasında siyasi maraqlar və məqsədlər gizlənir.
Yəni bu müharibələr mahiyyət etibarilə  siyasi məqsədlərin nəticəsidir. Tari -
xi proseslərin şərhinə dini mövqedən yanaşma tədqiqatçılara bu proseslərin
həqiqi xarakterini açıb göstərməyə imkan vermir. Görünür, gündəlik hadi -
sə lərin arxasında strateji məqsədi görməyi heç də hər kəs bacarmır. Tarixi
şəxsiyyətlərin siyasi fəaliyyətinin motivləri yalnız elmilik prinsiplərinə və
metodlarına riayət edildikdə, konkret siyasi proseslərin bütün tərkib
hissələri və dövrün meyilləri nəzərə alındıqda obyektiv şəkildə açıla bilər».
Mənə belə gəlir ki, bu istiqamətverici metodoloji  göstəriş tariximizə yanaş-
manın leytmotivini təşkil etməlidir.
Azərbaycan Nadir Əfşar dövlətində Əfşar oğulları ilə türklərin hakim
yer tutması  qırılmadan davam etdi. İran ölkəsinin üst qurumlarını yaradan-
lar yenə türklər oldu. Ancaq sosial və siyasi-hərbi baxımdan bütünlüklə
türk toplusunun əlində olan bu  dövlət qalan türk-islam dünyası ilə də mü-
nasibətləri qaydasına qoymalı idi.
Nadirin Muğan qurultayında tutduğu işlərdən biri türk dünyası üçün
çox dəyərli idi. O, türk xalqları arasında  ədavəti aradan qaldırmağa
çalışırdı. İran və Azərbaycan üləmalarının «İttifaqı ilə» xalq  qarşısında
şərif (din) işlərinin qaydaya salınması, şiə və sünni  məzhəbləri arasındakı
qarşıdurmaya son  verilməsi barədə qərar  çıxardı.
I Pyotrun göstərişi üzrə «Rusiya nüfuzunu Asiyada qaldırmaq üçün
sünni-şiə ixtilafının yaxşı bir vasitə» sayılması bu islahatın nə qədər aktual
olduğunu aydın göstərdi. Mən Nadirin dinə münasibətini şərh etdiyim
hissədə bu məsələyə müfəssəl toxunduğundan kitabın bu yerində
məramıma xidmət edən bəzi  mülahizə və  faktlarla  kifayətlənəcəm.
Muğan qurultayından İstanbula ayrıca bir elçilik göndərildi. Şiəlikdən
dönüb İmam Cəfər məzhəbinə keçmək barədə qərarın mətni Osmanlı
dövlətinə verildi. Nadir, İmam Cəfər Sadiq məzhəbinin bütün əhli sünnət
üçün beşinci məzhəb (rüknü) kimi  tanınmasını istəyirdi. Osmanlı hökuməti
təklifi üləmalar yığıncağına versə də, qəbul olunmadı.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
199


1743-cü ildə Nadir şah şiələrin müqəddəs şəhəri Nəcəfdə daha bir  qu-
rultay topladı. Bir sıra ölkələrin (Əfqan, Bəlx, Buxara, Turun, Hillə, Bağ-
dad) üləmaları buraya çağırıldı. Nadir Əfşar dövlətinin Haqq məz həb-
 lərindən olan Cəfəri məzhəbinə keçməsi, Osmanlı üləma yığıncağında onun
5-ci məzhəb kimi  tanınması barəsində qərar çıxarıldı. Qərarı  təsdiq  et-
dirmək üçün yeni elçilik göndərildi. O da uğur qazanmadı.  Osmanlı ülə-
ması beşinci məzhəbin tanınmasını şəriət qanunlarına uyğun saymırdı.
Bun dan sonra Nadir ordu ilə Qars üzərinə yürüş edib Yegən Məhəmməd
paşanı əzdi. 1746-cı ildə Nadir ilə Sultan Mahmud arasında yeni andlaşma
imzalandı (1639-cu il Qəsri-Şirin müqaviləsi üzərində –  C.H.Ə.). Amma
Nadir Əfşar dövləti ilə Osmanlı dövləti arasındakı soyuqluq bununla da
yox edilmədi. Tarixə mal, millətə yük olub yüz ildən yüz ilə keçdi. Nadirin
din islahatı təkcə Azərbaycanın  deyil, Nadirin qurduğu bütün İranın
gələcəyi üçün böyük rol oynaya bilərdi. Ancaq tarixin verdiyi şans itirilmiş
oldu.
Apardığımız elmi-praktik müşahidələrdən göründüyü kimi, Nadir tari -
xi əzəmətini qorumaq istədiyi bir türkçü, milli ləyaqəti ilə öyündüyü bir
azərbaycançı, imanı fələklərdə qorunan ardıcıl bir  islamçı idi. Təəssüf ki,
bu işləri məntiqi sonluğuna  yetirmək üçün Nadirin kifayət qədər zamanı
olmadı. İslamın, Turançılığın və millətimizin düşmənləri olan xainlər onu
alçaqcasına qətlə yetirdilər.
Úàùàíýèð Ùöñåéí ßôøàð
200


II. TÜRK DÖVLƏT QURUMLARININ 
TARİXİNƏ EKSKURS (QISA BİR BAXIŞ) 
XXI əsr türk dövlətlərinin əsridir!
(Ankarada 2013-cü ildə etdiyi çıxışından)
İlham Əliyev
Ì
ən heç də Nadir şah haqqında yeni söz demək iddiasında deyi -
ləm, Nadir şah öz dövrünün ən böyük tarixi şəxsiyyəti, fatehi
olmuş, Səfəvi – İran imperiyasını dağılmaqdan xilas etmişdir. İlk dəfə
olaraq 1736-cı ildə Muğanda tacqoyma mərasimində bu imperiyanı Azər-
baycan – İran Əfşar imperiyası adlandırmış, onun hüdudlarını 2 dəfədən
artıq böyüdərək Şimali Qafqaz, Gürcüstan, indiki Ermənistan, Osmanlı
dövlətinin şərq hissəsi – Qars, Ərzurum, Kirmanşah, Kürdüstan, Bağdad,
İraqın şimal hissəsini, Suriyanın bir qismini, Fars və Oman körfəzlərinin
ətraflarını, Əfqanıstanı, Pakistanı, Hindistanın qərb hissəsini, Türküstanı,
Buxaranı, Amudəryaya qədər təxminən 5,5 mln. kv.km.lik bir ərazidə
böyük bir Azərbaycan – İran Əfşar imperiyası yaratmışdır. Sonda akademik
Ramiz Mehdiyevin bir daha Şah İsmayıl Xətai haqqında – Nadir şaha da
analoji olaraq aid olan düşüncələrini metodoloji istinad nöqtəsi kimi
göstərirəm. Akademik yazır: «Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər
axtarmaq ona yalnız» və yalnız qara yaxmaqla məşğul olanların dəyir-
manına su tökməyə oxşayır. Çünki istər Şah İsmayıl, istərsə də Nadir şah
dövründə Azərbaycan təkcə müstəqil dövlət deyildi. Həm də həmin zaman-
lardakı dünyanın sosio mədəni və dövlət kimi müstəqil subyekti idi»
1

Nadir şah bütün sələflərindən fərqli olaraq, din amilindən strateji
məqsədlərə nail olmaq üçün birləşdirici vasitə kimi istifadə etmişdi. Bu
amil Nadir şahın milli birlik doktrinasının mühüm bir komponenti olaraq
əhəmiyyətli idi. Nadir şah Azərbaycan dövlətçiliyinin və birliyinin tərcü-
manı kimi fəxarət mənbəyidir. 
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
201
1
R.Mehdiyevin məqaləsi.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə