Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə67/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

türk müsəlman dövləti idi.
Daha sonra Azərbaycan ərazisi XI əsrdə böyük Səlcuq imperatorluğu-
nun tərkibinə qatıldı. Səlcuq imperatorluğu parçalandıqdan sonra isə Azər-
baycan ərazisində Atabəylər dövləti (1136-1225) yaradıldı. Atabəylər
dövlətinin əsasını Şəmsəddin Eldəgiz qoydu. Bu dövlətin də ərazisi Azər-
baycanın şərq hissəsini əhatə edirdi. 
Daha sonra XIII əsrdə Azərbaycana monqol yürüşləri vaxtı Eldəgizlər
və Şirvanşahlar dövləti onların əsarətinə düşdü. 1225-ci ildə Azərbaycana
yürüş edən türkləşmiş Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbay-
canı zəbt etdi. Həmin bu orta əsrlərdə monqollar Azərbaycana 3 dəfə  yürüş
etdilər. Daha sonra Azərbaycan ərazisi Teymurun imperatorluğunun tərki -
binə qatıldı.
Mənşəcə oğuz türklərindən olan Qaraqoyunlu dövləti  XIV əsrdə
(1380-1467) Şərqi Anadoluda yarandı. Qaraqoyunluların hakimiyyətinin
əsası Qara Məhəmməd (1380-1389) tərəfindən qoyulmuşdur. Mərkəzi Van
şəhəri idi. Daha sonra 1467-ci ildə Ağqoyunlu Uzun Həsən tərəfindən
məğlub edilərək Qaraqoyunlu dövləti süquta uğradı.
Ağqoyunlu dövlətinin də (1453-1503) əsasını oğuz tayfaları qoy-
muşlar. Bu dövlətin də əraziləri Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat
çayları olmaqla böyük bir məkanı əhatə edirdi. Ağqoyunlu dövlətinin
əsasını 1453-cü ildə Uzun Həsən qoymuşdur. Mərkəzi Təbriz şəhəri idi.
Ağqoyunlu dövləti də 1500-cü ildə Səfəvilər tərəfindən süquta uğradı.
Ağqoyunlu dövləti dağıldıqdan sonra Azərbaycanda Səfəvilər dövlə-
tinin əsası qoyuldu. 1501-ci ildə Şərur düzündə Ağqoyunluları məğlubiy -
yə tə uğradan Şah İsmayıl, həmin ildə də Təbrizdə özünü şah elan edib,
Səfəvilər dövlətinin (1501-1736) əsasını qoydu. Səfəvilər dövləti Şah İs-
mayılın dövründə (1501-1524) böyük əraziləri fəth edərək Azərbaycan
ərazisini vahid dövlətdə birləşdirdi. İlk dəfə olaraq Azərbaycanın bütün
ərazisi vahid bir dövlət halında müstəqil Səfəvi imperiyası daxilində bir-
ləşdi. Bu, Azərbaycan tarixində mühüm bir hadisə idi. Bundan sonra Şah
İsmayıl İranı və Ərəb İraqını da tutdu. Səfəvilər dövləti şərqdə Şeybani
(Özbək dövləti), qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu.
Səfəvilər dövründə bütün İran ərazisi və İraqın xeyli hissəsi Azərbaycana
qatılaraq vahid Azərbaycan Səfəvi türk dövləti yarandı. Şah İsmayılın
dövründə İranda yaşayan xalqlar şiə məzhəbini qəbul etməklə İran ərazi -
Úàùàíýèð Ùöñåéí ßôøàð
208


sində olan xalqların zahirən birliyini yaratmağa cəhd etsə də, böyük turan -
çı  lığa zərbə oldu və bununla da Osmanlı-Səfəvi münasibətləri kəs  kin lə -
şərək Qərbi Avropa və çar Rusiyasına imkan yaratdı ki, onlar iki türk
dövləti arasında məzhəb ayrılığı yaratmaqla onların arasına nifaq salıb,
Qərbi Avropada, Şərqi Avropada, Qara dəniz hövzəsində, Krım, Şimali
Qafqaz, Orta Asiyada öz siyasətlərini yeridib, əzəli türk torpaqlarını və
dövlətlərini zəiflətməklə işğal etdilər. Osmanlı – Səfəvi münasibətləri
gərginləşərək 1514-cü ildə I Sultan Səlim ilə Şah İsmayıl arasında Çaldıran
müharibəsi ilə nəticələndi. Bu müharibədə osmanlılar qalib gəlsə də, hər iki
tərəfdən minlərlə türk əsgərləri şəhid oldu və Səfəvi dövlətinə də ciddi zərbə
vuruldu. Şah İsmayılın ölümündən sonra I Təhmasib taxta çıxdı (1524-
1576). Bu illər ərzində də Osmanlı – Səfəvi münasibəti daha da kəskinləşdi.
I Süleyman Qanuninin dövründə türklər üç dəfə Azərbaycana hücum etdilər.
Osmanlılar Səfəvi dövlətini zəiflətməklə, özləri də bu döyüşlərdə xeyli itki
verməklə Qərbi Avropada apardıqları yürüşlərin təsirini də azaltdılar. Bu
müharibələrdə Azərbaycan ərazisi dəfələrlə osmanlıların tərkibinə qatılırdı.
I Şah Təhmasibin dövründə də Azərbaycanda dövlətçilik ənənələri, Osmanlı
müharibələrinə baxmayaraq, qüvvətlənirdi. Şah Təhmasibdən sonra haki -
miy yətə oğlu İsmayıl Mirzə gəldi və onun qısa müddətli şahlığından sonra
Məhəmməd Xudabəndə taxt-taca sahib oldu. Xudabəndə vəfat etdikdən
sonra hakimiyyətə I Şah Abbas gəldi. Şah Abbasın da (1587-1629) dövründə
Azərbaycanda dövlətçilik ənənələri xeyli gücləndi, lakin dini şiə məzhəb
ayrılığı daha da geniş vüsət aldı. 1598-ci ildə I Şah Abbas paytaxtı İsfahana
köçürtdü. 1593-cü ildə Ərdəbil mərkəz olmaqla Azərbaycan bəylərbəyiliyi
yaradıldı. XVII əsrdə də Səfəvi – Osmanlı münasibətləri dini məzhəb
ayrılığına görə daha da kəskinləşdi. Ancaq bu zamanlarda Azərbaycanda
mədəniyyət, ədəbiyyat xeyli inkişaf etdi. Dövlət işləri  də türk dilində
aparılırdı. Ölkədə böyük maarifçilik ənənələri genişləndirildi.
XVIII əsrin əvvəllərində Şah Hüseyn sultanın və II Şah Təhmasibin
Səfəvi dövlətinin Rusiya, əfqanlar və Osmanlı dövləti tərəfindən, demək
olar ki, ərazisinin hər yeri işğal olundu. İsfahan şəhəri əfqanlar tərəfindən
tutuldu. Səfəvilər imperiyasının şərq hissəsi əfqanlar, Xəzəryanı Dərbənd,
Bakı, Gilan Rusiya, qərb hissəsi isə osmanlılar tərəfindən zəbt edildi. Belə
bir vaxtda Əfşar oğlu Nadir Səfəvilər imperiyasını dağılmaqdan xilas edib,
1736-cı ildə özünün Əfşar imperiyasını yaradaraq bir daha Azərbaycan
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
209


ərazisində azərbaycançılığı, dövlətçiliyi məhv olmaqdan xilas etdi.
Azərbaycan ərazisində mövcud olan dövlət qurumları müxtəlif vaxt-
larda sasani və ərəblərə tabe olsa da, IX əsrdən etibarən Şirvanşahlar dövləti,
Azərbaycan Sacilər və Salarilər dövlətləri möhkəmləndi. Yeri gəlmişkən
son iki dövlət Azərbaycanın cənubunu və şimalını birləşdirə bilmişdi.
Nisbətən sonrakı dövrlərdə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşar
və Qacar dövlətləri Azərbaycan dövlətçilik tarixinin növbəti mərhələlərini
təşkil etmişdir. Lakin xarici dövlətlərin və qeyri türk millətlərin səyi və
təhriki ilə Nadir şah qətlə yetirildikdən sonra Azərbaycan xanlıqlara parça-
landı və XIX əsrin əvvəllərində çar Rusiyası Azərbaycanın şimal hissəsini
işğal etdi. Bununla da İranda İran türklərinin mövqeyi zəiflədildi və
farsların XX əsrin əvvəllərində Pəhləvi rejiminin hakimiyyətə gəlməsi ilə
İran dövləti öz türk mənşəyini, demək olar ki, itirdi. Lakin türk ruhu ölmə -
mişdi. 1905-1911-ci illərdə İranda Səttarxanın başçılığı ilə milli azadlıq
hərakatı başlandı. Təəs süf ki, çar Rusiyası tərəfindən bu hərəkat yatırıldı
və daşnaq erməni Ref ye min başçılığı ilə Səttarxan və onun yaxın silah-
daşları Tehranda qətlə yetirildilər. 
Təəssüflər olsun ki, XX əsrin əvvəllərində İranda fars şovinizmi,
1920-ci ildən isə Şimali Azərbaycanda sovet üsul-idarəsi əsrlər boyu for-
malaşmış tayfa, nəsil, şəcərə adət-ənənələrini məhv etdi. Bunu dağıtmaqla
İranda fars üsul-idarəsini, Şimali Azərbaycanda isə Sovet üsul-idarəsini
bərqərar etdi. Bununla da milli-adət ənənəsinə qarşı (genosit) başlandı.
Beləliklə, Azərbaycan millətinin faciəsinin – Cənubi Azərbaycanda fars və
Şimali Azərbaycanda rus müstəmləkəçilik siyasətinin başlanğıcı və əsası
qoyuldu. 28 may 1918-ci ildə  Azərbaycanda Şərqdə ilk müstəqil respublika
quruldu. M.Ə.Rəsulzadənin rəhbərliyi ilə qurulmuş ilk Azərbaycan Res -
publikası, Nadir şahın Şimali Azərbaycan ərazisindəki Azərbaycan bəylər-
bəyiliyinin 113,9 min kv. km. ərazisini əhatə edirdi. Təəssüflər olsun ki,
çar Rusiyası üsul-idarəsi XIX əsrin əvvəllərində quberniyalar adı ilə indiki
Ermənistan, Gürcüstan, Dağıstan kimi əraziləri Azərbaycan tərkibindən
ayıra bilmişdi. 28 aprel 1920-ci ildə yenidən Qırmızı Ordunun Azərbaycanı
işğalı qansız-qadasız ötüşmədi.
Azərbaycan SSR-in yaranması bir daha Azərbaycanın əzəli torpaqları
olan Zəngəzur, Borçalı, Göyçə, Dərbənd ərazilərinin Azərbaycandan alın-
ması ilə nəticələndi və Dağlıq Qarabağ Muxtar Vilayət yaratmaqla (1923)
Úàùàíýèð Ùöñåéí ßôøàð
210


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə