Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə66/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

rançılığa zərbə vurdu. Əsərdə, göstərdiyim kimi, Şah İsmayıl tərəfindən
əsası qoyulmuş islam dininin şiə məzhəbi Osmanlı və Orta Asiya sünni
məzhəbi ilə bir ayrılıq əmələ gətirdi. Bundan məharətlə istifadə edən
Rusiya, Qərbi Avropa dövlətləri bu iki türk imperiyası arasında əsrlər boyu
düşmənçilik salmaqla, Osmanlı imperiyasını tədricən zəiflətməklə XVII
əsrdən sonra Osmanlı imperiyasının Qərbi və Şərqi Avropadakı torpaqların-
dan çıxartmağa və həmçinin Səfəvilər imperiyasının süquta uğramasına
səbəb oldular. Nadir şah tərəfindən Səfəvi imperiyasının süqutunun qarşısı
alınsa da, Nadir şahın qətlindən sonra Rusiya imperiyası tezliklə Şimali
Qafqazı, Cənubi Qafqazı işğal edib, uzun əsrlər boyu nəhəng türk İran –
Azərbaycan dövlətini parçalaya bildi. Sonda 1925-ci ildən etibarən İranda
farsların hakimiyyətə gəlmələrinə kömək etdilər. Böyük imperiyalar Os-
manlı imperiyasını da dağıdıb, türkləri, hətta Kiçik Asiyadan da çıxartmaq
niyyətində idilər. Mustafa Kamal paşanın səyi və qüvvəsi nəticəsində türk
qüvvələri işğal olunmuş Kiçik Asiyanı Antanta dövlətlərindən xilas edib,
1923-cü ildə Türkiyə Cümhuriyyətinin əsasını qoydu. Bu gün Türkiyə
dövləti həm Avropada, həm də Asiyada yerləşməklə öz iqtisadiyyatı,
siyasəti ilə dünya ölkələri arasında aparıcı bir yer tutur və böyük türk
dünyasına rəhbərlik edir.
Tarixdə geriyə qayıdaraq, Teymur imperatorluğunu da (1370-1507)
əhatə etməklə türk dövlətlərinin və imperatorluqlarının tarixini ardıcıllıqla
qısa da olsa yad edək.
Əmir Teymur (1370-1405) Çağatay ulusunun Bərlas türk tayfasından
idi. Orta Asiyada təməli qoyulan Teymur imperatorluğu 1370-ci ildə paytaxtı
Səmərqənd şəhəri olan yeni bir dövlətin əsasını qoydu. Tezliklə o, Mərkəzi
Asiyanın sahibi olub, 1404-cü ilədək İran, Azərbaycan, Qafqaz, İraq, Suriya,
Kiçik Asiya və başqa əraziləri də əhatə etdi. 1398-ci ildə Hindistanı tutdu.
Hindistan səfərindən sonra Əmir Teymur Kiçik Asiyada Osmanlı sultanı
İldırım Bəyazidi məğlubiyyətə uğratdı. Teymurun da bu hücumları osman-
lıların qərbə doğru irəliləməsinin qarşısını aldı. Əmir Teymurun vəfatından
sonra Teymur imperatorluğu da bir sıra əyalətlərə parçalandı və1507-ci ildə
Şeybanilər tərəfindən Teymur imperatorluğuna son qoyuldu.
Şərqi Avropada yerləşən Qızıl Orda dövlətinin parçalanması nəticə -
sində isə Qazan, Həştərxan, Krım, Sibir, Moğal ordusu və s. müstəqil türk
dövləti yaranmışdı.
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
205


Qazan xanlığı (1437-1552) Volqa-Xəzər ticarət yolu üzərində yer-
ləşirdi. Dövlətin başında xan dururdu. Ulu Məhəmməd xanın dövründə
1444-cü ildə Suzdal döyüşündə Qazan xanlığı Moskva knyazlığını məğlub
edərək, onu özündən asılı vəziyyətə saldı. Aramsız müharibələr nəticəsində
sonda rus çarı İvan Qroznunun dövründə 1552-ci ildə Qazan xanlığı Rusiya
tərəfindən işğal edildi.
Həştərxan xanlığının (1460-1556) əsası Qasım xan tərəfindən qoyul-
muşdur. Ərazisi aşağı Volqa sahillərindən başlanmış, Şimali Qafqazadək
geniş ərazini əhatə edirdi. Bu xanlıq da 1556-cı ildə İvan Qroznu tərəfindən
işğal edildi.
Krım xanlığı (1438-1783). XII əsrin birinci yarısında Krım yarıma da -
sında Xəzər, Qıpçaq və Oğuz türkləri Krım türkləri adı altında biləşdilər.
Hacı Gəray xan 1438-ci ildə Krım xanlığının müstəqilliyini elan etdi. Xan-
lığın paytaxtı Baxçasaray şəhəri oldu. Krım xanlığı da Osmanlı dövlətindən
vassal asılılığında idi. Orta əsrlərdə  Qara dəniz türk dənizinə çevrilmişdir.
1479-cu ildə Məngil Gəray xanın dövründə Litva və Polşa Qızıl Orda
dövlətinin təzyiqi altında idi. 1482-ci ildə isə Məngil Gəray xan Litvanın
bir hissəsini və qədim Kiyev şəhərini tutdu. Krım xanlığı 3 əsrə yaxın
Rusiyanın təzyiqləri qarşısında tab gətirsə də, sonda 1783-cü ildə ruslar
Krımı da işğal etdilər. 
Sibir xanlığının (1464-1598) əsası isə Noday türk tayfalarının köməyi
ilə İbak xan tərəfindən qoyulmuşdur. Paytaxtı indiki Tümen şəhəri idi. Daha
sonra paytaxt Kaşlıq (Sibir) şəhərinə köçdü və Sibir xanlığı adlandırıldı.
1555-ci ildə Sibir xanı Yadigar xan Moskvadan vassal asılılığına düşdü.
XVI əsrin ortalarından Sibir xanlığında olan xalqlar İslam dinini rəsmi din
kimi qəbul etdilər və sonda isə Rusiya tərəfindən 1598-ci ildə ilhaq olundu.
Beləliklə, Orta Asiyada və Mərkəzi Asiyada olan qədim türk dövlətləri
çar Rusiyası tərəfindən işğal edildi.
Azərbaycan ərazisində olan dövlətlərin qısa xronikası
Azərbaycan ərazisində olan Albaniya dövləti 262-ci ildə Sasanilərdən
asılı vəziyyətə düşdü. Sasani imperatoru I Xosrov Ənuşirəvanın dövründə
(531-579) Albaniya, Atropatena və İberiya Sasani imperatorluğunun tərki -
binə qatıldı. III-V əsrlərdə Cənubi Qafqaz uğrunda Sasanilərlə Roma im-
peratorluğu arasında ardı-arası kəsilməyən müharibələr gedirdi. Həmin
Úàùàíýèð Ùöñåéí ßôøàð
206


dövrlərdə Məzdəkilər hərəkatı (481-509) və VIII əsrdən başlayan Xür-
rəmilər hərəkatı Sasani dövlətinə qarşı olan yerli xalqların mübarizəsi idi.
VII əsrin əvvəllərində Albaniyanın ərazisində Mehranilər sülaləsinin
hakimiyyəti başladı. Bu sülalənin banisi Mehran II Xosrovun qohumu olsa
da, Sibir türklərinin nəslindən idi. Daha sonra bu Girdiman (Arran) dövləti
indiki Qərbi Azərbaycanın ərazisini əhatə edirdi.
Azərbaycan Ərəb xilafətinin tərkibində 
Cənubi Qafqaza sahib olmaq uğrunda Bizans imperiyası ilə Sasanilər
dövləti arasında IV əsrin sonlarından başlayaraq VII əsrin ortalarına qədər
müharibələr davam etmişdir. 633-cü ildə ərəb qoşunları Sasani dövlətinə
hücum etdi. Azərbaycanda Cavanşirin rəhbərliyi ilə 634-cü ildə ərəblərə
qarşı Sasani ordusunda mübarizə aparıldı, lakin ərəb qoşunlarına məğlub
oldular. Girdiman hökmdarı Cavanşir Bizans imperatorluğu ilə ittifaqa
girib, ərəblərə qarşı mübarizə apardı. VII əsrin 60-cı illərində Xəzərlər Al-
baniyanın üzərinə şimaldan hücum etdilər və Albaniya Xəzərlərin təsiri al-
tına düşdü. 642-ci ildə isə Sasanilər ərəb qoşunlarına məğlub olduqdan
sonra Azərbaycanın da cənub torpaqları Ərəb xilafətinin təsiri altına düşdü
və tezliklə ərəb qoşunları Xəzər sahili ilə Dərbəndə doğru və həmçinin Şi-
mali Azərbaycanın ərazisini işğal etdilər. Albaniya dövlətinin varlığına son
qoyuldu. VII əsrdə Azərbaycan uğrunda başlayan Ərəb-Xəzər müharibələri
100 ilə qədər davam etdi. Tezliklə Azərbaycan ərazisində islam dini qəbul
edildi. Azərbaycanda İslam dininin yayılması xalqımızın mənəvi inkişafına
və mədəni yüksəlişinə təkan verdi. Həmçinin xilafət əleyhinə qarşı Azər-
baycanda 748-752-ci illərdə böyük hərəkat başlandı. Bu mübarizənin ən
yüksək zirvəsi Xürrəmilər hərəkatı idi (xürrəm əbədi od, əbədi günəş de -
mək dir). Xürrəmilər hərəkatı daha sonra Babək (798-838) tərəfindən
aparıldı. Babək 819-cu ildə Bərdəni, Beyləqanı, Qarabağı ərəblərdən azad
etdi. Bəzz qalasında özünə böyük ordu topladı. Həmədan şəhəri də Babəkin
əlinə keçdi. Ardı-arası kəsilməyən müharibələrin sonunda Babək əsir alındı
və 838-ci ildə ərəblər tərəfindən edam edildi.
XI əsrdən etibarən Azərbaycanda ərəb xəlifəliyi zəifləməyə başladı və
Şirvanşahlar dövləti (891-1538) yarandı. Bu dövlət Azərbaycanın şimal-
şərqində Dərbənddən Kür çayınadək əraziləri əhatə edirdi. Şirvanşahlar
dövlətinin  yaranması ərəb xəlifəliyindən sonra Azərbaycan ərazisində ilk
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
207


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə