Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   23   24   25   26   27   28   29   30   ...   83

 
«
Əsərin bir çox parçaları avtobioqrafik mahiyyətdə olub, poe-
ma mü
əllifinin uşaqlıq və gənclik illərini canlandırırdı (maddi 
sıxıntı  içində  böyümə,  yardım  üçün  daşürəkli bir dövlətliyə 
müraci
ət, təhsilin  yarımçıq  qalması  və  h.b.). Lakin qüvvətli 
b
ədii və fəlsəfi ümumiləşdirmə yolu ilə yazılmış bu poema ya-
rımçıq  qalmış  olsa  da  avtobioqrafik  əsər çərçivəsindən xeyli 
k
ənara çıxmışdır» [166, s.94]. Ədəbiyyatşünas Məsud Əlioğlu 
çox haqlı olaraq qeyd etmişdir ki, «M.Hadinin şəxsi həyatı ilə 
birg
ə yaradıcılıq taleyi 
 istedadŞ
 da aram sŞ
z faci
ələrə məruz 
qalmışdır. Mənəvi sıxıntı və ruhi məhrumiyyətlər, həyata atıl-
dığı ilk günündən şairin şəxsiyyətini əzib incidən amillər kimi, 
onun şeirlərinin ruhuna, yaradıcılıq həyatının fikir-məna qay-
naq
larına da, bədbinliyin ağır və boğucu havasını gətirmişdir» 
[77, s.155]. 
Diqq
əti Ə.Əminzadənin M.Hadi haqqında xatirələrinə yö-
n
əldərək nəzərə çatdırmaq lazımdır ki, bu böyük şairdən bəhs 
ed
ən  araşdırmalarda  A.Şaiqin,  Ə.Nəzminin, C.Cəbrayılbəyli-
nin xatir
ələri əsas götürülsə də, Əminzadənin sözügedən əsə-
rind
ən istifadə edilməmişdir. Halbuki burada M.Hadinin həya-
tında baş verən bir çox maraqlı olaylar təsvir edilmişdir. Xa-
tir
ələrdə M.Hadinin uşaqlıq illəri, mühərrirlik fəaliyyəti, «Hə-
yat», «Bürhani-t
ərəqqi» qəzetlərində mənzum və mənsur əsər-
l
ər, məqalələrlə  çıxış  etməsi, Tiflisə  ilk səfəri, 1903-cü ildə 
Kürd
əmirdə məktəb açması, Kürdəmir məscidi hücrələrinin bi-
rind
ə həm yaşayıb, həm də dərs deməsi, A.Səhhət, M.Ə.Sabir, 
S.Ə.Şirvani  ilə  əlaqəsi və  bir çox məsələlər öz əksini tap-
mışdır.  Bunlardan  əlavə  xatirələrdə  M.Hadinin  İstanbula  sə-
f
əri, qadın azadlığı mövzusunda qəzetlərin birində çıxış etdiyi 
üçün Salonikiy
ə  sürgün edilməsi, orada vəziyyətinin  ağırlığı, 
h
ətta hamballıq etməsi, yunan polisinin onu türk casusu hesab 
ed
ərək həbs etməsi, azad olduqdan sonra Odessadan keçərək 
Bakıya gəlməsi təsvir olunmuşdur. Hadinin İstanbul həyatı, tə-
qib v
ə sürgün olunması, Bakıya qayıtması haqqında A.Şaiqin, 
Ə.Nəzminin xatirələrində  məlumat  verilmişdir.  Odessada  ke-
 
82 


 
çirdiyi günl
ər isə heç bir mənbədə qeyd olunmasa da Ə.Əmin-
zad
ənin xatirələrində hərtərəfli işıqlandırılmışdır. 
M
əhəmməd  Hadinin həyat və  yaradıcılığının  tədqiqində 
xatir
ələrin  əhəmiyyəti özəlliklə  vurğulanmalıdır.  Belə  ki, 
araşdırıcı  İslam  Qəribli  şairin  «İnsanların  tarixi  faciələri, 
yaxud 
əlvahi-intibah»  poemasının  tədqiqinə  həsr  olunmuş 
monoqrafiyasında  «XX  əsrin ikinci ongünlüyünün dövri 
n
əşrlərinə, rəsmi sənədlərinə,  şairin  əhatəsində  olduğu 
adamların  məktub və  xatirələrinə  istinad etməklə  «Əlvahi-
intibah»ın  öyrənilməsinin səviyyəsi və  dərəcəsi  haqqında 
fikirl
əri ümumiləşdirir. Bütün bunlar müəllifə Hadi həyatının 
Birinci Dünya müharib
əsi illəri ilə  bağlı  bir  sıra  qaranlıq 
nöqt
ələrini, xüsusilə poemanın ithaf olunduğu həkimin  
 Qara 
b
əy Qarabəylinin  şəxsiyyəti ilə  əlaqədar məsələni 
aydınlaşdırmağa imkan vermişdir» [142, s.II]. 
XX 
əsr Azərbaycan  ədəbiyyatının  maraqlı  şəxsiyyətlərin-
d
ən biri də  Əlabbas  Müznibdir  (1883-1938). Onun AMEA 
M.Fü
zuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi 
fondunda müxt
əlif sənədlər   qəzəllər, qitələr, mənzumələr, 
m
ənzum felyetonlar, satirik şeirlər, müxtəlif şəxslərin ona yaz-
dığı məktublar, tarixi materiallar və s. ilə yanaşı tərcümeyi-hal 
v
ə xatirələri də saxlanılır. Ədibin memuar irsi onun uşaqlığı, 
ata-
anası, yaradıcılığı, həyatında baş verən bəzi məqamlar haq-
qında dəyərli bilgilər verir. Bu cəhətdən xatirələrin üstünlüyü 
v
ə digər sənət növlərindən fərqi odur ki, burada müəllif şəx-
siyy
əti özünün hiss və  həyəcanları,  arzu  və  istəkləri ilə  ön 
planda verilir.  
Əlabbas  Müznibin arxivində  bir neçə  kiçik həcmli tərcü-
meyi-
hal materialları vardır. Azərbaycan dilində ərəb əlifbası 
il
ə yazılmış, avtoqraf olan bir səhifəlik tərcümeyi-halın əvvəli 
naqisdir. Az
ərbaycan dilində  ərəb  əlifbası  ilə  yazılmış  digər 
avtoqraf t
ərcümeyi-hal  iki vərəqdən ibarətdir. Sadə  qələmlə 
yazılmış və üzərində təshihlər aparılmış bu nüsxənin sonunda 
3.XII.30-
cu il tarixi qoyulmuşdur. Bir səhifəlik başqa bir tər-
 
83 


 
cümeyi-hal rus dilind
ədir. Şəxsi arxiv fondunda yuxarıda gös-
t
ərilən  qısa  tərcümeyi-hal sənədləri ilə  bərabər nisbətən iri 
h
əcmli, səkkiz vərəqdən ibarət «Türkcə  yazılan  tərcümeyi-
halımın müxtəsər tərcüməsi» adlı yazı da vardır. Yazının sonu 
naqis olsa da memuaristin h
əyatı və yaradıcılığı haqqında ma-
raqlı  məlumatlar  əldə  etməyə  imkan  yaradır.  Müznib burada 
özünün m
ətbuat sahəsindəki fəaliyyətindən, bu yolda qarşısına 
çıxan maneələrdən, həbs edilməsindən bəhs edir. Adları çəki-
l
ən və əlyazması halında olan bu nüsxələr «Xatirələr» kitabın-
da [117] n
əşr olunmuşdur.  
Müznib «h
ələ  iyirminci illərin  əvvəllərində  qələmə  aldığı 
«Bakıda millət müharibəsi» və «Qarabağ xatiratı» memuarla-
rını yazmaq üçün materiallar toplayır. Azərbaycan Dövlət nəş-
riy
yatı ilə səkkiz müəllif vərəqi həcmində olacaq «Ədəbi xati-
r
ələr»
 
adlı kitab yazacağı barədə müqavilə bağlayır» [9, s.414]. 
Yazıçının şəxsi arxivində öz həyat və fəaliyyətini, memuarla-
rını yazmaq üçün tərtib etdiyi plan qeydləri [177] vardır. Altı 
v
ərəqdən ibarət olan qeydlərin birinci vərəqi yoxdur. Qeydlər 
Az
ərbaycan dilində ərəb əlifbası ilə yazılmışdır. Üzərində dü-
z
əlişlər aparılmış, bəzi sözlər pozulmuşdur. Qeydlərdən aydın 
olur ki, memuarist 
əsərini iyirmi iki hissə və hər bir hissəni də 
bir neç
ə bölmədən ibarət qələmə almağı planlaşdırmışdır. Gö-
rünür, Müznib memuar yazmağa ciddi yanaşmış hətta plan tər-
tib etmişdir. Lakin xatirələr günümüzə tam şəkildə çatmamış-
dır. Əsərin əldə olan hissəsi də öz növbəsində parçalanmış və 
fraqmentl
əri  Müznibin  şəxsi  fondunda  saxlanılır.  Müəyyən 
sujet
ə malik olan xatiratın [117, s.93] birinci hissəsi «Ailəm», 
ikinci hiss
əsi «Çocuqluk və təhsilim», üçüncü hissəsi «Gənclik 
yaşlarım. Araba qayırarkən» adlanır. Xatirələr Azərbaycan di-
lind
ə  ərəb  əlifbası  ilə, sadə  qələmlə  yazılmışdır.  Əlyazmanın 
v
ərəqləri müəllifin özü tərəfindən səliqə  ilə  nömrələnmişdir. 
Xatir
ədə bəzi sözlər pozulmuş, üzərində bənövşəyi mürəkkəb-
l
ə  düzəlişlər  edilmişdir.  Xatirə  üzərində  aparılan  bu  avtoqraf 
düz
əlişlər  əsərin müəllif tərəfindən çapa təqdim etmək üçün 
 
84 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə