Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   2   3   4   5   6   7   8   9   ...   83

 
ed
ən  monoqrafiyasında  M.Tərbiyətin təzkirəsindən  və  digər 
eti
barlı mənbələrdən istifadə edərək yazmışdır: «Xətib Təbrizi 
qazandığı biliklərlə kifayətlənmir, o, təhsilini artırmaq, filolo-
giya elminin bütün sirl
ərinə  vaqif  olmaq  üçün  inadla  çalışır. 
T
əbrizdə alim məşhur leksikoqraf Əbu Mənsur Məhəmməd əl-
Əzhərinin «Ət-Təhzib fi-l-lüğə» («Dildə düzəliş») adlı əsərini 
əldə edir. Əsəri diqqətlə oxuyan alim rast gəldiyi bəzi dilçilik 
m
əsələlərini aydınlaşdırmaq üçün İbn-Xəlliqanın göstərdiyinə 
gör
ə Təbriz alimlərinə müraciət edir və ona o dövrün məşhur 
şairi və dilçisi Əbul Əla əl-Məərrinin yanına getməyi məsləhət 
görürl
ər» [147, s.24]. Xətib yoxsul olduğu üçün kitabları mi-
nikl
ə aparmaq imkanı olmur. Buna görə də kitabları bir kisə-
nin için
ə qoyub çiyninə atır və Təbrizdən Müərrə şəhərinə yol-
lanır. Kitablar ağır olduğu üçün Xətib yolda tərləyir və tər ki-
tablara  keçir.  O,  Bağdada  çatdıqda  kitablarda  tər ləkəsindən 
başqa bir şey qalmır. 
Yaqut H
əməvinin təzkirəsinə əsasən müəyyənləşmişdir ki
X
ətib Təbrizi Əbul Əlanın «ölümündən sonra da elmi axtarış-
larını dayandırmamış, təhsilini dövrünün tanınmış alimlərinin 
ya
nında  davam  etdirmişdir.  Yaqut  Əl-Həməvi bu alimlərdən 
ona q
ədər şəxsiyyətin adını çəkir» [21, s.82]. Xətib Təbrizinin 
«
Şərh əl-Həmasə» əsərində də «onlarla şair, ədib, tənqidçi, dil-
çi, tarixçi v
ə alimin adı çəkilmiş, onların əsərlərindən nümunə-
l
ər verilmiş, onların fikir və mülahizələri, dövrün ədəbi həyatı 
kontekstind
ə araşdırılmışdır... Bu dövrün ədəbiyyat məsələlə-
rinin t
ədqiqi, ərəb və ümummüsəlman şairlərinin həyat və ya-
ra
dıcılığı ilə yaxından tanışlıq, dövrün ədəbiyyatına XI əsr sə-
viyy
əsindən nəzər  salmaq  üçün  bu  şərh  ən qiymətli  ədəbiy-
yatşünaslıq mənbələrindən biridir» [21, s.191]. 
Yenid
ən təzkirələrə  fikrimizi yönəltməklə  qeyd etməliyik 
ki, burada mü
əlliflərin həyatları haqqında maraqlı hadisələr se-
çilib verilm
əsi böyük önəm  daşıyır.  Bu  xüsusiyyətlər  Əmir 
K
əmaləddin Hüseyninin «Məcalisül-üşşaq» («Aşiqlər məcli-
si») t
əzkirəsinə də şamil edilə bilər. Belə ki, burada İmadəddin 
 
11 


 
N
əsiminin həyatı  və  faciəli  ölümü  haqqında  məlumat  başqa 
t
əzkirələrə  nisbətən  geniş  verilmişdir.  Təzkirə  müəlliflərinin 
onlarla  şəxsən  yaxın  və  əlaqədar  olan  şəxsiyyətlər  haqqında 
verdikl
əri məlumat daha dəqiq olduğu üçün həm də çox ma-
raqla  istifad
ə  edilir. Məsələn,  başqa  təzkirələrdə  də  məlumat 
olmasına  baxmayaraq Sam Mirzənin (1517-1567)  «Töhfəyi-
Sami» t
əzkirəsində atası Şah İsmayıl Xətainin (1486-1524) ya-
radıcılığı haqqında ilk məlumatı daha səhihdir. Təzkirədə Sam 
Mirz
ə atasının tərcümeyi-halından və şeirlərindən bəhs etmiş-
dir. XV yüzilin sonu –  XVI yüzilin 
əvvəllərində  yaşamış, 
Az
ərbaycan  şeiri  tarixində  önəmli yer tutan Həbibinin həyatı 
haqqında  da  ilk  və  mühüm məlumatı  Sam  Mirzə  «Töhfəyi-
Sami»d
ə vermişdir.  
Dövl
ətşah  Səmərqəndinin  «Təzkirətüş-şüəra»  əsərində  də 
elm, m
ədəniyyət və ədəbiyyat xadimləri haqqında maraqlı mə-
lumatlar  verilmışdir.  Təzkirə  müəllifinin XIII əsrin sonu – 
XIV 
əsrin  əvvəllərində  poeziyamızın  inkişafında  əhəmiyyətli 
yer  tutan  şairlərdən  olan  Əvhədi Marağalı  (1274-1378), XIV 
yüzilin görk
əmli  şairi  Əssar  Təbrizi (1310-1390) və  başqa 
şairlərimiz  haqqında  verdiyi  məlumat  ən səhih qaynaqlardan 
hesab edilm
əklə bərabər tərcümeyi-hal örnəklərini aşkarlamaq 
baxımından  diqqət çəkir. Qaynaqlara əsasən Dövlətşah 
S
əmərqəndinin Əssar Təbrizi haqqında məlumatı, onun yüksək 
m
əhəbbəti, səmimi dostluğu  tərənnüm edən  «Mehr və 
Müştəri» poemasını yazma səbəbi şairin dili ilə belə izah edi-
lir:  «A
ğır günlərimdə mənə həyan olan səmimi və sadiq dos-
tum bir gün yanıma gəlib mənə dedi: sənin şirin sözlərin, xoş 
dil
əyin, rəvan təbin var.  Şeir  aləmində  tanınan sənətkarsan, 
şairlərin dilində ustad adlanırsan. Divanında məsnəvidən başqa 
h
ər cür şeir vardır. İndi də bu sahədə özünü imtahan et ki, ya-
rat
dığın divan bu məsnəvi ilə tamam olsun. Elə bir dastan ya-
rat ki, g
ələcək nəsillər səni  heç  vaxt  unutmasın»  [240,  s.16]. 
Dostunun bu n
əsihətləri  şairə  xoş  təsir  bağışlayır.  Onun söz-
l
ərində rəddedilməz məntiq olduğunu  görən şair  etiraz etmir, 
 
12 


 
«Mehr v
ə Müştəri» əsərini qələmə alır. 
«XVI 
əsrdə Bağdadda yaşayan Azərbaycan şairləri haqqın-
da bir sıra əsaslı məlumata Əhdi Bağdadinin «Gülşəni-şüəra» 
adl
ı təzkirəsində rast gəlirik. Bu təzkirədə həmin şairlərin tək-
t
ək qəzəl və  beytləri  saxlanılmışdır  ki,  həmin  şeirlər... Füzu-
linin müasiri olan v
ə Bağdadda  yaşayan Azərbaycan şairləri-
nin öz ana dill
ərində  sənətkaranə  əsərlər  yazıb-yaratdıqlarını 
aydınlaşdırmağa əsas verir» [27, s.362]. 
XIX 
əsr Azərbaycan ədəbiyyatına daxil olan təzkirə nümu-
n
ələrinə aid S.Ə.Şirvaninin, M.M.Nəvvabın, M.Müctəhidzadə-
nin t
əzkirələri xüsusilə qeyd olunmalıdır. 280-dən çox sənət-
kar haqqında məlumat verilmiş S.Ə.Şirvani təzkirəsindən son-
ra 107 şairin həyat və yaradıcılığı haqqında məlumat və əsər-
l
ərindən nümunələri əhatə edən  «Təzkireyi-Nəvvab» XIX əs-
rin 
ən əhatəli təzkirə nümunəsi kimi qiymətləndirilə bilər. Təz-
kir
ənin ən maraqlı cəhəti odur ki, Nəvvab haqqında məlumat 
v
ə  əsərlərindən nümunələr  verdiyi  şairlərdən avtoqraf topla-
mışdır  ki,  buna  da  Nəvvaba qədər heç bir müəllifin təzkirə-
sind
ə təsadüf olunmur. Təzkirədə Nəvvabın özü haqqında ver-
diyi m
əlumat daha əhatəli və dolğundur. Burada müəllif tərcü-
meyi-
halının bəzi məqamlarına toxunmuş və əsərləri haqqında 
qısa məlumat vermişdir. Əsərlərini yazmaqda əsas məqsədi öz 
h
əmdəmlərinə  və  millətə  səmimi xidmətdən  başqa  bir  şey 
olmadığını qeyd edən Nəvvab ümid edir ki, din qardaşları onu 
xeyir-dua il
ə  yad edəcəklər. Təzkirənin məqsədi barədə Nəv-
vab  yazır:  «Təzkirənin məqsədi zəmanə  şairlərinin həyat və 
ya
radıcılığını dövran ariflərinə çatdırmaq olduğundan mən bu 
m
əqsədə  əməl etdim, aqillərə  əziyyət verib, bu sətirləri yaz-
dım» [191, s.238]. 
XX 
əsr Cənubi Azərbaycan  alimi  Əziz  Dövlətabadi  «Sü-
x
ənvərani-Azərbaycan»  («Azərbaycan  şairləri») təzkirəsinin   
I cildind
ə [292] 352, II cildində [293] 499 fars dilində yazan 
Az
ərbaycan şairləri haqqında məlumat vermişdir. Əziz Dövlə-
tabadinin  «Qafqaz
ın  farsca  yazan  şairləri» təzkirəsində  isə 
 
13 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə