Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə78/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   75   76   77   78   79   80   81   82   83

 
x
əbərdar olur.  
Sahib Sailovun xatir
ələri gənclik dövründən tərtib etdiyi 
günd
əlikləri  əsasında  qələmə  alınmışdır.  O,  gündəliyinə  oxu-
du
ğu  kitablardan  aforizmləri, qiymətli sözləri  köçürmüşdür. 

əllif  yazır:  «Gündəlik hər  şeydən  əvvəl  yaddaşdır.  Bu  işi 
bütün h
əyatım boyu daha çox Goranboy, Şamaxı rayonlarında 
bi
rinci katib işlərkən, sonra isə həbsdə olduğum illərdə davam 
et
dirmişəm.  İndi həmin gündəlikləri vərəqləyərkən həyatımın 
ayrı-ayrı  günləri göz önündə  canlanır.  Xəyalımdan  nə  qədər 
hadis
ələr axıb gedir» [216, s.101]. Bununla belə çox hadisələr 
yaddaşın  süzgəcindən keçərək qələmə  alınmışdır.  Bir  sözlə, 
xatir
ələrdə gündəliklər əsasında yazıya köçürülən və yaddaşda 
h
əkk olunan bir çox acılı-şirinli olaylar təsvir olunmuşdur. Ki-
ta
bın növbəti səhifələrinin birində memuarist gündəlik qeydlə-
rin 
əhəmiyyətini bir daha vurğulayaraq yazır: «Bütün dövrlər-
d
ə  apardığım  qeydlər, gündəliklər  yaddaşımı  təzələməkdə, 
keç
mişləri yada salmaqda mənə çox kömək edir. Olub-keçən-
l
ər hafizəmdə canlanır. Son dövrdə yazdığım bütün kitabları-
mın («Saxta hökm», «Həyat davam edir», «Ömrün səhifələri», 
«Keç
ənləri xatırlayarkən», «Xatirə») əsasını təşkil edən həmin 
günd
əliklərdəki qeydlərimdir» [216, s.182]. 
Yazıçı  Yasif  Nəzirli  «Dünya»  romanında  Sahib  Sailovun 
h
əyatının bəzi məqamlarından söhbət açmışdır. Romanın sözü-
ged
ən  şəxsin həyatının  ağır  illərinə  həsr  olunmuş,  ürəkağrısı 
il
ə  qələmə  alınmış  fəsli xatirələrə  daxil  edilmişdir.  Bu,  me-
mua
ristin özü haqqında yazdıqlarını təsdiq edən daha bir mö-
t
əbər mənbədir. Sahib Sailovun xatirələri ona görə dəyərlidir 
ki, bir t
ərəfdən daima dövlət işlərində çalışan bir insanın ömür 
yolunu izl
əyirsən, digər tərəfdən ünsiyyətdə  olduğu,  tanıdığı 
görk
əmli şəxsiyyətlər haqqında məlumat əldə edirsən. Xatirə-
l
ərdə həmin şəxsiyyətlərin həm dövlət vəzifələrində necə çalış-
maq
ları, həm də daxili aləmləri, insanlarla münasibətləri bütün 
aydınlığı ilə əks olunmuşdur. 
Sahib Sailovun üç kitabdan ibar
ət olan «Muğanın övladla-
 
235 


 
rı»  əsərində isə Muğanda boya-başa  çatmış, özündən sonrakı 
n
əsillərə örnək olacaq insanlardan söhbət açılır. Bir növ təzki-
r
ə mahiyyəti daşıyan bu kitablarda həmin insanların qısa tərcü-
meyi-
halı verilmişdir.  
Muğan  torpağının  yetirməsi, Neftçala rayonunun Qədim-
k
ənd orta məktəbində  dil-ədəbiyyat müəllimi  işləmiş,  dövri 
m
ətbuatda şeirləri dərc olunmuş, «Nişan üzüyü» şeirlər kitabı-
nın müəllifi Əlisahib Bağırov (1933-2004) 1941-1945-ci illər-
d
ə Böyük Vətən müharibəsində alman faşistlərinə qarşı vuruş-
muş  Məmmədbağır  Əliyevin  (1923-2002)  döyüş  yolunu  can-
lan
dıran  «Yaralı xatirələr» poemasında acılı-şirinli xatirələrin 
yad
daşlarda həkk olunduğunu qeyd edərək yazır: 
 
Yaxşı ki, insanın hafizəsi var! 
 Öt
ənlər yaşayır xatirələrdə. 
 Sabaha s
əsləyən arzular kimi, 
 
Yaşadır insanı xatirələr də. 
 
 
İstər acı olsun, istərsə şirin 
 Öt
ənlər canlıdır xatirələrdə. 
 Keçib c
əbhələrdən, oddan, alovdan 
 
Yaşayır yaralı xatirələr də [263, s.56]. 
Daha önc
ə qeyd etdiyimiz kimi, orta əsrlərdə tanınmış şəx-
siyy
ətlər 
 görk
əmli ədəbiyyat və mədəniyyət nümayəndələri 
haq
qında  bioqrafik  məlumatlar təzkirələrdə  verilirdi.  Zaman 
keçdikc
ə bu nümunələr tərcümeyi-hal və xatirələrlə əvəz olu-
nur
du,  artıq  memuar  ədəbiyyatına  aid  olan  əsərlər meydana 
g
əlirdi. Bununla belə, təzkirəçilik  ənənələri son dövrlərdə  də 
davam v
ə  inkişaf  etdirilir.  Keçən  əsrin  sonlarında  bu  özünü 
daha aydın biruzə vermişdi. Sahib Sailovun «Muğanın övlad-
la
rı»  [215],  Teymur  Əhmədovun «Azərbaycan sovet 
yazıçıları»  [68],  Əsgər  Zeynalovun  «İrəvan  ziyalıları»  [269] 
əsərləri bu baxımdan  diqqətəlayiqdir. Daha öncə  qeyd 
etdiyimiz kimi, Sahib Sailovun üç kitabdan ibar
ət  əsərində 
Muğanda  boya-başa  çatmış  görkəmli elm, sənət xadimləri
 
236 


 
r
əhbər vəzifədə  çalışmış,  təsərrüfat fəaliyyəti ilə  şöhrət 
qazanmış insanlar haqqında məlumat verilmişdir.  
Teymur  Əhmədovun müəllifi və  tərtibçisi  olduğu  kitabda 
is
ə  yazıçıların  qısa  tərcümeyi-halı  ilə  bərabər  yaradıcılığının 
ən səciyyəvi xüsusiyyətləri, ictimai-ədəbi fəaliyyətləri haqqın-
da bilgil
ər  verilmişdir.  Müəllif  yazıçıların  orijinal  əsərlərinin 
v
ə tərcümələrinin biblioqrafiyasını vermiş, hətta əlaqə nömrə-
l
ərini də qeyd etməyi lazım bilmişdir. 300-dən artıq yazıçının 
h
əyat və yaradıcılığından bəhs edən kitab ensiklopedik səciy-
y
əli məlumat toplusudur.  Alimin  əsrimizin ilk illərində  dərc 
olun
muş «XX əsr Azərbaycan yazıçıları» [71] adlı ensiklope-
dik m
əlumat  kitabında  isə  «milli-mənəvi xəzinəmizi zəngin-
l
əşdirən  yazıçıların  biblioqrafik  oçerkləri  verilmişdir.  Sovet 
hakimiyy
əti dövründə repressiyaya məruz qalan və mühacirət-
d
ə  Türkiyə, İran, İraq, İngiltərə və digər xarici ölkələrdə ya-
şayıb-yaradan soydaşlarımızın, 90-cı il yanvarın 19-dan 20-nə 
keç
ən müdhiş gecə  sovet ordusunun Bakıya hücumu zamanı 
şəhid olan, həmçinin  Qarabağ  müharibəsi  başlananda  doğma 
yurd-
yuvasından didərgin salınan qələm sahiblərinin tərcüme-
yi-
halı da kitaba daxil edilmişdir» [69, s.80]. 
«İrəvan  ziyalıları»  kitabı  əvvəlkilərdən bir çox cəhətdən 
f
ərqlənir.  İlk  öncə  nəzərə  çatdırmaq  lazımdır  ki,  burada  XIX 
v
ə XX yüzilliklərdə İrəvan torpağının yetirməsi olan ziyalıla-
rın  həyat və  fəaliyyətlərindən, Azərbaycan elminin və  mədə-
niyy
ətinin inkişafında onların tutduğu mövqedən ətraflı söhbət 
açılır.  Müəllif hər  bir  ziyalıdan  bəhs edərkən  onun  haqqında 
yazılı və şifahi xatirələrə istinad etməklə yazının daha dəyərli 
v
ə  oxunaqlı  alınmasına  nail  olmuşdur.  Əsərin bir özəlliyi də 
ondan ibar
ətdir ki, yazıların əksəriyyətində müəllifin olaylarda 
iştirakı görünür. Oçerklərə xas olan müəllif şəxsiyyəti bu nü-
mun
ələrin əksəriyyətində ön planda olmasa da haqqında danı-
şılan şəxsdən sonra açıq-aydın görünür. Müəllif haqqında da-
nışdığı  şəxsin həyat və  fəaliyyətindəki önəmli məqamları  da 
n
əzərə çatdırmışdır. 
 
237 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə