Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə75/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   71   72   73   74   75   76   77   78   ...   83

 
79 ild
ə mən peşiman olmamışam. Allah atama rəhmət eləsin, 
m
ənə düz yol göstərmişdir» [116, s.56]. 
Əziz Şəriflə Mirzə İbrahimovun yazışmaları iki dostun, iki 
ədəbiyyat fədaisinin, iki müdrik, iki səmimi, iki alicənab insa-
nın yazışmalarıdır. Məktubları oxuduqca onların ömür və ya-
ra
dıcılıq  yolunun  bəzi məqamları  göz  önündə  canlanır.  Bu 
m
əktublar  əsl  dostluğun,  insanpərvərliyin, səmimiliyin bariz 
nümun
əsidir.  
«Atam v
ə mən» adlı xatirələr kitabının dəyərini Mirzə İb-
rahimov 
əsərin müəllifi Əziz Şərifə yazdığı məktubunda belə 
bildirir: «S
ənin  kimi  dünyagörmüş  Azərbaycan  ədəbiyyatının 
şərəfi,  şöhrəti  olan  böyük  yazıçılarla  dostluq  etmiş,  onların 
ətirli gülüstanında ərsəyə çatmış, mürəkkəb, şərəfli yol keçmiş 
bir 
əməkdar, müdrik, ədəbiyyat, elm, mədəniyyət xadiminin 
xatir
ələri həm ədəbiyyatımızın tarixini yazanlar üçün çox fay-
da
lı bir mənbədir, həm də gənclik üçün, xüsusən ədəbi gənclik 
üçün xalqa, böyük 
ədəbiyyata namuslu, sədaqətli, təmənnasız 
xidm
ət nümunəsidir» [116, s.101]. 
M
əktubların  onları  yazanların  şəxsi keyfiyyətlərinin  açıl-
ma
sında  müstəsna  əhəmiyyəti  vardır.  Bu  cəhətdən məktublar 
günd
əliklərə daha yaxındır. Çünki burada uzaq keçmişin olay-
ları deyil, çağdaş zamanın, bu günün hadisələri izlənilir.  
Mirz
ə İbrahimovun İranda yaşayan dost və tanışları   
Ca-
vad Hey
ət, Rəhim Dəqiq, H.M.Sədiq və digərləri ilə yazışma-
la
rı  Cənubi Azərbaycan  ədəbiyyatını  inkişaf  etdirmək yolun-
da
kı səylər, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dilinin 
in
kişaf yollarını öyrənmək və gələcək nəsillərə ötürməkdə zi-
yalı vətənpərvər şəxslərin təşəbbüsləri və gördükləri işlər, ki-
tab mübadil
ələri baxımından dəyərlidir. Məktublarında Mirzə 
İbrahimov həmçinin bəzi əsərlərinin yazılma səbəblərini, əsəri 
yazmağa onu nə vadar etdiyini də açıqlayır. O, Rəhim Dəqiqə 
30 sentyabr 1981-ci ild
ə ünvanladığı məktubunda yazır: «Mən 
bu roman
ı («Gələcək gün» romanı nəzərdə tutulur – N.S.) üç-
dörd il beynimd
ə, ürəyimdə qaynatmış, 1947-ci ildə, yəni 34 il 
 
226 


 
bundan 
əvvəl yazıb çap etdirmişəm. Onu meydana gətirən sə-
b
əblər çox böyük və  müqəddəsdir. 1945-ci ildə  Pişəvərinin 
r
əhbərliyi ilə  başlanmış  və  qələbə  çalmış  demokrat  hərəkat 
xal
qın ürəyində necə şirin ümidlər oyatmışdı! Hamı arzu edir-
di v
ə inanırdı ki, Pəhləvi istibdadı zəifləyəcək, aradan çıxacaq, 
Az
ərbaycanda və  bütün  İranda  əbədi  olaraq  azadlıq  günəşi 
par
layacaq,  işıqlı,  xoşbəxt həyat bərqərar  olacaqdır.  Təəssüf 
ki, bel
ə olmadı. Qara, soyğunçu imperialist qüvvələr və  yerli 
ir
tica şahlığı, onun zülmünü daha da şiddətləndirdi. Lakin onu 
ölümd
ən qurtara bilmədi. Mən «Gələcək gün»də demək istə-
mi
şəm ki, dünyada heç bir qüvvə  zülmü,  ədalətsizliyi  əbədi 
ya
şada bilməz. Bir də çalışmışam ki, xalqın Rza şah istibda-
dından çəkdiyi  əzabları,  azadlıq arzularını və Rza şahın bəd-
nam  oğlu  Məhəmməd Rzaya olan nifrətimi  əks edim»  [116, 
s.119]. 
Mirz
ə  İbrahimova  İrandan  ünvanlanan  məktublarda o, 
Az
ərbaycan xalqının fəxri və iftixarı, böyük ustad, İran xalqla-
rının dostu kimi dəyərləndirilir. 
Ədəbiyyatşünas Əflatun Məmmədov məktubların əhəmiy-
y
ətini xüsusilə vurğulayaraq yazır ki, «görkəmli adamların bü-
tün m
əktubları öz xarakterindən asılı olmayaraq, həmişə qiy-
m
ətini saxlayır və saxlayacaq. Çünki bunlar ədəbiyyatı, incə-
s
ənəti, həyatı, gözəlliyi yaradan adamların arzu və fikirləridir. 
Bu m
əktubların arxasında canlı adamlar dayanır, onların ürəyi 
döyünür, dövrün ictimai-siyasi, 
ədəbi-tarixi hadisələrindən, in-
sani münasib
ətlərdən böyük inam və arzu ilə, məhəbbət və eh-
tirasla söhb
ət gedir. Bu mənada məktublar da bədii əsər qədər 
b
ədii təfəkkürün məhsuludur» [153, s.70]. 
M
əktublarla  yanaşı  müasirlərinin xatirələri Mirzə  İbrahi-
movun ömür yolunu izl
əməkdə dəyərli mənbələrdir. Xatirələr-
d
ə o, böyük alim, görkəmli ədib, dramaturq, publisist, böyük 
si
yasi  xadim,  ağıllı  diplomat,  mərd, müdrik, incəqəlbli insan 
kimi s
əciyyələndirilir. Nəbi Xəzrinin, Qabilin, Nazim Rizva-
nın, Ağa Laçınlının, Nahid Hacızadənin xatirələri Mirzə İbra-
 
227 


 
himovun 
  bu  böyük  Ş
əxsiyyətin həyat və  fəaliyyətinin 
ön
əmli məqamlarının 
canlandırılmasında, 
mənəvi 
keyfiyy
ətlərinin öyrənilməsində  xeyli önəmlidir. Xatirələrə 
s
ənədli  materialların  daxil edilməsi  onların  dəyərini  daha da 
artırmışdır: Sevda İbrahimova atasının övladlarına ünvanladığı 
sevgi dolu m
əktublarını,  Nazim  Rizvan  Mirzə  İbrahimovun 
görk
əmli  şəxsiyyətlər    Üzeyir  Hacıbəyov, Məmməd Səid 
Ordubadi v
ə  başqaları  haqqında  yazılı  və  şifahi  xatirələrini, 
Maarif Teymur günd
əliyində  böyük  yazıçı  ilə  bilavasitə 
əlaqədar sətirləri xatirələrinə daxil etmişlər. 
Akademik M
əmməd Arif 1948-ci ildə qələmə aldığı sətir-
l
ərdə  Mirzə  İbrahimovun  ağrılı-acılı  uşaqlıq  illərinə  aydınlıq 
g
ətirsə də, yazı səciyyə etibarilə məqalə şəklindədir. Bəxtiyar 
Vahabzad
ənin, Qəzənfər  Kazımovun  yazdıqları  da  bu  səpki-
d
ədir. Bəxtiyar Vahabzadənin 1957-ci ildə  yazdığı  məqalə 
«Bö
yük  dayaq»  romanının  təhlilinə  həsr  olunmuşdur.  Mirzə 
İbrahimovun  yaradıcılıqla məşğul olduğu 60 il ərzində Azər-
baycan dilinin inkişafı, yad təsir və təzyiqlərdən xilas olması, 
ci
lalanması, saflaşması uğrunda göstərdiyi xidmətlər Qəzənfər 
Ka
zımovun  xatirələrində  canlandırılmışdır.  XX  əsr Azərbay-
can ictimai fikir tarixind
ə parlaq simalardan olan Mirzə İbrahi-
mov dövrun görk
əmli şəxsiyyətləri ilə şəxsi və yaradıcılıq mü-
nasib
ətlərində olmuşdu. Onun Üzeyir Hacıbəyovla olan əlaqə-
l
ərindən, münasibətlərindən, böyük bəstəkarın vəfatından son-
ra ev muzeyinin t
əşkilində göstərdiyi dəstəkdən Ramazan Xə-
lilovun xatir
ələrində söhbət açılır.  
Bir  şəxsin  başqası  haqqında  yazdığı  xatirələr bir də  ona 
gör
ə önəmlidir ki, burada xatirəni qələmə alan şəxs, yəni me-
muarist ist
ər-istəməz  özü  haqqında  da  məlumat verir. Bu da 
dig
ər tanınmış şəxsin həyat və  fəaliyyətini öyrənməyə imkan 
ya
radır. Vaqif Vəliyevin, Şəmistan Nəzirlinin, Teymur Əhmə-
do
vun, Əminə Dilbazinin xatirələri bu qəbildəndir. Vaxtilə Şə-
mistan N
əzirli Mirzə İbrahimovun uşaqlıq illərindən bəhs edən 
hekay
ə  yazaraq  yazıçıya  göndərmiş,  o  da  hekayəni  oxuyaraq 
 
228 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə