Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə34/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   82

 
134 
7.
 
Fonik, leksik, sintaktik paralelist, strofik və 
ya seqmentiv ritm ünsürlərindən hər hansı 
birinin prioritetliyi üzrə növ. 
 
  III.   Verlibrin sırf məzmun xüsusiyyətli növləri: 
1.
 
Lirik (tərənnüm) məzmunlu növ. 
2.
 
Epik təsvir məzmunlu növ. 
3.
 
Dramatik növ. 
4.
 
Xüsusi təbiət təsvirli növ. 
5.
 
Psixoloji növ.  
6.
 
Fəlsəfi növ. 
7.
 
Ədəbi  cərəyan  təmayüllü  növ 
(sürrealist,  abstraksionist,  realist, 
avanqardist,  simvolist və s.). 
8.
 
Məzmunsuz-mücərrəd növ. 
9.
 
 Assosiativ növ. 
 
                IV. Verlibrin janr xüsusiyyətli növləri: 
                      1.   Şeir-verlibr. 
                      2.   Poema-verlibr. 
                      3.   Roman-verlibr. 
                      4.   Dramaturji verlibr. 
                      5.   Hekayə-verlibr. 
                      6.   Nəğmə-verlibr. 
                      7.   Traktat-verlibr. 
                      8.   Qarışıq janrlı verlibr. 
                      9.   Qeyri-müəyyən yanrlı verlibr.       
 
    V.  Tarixi verlibr növləri:   


 
135 
    1.    Əski  Türk  yazılı  ədəbiyyatında  verlibr  (Orxon-
Yenisey  şeiri,İssık  şeiri,    Etrusk-Troya  şeiri,  Əski 
Slavyan eposu (İqor polku dastanı)və s.) 
2.  Azərbaycan  folklor  verlibri.  (“Kitabi-Dədə 
Qorqud”şeirləri və s.) 
 3. İltisaqi dil mətnli qədim abidələrin verlibr sistemli 
Sinkretik növü. 
 
  VI.  Modernist-estetik forma və məzmun təmayüllü 
verlibr növləri: 
1.
 
Simvolist azad şeir. 
2.
 
Futurist azad şeir. 
3.
 
Sürrealist və dadaist azad şeir. 
4.
 
Abstraksionist azad şeir. 
5.
 
Sosrealist azad şeir. 
6.
 
Ekzistensional azad şeir. 
7.
 
İmajist azad şeir. 
8.
 
Kubist azad şeir və s... 
 
      Azad  şeirin  dünya  ədəbiyyatında  hazırkı  çağdaş 
mövqeyindən çıxış edərək, etiraf etmək lazım gəlir ki, 
Verlibr bədii  sistemi özünəməxsus  kanonik prinsipləri 
ilə  ilk  öncə  daha  çox  Azad  Avrasiya  ruhunun  liberal  
tələblərinə    tarixi  cavab  vermiş  və  o,  məhz  bu 
cəhətdən miladi tarixin ilk minilliyinin ilk orta çağından 
Türk  ictimai  şüurunun  azadfikirli  bədii  ifadəsi  üçün 
xüsusi  metrik kanona çevrilmişdir.  
 


 
136 
                           Türk oğuz bəgləri, bodun esidin:  
                           Ücə Tenri basmasar, 
                           Asra Yir təlinmeser 
                        türk bodun, ilinin, 
                        törünin  kim artadı?                               
                      Udaçı erti. Türk bodun, ögün! 
                  (Gül Tigin abidəsi.732-ci il. Bitik Taş həkk yazısı.  
                    Şərq tərəf. 22-ci abzas ) 
 
                            Və yaxud: 
 
    İltəris kağan, bilgə Tonyukuk kazğantuk üçün 
    Kapağan kağan, türk sir bodun yorıdukı... 
   Türk bilgə kağan türk sir bodunığ, 
   oğuz bodunığ igidü olurur. 
      (Tonyukuk abidəsi. 716-cı il, II Daş. 
    Şimal tərəfi, 61-62-ci sətirlər) 
     Mən bu şeir parçasının ritmini hələ  çox gənc olan 
bir  şairin  tamamilə  başqa    sosial  mövzuda  qələmə 
aldığı aşağıdakı misralardan ayıra bilmirəm: 
 Kasıb komaların qadınlarının  
xəyalları yoxluqlarda, 
arzuları heçliklərdə, 
ümidləri olmazlarda var-gəl edir... 
 
Külək adamı sorğu-suala tutur, 
nimdaş paltonun deşiklərindən... 
Yağış qeyri-romantik tərzdə 
birbaşa ayaqqabının içinə yağır...  
(Ramil  Əhməd.  Kasıb  komalardan  qalxan  tüstülər.  Şeir  vaxtı. 
Poeziya almanaxı. “Təhsil”Bakı-2013.Səh: 160). 


 
137 
 
İnsan  üçün  azadlıq  kimi  başa  düşülən  anlayışın  sırf 
siyasi  mənada  olması  zəruri  deyil.  Başlıc  məsələ 
azadlığın  necə  duyulmasıdır.  Azadlıq  hüquqi  aktdan 
ziyadə,  hiss,  duyğu  olaraq  qəbul  edildikdə,  daha 
möhtəşəm  olur.  Sanıram,  öz  kimliyinə  maska 
taxmamış,  özəlliyini  xüsusi  sosial  bir  qəlib  içində 
gizləməmiş,  vəzifə,  məqam,  rütbə  çalarları  ilə 
özgələşməmiş əsl səmimi lirik qəhrəmanın özgürlüyü 
hər cür konstitusyon azadlıqdan daha ucadır. Aşağıda 
müxtəlif iki şeirdən parçaları müqayisə edin: 
dörd dənə dörd 
4x6 fotoşəkil çəkdirdim... 
Hərəsində bəlli idi öz adım. 
Biri mən idim, 
Biri Əli, biri Alik, 
O birisini tanımadım... 
      (Alik. Kamakura.Vektor nəşrlər evi. Bakı-2011.  
     “4 dənə 4x4 fotoşəkil” şeiri. Səh: 61) 
 
     Yaxud: 
Yaşlandıq 
Köhnə konstitusiya-qanun məcəlləsi tək 
Ordudan təqaüdə çıxan hərbçilər kimi, 
Köhnəlmiş hərbi sursat, yararsız silah kimi 
Sazişlərdə qorxutma, çəkindirmə bəndi tək, 
Köhnə xütbələr kimi... 
   (Həsən əl-Mətruşi.“Yaşlanmış xəyallar” şeiri. Bədii tərcümələr və 
Ədəbi əlaqələr Mərkəzinin nəşri, Dünya ədəbiyyatı seriyası. №2, 
2016,Oman ədəbiyyatı. səh: 212) 
     
Ramil  Əhmədin  şeir  parçasında  adi  təhkiyə  ilə 
“danışan” bir gəncin XXI əsrin elmi-texniki nailiyyətləri 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə