Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə37/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   82

 
146 
və  çağdaş  sənətkarlığın  yaradıcılıq  xüsusiyyətlərini 
nəzərə  almadan  qəliblənmiş  ehkamlarla  ədəbiyyatı 
dərk etmək olmaz. 
    Bu  mülahizə  bizi  nəsr  dili  ilə  nəzm  sistemlərinə 
münasibətdə fərqi düzgün müəyyənləşdirməyə imkan 
verir.  Şeir  poetikasının  elmi  əsasları  fundamental 
olmalı  və  doğru-düzgün  nəticələr  çıxarmağa  yol 
açmalıdır.  
     Azərbaycan  (və  Ümumtürk)  vəznşünaslığının  ən 
ünlü  simalarında  biri,  əziz  müəllimim  Əkrəm  Cəfər  
1977-ci  ildə  “Elm”  nəşriyyatında  nəşr  etdirdiyi 
“Əruzşünaslığın 
əsasları 
və 
Azərbaycan 
əruzu”kitabında  yazırdı:  “İstər  qədim  dövrün,  istərsə 
də  Sasanilər  dövrünün  fars  şeirində  əldə  olan 
parçaların  vəznini  tədqiq  etmiş  alimlər  onların  Heca 
vəznində  yazılmış  olması  qənaətindədirlər.  Məliküş-
şüara Bahar bu xüsusda çox aydın yazır: “Fars şeirinin 
tarixini iki dövrə bölməli: a) heca vəznli şeir dövrü; b) 
əruz  vəznli  şeir  dövrü.    Heca  vəznli  dövr  İslamdan 
əvvəlki  dövr,  əruz  vəznli  şeir  dövrü  isə  İslamdan 
sonrakı dövrdür”(  Əkrəm Cəfər. Göst. əsər. Səh:-33). 
Məliküş-şüara  Bahari  1955-ci  ildə  Tehranda  nəşr 
etdirdiyi  həmin  “Tarix-e  tətəvvor-e  şeir-e  farsi” 
kitabının    24-25-ci  səhifələrində  qəti  şəkildə  bildirir: 
“Bütün  pəhləvicə  şeirlər  əruz  vəznində  deyil,  heca 
vəznində    olmuşdur.”İran  ədəbiyatşünası  Şəfəq 


 
147 
Rzazadə  də  eyni  mövqeyi  bölüşərək,  “Avesta”nın  
şeirlərindən  misal  çəkir  və    həmin  qitələrin    8-lik 
olçüdə    heca  vəznli  şeirlər  olduğunu  göstərirdi  (Bax, 
Ə.Cəfər. Göst. əsər. Səh:-33). 
    Sanıram  ki,    əski  şeirdə  verlibr  şeiri  ilə  birgə  Heca 
vəznli  şeirin  nümunələrinin  paralelliyinin  əsas  səbəbi 
kimi  məhz  Qədim  Türk  ədəbiyyatına  müxtəlif  dini-
ideoloji  təsirlərin  nəticəsi  hesab  etmək  üçün  kifayət 
qədər  əsaslar  vardır.  Türk  buddist  şeirin  aşağıdakı 
nümunəsinə diqqət yetirək: 
                                           Bilig bilig ya bəgim 
                                           Bilig sanqa eş bolurə 
                                           Bilig bigən ol ərkə  
                                           Bir gün dövlət tuş bolur. 
                      Çağdaş türkcəsi: 
                                          Bilik bilin, ey bəgim,                       (4+3) 
                                          Bilik sənə iş olur.                             (4+3) 
                                          Bilik bilən insana                             (4+3) 
                                          Bir gün dövlət yar olur.                  (4+3) 
          (Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə 
           bir baxış.  Azərnəşr. Bakı-1993. Səh.: 89-90) 
     Dördlük şəklində yazılmış bütün buddaçı şeirlərdə 7 
hecalıdan 20 hecalıya qədər nümunələrə rast gəlinir. 
Bu  metrik    sistem  təsiri  qeyri-dini  şeirlərə  uzun 
müddət  təsirsiz  qalmışdır.  Azərbaycan  folklorunun 
Heca  vəznli  şeirinin  yazılı  Klassik  əruz  şeirimiz  ilə 
paralel tarixi, məncə, daha çox XIII  əsrlə bağlıdıır. Bu 


 
148 
ana  dilimizdə  ilk  klassik  əruz  şeirinin  (İ.Həsənoğlu, 
Nasir Bakui Şirvani...) başladığı dövrdür. Amma bunu 
əski  Türk  verlibr  şeiri  ilə  əski  Heca  vəznli  şeirin 
haqqında  demək  olmaz.  Göründüyü  kimi  yazılı 
nümunələrdə  bu  tarix  ilk  orta  əsrlərəcən  gedib  çıxır. 
Bütün  hallarda  Azad  şeirin  tarixinin  Qədim  türk 
şeirində digər vəznləri üstələməsi şəksizdir.  
    Yazılı  ədəbiyyatda  Ümumtürk  şeirinin  ilk  lirik  şairi 
sayılan  Aprinçur  Tiginin    Sevgi  şeirlərində  verlibrin 
üstün mövqei açıq-aydın görünür. Avrasiyada Türkün  
ilk  eşq  iztirabları  əski  türk  şeirinin  ana  vəzni  olan 
verlibrdə  ifadə  olunmuşdur.  Bunu qanuni  və  məntiqi 
hal  sayırıq.  A.Tiginin  ilk  Eşq  lirikasından  gətirdiyimiz 
aşağıdakı kiçik bir parçaya diqqət yetirək: 
                                 Kasıncığımın öyü kadkurarmən. 
                                 Kadkurduqça 
                                 Kaşı körtləm 
                                 Kavışıksayurmən. 
 
                                 Öz amrakımın öyürmən 
                                 Öyür evirürmən ödü... 
                                 Öz amrakımın 
                                 Öpükürsəyürmən. 
                                  ........    
                Çağdaş türkcə ilə:       
 


 
149 
                                    Nişanlımı düşünüb dərdlənirəm. 
                                    Dərdləndikcə     
                                    Qaşı gözəlim, 
                                    Qovuşmaq istəyirəm.  
 
                                    Öz sevgilimi düşünürəm. 
                                    Düşünüb dururam... 
                                    Öz sevgilimi 
                                    Öpmək istəyirəm.  
                               (C.Heyət. Göst. əsər. Səh.: 88)
 
 
     Aprinçurun şeirində hecaya xas dördlük bəndləşmə 
var, lakin hecaya xas bərabər heca kəmiyyəti və daxili 
ölçü yoxdur.  Bu dahi Türk lirikinin İlahi məzmunlu dini-
maniçi  şeirlərində  misralarda  heca  bərabərsizliyi  və 
daxili bölgü yoxluğu bir yana, hətta heca bənd sistemi 
də  yerli-tipli  yoxdur.    Bu  şeir  sisteminin  Göytürk 
dövlətini yıxıb, 745-ci ildə onun yerinə keçən Oğuzların 
(Doqquz oğur-uyğur xalqının) xaqanı Bugu xanın Mani 
dinini qəbul etməsindən ötən qısa müddətin hələ zəif 
olan  təsirinin  nəticəsi  idi.  Bu,  VIII  əsr  türk    şeirində 
texniki  pozuntu faktı deyil,  Apriçur  poeziyasında  əski 
Türk  verlibr  sisteminin  güclü  surətdə  qorunub 
saxlanması  deməkdir.  Cavad  Heyətin  “İlahi  şeir” 
adlandırdığı bu dərin  mənalı  Azad  şeir  sistemli  əsərə 
həm vəzn, həm də məzmun tərəfindən nəzər yetirək: 
 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə