150
Bizim Tenqrimiz edqusu redni tiyor
Rednidə yig mening edqu Tenqrim, Alpım,
Begrəgim,
Belegüsuz yiti vajir tiyor.
Belegüsuz yiti vagir tiyor.
Vajirda ötüy bilikligim, tüzünüm yarukum
Vajirda ötüy bilikligim, bilgəm, yanqam.
Gün tenqri yaruğin tək köküzlügüm, bilgəm
Gün tenqri yaruğin tək köküzlügüm, bilgəm
Körtə tüzün tənqrim, külügüm, küzünçüm,
Körtə tüzün tənqrim, burkanım,
bulunçusuzum.
(Cavad Heyət. Göst. əsər. Səh.: 88)
Çağdaş türkcədə:
Bizim Tanrımızın yaxşılığı cövhərdir, deyirlər,
Gövhərdən daha üstün mənim Tanrım,
Qəhrəmanım
Bayrağımdır.
Almazdan daha iti biliklim, əsillim, ziyalımdır.
Almazdan daha iti biliklim, əsillim, ziyalımdır.
Gün tanrı kimi açıq simalım, biliklimdir.
Gün tanrı kimi açıq simalım, biliklimdir.
Gözəl döğru Tanrım, şöhrətimsən, qorucumsan.
Gözəl doğru Tanrım, ələ düşməzim, üzə
çıxmazımsan.
151
Şeirdə verlibrin ritmik-sintaktik paralelizm, daxili
alletarasiya və assonanslar, ön qafiyələr, verlibr
bəndləri və s. kimi ritmometrik sistem xüsusiyyətləri
möhkəm mövqe tutmuş görünür.
Bu əski türk verlibrinin ahəng sistemi tam-tamına
“Kitabi-Dədə Qorqud” eposunun metrik və ritmik
sistemi ilə eynidir. Hər iki əsərin tarixi yaranma dövrü
də, təsadüfi deyil ki, təqribən, eynidir. Aprinçur Tigin
VIII əsrin görkəmli Türk şairidir.
“Kitabi-Dədə
Qorqud”un
da
tarixini
folklor
araşdırmaçılarımızın verdiyi müxtəlif fərqli rəqəmlərin
(VII, VIII, IX əsrlər) ortaq yeri kimi VIII əsr kimi
götürmək olar. Bu, sözügedən dövrlərdə Ümumtürk
şeirinin başlıca metroritmik mənzərəsinin ifadəsidir.
“Kitabi-Dədə Qorqud”un “Dirsə xan oğlu Buğac
boyu”ndan kiçik bir azad şeir parçasına baxaq:
Boynu uzun bədəvi atlar gedərsə, sənin
gedər,
Bənim də içində binədim var,
Qomağım yoq qırq namərdə!
Qaytabanda qızıl dəvə sənin gedər,
Mənim də içində yüklətim var,
Qomağım yoq qırq namərdə!
Ağayılda tümən qoyun sənin gedər,
Mənim də içində şişlikim var,
152
Qomağım yoq qırq namərdə!
Ağ üzlü, ala gözlü gəlin sənin gedər,
Mənimdəxi içində nişanlım var,
Qomağım yoq qırq namərdə!
Altun başlı ban evlər sənin gedər,
Mənim də içində odam var,
Qomağım yoq qırq namərdə!
Ağ saqallu qocalar sənin gedər,
Mənim dəxi içində bir əqli şaşmış,
Biligi yetmiş qoca babam var,
Qomağım yoq qırq namərdə!..
Bütün ümumtürk eposu tarixində ən ağır Vətən
xainliyi epizodu varsa, o da, məncə, bu boyda təsvir
edilmişdir. Dirsə xanı aldadıb, öz oğlundan ayıran xain
ətrafının onu, nəhayətdə, əlləri arxasında bağlı,
boynunda zəncir, yalın ayaqla (özləri at belində) əsir
götürüb, yad elə sürüklədikləri bu epik mənzərə ikinci
heç bir xalqın dastanında yer almamışdır. Qoca Dirsə
xanın bu halı hətta oğul fəlakətinə öz gözləri ilə
tamaşa
edən
ixtiyar
Priamın
(Homerin“İlliada”əsərində
Troya
ağsaqqalı
və
Yelenanı
qaçırmış
Parisin
atasıdır)
faciəvi
vəziyyətindən qat-qat ağırdır. Çünki Türk hökmdarı öz
oğlunu xain ətrafının feilinə uyaraq cəzalandırmışdır.
Lakin Troya ağsaqqalının oğlu sədaqətli döyüşçülərinin
əhatəsində kişi kimi vuruşaraq həlak olmuşdur.
153
İkincisi, xainlər Türk hökmdarının yaşına belə hörmət
qoymadan, heç bir cəngavər kodeksinə sayğı
göstərmədən onu aşağılayaraq, əsir götürüb, başqa bir
ölkəyə qaçırmaq istəmişlər. Homerin isə oğul dərdli
Troya ağsaqqalına sayqı ilə yanaşan alicənab Yunan
hökmdarı və hərbi elitası bu hadisədən sonra Priama
görə savaşı müvəqqəti dayandırır, oğlunun cəsədini
ataya geri qaytarır, onu dəfn etməyə və yas tutmağa
vaxt verirlər.
Bütün Türk dünyası üçün böyük dərs olan“Kitabi-
Dədə Qorqud”un “Dirsə xan oğlu Buğac boyu”nda
Buğacın atasına söylədiyi bu poetik müraciətin dünya
ədəbiyyatında analoqu yoxdur. Burada ilk öncə bir
Türk gəncinin öz ağsaqqalı qarşısında göstərdiyi
mənəvi ehtiramı, ailə əxlaqı və cəngavər mətanəti
gözə dəyir. Onun Vətənpərvərliyi bu məziyyətləri
içində əsas yeri tutur. O, aldadılmış qoca atasından heç
nəyin hesabını soruşmur. Əksinə, bütün varlığı ilə
xainlərlə savaşa atılmaq istədiyini bəyan edir. Belə
cahanşümul mənzərənin bu qədər yüksək səviyyədə
poetik təsvirini, məncə, Türk şeirinin ilk vəzni olan
Azad şeirdən başqa ikinci heç bir bədii metrik sistem
ifadə edə bilməzdi... 19 misra kimi görünən bu şeirdə
6 dəfə “Qomağım yoq qırq namərdə!” ifadəsi təkrir
kimi təkrarlanmışdır. Bu kiçik poetik parçada Azad
şeirin metroritmik sistemində məzmunun bədii-
Dostları ilə paylaş: |