Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə46/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   82

 
183 
sisteminin varisi kimi meydana gəlməsi də elə bu tarixi 
gerçəyin nəticəsi idi. 
     Azərbaycan Sovet ədəbiyyatşünası Əkbər Ağayevin 
əski türk şeirinə “tonik vəzn” kimi yanaşmasında əski 
Avrasiya 
şeirinin 
metrik 
özılliyindən- 
verlibr 
xarakterindən imtina cəhdidir. Məncə,  əziz müəllimim 
milli  əruzşünaslığımızın  banisi  Əkrəm  Cəfərin 
vəznşünaslıqda irəli sürdüyü müddəalar daha sağlam 
və düzgün hesab olunmalıdır. Biz bu sitatı ikinci dəfə 
xatırlatmaq  istərdik.  Əkrəm  müəllim“Əruzun  nəzəri 
əsasları  və  Azərbaycan  əruzu”  əsərində  (Bakı-1977, 
Elm.)    yazırdı:  “Hecalar  əsasən  iki  növ  olur:  güclü 
hecalar və zəif hecalar. Bu cəhətdən dillər də iki qrupa 
bölünürlər. Birinci qrup dillərdə hecaların güclü-zəifliyi  
onların  vurğulu  və  vurğusuzluğu    ilə  qeyd  olunur. 
Vurğulu  hecalar  güclü,  vurğusuzlar  zəif  sayılır.  İkinci 
qrup  dillərdə  hecaların  güclü-zəifliyi  onların  uzun  və 
qısa olması ilə qeyd olunur. Uzun hecalar güclü, qısa 
hecalar zəif hesab edilir. Rus, alman, ingilis dillərində 
hecaların  gücü  onların  vurğulu-vurğusuzluğu  ilə, 
yunan,  latın,  ərəb,  fars,  türk  dillərində  isə  hecaların 
gücü onların uzun-qısalığı ilə ölçülür”(Səh.: 23). 
Burada “tonik şeir”in türkdilli ədəbiyyatda, əruzun isə 
rusdilli ədəbiyyatda heç vaxt yer almayacağı aydın dillə 
izahını tapmışdır. Əlavə şərhə ehtiyac yoxdur. 


 
184 
    Ədəbiyyatşünaslıqda  hər  bir  vəznə  konkret 
yanaşmaq lazımdır. O cümlədən, əski Türk verlibr şeiri 
də    istisna  deyil.  Türk  xallarının  bədii  təfəkkür  və 
ictimai həyatının çox yüksək bir mərhələsi olan VI-VIII 
əsrlər  Ümumtürk  poeziyasının  ilk  klassik  nailiyyətləri 
Orxon-Yenisey  abidələrinin  azad  şeir  nümunələri  və  
daha  çox  VII,  IX-XII  əsrlərə  aid  edilən  “Kitabi-Dədə 
Qorqud”  eposunun  verlibr  şeir  parçaları  Azad  şeir 
poetikasının  ciddi  elmi  izahının  verilmısini  tələb  edir. 
Hər hansı xalqın milli dühasının məhsulu olan vəznin 
əsas  terminoloji  aparatı  həmin  xalqın  dilində  qəbul 
edilmişdir. Odur ki, Azad şeir- verlibr poetikasının da 
əsas  termin  aparatı  türkdilli  olmalıdır.  Bu  sahədə  öz 
alimlərimizin  terminoloji  sabatsızlığı  isə  yolverilməz 
haldır. 
     Azərbayacan  ədəbiyyat  nəzəriyyəçiləri  sırasında 
Azad  şeirin  əleyhdarları  adətən  bu  məsələyə 
münasibətdə  “doğma-yad”    vəzn    kimi  yanlış 
yanaşmadan  da  oyana  keçib,  ümumiyyətlə,  verlibri 
tamamilə metrik kanon kimi rədd rdir, onu saxta sənət 
hesab edirlər. Bu cəhətdən pr. Əkrəm Cəfərin mövqeyi 
xüsusilə sərtliyi ilə seçilir. Hörmətli əruzşünas “Əruzun 
nəzəri  əsasları  və  Azərbaycan  əruzu”  əsərində  cəmi 
beş vəzn- “antik vəzn, tonik vəzn, sillabik (heca) vəzni, 
sillabik-tonik  vəzn  və  əryz  vəzni”(səh.:  23)   haqqında 
danışır,  verlibri  vəzn  kimi  ümumiyyətlə  inkar  edir. 


 
185 
Bəzən  belə  yanlış  mülahizələr  müəyyən  alimlərin  öz 
sahəsində  tutduğu  mövqeyə  və  qazandığı  nüfuza 
uyğun şəkildə doğru kimi qəbul edilir. Biz bunun qəti 
əleyhinəyik.  Çünki  elmdə  şəxsi  nüfuz  bə  ictimai 
mövqedən üstün olan şey yalnız həqiqətdir, əlahəzrət 
faktdır.  Bu  mənada,  elm  subyektiv  düşüncənin  deyil,  
real  olan  faktın  kanonizasiyasıdır.  Əıdim  türk  azad 
şeirinin, Dədə Qorqud dastanlaının poetik faktları, XIX 
əsrdən  bəri  dünya  ədəbiyyatının  verlibr  təcrübəsini 
inkara  qalxmağın  elmşünaslıqda  bir  anlamı  yoxdur. 
Əkrəm  Cəfərin  azad  şeiri  inkar  cəhdində  daha  bir 
sadədillik  təəccüb  doğurur:  “Bəhs  edilən  “Azad  şeir” 
haqqında  bu  sətirlərin  müəllifinin  (Ə.Cəfər  özünü 
nəzərdə  tutur.-N.F.)    İranın  görkəmli  ədəbiyyatşünas 
alimi  Səid  Nəfisi,  İraq  filoloqu  professor  Hüseyn  Əli 
Məhfuz  və  Türkiyə  ədəbiyyatşünası  professor  Kənan 
Akyüzlə  söhbəti  olmuş, onların  “Azad  şeir  ”haqqında 
mənfi rəydə olduğunu öyrənmişdir.”(Göst. əsər. Səh.: 
16).  Məlumdur  ki,  Aristotel  öz  “Poetika”sında  antik 
yunan  ədəbiyyatının,  Bualo  klassisizmin,  Xəlil  ibn-
Əhməd ərəb şeirinin, Vəhid Təbrizi fars, Əhməd Həmdi 
Şirvani  Osmanlı,  Əlişir  Nəvai  özbək,  nəhayət,  Əkrəm 
Cəfər  də    Azərbaycan  əruzlarının  nəzəri  poetikada 
bədii təcrübəsinə əsaslanmışlar. Bədii faktın subyektiv 
inkarı hələ onun yoxluğu demək deyildir. Deməli, hər 
hansı  bir  poetikanın  işlənib  hazırlanmasında  bədii 


 
186 
materialın  özü  ən  etibarlı  mənbədir.  Digər  tərəfdən, 
fakt  gerçəkliyi  deməyə  əsas  verir  ki,  əski  Şumer,  Et-
trusk (Troya), İssık və Orxon-Yenisey  poeziya mətnləri 
əsasında  tam  əminliklə  demək  olar  ki,  yalnız  Türk 
şeirində deyil, bütün dünya ədəbiyyatı tarixində Azad 
şeir  (verlibr)  sisteminin  yeri  bütün  digər  metrik 
ölçülərdən  daha  qədimdir.  Təkçı  İssık  kurqanında 
aşkarlanmış  qədim  Saklara  aid  Gümüş  camın  
üzərindəki  yazı  mətninin  tarixi  ən  azı  e.ə.  V-IV 
yüzilliklərə  gedib  çıxır.  Qədim  yunan  dastanlarının 
şifahi dildən yazıya alındığı tarix də bundan uzaq dövr 
deyil. Belə bir gerçəklik içində əski türk şeirinin bədii 
quruluşunu  “saxta”  adlandırmaq,  bunu  həmin  vəznə 
kimin  isə  “mənfi    yanaşması  ”ilə  haqq  qazandırmaq 
yalnız gülüş doğurur. 
    Bu şeirin ciddi tədqiqatçılarının da ağır zəhmətinə 
layiqincə  qiymət  vermək  mənəvi  borcumuzdur.  İ.V. 
Steblevanın  “XI  əsrdə  türklərdə  şeir  formalarının 
inkişafı”, 
V.M. 
Jirmunskinin 
“Ritmik-sintaktik 
paralelizmlər Qədim Türk şeirinin  əsası kimi”, “Türk 
qəhrəmanlıq  eposu”,“Oğuz  qəhrəmanlıq  eposu. 
Kitabi-Dədə  Qorqud,”,  “Ədəbiyyat  nəzəriyyəsi, 
Poetika.  Stilistika”,    Kamil  Vəliyevin  (Kamil  Vəli 
Nərimanoğlunun-  Red.)“Azərbaycan  dilinin  poetik 
sintaksisi,    A.M.Şerbakın  “Türk  şeir  sənətində 
alliterasiya 
və 
qafiyənin 
qarşılıqlı 
əlaqəsi”,  


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə