Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə47/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   82

 
187 
M.K.Xamrayevin  “Türk  şeir  sənətinin  əsasları”, 
X.Koroğlunun  “Qorqud  nəğmələri”və  d.    bu  kimi 
qiymətli  elmi  əsərlərdə  əski  və  yeni  türk  şeir 
praktikasının əsasında Azad şeir poetikasının bir sıra 
çox  mühüm  problemləri  dərindən  araşdırılmış  və 
düzgün elmi nəticələr əldə edilmişdir. 
    Əruzşünas 
Ə.Cəfərin 
simasında 
Azərbaycan 
ədəbiyyatşünaslığında  Azad  şeirin  barışmaz  bir 
düşməninin  meydana  çıxması,  əlbəttə,  mənim  üçün 
hərmətli  professorun  öz  tələbəsi  olaraq,  ağır  təəssüf 
hissi  doğurur.  Məncə,  milli  əruzumuza  da,  milli 
hecamıza da, milli verlibrimizə də  öz milli irsimiz kimi 
eyni  ehtiramla  yanaşmalıyıq.  Ən  doğru  və  ədalətli 
olanı məhz budur. Təəssüf etməyə bilmərəm ki, Sovet 
dövrü  Azərbaycan  ədəbiyyatşünaslarının  böyük 
əksəriyyəti  antiverlibr  baxışların  daşıyıcıları  idilər.  Bu 
həm  dərsliklərdə,  həm  elmi-ictimai  konfranslarda, 
həm  də  KİV-lərdə  diqqəti  çəkən  neqativ  bir  hal    idi. 
Ə.Cəfər  həmin  antiverlibr  hərakatının  öndərlərindən 
biri olaraq, açıq şəkildə Azad şeirə qarşı savaş açmışdı. 
Bu  da  həqiqət naminə  hörmətli müəllimimiz önündə 
bir  sıra  mənəvi  öhdəliklərimizdən  geri  çəkilməyə  bizi 
vadar  etmişdir.  Professor  Ə.Cəfər  yazır:    “Azad  şeir” 
məsələsinə  keçək...  “Azad”  sözünün  mənasından 
anlaşıldığı kimi, şair özünü vəzn və qafiyə ilə bağlamaq 
istəmir.  Bunun  nəticəsində  o,  bəşəriyyətin  ən  qədim 


 
188 
zamanlardan  bəri  mövcud  olan  vəznli  (antik,  sillabik, 
tonik, sillabik-tonik, əruz-N.F.)  və qafiyəli şeir sənətini 
bir  növ  rədd  edir.  Bu  cərayan  ədəbiyyatda  və  o 
cümlədən  şeirşünaslıq  sahəsində  müsbət  hadisə 
hesab edilə bilməz.”(Ə.Cəfər. Göst. əsər. Səh.: 15).   
    Hörmətli professorun yanaşması ilə, deyək ki, gənc 
şair  Qulu  Ağsəsin  aşağıdakı  poetik  düşüncələri  şeir 
deyil: 
Yarpağın üstündə 
damlaya- 
işığı düşür damlara. 
Qapıda elan: 
“Giriş qıfıldan...” 
Sev illərlə, 
unut qəfildən. 
Kişi- istedadlı, 
Qadın- isti, dadlı, 
ya da əksinə: 
həyatdı! 
Bazardı, bazar 
həftənin günləri 
Satışda 
                     saat əqrəbinin zəhəri. 
...Darıxma, gəlirəm sabahla 
İki güllə, 
Bir silahla... 
      (Şeir vaxtı. Poeziya almanaxı.; Qulu Ağsəs. “Təhsil”. 


 
189 
        Bakı-2013.səh: 73 ). 
 
    Bu şeirdə 18 misra var. Cəmi üç yerdə qafiyələnmə 
nəzərə  çarpır:  “qıfıldan-qəfildən”,  “günləri-zəhəri”, 
“sabahla-silahla.” Lakin bunlardan da ilk cütlükdə “qıfıl 
və qəfil” sözlərində ənənəvi qfiyəyə uyğunluq yoxdur. 
Şeirin  sillabizmindən  hüç  danışmağa  dəyməz.  Amma 
bununla belə buradakı lirik ovqatın poeziyadan kənar 
bir şey olduğunu iddia etmək açıq qərəzkarlıqdır.  
Əkrəm    Cəfərin  vəznlərarası  qaşılıqlı  əlaqələr,  vəzn 
yaradıcılığının    tarixi  mərhələşdirilməsi  və  s. 
məsələlərdə  də  kəskin  antiverlibr  mövqeyi  nəzərləri 
özünə  çəkir.  O  yazır:  “  Antik  vəzn  heca  vəzninə 
nisbətən  yüksək  mərhələdə  durur...  Modellər  antik 
vəzn ilə yazılan şeirdə xoş ritm yaradır. Bu ritm şeirin 
vəzninə  musiqi keyfiyyəti verir...  Əruz isə antik vəznə 
nisbətən  sonrakı  təkamül  mərhələsinin  icadıdır.  O 
daha  dəqiq  və  daha  mütəşəkkildir,  formaca  daha 
rəmgarəng,  ritmcə  daha  zəngindir.  Əruzun  təfilələri 
antik  vəznin  modellərindən  kəmiyyətcə  artıq, 
keyfiyyətcə  üstündür.”(Göst.  əsər.  Səh.:  52).  Əvvəla, 
burada  alim  özü  özünü  inkara  yol  verib.  Belə  ki,  o, 
dillərin  fərqli  heca  keyfiyyətlərindən  danışarkən,  hər 
vəznin  müəyyən  dilə  tətbiqində  bu  zəruri  amilin 
nəzərdə tutulmasını vacib bilmişdir. Deməli, əgər heca 
gücü  vurğulu-vurğusuzluğu  ilə  müəyyənləşən  dillər 
(rus,  alman,  ingilis  və  s.)  ilə  heca  gücü  onların  uzun-


 
190 
qısalılığı  ilə  müəyyənləşən  dillər  (ərəb,  fars,  yunan, 
türk  və  s.)  arasında  hər  hansı  konkret  poetik 
metrikanın  tətbiqində  reallıqdan  irəli  gələn  zəruri  
fərqlər  varsa,  onda  bu  vəznlərin  birini  o  birində 
“yüksək-alçaq”və  ya  “keyfiyyətli-keyfiyyətsiz”  elan 
etmək tamamilə qeyri-elmi mülahizədir. Bu olsa-olsa 
dillərarası milli-irqi ayrı-seçkiliyə yol aça bilər, müasir 
faşizmin 
saxta 
hind-avropaçılıq 
irqi 
üstünlük 
nəzəriyyəsinə  Dil  faktorunu  da  artırmış  olar.  İkinci 
tərəfdən,  bir  vəznin  musiqiliyinin  az-çoxluğundan 
söhbət  gedirsə,  burada  musiqilərin  də  fərqli  milli 
keyfiyyət 
və 
ahəng 
sistemlərində 
olması 
unudulmamalıdır.  Qədim  Türk  ozanı  öz  Qopuzunda 
oxuduğu Dədə  Qorqud nəğmələrini əski  türk  şeirinin 
ritmik tələbləri içində oxuyarkən, özünü heç bir  xalqın 
musiqi  səviyyəsindən  aşağı  durmuş  ifaçı  zənn 
etməmişdir.  Bu  indiki  dövrdə  öz  nəğməsini  oxuyan 
Yakutun  (Sakanın)  da  mədəniyyətinə  şamil  edilən 
mülahizədir.  Həm  musiqinin,  həm  də  şeir  vəzninin 
ritmik  xüsusiyyətlərindən  danışarkən,  hər  bir  xalqın, 
yaxud superetnik mədəniyyətin öz xüsusi ritmometrik 
vəziyyətindən çıxış etmək lazımdır. Bu gün Türkiyənin 
aparıcı musiqi elitasının ifasında ən çox səslənən şeir 
mətnləri  türk  verlibrinin  lirik  nümunələrindən 
ibarətdir... 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə