Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə44/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   82

 
175 
(vurğulu),  sillabik  (heca),  sillabik-tonik  və    əruz. 
İstənilən  poetik  məzmun  hər  hansı  dilin  daxili 
qanunlarına uyğun gələn istənilən poetik vəzndə bədii 
ifadə edilə bilər. Deməli, hər hansı bir məzmunun hər 
hansı  konkret  vəzn  ilə  əlaqələndirməsi  qəti  olaraq, 
vulqar  düşüncədir.  Bu  fikrin  heç  isbata  ehtiyacı  da  
yoxdur.  Son  illər  çağdaş  Azərbaycan  şeirində 
modernizm və postmodernizm adına məzmunsuz söz 
yığını ilə çıxış edənlərin sayı artmaqdadır. Mənasızlığı 
verlibr  sənətinin  qeyri-səlis  poetikası  ilə  bağlamaq 
istəyən  belə  istedadsızların  bütün  cəhdləri  hədərdir. 
Çünki əsl oxucu üçün şeirin hansı vəzndə və yanrında 
yazılmasından  çox,  onun  hansı  bədii  fikri  aşıladığı, 
ictimai  ideala  xidmət  etdiyi,  estetik  zövqü  aşıladığı, 
fəlsəfi  dünyagörüşü  daşıdığı,  hansı  mənəvi  dəyərlərə 
söykəndiyi  daha  vacibdir.  Necə  deyərlər,  gözəl 
məzmun  gözəl  formada,  gözəl  forma  isə  gözəl 
məzmunda  gerçəkləşə  bilər.  Amma  əsl  şairin,  əsl 
şeirin  sayəsində.  Hər  bir  şeir  vəzninin  öz  nazimi-
ustadları  var,  olub  və  olacaq...  Məhəmməd  Füzuli 
əruzun,  Nazim  Hikmət  azad  şeirin,  Puşkin  tonik 
şeirin, Aşıq Ələcgər heca şeirinin zirvəsi olduğu kimi. 
    Məqsədimiz Azad şeirinmilli ədəbiyyatımızda yerini 
və tarixini deyil, nəzəri poetikasını işləyib hazırlamaq 
olsa da, bu ədəbi prosesin Azərbaycan ədəbiyyatında 


 
176 
ümummilli  hadisə  kimi  mənzərəsinə  ümumi  baxışa 
ehtiyac duyuruq.  
     Şeirdə yenilik axtarışları yalnız Azərbaycanın Şimal 
hissəsi  ilə  məhdudlaşmamışdır.  O,  həm  də  Güney 
Azərbaycanda 
 
“Təcəddüd” 
(Müasirləşmə-
çağdaşlaşma-yeniləşmə) adlanan hərəkat olaraq, hələ 
ötən  əsrin  əvvəllərində,  yəni  1915-1920-ci  illərdən, 
modernizm  cərəyanının  1920-ci  ildə  Qərbi  Avropa 
ölkələrində,  o  cümlədən  Amerikada  yüksəlişə  yetdiyi 
çağlardan 
başlanmışdır 
Güney 
Azərbaycan 
poeziyasında  başlayan  Təcəddüd  hərəkatının  aparıcı 
qüvvəsi Cəfər Xamneyi, Şəms Kəsmayi, Təqi xan Rəfət 
və  b.  idi.    Farsdilli    poeziyada  da  bu    şeirin  bir  çox  
qüdrətli  nümayəndələri  vardı:  Nima  Yuşic, Səyavuş 
Kəsrai, Əhməd Şamlu, Rza Bərahani, Nader Naderpur, 
Foruğ Foruğzad və b. azad ruhlu sənətkarlar  təcəddüd 
ruhunda  yazıb-yaradırdılar.  Azad  şeir  Cənubi 
Azərbaycanın  ən  böyük  şairi  Məhəmmədhüseyn 
Şəhriyarın  da  yaradıcılığından  kənarda  qalmamışdır. 
Şairin 
«Eynşteynə 
peyğam 
(müraciət)», 
«Mumiyalanmış adam», «Tehran və tehranlı», «Dunay 
çayının  bəşəriyyətə  müraciəti»,  «Şair  və  yazıçıların 
qurultayında  Ülya  Həzrət  Şahbanu  Fərəhin  xitabəsi», 
«Nəqqaş,  yaxud  Rəssam»,  «Qəlbin  sayıqlaması», 
«Alnımın  yazısı»,  «Ey-vay,  anam»,  «Xan  nənə», 
«Səhəndiyyə»  əsərləri  azad  şeirin  parlaq  nümunələri 


 
177 
idi. Şəhriyarın «Nəqqaş», yaxud «Rəssam» adlı sərbəst 
vəznli əsərinə diqqət yetirək:
 
Əziz rəssam!  
Keşikçi şallağı altında 
Can verən bir məhbusun  
İman şöləsini çək! 
Səmum küləyinə bənzər, 
 İmansızların əzabına dözən, fəqət 
Bir kəlmə yalan deməyən 
 Ülvi məhəbbətli şəxsiyyət. 
Kimsəyə düşmənçilik etməyən,  
Lakin dövlətlə döyüşən, 
Qələbə kandarına düşən. 
Ulduzun işığının söndüyünü, 
 Dan yerinin söküldüyünü, 
Günəşin doğduğunu xəbər verən. 
O günəşin ki,  
Əjdaha yuvasını xaraba qoyub 
Bu qara ləkədən təmizləyəcək 
 Yer kürəsini... 
Bəli, o günəşin şəfəqləri... 
Əziz rəssam! 
Bu tablo, inan ki, çox vaxt aparmaz... 
      ( Şəhriyar M. Seçilmiş əsərləri, B., Elm - 2000. 423). 
 
“Təcəddüd”  qəzetinin  redaktoru  T.Rəfətin  ətrafında 
Həbib Sahir, Əhməd Xürrəm, Yəhya Ariyanpur, Mirzə 
Daneş  və  b.  kimi  davamçıları  toplaşaraq,  "Rəfət 
Məktəbi"ni  (Rəfət  ədəbi  məktəbi)    yaratmışdılar. 
Ədəbi  təcəddüdçülər    “Modernistlərin  Bəyanatı”nı 


 
178 
nəşr  etdirmiş,  ədəbi  inqilabın  əsas  hərəkətverici 
qüvvəsi  olaraq,  yenilikçi  şairlərin  məqsəd  və 
vəzifələrini müəyyənləşdirmişdilər. 
   2016-cı  ildə  Respublikamızın  Yazıçılar  Birliyinin 
bölmə  müdiri,  istedadlı  verlibrist  şair  Səlim 
Babullaoğlunun  rəhbərliyi  ilə  Bədii  tərcümə  və  ədəbi 
əlaqələr  Mərkəzinin  “Dünya  ədəbiyyatı”  (№  1/08) 
seriyasından  İran  ədəbiyyatı  nömrəsi  çapdan 
çıxmışdır.  Burada  Nüma  Yuşiç,  Firidun  Müşiri,  Fürux 
Fərruxzad  kimi  korifeylərlə  bərabər,  müsir  farsdilli 
azad  şeirin  xeyli  yeni  nümayəndələrinin  də  dilimizə 
çevrilmiş  əsərləri  verilmişdir.  Nüma  Yuşiçin  şeirlərini 
(“Ay işığı”, “Soyuq qış gecəsində”, “Gecədən keçmiş”, 
“Çayın  kənarında”,  “Evim  buludludur”,  “Soyuq ocaq” 
və  s.)  dilimizə  Məsiağa  Məhəmmədi  tərcümə  edib. 
Hesab  edirəm  ki,  uğurlu  tərcümələrdir.  “Gecədən 
keçmiş” şeirinə diqqət yetirək: 
Dodaqlarında həbs olunub 
çoxlu sözlər,  amma 
gecənin bu zülmətində 
heç bir məhbusdan xəbər tutulmaz deyə, 
ev sahibi oturub təkcə. 
               (Göst. jurnal, səh: 169) 
Şeirin  təhkiyə  dili  ilə  şairin  gizlində  duran  psixoloji 
“gərginliyi”  arasındakı  təzad  əsərin  dramatizmini 
təmin  etmişdir.  Özgür  poeziyanın  dahi  ustadı  olan 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə