Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə52/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   82

 
208 
ildə  qələmə  alınıb.  4  hecalı  sərbəst  təqti  ritmi  ilə 
yazılmışdır: 
Çox şeyləri itirmişəm: malı, mülkü, dürrü, zəri. 
Ən  birinci: qolumdakı buxovları, əqlimdəki zəncirləri. 
 
Yaralandım. Sağaldım da. Ürəyimdə yüz göynəyin 
                                                                     yeri qaldı. 
Ömrü boyu barmağı da qanamayan, 
Tikansız bir məftilə də ilişməyən öncüllərdən geri   qaldım. 
 
(Xəlil Rza Ulutürk. Seçilmiş əsərləri. Təhsil. Bakı-2012. 
  Səh: 175.) 
   
 X.R.Ulutürk 
poeziyasının 
bütün 
sərbəst 
nümunələrində sabit bənd quruluşu istisna olmaqla, 
Heca vəzninin təqti, qafiyə və s. ahəng ritmlərindən 
bacarıqla istifadə olunmuşdur. Onun hətta Rəsul Rza 
üçün yazdığı şeirlərdə də (“Rəsul Rza həsrəti”(1983) 
və  s.)  bu  xüsusiyyətlər  ritmometrik  kompozisiyada 
aparıcı yeri tutur: 
 
Yavaş-yavaş qalxanda daş pilləkəndən ustad
Dünyada ən uca ev bizim evimiz ola. 
 
Haray düşə Salyana, 
Qucaq-qucaq qızılgül çıxa bağlardan yola. 
--Rəsul Rzadır gələn! 
Bu misilsiz xəbərdən  
Bağrıyanıq çöllərə bulaq suyu süzülə. 
                                                (səh: 224). 


 
209 
    Azad  şeirin  milli  ədəbiyyatımızda  qanuni  və  tarixi 
yerini  tutmağında  Rəsul  Rza  məktəinin,  bəlkə  də,  ən 
cəsarətli  üzvü,  mən  deyərdim  ki,  Xəlil  Rza  Ulutürk 
olmuşdur.  Şeir  vəznlərinin  ideoloji  planda  basqılara 
məruz qalması hadisələri tarixin müxtəlif dövrlərində 
müxtəlif  səbəblər üzündən baş  vermişdir. Diqqəti  bu 
məsələyə çəkmək istəyirəm. 
    Uzun  müddət  ərzində  milli  türkdilli  ədəbiyyatda 
Azad şeirin populyar görünməməsinə gəldikdə, bunun 
izahını  daha  çox    tarixi  sosiologiyada  axtarmaq 
lazımdır.  Bu  ilk  öncə  estetik  prosesdən  ziyadə,  İslam 
mədəniyyətinin  təsiri  altında  gedən  dini-ideoloji 
hadisə  olmuşdur.  Əski  türk  azad  şeirinin  uzun  illik 
“sükutu”  ədəbiyyatımızın  islamizasiyası  üzündən  baş 
vermişdir. Bu bir mənalıdır. 
     Lakin  Sovet  rejimi  də  öz  totalitar  prinsiplərini 
ədəbiyyat  üzərində  kanonlaşdırmağa  başlayan  kimi, 
repressiv şəkildə klassik şeirin nümayəndələrinə eyni 
ideoloji  basqını,  bəlkə  də,  daha  amansız  formada 
həyata  keçirdi.  Klassik  yolla  gedən  şairlərə  divanlar 
tutuldu. Hətta elə bir zaman gəldi ki, əruz vəznli şeirin 
çağdaş 
ədəbiyyatda 
işlənmə 
səviyyəsi 
sıfıra 
bərabərləşdi.  Verlibrin  isə  XX  əsrdə  ədəbiyyatımıza 
təkrar qayıdışınının bir səbəbini uzun illər klassik şeirin 
şəriksiz  hegemoniyasına  əks  bir  ideoloji  təmayülün 
güclənməsi  ilə  izah  etmək  lazımdır.  Bu  sovet 


 
210 
mədəniyyətində  məhz  özündən  əvvəlkini  inkara 
qalxmış  başqa  bir  sosial  sifarişin  və  siyasi  təlabatın 
təsirinin nəticəsi idi. Sovetizmin gedişatı ərzində vəzn 
və bədii janrlara qarşı bu cür vulqar ideoloji  baxışlar  
60-cı illərdən etibarən asta-asta aradan getdi, onlara 
müəyyən qədər son qoyuldu...  
    Bizim qəti fikrimiz belədir ki, tarixdə heç vaxt vəznlər 
bir-birinə  qovuşmamış,  hibridləşməmiş,  transfer 
olunmamışdır. Lakin müxtəlif vəznli şeirlərin bir-birinə 
təsiri, qarşılıqlı zənginləşməsi həmişə olub və olacaq.  
Vəzn dildən kənarda ritm və ölçüləri müəyyənləşdirən 
işarə sistemidir. Onun dilə tətbiqi üçün sistemin həmin 
dilə yararlığı müəyyənləşdirilməlidir. Vəznlər nə qədər 
fərqli xüsusiyyətlərə malik olsalar da, ritm və ölçüləri 
müıyyənləşdirmə  təyinatında  ortaq  funksiyanı  icra 
edirlər. Odur ki, hər bir vəzndə fərqli şəkillərdə olsa da, 
məyyən  ritmik  qrupların  yaradılması  zəruri aksiyadır. 
Azərbaycan verlibrinin dahi ustadı Rəsul Rzanın (1910-
1981)  1956-1960-cı  illərdə  qələmə  aldığı  “Qızıl  gül 
olmayaydı”  poeması  yuxarıda  söylədiklərimizin  əyani 
nümunəsidir: 
                               ... İllərin o tayından gələn 
                                               yorğun yolçunu 
           belə adi işıqda                                    
                                               tanımaq da olmazdı.  
                                  Başını qaldıranda 


 
211 
                                               gözlərim bircə anlıq 
                                               gözlərinə sataşdı.  
                                   Elə bil kimsə birdən 
                                               köhnə tanış kitabın 
                                               səhifəsini açdı. 
                                    Yenə qapandı kitab, 
                                    İndi qoçaqsan, buyur,  
                                                 Min bir varaq içindən 
                                     O bir səhifəni tap! 
XX    əsr  Azərbaycan  şeirinin  Qızıl  gülü  sayılan  Mikayıl 
Müşfiqin yarımçıq qalmış həyat hekayəti olan bu lirik 
poemada  Rəsul  Rza  ilk  baxışda  gözü  aldadan  misra 
düzümləri  arxasında  çox  gözəl  və  ahəngdar  ritmik 
sistem  yaratmışdır.  Bu  sistemdə  həm  verlibrə  xas 
ritmik sintaktika, həm əruz təfilələrinə, həm də heca 
bölgülərinə xas ritmik qruplar var. 
    Misraları  adi  cümlələr  halına  salıb,  onlardakı  əsl 
ritmik qrupları aşağıda nəzərinizə çatdırırıq: İllərin o/ 
tayından (4+3)//  gələn yorğun/ yolçunu (4+3) // belə 
adi/  işıqda  (4+3)//  tanımaq  da/  olmazdı.//    Başını 
qal/dıranda//    gözlərim  bir/cə  anlıq  //  gözlərinə/ 
sataşdı.  //          Elə  bil  kim/sə  birdən//  köhnə  tanış/ 
kitabın//  səhifəsi/ni  açdı.//  Yenə  qapan/dı  kitab, 
//İndi  qoçaq/san,  buyur,//min  bir  varaq/  içindən//  
O bir səhi/fəni tap!// 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə