Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə48/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   82

 
191 
   Ədəbiyyatşünaslıqda bu cür əsaslandırılmamış bəsit 
mərhələşdirmələr  aparılması  qeyri-elmi  qənaətlərin 
yaranmasına, vulqarlığa səbəb olur. Bəzən ədəbiyyatın 
inkişafında müəyyən kəsintilərin yaranmasına yol açır. 
Belə  bir  hal  uzun  illər  ərzində  Azərbaycanda  klassik 
əruz şeirini “saray ədəbiyyatrı”, “keçmişin qalığı“ və s. 
elan 
edənlərin 
kəraməti 
sayəsində 
milli 
mədəniyyətimizə  ağır  zərbə  vurmuşdur.  Şeir  vəznləri 
barədə  bu  cür  vulqar,  yanlış  və  zərərli  mülahizələrə 
ədəbiyyatşünaslıqda bir dəfəlik son qoyulmalıdır. 
     Bunu necə ciddi qəbul etmək olar: “Üç vəzn- heca 
vəzni, antik vəzn və əruz vəzni şeir vəznləri tarixində 
üç mərhələ təşkil edir. Heca vəzni birinci mərhələdir. 
Onun  yaradılması  dövrü daha  qədimdir.  Onu  sonrakı 
vəznlərə nisbətən ibtidai vəzn adlandırmaq olar. Onun 
sistemində müəyyənsizliklər, misra bölümləri arasında 
fonetik  uyğunsuzluqlar  olur,    şeirin  özünəməxsus 
musiqisi  baxımından  onda  qüsurlar  çoxdur.”(Əkrəm 
Cəfər. Göst. əsər. Səh.: 54).  Heca vəzninin ilk yaranma 
dövrü qədim farsdilli dini ədəbiyyatda, yaxud başqa bir 
qədim  dildə  dəqiq  araşdırılıb  öyrənilməsi  Tarixi 
poetikanın  vəzifəsidir.  Bu  barədə  əlimizdə  heç  bir 
tutarlı elmi mənbə yoxdur. Lakin onun pəhləvi-zərdüşt 
dini-mistik  abidələrinin  poetik  mətnlərində  işləndiyi 
dəqiq  tarixi  faktdır.  Elə  isə  bu  vəznin  ən  azı  Qədim 
yunan  antik  şeiri  ilə  təqribən  eyni  dövrün  məhsulu 


 
192 
olduğu,  onunla  eyni  səbəbdən,  yəni  əski  dini  fikir  və 
düşüncələrin  kanonizasiyası  üzündən  poetik  sistem 
halına gətirilməsi şübhə doğurmur. İkincisi, vəzn kimi 
tarixə  ilk  qədəm  atan  metrik  ölçünün  Azad  şeir 
sisteminin  ola bilməsi ehtimalı da az deyil. Bu, yalnız 
Krit (Egey dənizi) heca ideoqramları, habelə  “B”xətti 
sistemli  Mikena  sillabarilərinin  mətnləri  tamamilə 
oxunub  qurtarandan  sonra  müəyyənləşə  bilər.    Əski 
türk  yazıları  ilə  eyni  genezisə  malik  bu  mətnlərin 
Qədim  Troya  ilə bağlantıları  olduğuna  şübhə  yoxdur. 
Bütün  hallarda  tarixi  qəqiq  araşdırılmamış  vəznlərin 
haqqında  tələsik  qənaətlər  çıxarmaq  yalnız  elmin 
zərərinədir.  Heca  vəznli  şeirin  ahəngdarlığının  və 
musiqiliyinin digər vəznli şeirlərdən aşağı keyfiyyətdə 
olmasını  Səməd  Vurğunun  “Azərbaycan”  şeirinin 
səslənməsi  (musiqi  və  mətn  kimi)  ilə  yoxlamaq  daha 
doğru  olar.  Dilimizdə  ana  laylası  qədər  şirinlikdə 
səslənən  bu  şeirə  digər  vəznlərdən  aşağı  keyfiyyət 
nişanı  yapışdırmaq  nə  dərəcədə  doğru  sayıla  bilər?.. 
Hələ analarımızın əksəriyyətlə Heca vəznində oxuduğu 
oxşama, layla və digər müxtəlif beşik nəğmələini necə 
“primitiv”  adlandırmaq  olar?..  Ə.Cəfərin  əruz 
vəznininin  Sovet  dövrü  poeziyasında  itirilmiş 
mövqeyini  bərpa  etmək  üçün  Heca  şeirinə  belə 
neqativ  münasibəti,  əslində,  ideoloji  bosslarla  elan 
olunmamış  müharibəsi  idi.  Çünki  rəsmi  ədəbiyyat 


 
193 
ideoloqları  da  Əruzun  əleyhinə  olaraq,  məhz    Heca 
vəznini ən milli, ən xəlqi şeir statusuna qaldırmışdılar. 
    Nəinki Azərbaycan, bütün ümumtürk ədəbiyyatında 
mədəniyyətimizə  İslamla  birgə  ayaq  qoymuş    Əruz 
vəznli şeirin həmişə əziz yeri olmuşdur. Bu ədəbiyyatın 
ilk  türkdilli  nümunəsi  Yusif  Balasuqunlunun  (1017-
1077)  “  Qutadqu  Bilik”  (Səadət  kitabı)  poemasıdır. 
Azərbaycan  klassik  şeirinin  isə  tarixi  XIII  əsrdən 
İzzəddin Həsənoğlu və Nasir Bakuvi Şirvani ilə başlayır. 
Nəsimi, Qazi, Həbibi, Füzuli, Xətai, Nişat, Bahar, Seyid 
Əzim,  Nəbati,  Məşədi  Azər,  Ə.Vahid  kimi  dühaların 
yaradıcılığına  kim  “ögey-yad”damğası  vura  bilər?..  
Azərbaycan  vəznşünaslığında  bu  kimi  fikirlərin  elmi 
mövqedən  səslənməsini  gülünc  hal  hesab  edirik. 
Bütün bunlar düzgün elmi şəkildə işlənib hazırlanmış 
tarixi poetikamızın yoxluğu üzündədir. 
   Bu vəziyyət verlibr şeirinin də araşdırılmasında xeyli 
sünii çətinliklərin yaranmasına səbəb olur. Amma milli 
ədəbiyyatşünaslığımızda 
bu 
sahədə 
müsbət 
addımların  tamamilə  atılmadığını  da  demək  düzgün 
olmaz.  Məsələn,  Əkbər  Ağayevin  aşağıdakı  fikirləri 
vəznlərin 
tədqiqi 
sahəsində 
Azərbaycan 
ədəbiyyatşünaslığında 
həm 
müsbət 
meyllərin 
olduğunu,  həm  də  bəzi  qüsurlu  qənaətlərin  özünə  
hələ  də  yer  aldığını    açıq-aydın  göstərir:  “Türkdilli 
şeirin  qədim  poetikası  ilə  ərəb  poetikasının  vəzn  və 


 
194 
qafiyə sistemi arasında baş verən qovuşma, birləşmə 
və  qarşılıqlı  təsir  prosesi  X-XI  əsrlərdə  ilk  nəticələrini 
vermişdi. Biz bunu “Qutadqu Bilik” əsərində, Mahmud 
Kaşqarinin  məşhur  lüğətindəki  şeir  parçalarında, 
Azərbaycan  ədəbiyyatında  isə  bir  tərəfdən,    fars  və 
ərəb  dillərində  yaradılan  poetik  nümunələrdə,  digər 
tərəfdən  isə“Dədə  Qorqud”  əsərindəki  müxtəlif 
şeirlərin  bir  qismində  görürük.  Həmin  qarşılıqlı 
qovuşma  və  təsir  prosesinin  sonrakı  daha  güclü 
mərhələsi XIII-XIV əsrlərdə özünü göstərmişdir. Nəsimi 
poeziyasında  türkdilli  şeir  poetikasının  prinsipləri  ilə 
ərəb-fars  poetikası  prinsipləri    üzvi  surətdə 
birləşmişlər. Əruz vəzni və qafiyə prinsipləri də Nəsimi 
şeirində    xeyli  irəliləmiıdir,  bununla  belə  Nəsimi 
şeirində  qədim  Azərbaycan  şeiri  üçün  səciyyəvi  olan 
türkdilli  poetikanın  bir  sıra  elementləri,  o  cümlədən 
alliterasiya  izləri  də  qalır.”(Ə.Ağayev.  Göst.  əsər. 
Azərbaycan  jurnalı  №  1.  Səh.:191-192).  Mənfi  meyl 
burada  hələ  də  vəznlərin  hibridləşdirilməsi  kimi  bir 
prosesin  haqqında  bəhs  açılmasıdır.  Mənim  qəti 
fikrimcə,  heç  bir  vəzn  digər  vəzn  ilə  heç  vaxt 
hibridləşməyib.  Vəznlərin  yaranması  əlahiddə  bədii-
estetik  hadisədir.  Təsirə  qaldıqda  bu,  bütün 
zamanlarda  bütün  ədəbiyyatlarda  olub  və  olacaq. 
Əruzun  türkdilli  ədəbiyyata  gəlməsi  ayrıca  bir  ədəbi 
hadisədir. Onun ilk nümunələrində əski türk verlibrinin 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə