Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə45/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   82

 
179 
Nümanın  poetikası,  heç  şübhəsiz,  şaödaş  dünya 
şeirinin biliciləri üçün bu gün də əsl “dərslikdir”. 
   Onu da deyim ki,  bundan xeyli müddət sonra, yəni, 
İranda  70-ci  illərin  sonunda  İslam  inqilabından  sonra 
bu  cür    yenilikçi  cərayanlar  təkrar  baş  qaldıraraq,  öz 
yeniləşmə  axınlarını    azərbaycandilli  “Varlıq” 
jurnalında  da  davam  etdirdilər.  Əlbəttə,  bu  barədə 
geniş danışmaq da olar. Lakin bu bizim mövzumuzun 
sahəsi deyildir. 
   Ədəbiyyatşünaslıqda  Vəznin  yaranması  və  inkişafı 
məsələsinə  tarixilik  baxımından  düzgün  yanaşmaq 
lazımdır. 
Mədəni 
irsə 
düzgün 
elmi 
baxışın 
formalaşması onun həm qorunub saxlanması, həm də 
inkişaf  etdirilməsi  işində  yeganə  yoldur.    Bu  təməl 
prinsip tələb edir ki, əsərin həm məzmununa, həm də 
həmin məzmunla sıx vəhdətdə olan bədii formaya ilk 
öncə  tarixilik  baxımından  yanaşılsın.  Alademik 
M.C.Cəfərov  yazırdı:  “Qabaqcıl  ədəbi  ənənələrdə 
məzmun  cəhətdən  demokratik,  sosialist  (ictimai-N.F) 
ünsürlər  olduğu  kimi,  bədii  forma  cəhətdən  də 
demokratik, 
sosialist 
(ictimai-N.F.) 
ünsürlər 
vardır.”(M.C.Cəfərov. Şeirimizin dili və vəzni haqqında. 
Məqalə.  Füzuli  düşünür  kitabı,  Azəruşaqgənc 
nəşriyyatı,  Bakı-1959,  səh.:  218).  Bu  cəhətdən  pr. 
Əkbər Ağayevin Əski Türk Xalq verlibr şeirindən heca 
və  digər  sistemli  vəznlərə  keçidin  spesifikasını      əks 


 
180 
etdirən fikirləri  Sovet dövrü üçün ədəbiyyatşünaslıqda 
üstün  fikirlərdən  biri  kimi  daha  çox  maraq  doğurur: 
“Türk  sistemli  Azərbaycan  dilinin  öz  quruluşu  da  bu 
hər  iki  imkana  (tonik  və  sillabik  vəznlər  nəzərdə 
tutulur-N.F.)  yol  verirdi,  yəni  ritmik  vahid  olan 
təqtilərdə  (ritmik  bölgüdə)  alliterasiya  söz  kökü 
morfemlərinin  vurğusuna  əsasən  güclü  başlanğıc 
uyğunluğu (səs və heca təkrarı) yaradırdı, beləliklə də, 
sonrakı hecaların tədriclə eyni kəmiyyətdə və təqtidə 
(bölgüdə)  poetik  təşkili  üçün  yol  açırdı.  Əvvəllər  bir 
müddət  (alliterasiyanın  başlanğıcda  güclü  olduğu 
dövrdə)  misraların  sayı  çox  fərqli  olurdu,  amma 
getdikcə  bu  fərq  azalırdı,  buna  görə  də,  məsələn, 
“Dədə  Qorqud”  şeirlərində  hecaların  sayı  fərqli  olan 
misralarla  bərabər,  hecalarının  sayı  bir-birinə  uyğun 
gələn  misralar  da  var.  Eyni  zamanda,    heca  və  səsi 
təşkil  edən  ,  onu  ritmik  vahidə  çevirən  alliterasiya 
tonik  vəzn  üçün  də  yolaçırdı,  çünki  hər  təqtidə 
(bölgüdə)  olan  hecaların  deyilişinə,  tələffüzünə  sərf 
edilən vaxt  bütün misradakı hecaların ritmik təşkilində 
mühüm rol oynayırdı. Yəni hecanın sayının misralarda 
artıqlığı  və  ya  əskikliyi  səsin  və  ya  hecanın  deyilməsi 
vaxtı ilə tənzim olunurdu. Bu isə tonik vəzndən metrik 
vəznə açılan yol idi. ”(Əkbər Ağayev. Azərbaycan sovet 
poeziyası.  Monoqrafiya,  Azərbaycan  jurnalı,  Bakı-
1974,  №  1,  səh.:132-133;  Seçmələr  bizimdir-N.F.  ). 


 
181 
Burada  mübahisəli  xeyli  məqamlar  olduğu  göz 
qabağındadır. Əvvəla, sovet ədəbiyyatşünası əski türk 
şeirini  “tonik  vəzn”  adlandırır,  heca  metrikasını  isə 
“metrik vəzn” adlandırır. Beynəlxalq terminologiyada 
“metrika” vəzn deməkdir. Bu termin bütün vəznlərin 
ortaq  terminoloji  aparatına  şamil  edilir.  Alim 
anlayışları dolaşdırmışdır. Tutaq ki, onun dilində “tonik 
vəzn”  Əski  Türk  verlibr  şeirinin  vəzni  kimi  başa 
düşülmüşdür.  Bu  mülahizələrdə  Türk  dillərinə  xas 
olmayan  daha  bir  xüsusiyyətdən  bəhs  edilir.  Belə  ki, 
vurğudan-tonizmdən  danışılır.  Lakin  söz  vurğularının 
sabit  yeri  olmayan  türkdilli  xalqların  heç  birində  heç 
vaxt tonik şeir olmayıb və olmayacaq. Nəhayət, Heca 
vəzni Əski Türk azad şeir sistemindən heç zaman başqa 
bir 
vəznə 
“transformasiya 
”olunmayıb 
və 
olunmayacaq. 
Sadəcə, 
buradakı 
müqayisələr 
mücərrəd  təxminlərdən  başqa  bir  şey  deyil.  Bu 
probllemin  ortaya  çıxmasına  əsas  səbəb  milli 
ədəbiyyatşünaslığımızda  Əruzun  tədqiq  qədər  Heca 
sisteminin 
tarixi 
poetikada 
indiyəcən 
ciddi 
araşdırılmamasıdır.  Heca  vəznli  ilk  şeir  nümunələri 
türkdilli  yazılı  ədəbiyyatda  dini-mistik  şeirlərin 
mətnində  gızə  dəyir.  Müxtəlif  buddist,  maniçi,  hind-
sanskrit,  pəhləvi-zərdüşt  mətnlərin  tərcümə  və  ya 
orijinal  bədii  ifadəsi  olan  mətnlərin  xaricində  Qədim 
Türk  şeirində  heç  bir  yazılı  nümunədə  Heca  vəzni 


 
182 
nəzərə çarpmır. Bu, çox təbii və məntiqi haldır. Digər 
ictimai  sahələrdə  olduğu  kimi  Ədəbiyyatda  da  ilk 
məcburi 
kanonizasiyalar 
quldarlıq 
quruluşlu 
cəmiyyətlərdən 
başlanğıc 
götürür. 
Mətnin 
kanonizasiyası  daha  çox  Quldarlığın  monoteizm 
mərhələsi ilə bağlıdır. Yazının kahinlər əlində silah kimi 
qorunduğu  dövrlərdən  etibarən  Allaha  aid  edilən 
mətnləri fövqəlbəşər hesab edilən kahinlər mühafizə 
etmək  məqsədləri  üçün  kanonlaşdırmağa  məcbur 
idilər.  Bu  belə  də  oldu.  Monoteizm  uğrunda  ilk  açıq 
mübarizə eramızdan əvvəl XXI əsrdə baş verdi. İlk dəfə  
talmudistlər-  Tövrata  şərh  yazan  yəhudi  ravvinləri 
müqəddəs  mətnlərin  ilahi  mənşəyinini  nəzərə  alıb, 
onun  toxunulmazlığına  və  ehkamlaşdırılmasına  qərar 
verdilər.  Bu  tarixdə  bizə  məlum  olan  bildiyimiz  ilk 
mistik  kanonlaşdırmadır.  Sonralar  xristianlıqda  və 
İslam dininin yaranması və inkişafı ərzində müqəddəs 
mətnlərin  kanonizasiyası  prosesləri  davam  etdirildi. 
Dini-mistik  şeirlərdə  də  eyni  hal  baş  verdi.  Şeir 
vəznlərinin kanonik xüsusiyyətləri ilk başlanğıcdan dini 
xarakterlidir.  Yalnız  sərt  kanonik  sistemlə  qapanıb 
qalmamış Azad şeir barədə bunu demək olmur. Çünki 
Avrasiya  coğrafiyasının  əsas  siması  olan  slavyan-türk 
superetosunun  klassik  Quldar  pejimlərindən  keçib 
gəlmədiyi 
danılmaz 
tarixi 
faktdır. 
Moskva 
mərkəzləşdirilmiş  çarlığının  Monqol-tatar  Dövlət 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə