Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə41/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   82

 
163 
                                 ömrümüze. 
 
                                     Su başında durmuşuz, 
                                     Öncə kedi gidecek kaybolacak suda sureti. 
                                     Sonra ben gidecegim kaybolacak suda  
                                      suretim. 
                                      Sonra çinar gidecek kaybolacak suda sureti. 
                                      Sonra su gidecek geneş kalacak, sonra o da  
                                      gidecek. 
 
                                      Su başında durmuşuz,  
                                      çinar, ben, kedi, güneş, bir de ömrümüz. 
                                      Su serin, çinar ulu, ben şiir yazıyorum, kedi  
                                     uyukluyor, 
                                     güneş sıcak, çok şükür yaşıyoruz. 
                                     Suyun şavkı vuruyor bize,  
                                     Çinara, bana, kediye, güneşe, bir de  
                                     ömrümüze... 
 
     Bu  şeirin  poetik  sisteminin    tam-tamına  “Kitabi-
Dədə  Qorqud”  verlibrinin  metrik  və  ritmik 
xüsusiyyətlərini  daşıdığı  göz  qabağındadır.  Şeirin 
bütün misraları, demək olar, “s” səsi ilə başlayır. Şeirin 
bütün ritmi sintaktik paralelizmlər üzərində qurulub.  
“Kitabi-Dədə  Qorqud”un    “Dirsə  xan  oğlu  Buğac 
boyu”ndan yuxarıda gətirdiyimiz kiçik  şeir parçasında 


 
164 
da  eyni  ritm  texnikasi  və  metrik  kanonlar  tətbiq 
edilmişdir.  
                                  Boynu uzun bədəvi atlar gedərsə, sənin  
                                   gedər, 
                                  Bənim də içində binədim var, 
                                  Qomağım yoq qırq namərdə!   
                                  Qaytabanda qızıl dəvə sənin gedər,  
                                  Mənim də içində yüklətim var,     
                                  Qomağım yoq qırq namərdə!..    
                                   ........... 
 
Bu folklor şeirinin 19 misralıq   verlibr bəndində 6 dəfə  
“Qomağım  yoq  qırq  namərdə!”  ifadəsi  təkrir  kimi  
təkrarlanmışdır. Nazim Hikmət də “Nağıllar nağılı”nda 
eyni  ifadə  və  leksik  vahidləri  dəfələrlə  təkrarlayaraq, 
şeirin ekspressiv ifadə gücünü olduqca artıra bilmişdir. 
Hər  iki  azad  şeir  nümunəsinin  əsas  ritmik  ahəng 
vasitəsi  ritmik-sintaktik  paralelizmlərdir.“Kitabi-Dədə 
Qorqud”  verlibrinin  metrik  və  ritmik  xüsusiyyətləri 
bizdən  əvvəl  hörmətli  türkoloqlar:  akademik 
V.M.Jurminski  və filologiya elmləri doktoru, professor 
Kamil  Vəli  Nərimanoğlu  tərəfindən  ətraflı  tədqiq 
edildiyindən,  burada  geniş  tekstoloji  ritmometrik 
analiz aparmağa lüzum görmürəm.  
    Ötən əsrin 20-30- cu illərində vulqar marksist-leninçi 
ideologiyadan 
çıxış 
edən 
əksər 
sovet 


 
165 
ədəbiyyatşünasları  Velibr  şeirinə  qiymət  verərkən, 
klassik  şeirə  qarşı  Ümumittifaq  səviyyəsində    hücum 
kompaniyası aparırdılar. Onlar “yeni şeir” kimi qələmə 
verdikləri  verlibr  sənətini  onun  bütün  tarixi 
köklərindən  də  qırıb  atmaq  yolunu  tutmuşdular.  Bu 
hal Azərbaycan ədəbiyyatşünaslığında da xüsusi vüsət 
almışdı.  “Şeirimizin  və  şüurumuzun  xəstəlikləri 
haqqında”,  Ədəbiyyatda  rekonstruksiya”,  “Əskini 
yıxan,  yenini  quran  şair”,“Formalizm  və  naturalizm 
əleyhinə”  və  s.  məqalələrlə  çıxış  edənlər  bu 
fəaliyyətləri ilə Azad şeirin qədim Türk şeirindəki yerini 
də  dolayısı  ilə  rədd  edirdilər.  Bu  hərəkat  Qırmızı 
ideologiyanın  antitürk  proqram  fəaliyyətinin  əsas 
tərkib  hissələrindən  biri  idi.  Yarandığı  gündən 
bədməramlı  xarakter  daşıyırdı.    Belə  saxta 
prinsipiallıqla  kimi  M.Ə.Sabirin  satiralarının  əruz 
vəzninə  diqqət  yetirmədən,  onun  satiralarındakı 
inqilabi  məzmuna  uyaraq,  əruz  vəzninə  mühariə 
açırdı. Kimi də Azad şeirin nümayəndələrini qəti rədd 
edərək,  onları“süni    ədəbi  forma”  yaratmaqda,“şeiri 
formalizmə  aparmaqda”  günahlandırırdılar.  Əslində, 
ədəbiyyatın bütün dövrlər üçün əsas problemi yüksək 
səviyyəli bədii əsələr yaratmaqdan ibarət olub, olaraq 
qalır...  Ədəbiyyatın  bütün  ədəbi  növlərində  və 
janrlarında, şeirin bütün vəznlərində həmişə həm zəif, 
səviyyəsiz əsərlər, həm də şedevrlər yaradılmışdır.  


 
166 
   Həmin  illərdə  hələlik  eksperimental  səciyyə  daşıya 
yeni  Azərbaycan  verlibrini  haqlı-haqsız  hücumlardan 
qoruyanların  ilk  sırasında  özü  də  belə  şeirlər  yazan 
professor 
Mıkayıl 
Rəfili 
oldu. 
Azad 
şeirin 
müdafiəçilərindən 
Əli 
Nazim, 
M.Quliyev, 
M.Rzaquluzadə 
və 
b. 
Azərbaycan 
ədəbiyyatşünaslığının  həmin  dövrdəki  elmi-ideoloji 
vəziyyətinə uyğun səhvlər buraxırdılar. Bu məsələlərin 
geniş 
araşdırmasını 
verən 
Şamil 
Salmanov 
“Azərbaycan  sovet  şeirinin  ənənə  və  novatorluq 
problemi”(Bakı-1980,  Elm)  kitabında  yazır:  “Sərbəst 
şeir təkcə vəzn və qafiyə hadisəsi deyildi; əsrlər boyu 
işlənmiş  vəznlərdən  imtina,  qafiyəyə  üsyan  sərbəst 
şeir  mübahisələrində  bir  qədər  uca  səslənsə  də, 
əslində  mübahisə  --  şeirin  daxili  zənginləşməsi,  yəni 
insanın əhvali-ruhiyyəsi, dünyagörüşü ilə aşılanması və 
öz  növbəsində  bu  əhvalı-ruhiyyənin,  dünyagörüşün 
fəal  və  təsirli  bir  təbliğatçısı  olması  məsələləri 
ətrafında  gedirdi  ”(Səh.:  123).  Müəllifin  “sərbəst 
şeir”adlandırdığı verlibrin 20-30-cu illərdəki mübahisə 
probleminin  “sosialis  realizmi”  ədəbi  metodunun 
ideya-məzmun  tələbləri  ilə  bağlaması  vulqar 
sosiologizmə  yuvarlandığını  açıq  göstərir.  Hər  hansı 
ədəbi şeirin vəzn problemi ilə onun məzmun tərəfini 
süni  şəkildə  eyniləşdirmək  qeyri-elmi  qənaətbəxşdir. 
Dünya  ədəbiyyatə  tarixindən  bəzi  örnəklər  gətirmək 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə