Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə40/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   82

 
158 
metrik  üstünlüyünü  qoruyub  saxlaya  və  bərpa  edə 
bildi.  Bu  sıraya  Muğamatımızın  varlığı  üçün  həyatı 
əhəmiyyət  daşıyan  Əliağa  Vahid  yaradıcılığını,  onun 
Əruz vəznli qəzəllərini də daxil etmək lazımdır. Məhz 
bu amillər şeirimizdə Verlibrin mütləq hegemoniyasını 
dəf edə bildi. 
     Mən  hesab  etmirəm  ki,  bu  yaxşı  hal  idi. 
Azadfikirliyin  yeni  bir  dastanını  söyləyən  Azad  şeirin 
ustadları  çətin  yolun  yolçusu  oldular.  Dostum  və 
keçmiş tələbə yoldaşım Nizami Cəfərov “Xatirat”ında 
Vaqif  Səmədoğlunun  öz  atasının  yolu  ilə  getmədiyini 
yazır.  Lakin  Rəsul  Rzanın  yolu  ilə  getdiyini  yazmır... 
Vaqifin  azad  şeir  yolçuluğu  Azərbaycanda  modenist 
təmayüllü  poeziyanın  qarşılaşdığı  maneələrin  açıq 
ponaramıdır. 
    Şeirləri forma , obraz, mövzu cəhətdən hakim sovet 
ideologiyası ilə uzlaşmayan şair rəsmi tənqidin haqsız 
hücumlarına  susa-susa  yazmaqla  qarşılıq  verdi.  Bu 
dövrdə V.Səmədoğlunun cəmi iki kiçik şeirlər kitabı işıq 
üzü  gördü:  “Yoldan  teleqramlar”(1968)  və  “Günün 
baxtı”(1972).    Şairin  2016-cı  ildə  “Mütərcim” 
nəşriyyatında nəşr edilmiş “Sandıq şeirləri” adlı şeirlər 
kitabında arxa səhifədə oxuyuruq: “O, 70-80-ci illərin 
gənc  modernist  şairlər  nəslinin  ədəbi  Qurusuna 
çevrilmişdi.”  Azərbaycanın milli istiqlal dövrü illərində 
şairin  daha  iki  kitabı  sağlığında  işıq  üzü  gördü:  “Mən 


 
159 
burdayam,  İlahi...”(1996),  “Uzaq  yaşıl  ada”(1999). 
Azərbaycandan  xaricdə- Amerika,  Türkiyə,  Moskvada 
daha  çox  oxunan  şair,  nəhayət,  öz  vətənində  də  əsl 
oxucularını buldu. 
Salam, ata, salam. 
Bilirəm,  
arxamdasan. 
Məzarından  
cəmi əlli-altmış 
addım bu yanda dayanıb 
trolleybus gözləyirəm. 
Trolleybusa minib, 
sənin yanına gələnə qədər 
yaşamağa gedəcəyəm. 
Ömür bu imiş, ata? 
Gəldi... 
Salam, trolleybus, 
əlvida, ata... 
   Mən bu həzin şeiri  şairin tədqiqatçısı İ.Musayevanın 
“Vaqif  Səmədoğlu”(“Elm  və  təhsil”  nəşriyyatı,  Bakı-
2014) 
kitabından 
götürmüşəm 
(səh:-137). 
Təəccüblüdür  ki,  xanım  tədqiqatçı  nədənsə  bu  gözəl 
şeiri  “ritmsizlikdə”  tənqid  edərək,  estetik  təsirdən 
məhrum  hesab  etmişdir.  Alimin  çıxardığı  qənaət 
belədir:  “Sərbəst  vəzndə  ritmsizlik  şeiriyyətdən  və 


 
160 
estetik  təsirdən  məhrum  olmağa  məhkumdur”(Göst. 
kitab, səh:-138).  
    Vaqif  Səmədoğlunun  bu  gözəl    və  təsirli  əsəri  
müasir 
Azərbaycan  şeirində 
belə 
artıq 
öz 
“izlərini”qoymuşdur. Onun şeiriyyət və estetik təsiri 
hətta  poeziyamızın  ünlü  xanım  yazarlarından  hesa 
edilən  Sona  Vəliyevanın  “Salam,  ata!”  şeirində  açıq 
hiss olunur: 
Salam, ata, mənəm, gəlmişəm, 
Sən demişkən, sənin şəhərli balan... 
Amma elə deyil, vallah, 
Mən şəhərli olammadım. 
 
Tələbə oldum, 
Çox şeylər oxudum, bildim... 
Amma misalımı 
Oxuduqlarımdan deyil, 
Nənəmdən, babamdan çəkdim. 
(Sona Vəliyeva. Zaman xəbərsiz ötdü... “Qanun” nəşriyyatı, Bakı-
2012, səh: 86). 
     Əvvəla,  onu  deyim  ki,  Vaqifin  yuxarıda  misal 
çəkdiyim 
şeiri 
“sərbəst 
vəzndə” 
deyildir. 
İ.Musayevanın iradından aydın görünür ki, tədqiqatçı-
alim  “sərbəst  şeir”  dedikdə  haqlı  olaraq  bizim 
ədəbiyyatşünaslığımızdakı  tarixi-ənənəvi  prinsipləri 
əsas götürərək bu tədqiqatda oxucuya təklif etdiyimiz  
daxili  ritmikası  sərbəst  təqti  və  ya  təfilə  prinsipinə, 


 
161 
qafiyə sistemi “sərbəst qafiyə”quruluşuna malik olan 
disstrofik  azad  şeirlər  üçün      məqbul  sayılan  termini 
başa  düşür.  Lakin  başa  düşə  bilmir  ki,  Vaqif 
Səmədoğlunun 
həmin 
şeiri 
klassik 
verlibr 
nümunəsidir.  Bu  şeirdə  ənənəvi  ritm,  vəzn  və  qafiyə 
ünsürləri,  bənd  quruluşu  axtarmaq  lazım  deyildir. 
Əlbəttə, bu səhvi istedadlı xanım tədqiqatçının deyil, 
ümumən  ədəbiyyatşünaslığımızın  ayağına  yazmaq 
məcburiyyətindəyik.  Verlibrşünaslığın  izahı  digər 
metrik  ölçülərə  aid  anlayışlarla  verilə  bilməz.  Bu  çür 
təhlillər  ilə  müasir  rus  verlibr  şeirinin  atası, 
verlibrşünas-tətqiqatçı  Vladimir  Buriçin  bütün  bədii 
yaradıcılığını  Sovet  hökumətinin  gömüldüyü  məzara 
qoymaq lazım gələrdi... 
    1958-ci ildə (mənim təvəllüd ilimdə) ölməz Nazim 
Hikmət  məşhur  “Nağılların  nağılı”şeirini  oxucuya 
təqdim 
etdi. 
S.N.Xuruşşovun 
“mülayimləşmə 
çağının”  bütün  yeni  nəsli  kimi,  bu  imperiya  içində 
mənim  də  sonrakı  ədəbi  taleyimdə  və  bədii-estetik 
zövqümün  məyyənləşməsində  Nazimin  bu  əsərinin 
əvəzsiz rolu vardır. Həmin şeiri türkcə orijinalında Sizə 
təqdim etmək istəyirəm. Çünki bu şeirin ritmometrik 
xüsusiyyətləri  Nazimin  əski  Türk  şeirinin  kanonlarını, 
texnika və bədii ifadə üsullarını nə qədər mükəmməl 
mənimsədiyini  əyani  əks  etdirir.  Mən  ədəbiyyat 


 
162 
tarixində  texniki  və  bədii  ruhu  etibarilə  “Kitabi-Dədə 
Qorqud”a bu qədər yaxın ikinci bir əsər tanımıram: 
                                   Su başında durmuşuz çinarla ben. 
                                   Suda suretimiz çıkıyor çinarla benim. 
                                   Suyun şavkı vuruyor bize, çinarla bana. 
                                   Su başında durmuşuz çinarla ben, bir de  
                                   kedi. 
                                   Suda suretimiz çıkıyor çinarla benim  
                                    bir  de kedinin. 
                                    Suyun şavkı vuruyor bize, çinara, bana,   
                                   bir de kediye. 
 
                                  Su başında durmuşuz çinar, ben, kedi, 
                                  bir de güneş. 
                                  Suda suretimiz çıkıyor, 
                                 çinarın, benim, kedinin, bir de güneşin.     
                                 Suyun şavkı vuruyor bize,  
                                 çinara, bana, kediye, bir de güneşe. 
 
                                Su başında durmuşuz, 
                                çinar, ben, kedi, güneş, bir de ömrümüz. 
                                Suda suretimiz çıkıyor, 
                                çinarın, benim, kedinin, günəşin, bir də  
                                ömrümüzün. 
                                Suyun şavkı vuruyor bize, 
                                çinara, bana, kediye, güneşe, bir de   


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə