Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə42/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   82

 
167 
istərdim:  poman  janrının  həm  klassisizm,  həm 
sentimentalizm, həm romantizm, həm tənqidi realizm, 
həm  də  sovet  ədəbiyyatşünasının  mövüeyini  ifadə 
etdiyi  sosialist  realizmi  ədəbi  məktəblərində  yüksək 
bədii  səviyyəsyə  malik  nümunələri  vardır.  Əsərin 
ideoloji-estetik  tərəfi  onun  forma  deyil,  məzmun 
məsələsidir.  Bu  problemi  Azad  şeir  sisteminin  forma 
mübahisələrinə  şamil  edərək,  bundan  xüsusi  nəticə 
çıxarmaq  fərqli  anlayışları  bir-birinə  qatışdırmaqdır. 
Odur  ki,  20-30-  cu  və  ondan  sonrakı  illərdə  “sərbəst 
şeir”in  forma    mübahisısini  “vəzn  və  qafiyə” 
hadisəsindən  ayırıb,  daha  çox  “dünyagörüşü”nə  və  
ideologiyaya bağlamaq, əlbəttə, Şamil Salmanovun da 
düzgün bir elmi mövqedə durmadığını aydın göstərir. 
Müəmmalı  olan  bu  mövqe  alimə  imkan  vermir  ki, 
verlibrin  Əski  Türk  şeir  sistemi  olmağını,  bu  şeirdəki 
“ənənə  və  novatorluğu”  məhz  ideoloji  deyil,  metrik 
müstəvidə izah etməyə çalışsın. Ədəbiyyatın istənilən 
növündə,  o  cümlədən  şeirin  istənilən  vəznində 
istənilən  məzmunda  əsər  yaratmaq  mümkündür. 
Buna əyani misal olaraq, Azərbaycan Yazıçılar Birliyinin 
üzvü,  2007-ci  ildə  “Rəsul  Rza”ədəbi  mükafatçısı  İlqar 
Fəhminin  sosial şəbəkədə paylaşdığı “Sarı yarpaqlar” 
rədifli qəzəlindən bəzi beytlərə baxaq: 
      
Budaqlardan yerə gəlmiş qonaqlar, sarı yarpaqlar, 
       Qonaq? Yox, yox yetim qalmış uşaqlar, sarı yarpaqlar. 
 


 
168 
         ... Elə bil tapdalanmış haqqıdır məzlumların yerdə 
         Bu az ömürdə çox görmüş ayaqlar, sarı yarpaqlar. 
    
Əlbəttə,  burada  ənənvi  aşiqanə  Qəzəl  məzmunu 
yoxdur.  Lakin  vəzn  baxımndan,  Azərbaycan  milli 
əruzunun Həzəc bəhrinin (dördbölümlü  bütöv) Birinci 
növü vardır: 
 Məf*Aİlün     Məf*Aİlün    Məf*Aİlün    Məf*Ailün/ 
   İlqar Fəhminin əruz yaradıcılığında islahatçı meyllər 
az deyil. Məsələn, başa bir nümunəyə diqqət yetirək: 
     Dünya qəmini, vaxt ola, çiynimdən atardım, 
     Getsəydi, bu dünyanı beş-on şeirə satardım, 
                            dünyanı beş-on şeirə satardım 
                                                           və yatardım. 
 
     ...Son dəfə mənimçün gözünün yaşı axardı, 
       Göz yaşını son dəfə öpüşlərlə silərdim, 
                             Son dəfə öpüşlərlə silərdim 
                                                       və ölərdim. 
        (Sabir poeziya günləri. 150 şeir. Poeziya almanaxı. 
         Təhsil. Bakı-2012. Səh:162. 
    Buradakı  “yenilik”  ünsürləri  əruzun  müstəzad 
həzəcinin ayaqlarını xatırladır. Lakin şeirdəki sərbəstlik 
cəhdləri  onun  metrik  kanonları  içindədir.  Deməli,  bu 
“cəhdlər”    bizə  yalnız  o  haqqı  qazandırır  ki,  İlqar 
Fəhminin  bu  yeniliklərinə  də  sərbəst  əruzun 
prizmasından  yanaşaq.    Lakin  söhbət  metrik-ritmik 
kanonizasiyadan gedirsə, onda etiraf etməliyəm ki, bu 


 
169 
şeirdə  vəzn  baxımından  hər  şey  əla  vəziyyətdə  öz 
yerindədir.    Bu  şeir  mənə  “Ləbu-ləbu-ləb”  xalq 
mahnısını  xatırladır.  Həmin  mahnı  öz  şeir  mətninin 
ritmikasına görə Rəməl vəznindədir: 
     Bu gecə a/ yə baxıb, yar,/ səni yad ey/ləmişəm 
     Ləbu ləbu/ ləbu ləbu/ ləbu ləbu/ ləbu ləb 
           (fAilAtün / fAilAtün/ fAilAtün, fAilun) 
Lakin burada ənənəvi Əruz üzrə Qəzəl janrının tərtibi 
yoxdur.  Deməli,  mahnı  mətni  azad  əruz  tipinə 
uyğunlaşdırılmışdır. 
     Poeziyada təkrarların (epiforaların) ritmik xarakteri 
güniş  öyrənilmiş  mövzulardan  biridir.  Lakin  bu 
ünsürlərin leksik, fonetik, sintaktik, konstruktiv növləri 
ayrı-ayrı  şeir  vəznləri  üzrə  əsaslı  araşdırılmamışdır. 
Əruz vəzni üçün əruz qəliblərinin işlənmə kəmiyyəti və 
keyfiyyəti  Ə.Cəfərin  tədqiqatlarında  geniş  yer  tutur. 
Təssüf  ki,  bu  araşdırmalar  Ə.Cəfərlə  nöqtələnmişdir. 
Nə  orta  məktəb,  nə  də  ali  məktəblərin  Ədəbiyyat 
dərsliklərində 
klassik 
şeirin 
forma-vəzn 
xüsusiyyətlərinə  diqqət  yetirilir.  Halbuki  Rəməl  ritmi 
ilə  Həzəc  ritmikalı  şeirin  məzmunu  eyni  ola  bilməz. 
Bunlar onların muğamla ifasında da nəzərə alınmalıdır. 
Bu 
cəhətlər 
Üzeyir 
Hacıbəyovun 
musiqi 
tədqiqatlarında  geniş  araşdırılmışdır.  Bu  məsələyə 
sonra qayıdacağıq. 


 
170 
    Eyni mənada Azad şeirin də poetikası üçün müxtəlif 
çeşidli ritmik təkrarlanmalar mühüm bədii-konstriktiv 
əhəmiyyət kəsb edir. Müasir Azərbaycan şeirinin ünlü 
simalarından sayılan Əmir Pəhləvanın bu günlərdə işıq 
üzü  görmüş  son  kitabında  “Rəsul  Rza”    özgür  şeiri 
dediklərimizə əyani misaldır: 
                     Dünyada yenilik həmişə olmur, 
                      İnsanda da həmçinin. 
Amma 
Rəsul Rza adlı həmişəbhar 
bir şairi vardı Bakının. 
Həmişə yeniydi, 
gənc idi... 
 
Dünyada yenilik həmişə olmur, 
Şeirdə də həmçinin. 
Amma 
Rəsul Rza adlı şair vardı, 
“İndi də var” (Əli Kərim demiş)! 
Yeniliyin şairi idi. 
 
Nə qədər li Rəsul Rza vardır-- 
yenilik həmişə olacaq:                           
dünyada da, 
insanda da, 
şeirdə də. 
          (Əmir Pəhləvan. “Rəsul Rza” şeiri. Qanun nəşriyyatı,  


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə