Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə50/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   82

 
199 
                              tək söyüdün altda bir iz. 
Uzanırdı səs-səmirsiz. 
Meşə boyu, sahil boyu 
                                 heç bilmirdi 
Dünyanınmı sahilidi, Kürünmü bu... 
             (Nəriman Həsənzadə. Seçil. əsərləri. 7 cilddə. 2-ci 
              cild, Prometey nəşr., Bakı-2010, səh: 376-377). 
 
Bu  şeir  parçasını    heca  vəznli   hesab  etmək,  əlbəttə, 
qeyri-elmi  səslənərdi.  Şeirdəki    heca  ritmi  sərbəst 
səciyyəlidir.  Çünki  onun  ənənəvi  heca  vəzni  ilə 
uyuşmaz cəhətləri çoxdur: sabit qafiyə quruluşu, sabit 
misra  tərtibatı,  sabit  ritmik  qrup    kəmiyyəti  gözə 
dəymir. Bütün bu xüsusiyyətləri ilə o, tipik sərbəst şeir 
nümunəsidir.  N.Həsənzadənin  əksər  poemalarında 
vəzn sinkretizmi, yəni vəznlərdən qarışıq istifadə üsulu 
nəzərə çarpır. Şairin  bu üslubu onun  ədəbiyyatımıza 
gətirdiyi yenilik kimi də qəbul edilə bilər. Bu, yəqin ki,  
bizdən sonrakı tədqiqatçıların məşğul olacağı bir işdir. 
     Mən  çağdaş  Azərbaycan  şeirinin  ən  gənc,  daha 
doğrusu 
İstiqlal 
dövrü 
poeziyasının 
da 
nümayəndələrinin də verlibr (özgür şeir) yaradıcılığına 
diqqəti  çəkmək  istəyirəm.  Bu  gənc  şairlərdən  biri 
Cəmil  Cavanşirdir.  Cəmilin  “İndergraund.  Sevgilər” 
kitabı  2011-ci  ildə  “Qanun”  nəşriyyatında  işıq  üzü 
görmüşdür. 
Şairin 
bədii 
istedadını 
təhlil 
etməyəcəyəm.  Lakin  onun  özgür  şeirin  yaradıcılıq 


 
200 
təcrübəsinə maharətlə yiyələndiyini demək istəyirəm. 
Həmin  kitabdan  “Məni  unutmaq”  adlı  şeir  cəmi  üç 
misradır: 
məni unutmaq asandı, 
gözlərini yum, onacan say, 
ürəyində birini tut və məni unut. 
(səh: 69.)
 
Şeirdə  əski  ənənəvi  lirikanın  heç  bir  rundamenti 
yoxdur.  Sadə  bir  nəsr  təhkiyəsi  ilə  şair  öz  real 
vəziyyətini  sevgilisinə  izah  edir.  Burada  sintaktik 
paralelizmlər  ritm  ünsürü  kimi  çıxış  edir.  Başqa  bir 
şeirdən (“Bu, səni xatırlamaq deyil”) daha bir parçaya  
baxaq: 
səndən sonra çox şey dəyişib həyatımda, 
gecələr bir az uzanıb, 
telefonuma gələn zənglər kəsilib, 
            arıqlamışam bir az, 
saqqal saxlamışam, 
            gözlərim çuxura düşüb yuxusuzluqdan, 
günümə üç qutu siqaret, 
bir də göz yaşları tənha gecələrdə... 
(səh: 25). 
Cəmil  Cavanşirin  verlibr  yaradıcılığında  poetik 
üslubiyyət  nəzərə  çarpır.  Şair  heç  kəsi  imitasiya 
etmədən, öz sadə izharı ilə “dərdini anladır”. Əlbəttə, 
şeirin  misraları  seqmentiv  xarakter  daşıyır.  Onun 
ritmik konfuqurasiyasında da məhz poetik seqmentlər 
təhkiyə  ritmi  yaradaraq,  əsərin  şeir  kimi  qəbul 


 
201 
edilməsini  təmin  edir.  Məncə,  ədəbiyyatda  ən  gənc 
nəsilin poeziya yaradıcılığı üçün “texniki planda”bu cür 
peşəkarlıq nümayiş etdirmək çox yaxşı haldır. 
   Mən burada akademik Nizami Cəfərovun “İlk və son 
arasında  (Dəyanət  Osmanlının  yaradıcılığı  haqqında 
mülahizələr)” məqaləsindən bir  fikrini örnək gətirmək 
istəyirəm:  “Dəyanətin  bütün  şeirləri  bir  uzun  şənbə 
gününün payız nəğmələridir: 
                  Bu uzun şənbə günü 
                  yağış oxuyur 
                  xəzəl altında qalmış 
                  payız nəğməsini...” 
(N.Cəfərov. “İlk və son arasında (Dəyanət Osmanlının yaradıcılığı 
haqqında  mülahizələr)”  məqaləsi.  Tarixiliyin  müasirliyi...  və 
müasirliyin tarixiliyi. “Elm və təhsil”. Bakı-2011, səh: 152). 
Gətirilən  nümunədə  D.Osmanlının  cəmi  bir  nəsr 
cümləsindən ibarət 4 misralıq şeir  parçasını görürük. 
Lakin buradakı  hər bir misra seqmenti  həmin özgür 
şeirin  (verlibrin)  özünəməxsus  ritmikasını  yaradır. 
Gənc  nəslin  verlibr  texnologiyasına  belə  uğurlu 
münasibəti sevindirici haldır.  
   Bəzən  şairlərimizdə  qafiyədən  verlibr  bəndini 
tamamlamaq  üçün  “ayaq”  kimi  yersiz  istifadə 
edildiyinin şahidi oluruq. Məsələn Vaqif Bəhmənlinin 
yaradıcılığında bu xüsusiyyət adi hal sayıla bilər: 
... Qəlbinin  
ən dərin qatında 


 
202 
min il bundan sonra  da 
işıq saçan, 
amma çürüməyən 
o cilalı yaqutu 
görürəm, dostum. 
O cilalı yaqutun 
tək mənim yox, 
bütün yer üzünün 
ən dərin qatını 
işıqlandıracağına 
söz verirəm, dostum. 
                (Vaqif Bəhmənli. Beş damla. (Əminlik şeiri)  
                 Renessans. Bakı-2015, səh: 390). 
    Şeirin bədii gözəlliyinə söz yoxdur: bədii məna qatı, 
qayə  aydın  nəzərə  çarpır.  ritmik  tərtibat  ustalıqla 
yaradılıb.    Lakin  şairin  “görürəm,  dostum”,  “söz 
verirəm, 
dostum” 
kimi 
əski 
şeirin 
qafiyə 
rundamentlərindən nə üçün əl çəkmədiyi anlaşılmır. 
  Vaqifin  poeziyası  çağdaş  ədəbiyyatın  xüsusi  bir 
mərhələsi sayıla bilər. Onun verlibr peşəkarlığı çoxları 
üçün  örnəkdir,  amma  bütün  hallarda  Vaqifin  “qafiyə  
eşqi”  onu  tərk  etmir.  “Şeirin  doğulmağı”  şeiri 
Azərbaycan lirikasında əsl hadisədir. Vaif Bəhmənli bu 
şeirdə  sanki    dahi  rus  filoloqu,  ölməz  türkoloq 
akademik 
V.Jurminskinin 
“Şeir 
nəzəriyyəsi” 
kitabındakı “Sərbəst şeirin kompozisiyası” bölməsində 
qeyd  olunan    şeir  texnikasını  böyük  bacarıqla  tətbiq 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə