Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə51/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   82

 
203 
etmişdir.  Jirmunski    rus  “volnıy  stix”(sərbəst  şeir) 
təcrübəsində gətirdiyi örnək əsasında bu tip əsərlərdə 
epifora  səciyyəli  təkrarların,  sintaktik  paralelizmlərin 
kompozisional əhəmiyyətini qeyd edərək yazırdı: “Hər 
bir  strofik  sintaktik  qapanma-  mürəkkəb  və  ya 
birləşmiş bir cümləni, nəzərdə tutulan mükəmməl bir 
temanı  ifadə  edir.  Bu  sintaktik  və  tematik 
qapanmadan 
(bəndlənmədən-N.A.) 
başqa 
bəndlərarası sərhədlər son üç misrada  (örnək verilən 
şeirdə-N.A.) təkrarlanan “zvuçit mne imya tvoye trijdı 
blajennoye:  Aleksandriya”,“zvuçit  mne  imya  tvoye 
trijdı  mudroye:  Aleksandriya    və  sairədən  təşkil 
edilir.Sonluq  hər  bəndin  xüsusi  mövzusuna  uyğun 
variasiyada  bağlanır:  o,  bəndlərin  kompozisiya 
münasibətində  fərdiləşir  və  bununla  birlikdə  onları 
vahid bədii tamlıqda birləşdirir. Hər bir xüsusi bəndin 
daxilində  kompozisiya  qurucusu  kimi  sintaktik 
paralelizm  verilir.”
(V.Jirmunski.  Teoriya  stixa.  Sovetskiy 
pisatel. L.(Sankt.-Peterburq), 1975, səh: 533). 
     Vaqifin “Şeirin doğulması”şeiri Avrasıya şeir irsi və 
şeir  nəzəriyyəsindən  əxz  etdiyi  bütün  cəhətləri  ilə 
bərabər,    çağdaş  Azərbaycan  milli  ədəbiyyatına  əsl 
keyfiyyət  dəyişikliyi  gətirmişdir,  desəm,  yanılmaram. 
Çünki V.Bəhmənli də  eyni bir şeirdə “nöqtələr oynaşır 
gözüm  önündə”poetik  misrasını  xüsusi  ritmik  fiqur 
kimi    6  dəfə  təkrarlamaqla,  azad  şeirin  poetik  bənd 
ritmikasına əsl yenilik gətirmişdir. 


 
204 
Bununla  belə,  şair  daxili  hissələrdə  də  heca  şeirinin 
qafiyə  rundamenti  kimi“zülümə”,  “ölümə”  kimi  uzaq 
məsafəli  qafiyələrdən  istifadə  etməklə  bəzən 
sərbəstliyini 
məhdudlaşdırmaqdan 
da 
əl 
çəkinməmişdir. 
     Bir şeirin heca vəznində sayılması üçün misralardakı 
bərabər  heca  kəmiyyəti  ilk  şərtdir.  Vaqif  misralarda 
hecaların  kəmiyyətini  bəzən  qrafik  şəkildə    qeyri-
bərabər  vəziyyətə  salır.  Lakin  onları  misralarda 
“düzgün  tərtibat”üzrə  bərabərləşdirmək  çox  asandır. 
Deməli, şeirin bu cür qeyri-formal tərtibatı  hələ onun 
Heca şeiri olması anlamına gəlmir. Şeirin  Heca bəndi 
yaratması üçün bənd stabilliyi olmalıdır.  
   Odur  ki,  ədəbiyyatımızda  sərbəst  şeirlərin    rus 
şeirində  “volnıy  stix”,  yəni  Azərbaycan  variantı  ilə 
desək,  “sərbəst  şeir”  adlandırılması    üçün  xüsusi 
şərtlərin qorunması lazımdır. 
   Bəzən  bir  şeirin  vəznini  müəyyənləşdirərkən    çətin 
bir vəziyyət yaranır. Çətinlik onda olur ki,  şeirdə daxili 
təqti  ahəngi  gözlənilmədiyi  halda.  qeyri-stabil  heca 
ritmi  xüsusiyyətləri  onu    özgür  şeirə  də  yaxınlaşdırır. 
Bu  cür  sinkretizm  Vaqifin  yaradıcılıq  poetikasında 
ardıcıl nəzərə çarpır. “Şeirin doğulması”adlı əsərin  ilk 
misraları belədir: 
                      Canına qəsd eyləyən 
                      olmasa da nəslimdə, 


 
205 
                      şeir yazanda hər dəfə 
                      intihara can atıram  
                                                əslində... 
4+3 və 4+4 kimi ritmik təqti qruplarının konfiqurasiyası 
aldadıcıdır.  Əslində  şair  bədii  effekti  artırmaq  üçün 
şeirin vəzn problemini sinkretik əsasda həll etmişdir.  
 
Onlar çatıb görür ki, 
Iş işdən keçib artıq, 
Can calanıb zülümə, 
Qarnı burnuna qalxıb— 
Şair şeir üstədir... 
Amma  
Bununla belə 
Xəstə möhkəm xəstədi- 
Təslim etmir canını 
Göydən gələn ölümə! (səh: 349). 
Müəllif  şeirin  “doğulmasını”əsərə  təsviri    konkretlik 
verərək belə yekunlaşdırır: 
                  Toplayıb son gücümü 
                   kiridim deyə, 
                   o çığıran körpənin 
                   işıqlı alnından öpdüyüm anda 
                   həkimlər, polislər itir dumanda... 
 
            ...nöqtələr oynaşır gözüm önündə! 
(səh: 351). 


 
206 
     
 Vaqif 
Bəhmənli 
poeziyasının 
müasir 
ədəbiyyatşünaslığımızda az öyrənildiyini, bununla belə 
bütün  əsas  ədəbi  yeniliklərin  əsl  güzgüsü  olduğunu 
nəzərə  alaraq,  ondakı  müsbət  və  neqativ  cəhətlərin 
üzərindən  sükutsuz  keçməyə  üstünlük  verdim.  Şairin 
“Söz  haqqında  söz”  şeirində  vəzni  sinkretizmin  süni 
“ört-basdır”  cəhdi  nəzərə  çarpır.  Məsələn,  şair  heca 
ritmində yazdığı şeir parçasını qrafik şəkildə “sərbəst” 
hala salaraq, aşağıdakı tərtibatda təqdim edir: 
 
Söz 
          zəkat sayılmaz- 
                  min qaba pay çək, 
kisə də doldurmaz, 
             çuvala tay çək... 
Sellənsə leysan tək, 
gurlasa çay tək 
yuyuban aparmaz qan biləni söz! 
 
Taxıl tək qalxsa da 
                  axmaq beyində, 
bafa bağlasa da  
                      buğumu dən-dən, 
gülləyə uçmayıb quş dimdiyində 
hancarı kəsdirsin 
                   dən biləni söz? 


 
207 
 
Sözsüz ki, 
             sözdəndi  ruhun dərisi... 
Ruh— 
          dağın o üzü, 
                          sözdü bərisi, 
qurda yem olmazdı qoyun sürüsü 
bilsəydi kor olmuş çən biləni söz?.. 
                                    (səh: 364-365) 
Bu şeirin əsl  ölçüsü 6+5-dir. 6 bənddən ibarətdir. Lakin 
şairin  onu  nə  üçün  azad  şeir  tərtibinə  salması 
anlaşılmır. Vaqif istedadlı şairdir. Elə bilirəm ki, onun 
yratdığı həm azad şeir nümunələri, həm də heca vəznli 
şeirlər  əsl  sənət  nümunələridir.  Odur  ki,  onun  belə  
süni effektlərə ehtiyacı yoxdur.  
   Azad  şeir  poetikası  üçün  aparılan  araşdırmada  hər 
bir  differentiv  hal  ayrıca  əlamətləri  ilə  bərabər 
götürülməli, lakin o, eyni zamanda  ümumi kompleks 
xüsusiyyətləri  ilə  də  birgə  dərindən  nəzərdən 
keçirilməlidir.  Əks-halda  poetik  əsərin  ənənəvi 
görünməyən  vəzn  və  ritm  əlamətləri  onun  texniki 
müəyyənliyində tamamilə faydasız olar. 
     Bu  baxımdan  milli  ədəbiyyatımızda  xüsusi  hadisə 
sayılan  Xəlil  Rza  Ulutürk  yaradıcılığı  daha  çox  diqqəti 
çəkir.  Çünki  X.R.Ulutürk  poeziyası  sinkretik  şeirin  ən 
bariz nümunəsidir. Şairin “Geri  qaldım” şeiri 1978-ci 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə