203
etmişdir. Jirmunski rus “volnıy stix”(sərbəst şeir)
təcrübəsində gətirdiyi örnək əsasında bu tip əsərlərdə
epifora səciyyəli təkrarların, sintaktik paralelizmlərin
kompozisional əhəmiyyətini qeyd edərək yazırdı: “Hər
bir strofik sintaktik qapanma- mürəkkəb və ya
birləşmiş bir cümləni, nəzərdə tutulan mükəmməl bir
temanı ifadə edir. Bu sintaktik və tematik
qapanmadan
(bəndlənmədən-N.A.)
başqa
bəndlərarası sərhədlər son üç misrada (örnək verilən
şeirdə-N.A.) təkrarlanan “zvuçit mne imya tvoye trijdı
blajennoye: Aleksandriya”,“zvuçit mne imya tvoye
trijdı mudroye: Aleksandriya və sairədən təşkil
edilir.Sonluq hər bəndin xüsusi mövzusuna uyğun
variasiyada bağlanır: o, bəndlərin kompozisiya
münasibətində fərdiləşir və bununla birlikdə onları
vahid bədii tamlıqda birləşdirir. Hər bir xüsusi bəndin
daxilində kompozisiya qurucusu kimi sintaktik
paralelizm verilir.”
(V.Jirmunski. Teoriya stixa. Sovetskiy
pisatel. L.(Sankt.-Peterburq), 1975, səh: 533).
Vaqifin “Şeirin doğulması”şeiri Avrasıya şeir irsi və
şeir nəzəriyyəsindən əxz etdiyi bütün cəhətləri ilə
bərabər, çağdaş Azərbaycan milli ədəbiyyatına əsl
keyfiyyət dəyişikliyi gətirmişdir, desəm, yanılmaram.
Çünki V.Bəhmənli də eyni bir şeirdə “nöqtələr oynaşır
gözüm önündə”poetik misrasını xüsusi ritmik fiqur
kimi 6 dəfə təkrarlamaqla, azad şeirin poetik bənd
ritmikasına əsl yenilik gətirmişdir.
204
Bununla belə, şair daxili hissələrdə də heca şeirinin
qafiyə rundamenti kimi“zülümə”, “ölümə” kimi uzaq
məsafəli qafiyələrdən istifadə etməklə bəzən
sərbəstliyini
məhdudlaşdırmaqdan
da
əl
çəkinməmişdir.
Bir şeirin heca vəznində sayılması üçün misralardakı
bərabər heca kəmiyyəti ilk şərtdir. Vaqif misralarda
hecaların kəmiyyətini bəzən qrafik şəkildə qeyri-
bərabər vəziyyətə salır. Lakin onları misralarda
“düzgün tərtibat”üzrə bərabərləşdirmək çox asandır.
Deməli, şeirin bu cür qeyri-formal tərtibatı hələ onun
Heca şeiri olması anlamına gəlmir. Şeirin Heca bəndi
yaratması üçün bənd stabilliyi olmalıdır.
Odur ki, ədəbiyyatımızda sərbəst şeirlərin rus
şeirində “volnıy stix”, yəni Azərbaycan variantı ilə
desək, “sərbəst şeir” adlandırılması üçün xüsusi
şərtlərin qorunması lazımdır.
Bəzən bir şeirin vəznini müəyyənləşdirərkən çətin
bir vəziyyət yaranır. Çətinlik onda olur ki, şeirdə daxili
təqti ahəngi gözlənilmədiyi halda. qeyri-stabil heca
ritmi xüsusiyyətləri onu özgür şeirə də yaxınlaşdırır.
Bu cür sinkretizm Vaqifin yaradıcılıq poetikasında
ardıcıl nəzərə çarpır. “Şeirin doğulması”adlı əsərin ilk
misraları belədir:
Canına qəsd eyləyən
olmasa da nəslimdə,
205
şeir yazanda hər dəfə
intihara can atıram
əslində...
4+3 və 4+4 kimi ritmik təqti qruplarının konfiqurasiyası
aldadıcıdır. Əslində şair bədii effekti artırmaq üçün
şeirin vəzn problemini sinkretik əsasda həll etmişdir.
Onlar çatıb görür ki,
Iş işdən keçib artıq,
Can calanıb zülümə,
Qarnı burnuna qalxıb—
Şair şeir üstədir...
Amma
Bununla belə
Xəstə möhkəm xəstədi-
Təslim etmir canını
Göydən gələn ölümə! (səh: 349).
Müəllif şeirin “doğulmasını”əsərə təsviri konkretlik
verərək belə yekunlaşdırır:
Toplayıb son gücümü
kiridim deyə,
o çığıran körpənin
işıqlı alnından öpdüyüm anda
həkimlər, polislər itir dumanda...
...nöqtələr oynaşır gözüm önündə!
(səh: 351).
206
Vaqif
Bəhmənli
poeziyasının
müasir
ədəbiyyatşünaslığımızda az öyrənildiyini, bununla belə
bütün əsas ədəbi yeniliklərin əsl güzgüsü olduğunu
nəzərə alaraq, ondakı müsbət və neqativ cəhətlərin
üzərindən sükutsuz keçməyə üstünlük verdim. Şairin
“Söz haqqında söz” şeirində vəzni sinkretizmin süni
“ört-basdır” cəhdi nəzərə çarpır. Məsələn, şair heca
ritmində yazdığı şeir parçasını qrafik şəkildə “sərbəst”
hala salaraq, aşağıdakı tərtibatda təqdim edir:
Söz
zəkat sayılmaz-
min qaba pay çək,
kisə də doldurmaz,
çuvala tay çək...
Sellənsə leysan tək,
gurlasa çay tək
yuyuban aparmaz qan biləni söz!
Taxıl tək qalxsa da
axmaq beyində,
bafa bağlasa da
buğumu dən-dən,
gülləyə uçmayıb quş dimdiyində
hancarı kəsdirsin
dən biləni söz?
207
Sözsüz ki,
sözdəndi ruhun dərisi...
Ruh—
dağın o üzü,
sözdü bərisi,
qurda yem olmazdı qoyun sürüsü
bilsəydi kor olmuş çən biləni söz?..
(səh: 364-365)
Bu şeirin əsl ölçüsü 6+5-dir. 6 bənddən ibarətdir. Lakin
şairin onu nə üçün azad şeir tərtibinə salması
anlaşılmır. Vaqif istedadlı şairdir. Elə bilirəm ki, onun
yratdığı həm azad şeir nümunələri, həm də heca vəznli
şeirlər əsl sənət nümunələridir. Odur ki, onun belə
süni effektlərə ehtiyacı yoxdur.
Azad şeir poetikası üçün aparılan araşdırmada hər
bir differentiv hal ayrıca əlamətləri ilə bərabər
götürülməli, lakin o, eyni zamanda ümumi kompleks
xüsusiyyətləri ilə də birgə dərindən nəzərdən
keçirilməlidir. Əks-halda poetik əsərin ənənəvi
görünməyən vəzn və ritm əlamətləri onun texniki
müəyyənliyində tamamilə faydasız olar.
Bu baxımdan milli ədəbiyyatımızda xüsusi hadisə
sayılan Xəlil Rza Ulutürk yaradıcılığı daha çox diqqəti
çəkir. Çünki X.R.Ulutürk poeziyası sinkretik şeirin ən
bariz nümunəsidir. Şairin “Geri qaldım” şeiri 1978-ci
Dostları ilə paylaş: |