216
təcrübənin öyrənilməsi çox vacibdir. Bir halda ki, hər
bir milli vəznin daxili metroritmik xüsusiyyətləri həmin
xalqın ədəbiyyatında vəznlərarası qarşılıqlı daxili
zənginləşmədə bu və ya başqa şəkildə iştirak edir,
deməli, bu xüsusiyyətlərə də diqqətli yanaşmaq lazım
gəlir.
Bildiyimiz kimi, Xəlil ibn-Əhməd Əruz poetikasını
uzun və qısa, aşıq və qapalı hecalara tətbiq olunan 8
“fel” derivatının əsasında yaratmışdır. Onu da qeyd
edək ki, Xəlilin özü heç vaxt uzun-qısa heca anlayışını
işlətməmişdir. Bunu o, həcmcə bir hecadan altı hecaya
qədər olan təfilələr vasitəsilə ifadə etmişdir. Təfilələrin
hissələri əruzun rüknləri əsasında aydınlaşdırılır.
Səbəb, vətət və fasilə adlandırılan bu rüknlər 8 əsli
təfiləni təşkil edir. Ə.Cəfər yazır: “fə`Ulün, fA`ilün,
məfA`İlün, fA`ilAtün, müstəf` ilün, müfA`ələtün,
mütəfA`ilün, məf` UlAtü. Əruzun əsasını təşkil edən bu
əsli
təfilələrin
zihaflar
yolu
ilə
dəyişilməsi
nəticəsində... 70-ə qədər təfilə düzəlir. Bunların
qəliblərdə dördər, üçər, ikişər olaraq, müxtəlif
şəkillərdə düzülüşündən əruz vəzninin bütün bəhrləri
və onların növləri və növ variantları əmələ gəlir.”
(Ə.Cəfər. Göst. əsər. Səh.: 50). Bu “fel” sözünün 8
derivatından zihaflar (yəni onlara 7 hərf : a, t, s, `, f, l,
m, n, u, i artırmaqla və ya onları əksiltməklə ritmik
hissə yaradan təfilə təşkil edilmişdir. Bu əsli və
217
törəmə (zihaflı) təfilələr əsasında, Əkrəm Cəfərə görə,
Azərbayacan əruzunun 12 bəhri və onun cəm halda 92
növü, 266 variantı yaradılmışdır. Bunlar da 76 qəlib
üzrə formalaşaraq, ayrı-ayrılıqda müxtəlif klassik şeir
nümunəsinin
ümummisra
metroritmik
konstruksiyasını təşkil edirlər. Qəlib- misra ölçüsü
vahidi, təfilə isə misradaxili ritmik vahid kimi çıxış edir.
Elə buradaca qeyd edək ki, ərəb dilinin flektiv təbiətinə
xas olan “fel”və onun derivatları (əsli təfilələri), habelə
dolaşıq xüsusiyyətləri ilə bütün ərəb zihafları indiki
dövrümüzdə milli klassik şeirimizin nə izahında, nə də
yaradıcılıq təcrübəsində heç bir əhəmiyyətə malik
deyildir. Bu süni amillər Əruz şeiri üçün yalnız tarixi
poetika baxımından az-çox bir məna daşıya bilər. Əruz
vəzninin şeir təcrübəsi və tədqiqi üçün öyrənilməsi
bütün
bu
qeyri-milli
ritmik
konstruksiyaların
sadələşdirilməsinə və terminoloji aparatının tamamilə
milliləşdirilməsinə bu gün böyük ehtiyac vardır.
Əruzşünaslığın verdiyi məlumatlar deməyə əsas
verir ki, klassik şeirin bu qədər geniş və zəngin ritmik
imkanları onun Yazılı ədəbiyyatımızda 900 iillik
hegemonluğunu yaratmışdır. Buraya ayrı-ayrı klassik
şairlərimizin də dühasını, ideya-bədii məziyyətlərini
əlavə etmək lazımdır.
Lakin verlibr sənəti sahəsində də yeni tarix
başlanandan Uolt Uitmen, Pablo Neruda, Nazim
218
Hikmət, Lorka, Rəsul Rza, Neman, Mayakovski, Fazil
Hüsnü Dağlarca... kimi onlarca müqtədir sənətkarları
olmuşdur. Və bundan sonra da olacaqdır.
Hər bir şeir vəzni zamanla öz bədii imkanlarını
artırmaq istiqamətində irəliyə doğru təkamüldə olur.
Bu mənada, Əruzun öz-özünü ritmometrik planda
daim zənginləşdirmək üçün metrik təkmilləşməyə
məruz qalması eynilə digər vəznlərin də hər birinə xas
ümumi keyfiyyətdir. Lakin unutmaq lazım deyil ki, bu
zənginləşmə hər bir vəznin öz daxili imkanları
çərçivəsində mümkündür. Deyək ki, heca vəznində
yazan şair heç bir halda Sözü əruzda olduğu kimi
içindən bölüb müxtəlif ritmik qrupa daxil edə bilməz.
Onu bu qaydanı pozaraq baş metrik prinsipə xilaf
çıxması heç vaxt “zənginləşmə”yarada bilməz. Bunun
sadə bir adı var: vəzn pozuntusu. Bu cür hal eynilə
əruzda yazarkən eyni şeirin (deyək ki, Qəzəlin)
müxtəlif misralarında müxtəlif qəlib şəkli işlədən şair
üçün də eyni səhvdir. Bu cür vəzni tələbləri pozmaq
heç vaxt yenilikdən xəbər verməz. Azad şeir
poetikasında
bütün
vəznlərin
ritmometrik
ünsürlərindən azad şəkildə istifadəetmək, heç də
verlibri hibridləşdirmək demək deyil. Verlibrin ritmik
xüsusiyyətlərini sonrakı fəsilimizdə geniş izah
edəcəyik. Hələlik bir mətləbi qəti olaraq bilmək
lazımdır ki, Azərbaycan ədəbiyyatçünaslığında bir
219
dəfəlik qəbul etməliyik ki, hər bir şeir vəzninin
ədəbiyyatda meydana çıxması muxtar bir hadisədir, o,
öz xüsusi qanunauyğunluqları ilə “yaşamağa”
məcburdur, o cümlədən verlibr də hibrid bir vəzn
deyil, milli poeziyamızda əlahiddə metrik sistemdir.
Azad şeirin poetik təsvir və ifadə imkanları digər
vəznlərlə müqayisədə daha genişdir. Verlibrin
kanonizasiyası digər metrik siistemlərlə müqayisədə
kəskin qadağanlar, məhudlaşdırmalardan azaddır.
Lakin bir çoxlarının düşündükləri kimi heç də tamamilə
azad deyil. Azad şeirin metroritmik tərtibatında
qabaqcadan hazırlanmış (əruz qəlibləri, təfilələri və ya
heca vəzninə aid daxili və zahiri ölçülər (konkret bənd
quruluşu, misra daxili bölgü, müəyyən qafiyə sistemi
və s.) demək olar yox dərəcəsindədir. Bu, verlibrin özəl
metrik xüsusiyyətidir. Amma burada bir ciddi
diqqətdən yayınmamamlı bir Qızıl qayda var: bu
şeirdə ifadə edilmiş hər bir poetik fikrin, hər bir
emosional halın, hiss və həyacanın öz ritmi, öz xüsusi
ahəngi vardır. Velibrin ümumi ritmi ola bilmız. Heç bir
insan təbii halında söylədiyi fikirlərə görə eyni ruhi halı
yaşamır. Fikirlər ona görə fərqlidir ki, fərqli məna və
məzmunlar daşıyırlar. Deməli, onlar ayrı-ayrılıqda
fərqli ritm və ahəng ilə də deyilir. Yalnız verlibr insan
düşüncəsinin bu təbii ritmik halını öz xüsusiyyətilə
poetik bir dillə qoruyub saxlamağa qadirdir. Verlib hər
Dostları ilə paylaş: |