199
tək söyüdün altda bir iz.
Uzanırdı səs-səmirsiz.
Meşə boyu, sahil boyu
heç bilmirdi
Dünyanınmı sahilidi, Kürünmü bu...
(Nəriman Həsənzadə. Seçil. əsərləri. 7 cilddə. 2-ci
cild, Prometey nəşr., Bakı-2010, səh: 376-377).
Bu şeir parçasını heca vəznli hesab etmək, əlbəttə,
qeyri-elmi səslənərdi. Şeirdəki heca ritmi sərbəst
səciyyəlidir. Çünki onun ənənəvi heca vəzni ilə
uyuşmaz cəhətləri çoxdur: sabit qafiyə quruluşu, sabit
misra tərtibatı, sabit ritmik qrup kəmiyyəti gözə
dəymir. Bütün bu xüsusiyyətləri ilə o, tipik sərbəst şeir
nümunəsidir. N.Həsənzadənin əksər poemalarında
vəzn sinkretizmi, yəni vəznlərdən qarışıq istifadə üsulu
nəzərə çarpır. Şairin bu üslubu onun ədəbiyyatımıza
gətirdiyi yenilik kimi də qəbul edilə bilər. Bu, yəqin ki,
bizdən sonrakı tədqiqatçıların məşğul olacağı bir işdir.
Mən çağdaş Azərbaycan şeirinin ən gənc, daha
doğrusu
İstiqlal
dövrü
poeziyasının
da
nümayəndələrinin də verlibr (özgür şeir) yaradıcılığına
diqqəti çəkmək istəyirəm. Bu gənc şairlərdən biri
Cəmil Cavanşirdir. Cəmilin “İndergraund. Sevgilər”
kitabı 2011-ci ildə “Qanun” nəşriyyatında işıq üzü
görmüşdür.
Şairin
bədii
istedadını
təhlil
etməyəcəyəm. Lakin onun özgür şeirin yaradıcılıq