208
ildə qələmə alınıb. 4 hecalı sərbəst təqti ritmi ilə
yazılmışdır:
Çox şeyləri itirmişəm: malı, mülkü, dürrü, zəri.
Ən birinci: qolumdakı buxovları, əqlimdəki zəncirləri.
Yaralandım. Sağaldım da. Ürəyimdə yüz göynəyin
yeri qaldı.
Ömrü boyu barmağı da qanamayan,
Tikansız bir məftilə də ilişməyən öncüllərdən geri qaldım.
(Xəlil Rza Ulutürk. Seçilmiş əsərləri. Təhsil. Bakı-2012.
Səh: 175.)
X.R.Ulutürk
poeziyasının
bütün
sərbəst
nümunələrində sabit bənd quruluşu istisna olmaqla,
Heca vəzninin təqti, qafiyə və s. ahəng ritmlərindən
bacarıqla istifadə olunmuşdur. Onun hətta Rəsul Rza
üçün yazdığı şeirlərdə də (“Rəsul Rza həsrəti”(1983)
və s.) bu xüsusiyyətlər ritmometrik kompozisiyada
aparıcı yeri tutur:
Yavaş-yavaş qalxanda daş pilləkəndən ustad,
Dünyada ən uca ev bizim evimiz ola.
Haray düşə Salyana,
Qucaq-qucaq qızılgül çıxa bağlardan yola.
--Rəsul Rzadır gələn!
Bu misilsiz xəbərdən
Bağrıyanıq çöllərə bulaq suyu süzülə.
(səh: 224).
209
Azad şeirin milli ədəbiyyatımızda qanuni və tarixi
yerini tutmağında Rəsul Rza məktəinin, bəlkə də, ən
cəsarətli üzvü, mən deyərdim ki, Xəlil Rza Ulutürk
olmuşdur. Şeir vəznlərinin ideoloji planda basqılara
məruz qalması hadisələri tarixin müxtəlif dövrlərində
müxtəlif səbəblər üzündən baş vermişdir. Diqqəti bu
məsələyə çəkmək istəyirəm.
Uzun müddət ərzində milli türkdilli ədəbiyyatda
Azad şeirin populyar görünməməsinə gəldikdə, bunun
izahını daha çox tarixi sosiologiyada axtarmaq
lazımdır. Bu ilk öncə estetik prosesdən ziyadə, İslam
mədəniyyətinin təsiri altında gedən dini-ideoloji
hadisə olmuşdur. Əski türk azad şeirinin uzun illik
“sükutu” ədəbiyyatımızın islamizasiyası üzündən baş
vermişdir. Bu bir mənalıdır.
Lakin Sovet rejimi də öz totalitar prinsiplərini
ədəbiyyat üzərində kanonlaşdırmağa başlayan kimi,
repressiv şəkildə klassik şeirin nümayəndələrinə eyni
ideoloji basqını, bəlkə də, daha amansız formada
həyata keçirdi. Klassik yolla gedən şairlərə divanlar
tutuldu. Hətta elə bir zaman gəldi ki, əruz vəznli şeirin
çağdaş
ədəbiyyatda
işlənmə
səviyyəsi
sıfıra
bərabərləşdi. Verlibrin isə XX əsrdə ədəbiyyatımıza
təkrar qayıdışınının bir səbəbini uzun illər klassik şeirin
şəriksiz hegemoniyasına əks bir ideoloji təmayülün
güclənməsi ilə izah etmək lazımdır. Bu sovet
210
mədəniyyətində məhz özündən əvvəlkini inkara
qalxmış başqa bir sosial sifarişin və siyasi təlabatın
təsirinin nəticəsi idi. Sovetizmin gedişatı ərzində vəzn
və bədii janrlara qarşı bu cür vulqar ideoloji baxışlar
60-cı illərdən etibarən asta-asta aradan getdi, onlara
müəyyən qədər son qoyuldu...
Bizim qəti fikrimiz belədir ki, tarixdə heç vaxt vəznlər
bir-birinə qovuşmamış, hibridləşməmiş, transfer
olunmamışdır. Lakin müxtəlif vəznli şeirlərin bir-birinə
təsiri, qarşılıqlı zənginləşməsi həmişə olub və olacaq.
Vəzn dildən kənarda ritm və ölçüləri müəyyənləşdirən
işarə sistemidir. Onun dilə tətbiqi üçün sistemin həmin
dilə yararlığı müəyyənləşdirilməlidir. Vəznlər nə qədər
fərqli xüsusiyyətlərə malik olsalar da, ritm və ölçüləri
müıyyənləşdirmə təyinatında ortaq funksiyanı icra
edirlər. Odur ki, hər bir vəzndə fərqli şəkillərdə olsa da,
məyyən ritmik qrupların yaradılması zəruri aksiyadır.
Azərbaycan verlibrinin dahi ustadı Rəsul Rzanın (1910-
1981) 1956-1960-cı illərdə qələmə aldığı “Qızıl gül
olmayaydı” poeması yuxarıda söylədiklərimizin əyani
nümunəsidir:
... İllərin o tayından gələn
yorğun yolçunu
belə adi işıqda
tanımaq da olmazdı.
Başını qaldıranda
211
gözlərim bircə anlıq
gözlərinə sataşdı.
Elə bil kimsə birdən
köhnə tanış kitabın
səhifəsini açdı.
Yenə qapandı kitab,
İndi qoçaqsan, buyur,
Min bir varaq içindən
O bir səhifəni tap!
XX əsr Azərbaycan şeirinin Qızıl gülü sayılan Mikayıl
Müşfiqin yarımçıq qalmış həyat hekayəti olan bu lirik
poemada Rəsul Rza ilk baxışda gözü aldadan misra
düzümləri arxasında çox gözəl və ahəngdar ritmik
sistem yaratmışdır. Bu sistemdə həm verlibrə xas
ritmik sintaktika, həm əruz təfilələrinə, həm də heca
bölgülərinə xas ritmik qruplar var.
Misraları adi cümlələr halına salıb, onlardakı əsl
ritmik qrupları aşağıda nəzərinizə çatdırırıq: İllərin o/
tayından (4+3)// gələn yorğun/ yolçunu (4+3) // belə
adi/ işıqda (4+3)// tanımaq da/ olmazdı.// Başını
qal/dıranda// gözlərim bir/cə anlıq // gözlərinə/
sataşdı. // Elə bil kim/sə birdən// köhnə tanış/
kitabın// səhifəsi/ni açdı.// Yenə qapan/dı kitab,
//İndi qoçaq/san, buyur,//min bir varaq/ içindən//
O bir səhi/fəni tap!//
Dostları ilə paylaş: |