220
şeydən öncə bir şeir sənətidir. Şeirin həansı vəzndə
olmasından asılı olmayaraq, mütləq bir şəkildə
müəyyən şərtilikləri olmalıdır. Bu şərtiliklər içində
başda gələn cəhət Verlibrin ritmik tərtibində dilin
sintaktik paralelizmlərinin metrik zərurətidir. XX əsr
Qərb modenizminin müəllifləri müxtəlif fikir
cərəyanları
(simvolizm,
futurizm,
sürrealizm,
absraksionizm və s.) ilə pərdələnərək, Azad şeirin
zəngin metrik imkanlarına nə isə mistik bir mahiyyət,
qeyri-adilik
verərək,
ədəbiyyatda
hər
cür“məzmunsuzluğu” xüsusi bədii məziyyət kimi
nümayiş etdirmək istədilər. Nihilizmin xüsusi tipi
olan bu hərəkat insanın ictimai həyatda fəal
mövqedən geri çəkilməsinə hesablanmışdı. Biz azad
şeirin korifeylərinin (N.Hikmət, V.Moyokovski, R.Rza,
Pablo Neruda) yaradıcılığında əksinə həyata fəal
əməli və fikri müdaxilənin şahidi olduq. Bir şeir
vəzninin ədəbiyyatdakı əsas funksiyası onun bədii
fikirləri, ideya və qayələri, estetik məramları gözəl
ifadəsindən ibarətdir. Gözəllik insan düşüncəsinin
olduğu yerdə nəzərə çarpa bilər. İnsanın özünü
düşüncədən əqidəli şəkildə məhrum etdiyi yerdə
poeziya yoxdur. Homerin, Yulluq Təkinin, Hafizin,
Götenin,
Puşkinin,
Bayronun,
Bəxtiyar
Vahabzadənin... fikir də düşüncələrindən kənarda
onların poeziyası nə anlam daşıya bilər? Poeziya
221
insanlığın xüsusi bir aləmi olaraq, yalnız həqiqətlə
cilalanmış cəsarətli bədii fikirlər səltənətidir.
Verlibrin bir vəzn kimi qəbul edilməsi onun üzərinə
əlavə fuksiyalar yükləyənlərə qarşı ən düzgün
mövqedir. Polimetrik xüsusiyyəti onu yeni-yeni musiqi
janrları üçün də yararlılı edir. Azad şeirin geniş metrik
xüsusiyyətləri bədii fikrin əsas leytmotivi üzərinə xeyli
əlavə poetik yarımfikirlər, ekspressivliyi artıran üslubi
keyfiyyətlər, təsvir və ifadə vasitələri artırmağa imkan
verir. Buna görə, Azad şeir poetikasında işlənən
terminoloji aparata makro və mikro misralar, verlibr
bəndi,
bütöv
mətn
mühiti,
ritmik-sintaktik
paralelizmlər, ön qafiyələnmə, alliterasiya, assonans,
daxili ritmik konstruksiya, daxili fikri ekspressiya,
zahiriritmik konstruksiya , tərtibat effektləri, poetik
təhkiyə dili, bədii assosiasiya və s. işlək terminlərin
daxil edilməsi lazımdır. Azad şeirdə ifadə edilən hər bir
poetik fikrin öz ritmi, öz ahəng sistemi, öz emosional
tonu olmaqla bərabər, həmçinin ümumi bir vəzn ritmi
də mövcuddur. Bu letmotiv xətt üzərində əsasən
bütün sintaktik paralelliyin ümumi ideya runu dayanır.
Məsələn, Rəsul Rzanən “Lenin” poemasının ritmik
leytmotivi ilə onun“Rənglər”silsiləsinin ritmik tonu
əsla bir yüksəklikdə və tezlikdə deyildir. Bu, verlibrin
digər şeir vəznlərindən fərqli əsas xüsusiyyətlərindən
biridir. Əgər əruzun rəməl bəhrinin eyni bir növündə
222
iki fərqli Qəzəli ucadan oxusaq, onların ritm və ton
səviyyəsi, demək olar ki, eyni olacaqdır. Lakin bunu
verlibr haqqında söyləmək əsla mümkün deyil.
Velibriistisnasız olaraq, bütün dünya dillərində XX-XXI
əsrlərin aparıcı şeir sisteminə çevirən amillərdən biri
də elə budur. Azad şeirin bütün dünya xalqlarının
dillərinə tətbiq imkanı vardır. Lakin bunu digər vəznlər,
məsələn, antik, tonik, tonik-sillabik və ya əruz vəznləri
haqqında
deyə
bilmərik...
Belə
poliritmik
xüsusiyyətləri verlibri digər vəznlərdən təqribən
klassik muğamla simfonik muğam arasındakı fərqlər
qədər ayırır.
İstedadlı şairimiz Əli Kərimin “Tənhalıq boşluq
deyil”şeirini bütün mətni ilə örnək gətirirəm:
Tənhalıq boşluq deyil—
Səni gözləyən varsa;
Doludur ümid günəşilə,
Həsrət ayparasıyla,
Kövrək qəmin alatoranıyla...
Doludur Braziliya stadionu kimi
Şıltaq nazla,
Dəli ümidsizliklə,
Janna d` Ark kimi qəhrəman ümidlə.
Verlibrin vəzn problemi ətrafında ilk sözə Avrasiyanın
XX əsr ən nəhəng ədəbiyyat nəzəriyyəçilərindən biri,
görkəmli rus alimi, məşhur “Tarixi poetika” kitabının
223
müəllifi A.N.Veselovskidən başlamaq istərdim. Ölməz
ədəbiyyatşünas “Tarixi poetika” əsərinin ilk fəslini
“Qədim poeziyanın sinkretizmi və poetik növlərin
differensiyasının
başlanğıcı”
adlandırmışdır.
A.Veselovskiyə görə, Qədim ədəbiyyat əski sinkretik
poeziyanın ilk başlanğıcı olaraq, kollektiv rəqs
mahnılarından qaynaqlanır. Kollektiv rəqs mahnıları
olan xoreylərdə ilk ədəbi janrların bütün əsas ünsürləri
– lirik, epik, dramatik olmaqla-sinkretik halda birgə
mövcud olmuşdur. Bunlar zamanla ayrılıb, müstəqil
növlərə çevrilmiş, lakin heç vaxt tamamilə bir-birindən
kəskinliklə təcrid olmamışlar. Ədəbi növlərin janr
müxtəlifliyi içində lirik, epik və dramatik ünsürlər
həmişə öz izlərini qoruyub saxlaya bilmişdir. Sinkretik
ədəbi növdən ilk ayrılan növ Lirikadır. Aedlər (böyük
həcmli süjet və mahnıların yaradıcıları və ifaçıları) və
raspodlar (bu süjet və mətnləri Baş qəhrəmanın və ya
müəyyən bir Hadisənin ətrafında dövrəyə salan
müğənnilər) nə qədər ciddi müqavimət göstərsələr də,
uzun illik Sinkretik növün müxtəlif növlərə ayrılmasına
əngəl ola bilmədilər. Xorun rəhbəri- Korifey mərasim
nəğmələrinin ilk ifaçısı idi. Sonradan Aktyor da
səhnəyə çıxdı və Korifey ilə sərbəst dialoqa girdi. Esxil
ikinci, Sofokl üçüncü aktyoru səhnəyə çıxardı. Evripidin
faciələrindən, Aristofanın komediyalarından etibarən
Dostları ilə paylaş: |