224
artıq Xor bədii sənətdə, sinkretik keçmişdən gələn öz
lirik hegomoniyasını tamamilə itirdi.
Heç şübhəsiz, bəşəriyyət tarixinin ilk Şagirdlərindən
(Qədim Şumer, Misir, Çin və Hindistandan) sonra
ortaya çıxmış ilk Müəllimimiz sayılan Antik
Yunanıstanın nəhəng şifahi xalq epopeyaları kimi
ortaya çıxardığı “İlliada” və “Odisseya”əsərləri bəşərin
mənəvi mədəniyyətinin inkişafında irəliyə doğru
atılmış ən iri addım sayılmalıdır. Miladdan öncə VII
əsrin əvvəllərindən Qədim Yunanıstanın ilk Quldarlıq
cəmiyyəti formalaşır. Eramızdan iki əsr əvvəl isə bu
quruluş bir daha Qədim Romada da qərarlaşaraq,
miladın VI əsrinə kimi sürür. Şərq anoloqları haqqında
danışmaq istəmirəm. “İlliada” və “Odisseya” daha çox
Quldarlıqdan əvvəlki yunan təfəkkürünün məhsulu
olmuşdur. Burada verilən Troya-Mikena savaşları da
azadlığı ilə qürurlanan insanların arasında getmişdir.
Onun səbəbi və sügeti isə “Eşq”üzərində qurulmuşdur.
Parislə Afroditanın məhəbbəti bu bədii savaş sügetinin
indiyəcən yaşamasına və minilliklərə ötürülməsinə
gətirib çıxarmışdır. Deməli, hər iki əsər epik olduğu
qədər də lirik vüsətə malikdir. Onun ilk mahnı
örnəklərini, heç şübhəsiz, qədim cəngavərlər: axeylər
və troyalılar Troya divarlarının yanında oxumuşlar.
Təsadüfi deyil ki, Homerdən sonra, qədim yunan şairi
Hesiod da Homerin nəğmələri ruhunda iki poema
225
yazdı: “Teoqeniya” və “Əməklər və Günlər”. Bu
əsərlərin hər ikisində ilk böyük “Allahların”- Uran və
Kronosun ədalətsizliyi və kobudluğuna qarşı üsyan
edib, onu devirən Zevs və onun yeni səma iqtidarı
tərənnüm edilmişdir. Zevs hakimiyyətə Ədalət
(Femida) və onun sevgilisi Müdriklik (Metida)
hesabına gəlir. Bu Zevs “İlliada”dakı Zevs deyil, həm
insanlığın, həm də allahların ali Başçısıdır. O, dünyada
haqqı pozulanların köməyinə gəlir, Yerdə və Göydə
ədaləti bərpa edir...
Lirika insanlığın azadlıq, ədalət, dövlətçilik, eşq və
qəhrəmanlıq duyğularından heç vaxt ayrı bir aləm
olmamışdır. Əski türk şeirinin yazarlarından biri Yollıq
Tekindir. O, Bilgə xaqanın tapşırığı ilə 731-ci ildə döyüş
yarasından
həlak
olmuş
Gültəkinin
şərəfinə“Gültəkin”(735) abidəsi kimi tanıdığımız Daş
bitiyi/kitabı “yazır”. Bədii və azadlıq ruhu etibarı ilə
Yolluk Tekin ilə miladdan əvvəl V-IV əsrlərdə Yunan xor
lirikasının ilk nümunələrini yaradan Pindar arasında
heç bir fərq gözə dəymir. Pindarın epinikilərindəki
(Zəfər nəğmələrindəki) ruh Yolluk Tekinin türk
qəhrəmanlığı barədə öyküləri ilə tam-tamına eynidir.
Spartalı
Tirteyin
etoloji
məzmunlu
ictimai
elegiyalarında daha çox Sparta dövlət quruluşu vəsf
edilmişdir.
Bu
xüsusiyyət
əski
Türk
verlibr
226
nümunələrinin bütün məzmununa xas bir
məziyyətdir.
Miladdan öncə V əsrdə yunan demokratiyasının
başında Perikli görürük. Mənim qəti qənaətimcə,
miladın 552-ci ilində Tümen (Bumın) xaqan
tərəfindən yaradılmış ilk Türk xaqanlığı da bütün
parametrləri ilə türk demokratiyasının ilk nümunəsi
idi. Quldarlıq xarakterində deyildi. Avrasiya azadlıq
ruhunun daşıyıcısı olan idarəçilik sistemi və azad bir
insan cəmiyyəti kimi onu yalnız ABŞ-ın ilk azadlıq
savaşlarının başında durmuş general C.Vaşinqtonun
dövri ilə müqayisə etmək olar. Amerikanların öz
ingilis keçmişinə qarşı bu şanlı savaşı ilə Türklərin öz
əski Çin əsarətinə qarşı barışmaz mübarizəsi
tamamilə səsləşir.
ABŞ istiqlaliyyəti Uolt Uitmeni, Ümumtürk
istiqlalçılığı Yulluk Tekini doğurmuşdur.
Ümumtürk yazılı ədəbiyyatının ilk lirik şairi uyğur
Apriçur Tigin hesab edilir. Öz tarixi Azadlıq ruhuna
Apriçur qədər bağlı olmadan, bu Qızıl sözü başqa kim
və necə söyləyə bilərdi: “Tanrım, Alpım (qəhrəmanım),
Begrəqim (Bayrağım/Bəy rəngim ) gövhərdən daha
üstündür!..”
Verlibrin poetik xüsusiyyətlərinə diqqət yetirərkən,
XX əsr dünya estetik fikrinin giqantlarından sayılan rus
filosofu
Yuri
Borevin
aşağıdakı
fikri
yadda
227
saxlanılmalıdır:“Əsərdə ideyalar və bədii reallığı
yaradan plastik obrazlar birləşdirilir. Dünyanın əsərdə
canlandırılan bədii konsepsiyası həmin dünyanın
müəyyən ideya-emasional dəyərləndirmə sahəsində
mövcud olan ideya-emosional sistemindən və
“plastik” lövhəsindən hasil olur.” (Yuri Borev. Estetika.
Bakı-1980. Gənclik nəşr. Səh.: 157). Qəti əminəm ki,
bütün bədii ədəiyyatlarda olduğu kimi, şeir sahəsində
də bədii məzmun ilə şeir texnikası arasında “ideya-
emosional
sistemlərdən”
və
“plastik
lövhələrdən”hasil olan poetik bağlılıq vardır. Çünki hər
bir “plastik lövhə” və “ideya-emosional sistem”
konkret bədii strukturda gerçəkləşdirilir. Verlibr
şeirində də konkret ritmik konfiqurasiyalarla ötürülən
bədii fikir və qayələr dəyişkən bədii məcazlar,
metaforalar, müqyisələr, metonimiya, assosiasiya və
s. vasitələrə bədii metroritmik kanonların tətbiqi
sayəsində ümumi bir poetik aləm yaradır: bu aləmdə
müəyyən təsvir-təhkiyə, tərənnüm və inkar, idilliya və
satirik münasibətlər, fəlsəfi-estetik görüşlər, habelə
konkret bədii məzmun qazanmış mövzular müəyyən
bədii təhlil və sintez süzgəcindən keçirilərək, sənət
əsəri statusu alır.
Dostları ilə paylaş: |