198
ürəyimə sarıdım.
Mahnımda,
nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
ulduzunu sevdim.
Üç rənginə öyrəndim,
hər üzünü sevdim.
Hücumdan, həmlədən qorudum...
(Rəşad Məcid. Bir də gəlməyəcək... “Təhsil”
nəşr., Bakı, 2015, səh: 66).
Müasir Azərbaycan şeirinin ağsaqqalı, sinkretik
şeirin ustadı, əvəzsiz lirik Nəriman Həsənzadənin
yaradıcılığı sərbəst şeirin vəzn xüsusiyyətlərini
araşdırmaq üçün ən faydalı mənbədir. Nəriman
müəllim üçün vəzn-ritm problemi deyilən bir şey
yoxdur. O istədiyi formanı rahatlıqla öz poetik
ovqatına və bədii fikrinin tələbinə görə tətbiq edə bilir.
Hələ 1962-ci ildə qələmə aldığı ,müəyyən müddət
Azərbaycanda əsirlikdə yaşamış alman hərbçilərinin
həyatından bəhs edən “Vətənsiz” adlı lirik söhbətlər
poeması bu baxımdan çox maraqlıdır. Əsərin
“Doqquzuncu söhbət”inin ilk misraları belə başlayır:
Heyran-heyran baxırdı o
Qarayazı meşəsinə.
Kür çayının o üzünə, bu üzünə.
Kür üstündə bir göy çəmən,
göy çəməndə bir tək söyüd,