Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə49/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   82

 
195 
bəzi  elementlərinin  işlənməsi  isə  vəzn  transferi  ilə 
bağlantısı  olmayan  haldır.  Bunun  transfer  kimi 
qiymətləndirilməsi  elmi  deyil.  Çünki  “Qutadqu  Bilik” 
poeması  Ə.Firdovsinin  işlətdiyi  mütəqarib  bəhrində 
ona  nəzərən  bir  türk  “Şahnamə”si    kimi  meydana 
çıxarılmışdır.  Azərbaycan  şeirində  acconans  və 
alliterasiyaların  mövcudluğu  Heca  vəznli  şeirdə  də, 
məsələn,  aşıq  şeiri  nümunələrində,  habelə  müasir 
şairlərimizin 
yazılı 
ədəbiyyatdakı 
bəzi 
cinaslı 
şeirlərində,  təcnisləində,  müxtəlif  lkirik  əsərlərdə  də 
daim nəzərə çarpmışdır. Bunu necə  transfer hadisəsi 
saymaq  olar?  Şeirlər  də  digər  bədii  nümunələr  kimi 
qarşılıqlı  şəkildə  bir-birindən  ortaq  ifadə  vasitələri, 
ritmik  ünsürlər,  mövzu  və  s.  baxımından  faydalana 
bilər, lakin heç vaxt heç bir vəzn sistemi digər metrik 
sistemə  transfer  edilə  bilməz.  Hesab  edirəm  ki, 
Ə.Ağayevin  dediyi  kimi  hibridləşmə  indiyəcən 
dünyanın heç bir ədəbiyyatında baş verməyib. 
    Azərbaycan lirikasının ünlü simalarından biri sayılan 
Tofiq  Mütəllibovun  heca  vəznli  bir  sıra  şeirlərinin 
tərtibində saxta “azad şeir” forması  nəzərə çarpır. Bu 
tərtibat  onun  şeirlərini  əsla  “heca  sistem”li    şeirdən 
çıxarıb, vəzn dəyişikliyinə səbəb ola bilməz. Aşağıdakı 
nümunələrə diqqət yetirək: 
Əlimi bir dost kimi 
                        sıxıb gəlir. 


 
196 
Xoş günləri mirvaritək 
                            yığıb gəlir 
İllərimiz. 
Qəlbimizdə danışacaq, 
                            dinəcəkdir. 
Hünərlərə, zəfərlərə 
                           dönəcəkdir 
        İllərimiz. 
         (Tofiq Mütəllibov. “İllətrimiz”şeirindən.  
      “Əbədi mahnı” kitabı, RİİB, Bakı-2013, səh: 127 ). 
Bu  şeir  parçasını  heca  vəzninin  bənd  sistemində 
düzüb,  onu  sillabik  tərtibata  salmaq  tamamilə 
mümükündür.  Lakin  T.Mütəllibovun  şeirləri  arasında 
sərbəst  şeirin  də  gözəl  örnəkləri  az  deyil.  Aşağıdakı 
şeirdə sərbəst təqti ritmi axıracan gözlənilsə də, bənd 
quruluşu  və sərbəst qafiyəliliyi heç bir ənənəvi heca 
bəndinə uyğun gəlmir: 
               Seyr edirəm şəkilləri: 
              Vüqar yağır, hünər yağır 
              Hər birinin baxışından. 
              Onlar Xəzər sahilinə  
                               Gəlmək üçün  
             Çıxıb güllə yağmurundan, 
             Keçib mərmi yağışından... 
                 (T.Mütəllibov. Göst. kitab. Səh: 184) 
Bu  cür  şeirləri  sərbəst  bənd  quruluşu  əsasında,  heca 
ritmik  sisteminə  baxmayaraq,  sərbəst  şeir  saymaq 


 
197 
lazımdır.  Lakin  həmin  şairin  “Azərbaycan”  adlı 
şeirindəki “sərbəst” tərtibat aldadıcıdır: 
                   Burda gözəlliyə açdım 
                                 qəlbimi, 
                   Burda salamladım qızaran  
                                         danı. 
                    Basıram bağrıma öz anam kimi 
                    Xəzərli, Göygöllü 
                                              Azərbaycanı! 
                      (T.Mütəllibov. Göst. kitab, səh: 761). 
    Şeirlərin  bənd  tərtibində  eyni  vəziyyət  Bəxtiyar 
Vahabzadə  poeziyasında  da  hökm  sürür.  Bir  daha 
diqqəti  vacib  olan  bir  məsələ  üzərinə  gətirmək 
istəyirəm:  sərbəst  təqti  və  ya  təfilə  sistemli  şeirlərin 
vəzn  müəyyənliyi  onların  hansı  vəzn  bəndində  real 
(qrafik  deyil)  olaraq  yazılmasından  asılıdır.  Şeir 
vəznlərinə  münasibət  heç  bir  halda  siyasiləşdirilə 
bilməz.  Çünki  poeziya  bütün  hallarda  ilk  öncə  ədəbi 
hadisədir. 
    İstedalı şair Rəşad Məcidin “Bayrağım” şeiri sərbəst 
qafiyə sisteminə malik tipik sərbəst şeir nümunəsidir. 
Maraqlıdır  ki,  Rəşadın  misralarında  heca  ritmik 
qrupları,  yəni  təqti  ahəngi  deyil,  azad  şeirin  aksent 
ritmi aydın sezilir: 
           Səni ən çətin 
           günlərimdə qorudum, 
           Beynimə həkk edib 


 
198 
           ürəyimə sarıdım. 
             Mahnımda, 
             nəğməmdə gizlədim. 
            Aya baxıb xatırladım, 
            ulduzunu sevdim. 
            Üç rənginə öyrəndim, 
             hər üzünü sevdim. 
            Hücumdan, həmlədən qorudum... 
                (Rəşad Məcid. Bir də gəlməyəcək... “Təhsil”  
                 nəşr.,  Bakı, 2015, səh: 66). 
    Müasir  Azərbaycan  şeirinin  ağsaqqalı,  sinkretik 
şeirin  ustadı,  əvəzsiz  lirik  Nəriman  Həsənzadənin 
yaradıcılığı  sərbəst  şeirin  vəzn  xüsusiyyətlərini 
araşdırmaq  üçün  ən  faydalı  mənbədir.  Nəriman 
müəllim  üçün  vəzn-ritm  problemi  deyilən  bir  şey 
yoxdur.  O  istədiyi  formanı  rahatlıqla  öz  poetik 
ovqatına və bədii fikrinin tələbinə görə tətbiq edə bilir. 
Hələ    1962-ci  ildə  qələmə  aldığı  ,müəyyən  müddət 
Azərbaycanda  əsirlikdə  yaşamış  alman  hərbçilərinin 
həyatından  bəhs  edən  “Vətənsiz”  adlı  lirik  söhbətlər 
poeması  bu  baxımdan  çox  maraqlıdır.  Əsərin 
“Doqquzuncu söhbət”inin  ilk misraları belə başlayır: 
             Heyran-heyran baxırdı o 
Qarayazı meşəsinə. 
Kür çayının o üzünə, bu üzünə. 
Kür üstündə bir göy çəmən, 
             göy çəməndə bir tək söyüd


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə