Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə57/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   82

 
228 
                                       
II Fəsil
 
             
   Azad şeir və ritm problemi 
  
    “Ritm”çox  geniş  anlayış  olub  həm  ədəbiyyat  və 
incəsənətin, həm sosial həyatın, həm də maddi-bioloji 
aləmin bütün sahələrini əhatə edir. Lakin o, aid olduğu 
hər  bir  sistemin  xüsusi  halı  və  qanunauyğunluqları 
üzrə  fəaliyyət  göstərir.  İnsan  orqanizminin  maddi  və 
fizioloji  ritmi  ilə  metropolisin  trafik  ritmi,  kainatın 
səma cismləri ilə saat əqrəblərinin ritmi eyni alqoritmə 
və  tezlik  herslərinə  malik  deyildir,  ola  da  bilməz. 
Bunların  tədqiqi  də  müxtəlif  nəzəri-təcrübi  üsullarla 
həyata keçirilir. 
    Şeir  ritminin  öyrənilməsi  də,  bu  baxımdan,  xüsusi 
bir sahədir. Bu mövzu ətrafında xeyli alimlər uğurlu 
araşdırma işləri aparmışlar. Onlardan V.M.Jirmunski, 
İ.V.Stebleva, 
Y.M.Lotman, 
X.Volşevnikov, 
M.Yanakiyev,  B.Temoşevski,  Q.N.Pospelov,  R.Rza, 
A.Axundov, K.V.Nərimanoğlu (Vəliyev), S.V.Kalaçeva, 
V.V.Kojinov,  S.D.Baluxata,  Q.A.Şenqeli,    E.Q.Etkind  
və başqalarının tədqiqatları xüsusi maraq doğurur. 
    Rus  şeirşünaslığının  metrlərindən  hesab  edilən 
Vladislav  Xolşevnikov  ötən  əsrin  90-cı  illərində  çox 
populyar olan “Stixovedeniye i poeziya”/ “Şeirşünaslıq 
və poeziya”kitabında rus  ədəbiyyat nəzəriyyəsinin ilk 
flaqmanları  Trediakovski  və  Lomonosovdan  tutmuş, 
son  giqantları-  V.M.Jirmunski,    L.İ.Timofeyev, 
B.V.Tomaşevskiyə  qədər    müxtəlif  mütəfəkkirlərin 
fikirlərinə  söykənərək  qəti  şəkildə  yazırdı:  “Priroda 


 
229 
stixotvornoqo 
ritma 
ne 
muzıkalnaya, 

yazıkovaya.”(Göst.  kitab.  Leninqrad-1991.  İzd.  LU.  
Səh.-11). 
      Lakin  qeyd  edim  ki,  poetikanın  çox  mühüm  bir 
sahəsi  olan  poetik  ritm  mövzusu  nə  qədər  geniş 
araşdırılsa  da,  hələ  də  ədəbiyyatşünaslıqda  problem 
məsələ  olaraq  qalmaqdadır.  Odur  ki,  konkret  bir 
vəznin 
xarakter 
xüsusiyyətlərinin 
müəyyənləşdirilməsində ən önəmli komponentlərdən 
biri  kimi  Ritmika    Azad  şeirin  də  ritm  sisteminin 
problem məsələsi olaraq, bu gün geniş elmi-nəzəri və 
praktik  araşdırmaya  möhtacdır.  Şeirin  ritmi  konkret 
milli  dilin  qanunları  çərçivəsində  götürülüb  izah 
edilməlidir. Bu sahədə Azərbaycan elmində müəllimim 
dr.  Professor  Kamil  Vəli  Nərimanoğlunun  “Linqvistik 
poetikaya 
giriş” 
(BDU 
nəşri, 
Bakı-1989) 
və 
“Azərbaycan dilinin poetik sintaksisi”(BDU nəşri, Bakı-
1981)  kitabları  mənim  üçün  çox  qiymətli  mənbələr 
olmuşdur. Birinci adı çəkilən əsərdə K.V.Nərimanoğlu 
çox  doğru  olan  belə  bir  mülahizəni  irəli  sürür:  “Əgər 
şeir-musiqi-hərəkət  sinkretizmi  ilk  sənət  şəkli  kimi 
qəbul  edilərsə,  oradakı  diferensiallaşma  şeirin  bədii 
mətni kimi ilk konstruktiv əsaslarını formalaşdırmışdır. 
Qədim insanların sözə inamı, sözün magik qüvvəsi şeiri, 
yəni  xüsusi  sırası  olan,  adi  danışıqdan  seçilən  söz 
komplekslərini  yaratmışdır.”  (Göst.  əsər.  Səh:-
92).Vladislav    Yevgeniyeviç  Xolşevnikov  Avrasiya 
geosiyasi məkanında “şeirşünaslıqda həqiqi inqilabın” 
rəhbəri  kimi,  yalnız  Andrey  Belının  adını  çəkir: 
“Şeirşünaslıqda  əsl  inqilabı  1910-cu  ildə  “Simvolizm” 


 
230 
kitabında  dördtəqtili  yamb  haqqında  məqaləsi  ilə 
Andrey  Belı  etmişdir.”(Bax:  Göst.  kitab.  Leninqrad-
1991. İzd. LU.  Səh.-6). Fikrinə davam olaraq alim yazır: 
“Burada  o  (-A.Belı-N.A.),    sübut  edir  ki,  şeirdə  vəzni, 
yəni yayınan metrik sxemləri (dördtəqtili yambı) deyil,  
ritmi,  yəni  bütün  çoxşəkilli  ritmik  variasiyaları 
öyrənmək  lazımdır...”  (Səh.-6).    Alim  doğru  olaraq, 
“intonasiya 
səslənən 
nitqin 
əsas 
məna 
elementidir”deyir  (səh.-85).  Onun  aşağıdakı  qənaəti 
azad  şeir  poetikası  üçün  də  çox  qiymətli  bir 
mülahizədir:  “İliada”nın  vəzni  (hekzametr-N.A)  ilə 
qəhrəmanlıq  hadisələrinin  ülviyyəti  haqqında  sakit 
nitqlə  verilən  və    ətraflı  təsvir  edilən    təəssüratlar 
qırılmaz bağlıdır” (səh.-86).  Yeri gəlmişkən deyim ki, 
dahi Üzeyir Hacıbəylinin“Azərbaycan xalq musiqisinin 
əsasları”  kitabında  da  müxtəlif  əruz  bəhrləri  ilə  ayrı-
ayrı 
muğam 
dəstgahlarının 
məna 
və 
ritm 
uyğunluğundan  geniş  bəhs  edilmişdir.  Deməli, 
verlibrdəki  azadfikirlilik  ruhunun  onun  poetikasının 
forma  xüsusiyyətlərində  də  təcəssüm  tapması  bir 
qanunauyğunluq kimi qəbul edilməlidir. 
      Azad  şeirin  ritm  xüsusiyyətlərini  düzgün  açıb 
göstərmək  üçün  onu  digər  şeir  vəznləri  ilə  qarşılıqlı 
müqayisəyə  cəlb  etmək  lazımdır.  Eyni  zamanda  şeir 
ritminin  poetik  funksiyasını  müəyyənləşdirmək  üçün 
həm  ədəbiyyatşünaslıq  poetikasının,  həm  də 
linqvopoetikanın  elmi  araşdırmalarının  mühüm 
nailiyyətlərinə düzgün tənqidi yanaşmaq, onların həm 
güclü,  həm  də  zəif  tərəflərini  dəqiq  surətdə 
müəyyənləşdirmək çox vacibdir.  


 
231 
    Dahi  ədəbiyyatşünas,  poetik  mətnin  təhlili  üzrə 
əvəzsiz  alim  Y.M.Lotmanın  “Şairlər  və  poeziya 
haqqında”(Sankt-Peterburq-1999,  İskusstvo-SPB,  ) 
monumental  kitabında  İosif  Brodskinin  “Uraniya” 
poetik  toplusu  üzərində  müşahidələrindən  ibarət 
“Əşya ilə boşluq arasında”/ “Mejdu veşyu i pustotoy” 
məqaləsində 
şairin 
“Stula 
həsr 
edilir”/  ”Posvyaşşayetsya  stulu”  şeirinin  təhlilindən 
bir  parçaya  diqqət  yetirək:  “Veşş,  po  Brodskomu,- 
aristotelevskaya 
entelexiya: 
aktualizirovannaya 
forma plyus materiya: 
            Stul sostoit iz çuvstva pustotı 
            Plyus kraşenoy materii...” (səh.-732) 
Lotman  haqlı  qeyd  edir ki,  əşya  ilə  məkanın  konflikti 
Brodski  şeirinin  xüsusiyyətidir.  Alim  şairin  “Gözəl 
epoxanın  sonu”/  “Koneç  prekrasnoy  epoxi”şeirindən 
məkan-zaman  duyğusunun  “yad”  və  “anlaşılmazlığı” 
ilə bağlı aşağıdakı parçanı örnək gətirir: 
Peremena imperii svyazana s qulom slov
s lobaçevskoy summoy çujix uqlov, 
s vozrastaniyem icpodvol şansov vstreçi 
   parallelnıx liniy, obıçennoy na 
  polyuse..  (səh.-736). 
     PS: Şeir parçalarının tərcüməsi  orijinalın mənası 
     təhrif edilməsin deyə aparılmadı .-N.A   
 
    Lotman    Sovet  emiqrantı  olan    Nobel  mükafatçısı 
İosif Brodskinin poetikasını izah edərkən onun boşluğa 
qarşı  əşya  aləmi  (veşestvennıy  mir)  ilə  mənəvi 
müqavimət göstərdiyinə xüsusi əhəmiyyət verir.  Yuri 
Mixayloviç  Lotman  bu  dahi    şairin  “Bəndlər”/ 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə