Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə60/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   82

 
240 
   Əkbər Ağayevin aşağıdakı fikri maraq doğurur: “Şeir 
sistemlərini  dilin  xüsusiyyətləri  dəyişmir.  Cəmiyyətin 
tatixi inkişafı ilə əlaqədar olaraq yaranan, yeniləşən və 
daim  hərəkətdə  olan  poetik  üslublar,  estetik 
konsepsiyalar  və  onların  irəli  sürdüyü  tələblər, 
qaydalar 
şeir 
şistemlərini 
də 
dəyişdirir, 
yeniləşdirir.”(Ə.A.  Göst.əsər.  №  1.  Səh.:  193).  Şeir 
sistemlərinin 
“dəyişilməsi”nin 
bədii-estetik 
üstqurumda  gedən  ideolji  proseslərin  nəticəsi  kimi 
götürülməsi,  əlbəttə,  yanlış  nöqteyi-nəzərdir.  Qədim 
fars  heca  metrikasının    Əruzun  qəbulu  ilə  sıradan 
çıxdığı  tarixi faktdır.  Lakin  mən  hesab  edirəm  ki, hal-
hazırkı  müasir  farsi  dili  ilə  qədim  fars,  orta  fars 
(pəhləvi)  və    yeni  fars  (dəri)    dillərin  arasında  dərin 
tarixi uçurum vardır. Bu məsələ araçdırılmayınca Fars 
şeirində  Heca  vəzninin  necə  yox  edilməsinin  sistem 
təhlili  mümkün  deyil.  Amma  Türk  şeirinin  bütün  əski 
və çağdaş nümunələri deməyə əsas verir ki, Türk azad 
şeir  sistemi  bu  xalqların bədii  düşüncəsindən heç  bir 
vaxt kənarda qalmayıb, bu və ya başqa formada (bəzi 
xalq mahnılarının mətnində, atalar sözlərində, cinaslı 
şeirlərdə  və  s.)    müəyyən  izlərini  daim  qoruyub 
saxlamışdır...  
     Dil və vəzn, dil və ritm məsələsi həllini tapmadan, 
müxtəlif poetik sistemlərin xüsusiyyətlərini üzə çıxarıb, 
konkret  elmi  nəticəyə  gəlmək  mümkün  olmayacaq.  
Verlibrin türk dilli mədəniyyətin içindən gələn milli bir 
ünsür  olması  kimsədə  şübhə  doğurmamalıdır.  Lakin 
onun  kanonik  qaynaqları  hələ  də əldə  olmadığından, 
bu sistemin Türk ictimai şüuru və ictimai-tarixi həyat 


 
241 
varlığı  ilə  bağlı  olan  tarixi  Azadlıq  doktrinasına 
bağlantısından  başqa  tutarlı  postulatımız  qalmır.  Bu 
arqument əski Türk verlibr mətnlərinin Azadlıq, İstiqlal 
savaşı  və  milli  dövlətçilik  əqidəsi  ilə  dolu  bir  bədii 
məzmundan  ibarət olması  ilə öz  tarixi  təsbitini tapır. 
Bu ruh Amerikada çox da uzaq olmayan əsrdə Azadlıq 
və İstiqlal savaşının milli ruhunu daşıyan Uolt Uitmen 
yaradıcılığının 
poetik 
təcrübəsində 
özünün 
mahiyyətini bir daha aşkarlamış və  üzə çıxarmışdır. 
    Milli  ədəbiyyatımızı  Heca  vəznli  şeirlə  başlamzaq 
istəyən  opponentlərimə  həmin  vəznə  “misrada  heca 
sayının bərabərliyi” kimi  verilmiş təriflərin bəsitliyini, 
primitvliyini    xatırlatmaq  istəyirəm.  Akademik 
M.C.Cəfərovun    1959-cu  ildə  yazdığı  məqalədə 
(M.C.Cəfərov. 
Füzuli 
düşünür. 
Bakı-1959. 
Azərbuşaqgəncnəşr.)  sillabik  vəzn  haqqında  bu  cür 
təriflərin  yetərsizliyi  barədə  fikirlər  tamamilə  haqlı 
səslənmişdir:  “İndiyə  qədər  Heca  vəzninə  verilən 
ancaq  ümumi  tərif  isə  ayrı-ayrı  xalqların  şeirində 
işlənən  bu  vəzn  haqqında  heç  bir  konkret  məlumat 
verə  bilmir.  Heca  vəzni  haqqında  bu  ümumi  tərifdə 
deyilir: əgər şeirdə ölçü vahidi olan heca təmiz halda 
götürülərsə,  mürəkkəb  deyilsə,  uzunlaşmaq  və  ya 
vurğu  yoxdursa,  ritm  belə  halda  hecaların  sayına 
əsaslanır  və  burada  sillabik  vəzn  doğur.  Bu  ümumi 
təriflə  Azərbaycan  şeirində  işlənən  Heca  vəzninin 
təbiətini, xüsusiyyətini aydınlaşdıra bilirikmi. Əlbəttə, 
yox.” 
    Müxtəlif  vəznlərin  ritmik  kanonlarını  dəqiq 
aydınlaşdırmadan, 
şeir 
texnikasının 
fərqli 


 
242 
xüsusiyyətlərini  də  düzgün  müəyyələşdirmək  olmaz. 
Əlbəttə, hansı vəzn sistemində olursa-olsun bədii ritm 
şeirdə eyni funnksiyanı icra edir. Lakin müəyyən fərqli 
və oxşar xüsusiyyətlər ilə. Bəzən bu oxşarlıq vəznlərin 
qarışıq  salınmasına  səbəb  olur.  Türkiyə  əruzşünası 
Əhməd  Aymutlu  məşhur  “Aruz”əsərində  (II  nəşr, 
İstanbul-1950) yazır: “Kaşğaridən əvvəlki türklərin də 
bir 
türk 
əruzu 
yaratmış 
olmaları 
ehtimal 
daxilindədir.”(səh.:  19).    Azərbaycan  da  da  bəzi  əruz 
araşdırmaçları  hətta  əruz  vəznini  şifahi  xalq 
ədəbiyyatına  qdər  aparıb  çıxarmışlar?..  Tədqiqatçı-
alim  Sabir  Əliyevin  “Azərbaycan  şifahi  xalq  şeirində 
əruz vəzni”,  ədəbiyyatşünas M.İ.Əliyevin“Azərbaycan  
şifahi  xalq  şeirinə  bir  nəzər”  və  d.  məqalələrdə 
müxtəlif  vəznlərin  bir-birinə  qarışdırılması  adi  hal 
almışdır. Müəyyən bir vəznin müəyyənləşdirilməsində 
birinci təyinat onun ritmik sistemidir. 
    Ritm  üçün  qısa  bir  tərif  vermək  istərdim:  Ritm- 
şeirdə poetik harmoniya yaratmağa xidmət edən fonik, 
leksik, sintaktik, strofik, konstruktiv və s. paralelizmlər 
olub,  ümumi  ahəng  sistemində  daha  çox  struktur-
ritmik rol oynayır. Bu ünsürlərin konkret hər bir şeirdə 
tamimilə  təmin  olunması  şərt  deyildir.  Əsas  məsələ 
aparıcı  leyt-ritmik  ünsürün  sabit  mövqedən  çıxış 
etməsidir.      
    Ritm konstruksiyalarının yalnız vənzlərin təyinatında 
deyil, 
eyni 
zamanda 
şeir 
janrlarının 
müəyyənləşdirilməsində də xüsusi rolu vardır. Burada 
da hansısa ritmik ünsür əsas tıyinedici  kimi çıxış edir. 
Məsələn,  heca  vəznindəki  4+3  bölgüsü  həmin  şeir 


 
243 
sistemini    əsasən  Bayatı  janrı  kimi  fərqləndirməyə 
səbəb olur: 
Aman, fələk, dad, fələk,               (4+3) 
Heç olmadım şad, fələk.               ( ... ) 
İçirdiyin şərbətdən 
Özün də bir dad, fələk. 
Burada  bölgü:  4+3,  qafiyə  sistemi  isə:  a,a,b,a  sxemi 
üzrə  qurulmuşdur.  Lakin  bəzi  hallarda  bədii 
məzmundan asılı olaraq, eyni ritmik şəkli forma fərqli 
janrların  da  meydana  çıxmasına  gətirib  çıxarır. 
Məsələn, yuxarıdakı sxemə malik Layla janrında da şeir 
mətni  mümkündür.Bu  cür  janr  deffinasiyası  üçün 
ritmik  konstruksiya  yerində  saxlanılmaqla  bərabər, 
bəzən  bədii  məzmun  fərqləri  də  mühüm  əhəmiyyət 
daşıyır. Deyək ki, müəyyən bir Layla, Bayatı, Tapmaca, 
Sayaçı  sözü,  Oxşama  və  s.  üçün  bu,  çox  önəmli 
məsələdir. Bu şeirin 2-ci misrasındakı “Heç” önqafiyə  
3-cü  misranın  “iç”  önqafiyəsi  ilə  təsadüfən  uzlaşma 
yaratmayıb.  Bu  açıq-aşkar  əski  Türk  verlibrinin  bir 
təzahürüdür.  1-ci,  2-ci  və  4-cü  misralardakı  qalın  və 
incə  saitlərin  müxtəlif  sözlər  ardıcıllığı  ilə  harmoniya 
yaratması da əksi şeirin Heca vəznli şeirə verdiyi ritmik 
zənginlik vasitəsidir. Lakin bu şeirin əsas  vəzn və janr 
təyinatı  sillabik  bölgü  və  qafiyə  sistemi  üzrə 
müəyyənləşmişdir. 
    Bu  cür  ritmik-konstruktiv  və  məna  xüsusiyyətləri 
eyni  vəznli  Əruz  şeirində  də  nəzərə  çarpır.  Bir 
mərsiyəni bir fəxriyədən, bir Naməni bir Bahariyyədən 
məzmundan başqa heç nə ilə ayırmaq olmur. Deməli, 
eyni  prinsiplərlə  Verlibr  şeirləri  arasında  da  gələcək 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə