Namiq Atabəyli Azad şeir və onun poetikası


  Yaxşını  yada vermə-  hayıfdır



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə63/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   82

 
252 
                          3.  Yaxşını  yada vermə-  hayıfdır, 
                  Yamanı yada vermə-  ayıbdır. 
                           (y-y-y) 
                           (y-y-y) 
 
   Göründüyü  kimi,  alliterativ  və  assonativ  ritm 
ünsürləri  hər  iki  nümunədə  sabit  mövqe  tutmuşdur. 
Bu  verlibr  şeir  sisteminin  ritmik  xüsusiyyətlərindən 
biridir.   
   “Kitabi-Dədə  Qorqud”dan  və  müstəqil  atalar 
sözündən  gətirdiyimiz  örnəklər  əski  şeir  sisteminin  
əsas    xüsusiyyətlərindən  birinin  xalq  yadarılıcığında 
daim yaşadıldığını əyani əks etdirir. Bu ritmik ünsürlər 
bu  günkü  poeziyamızda  hələ  də  fərqli  vəznlərin 
zənginləşməsində  əlavə  vasitə  kimi  bu  və  ya  digər 
şəkildə  iştirak edir. 
      Kamil  Vəli  Nərimanoğlunun  əski  Türk  şeir 
sisteminin  müasir  Azərbaycan  türkcəsinin  poetik 
sintaksisi  ilə  tamamilə  uyuşması,  liqvopoetik 
doğmalığı, kanonik sabit metroritmik milli xüsusiyyət 
daşıması  haqqında  elmi  düşüncələri  Azərbaycan 
ədəbiyyatçünaslığı  üçün  tarixi  poetika  sahəsində 
irəliyə doğru müsbət bir addımdır.  
       Azad  şeirin  əski  ritmik  ünsürlərinin  Dilimizin  
sintaksisi  ilə  necə  “qanuniləşməsi”,  kanonik  status 


 
253 
alması K.V.Nərimanoğlunun sintaktik paralelizmlərlə 
bağlı aşağıdakı təsnifatında tam təsdiqini tapır:  
    “1.  Dil-nitq (normativ-üslubi) paralelizm. 
    2.  Cümlədaxili-mətndaxili paralelizm. 
3.  Tam-yarımçıq paralelizm. 
  4.  Ortaq sözlü- ortaq sözsüz paralelizm. 
5.   Düz-əks  paralelizm.” 
   (Kamil Vəliyev. Azərbaycan dilinin poetik sintaksisi. 
   Bakı-1981. BDU nəşriyyatı. Səh.: 46) 
 
     Verlibr  vəzninin  digər  vəznlərə  xas  sabit  bənd 
kanonlarına  nisbətən  xeyli  sərbəst  görünən  strofik 
quruluş  xüsusiyyətləri  vardır.  Bu  xüsusiyyətlərin  ən 
öndə gələni şairlərin öz əsərlərinə verdikləri özəl şəkli 
formalardır. Maraqlıdır ki, bəzən eyni bir şeir mətninin 
müxtəlif  nəşrlərində  də    fərqli  poetik  formalar  ilə 
qarşılaşırıq.  Əlbəttə,  şairin  öz  şeirinə  verdiyi  şəkli 
forma  onun  bədii  məzmuna  olan  estetik  baxışlarının 
bir  hissəsidir.  Bu  mənada,“verlibr  bəndləri”-nə  şərti 
olaraq,  verlibrin  müəyyən  növ  müxtəlifliyi  kimi 
yanaşıb,  onları  Azad  şeirin  zahiri  forma-şəkil  üzrə 
aşağıdakı klassifikasiyasına daxil etmişik: Nəsr tərtibli, 
Dalğa  tərtibli,  Həndəsi  (kvadrat,  kub  və  s.)  tərtibli, 
Rəsm tərtibli və Qeyri-müəyyən tərtibli növlər. Strofik 
ritmin verlibrə uyğun şəkildə Əruz və Heca vəznli sabit 
şeir  janrlarının  sabitləşmiş  bənd  quruluşlarını    bəzən 
“dağıtması  hallarına”da  rast  gəlinir.  Lakin  bu  kimi 
məsələlərin geniş izahı bizi verlibr problemindən aralı 
salardı.  Kamil Vəli Nərimanoğlu Azad şeirə daxili ritmik 


 
254 
can  və  bədii  həyat  verən  “paralelizmlərin”izahını 
verərkən,  rus  alimi  İ.M.Afanasiyevin    fikirlərini  sitat 
gətirərək  yazır:  “İ.M.Afanasiyev  paralelizm  üçün    üç 
definisiya müəyyənləşdirib: 
1.   Üzvlərinin sayının eyniliyi, 
2.
 
Münasibət-nisbət eyniliyi, 
3.
 
Quruluş-struktura eyniliyi. 
Sintaktik paralelizm bu şərtlərin üçünə də cavab versə 
tam,  onların  ikisinə,  heç  olmasa  zəruri  olan  birinə 
cavab versə yarımçıq paralelizm olur.”(K.Vəliyev. Göst. 
əsər. Səh.: 53). 
     Poetika  mütəxəssislərinin  əksəriyyətinin  fikrincə, 
əski 
və 
çağdaş 
Azad 
şeir 
kanonlarının 
müəyyənləşdirilməsində İ.M.Afanasiyevin bu prisipial 
bölgüsü həlledici rola malikdir. 
     Lakin  verlibrin  ritmik  sisteminin  ədəbi-nəzəri 
izahında  bu  linqvopoetik  mülahizələr  hələ  az  şeydir. 
Bu təsnifatın mütləq qaydada qəbul edilməsi azad şeir 
yaradıcılığının  digər  metroritmik  sistemlərdən  fərqli 
bir  çox  cəhətinə  kölgə  sala  bilər.  Azad  şeirin  hər  bir 
nümunəsində yaradıcının ədəbi simasının özəl cizgiləri 
vardır. Məhz bu özəlliklər Vaqif Səmədoğlunun şeirini 
Adil  Mirseyiddən,  Vaqif  Cəbrayılzadəni  Ramiz 
Rövşəndən,  Fikrət  Sadığı  Əlisəmid  Kürdən,  Ələkbər 
Salahzadəni İsa İsmayılzadədən fərqləndirib ayırır... Bu 
özəllik  olmadan  Nazim  Hikmət  ilə  Rəsul  Rzanın 
yaradıcılığında  bir  yalnız  “tam  və  ya  yarımçıq 
paralelizmlər”nəzərə  çarpardı.  M.Füzuli  ilə  Seyid 
Əzimin  Qəzəllərinin  eyni  bəhr  və  eyni  variant 
növlərində şəkli forma baxımından heç bir fərqi gözə 


 
255 
dəymir.  Amma azad  şeirin  hər  bir  yaradıcısı hər yeni 
əsərində  hər  yeni  bədii  məzmuna  yeni  bir  forma- 
ritmometrik  arxitektura  vermiş  olur.  Bu,  azad  şeirin 
özəl metrik xüsusiyyətidir. 
   Mən  aşağıda  eyni  vəzndə,  yəni  özgür  şeirdə  yazan 
bir-neçə  şairin  şeir  parçalarına  diqqəti  çəkmək 
istəyirəm: 
         1.Əvvəl ilbizlərin səsi gəldi 
Sonra gecə quşlarının 
Arabir yol maşınlarının vıyıltısı 
Xışıltısı 
Küçə pəncərəsinə toxunan yarpaqların. 
Bir az sonra qaracın itlərinin 
Gecə oğrularının hürüşmələri 
Mənim kimi oyaq qonşumun gülümsəmələri... 
        (Sevinc Çılğın. “Gecənin səsi” şeirindən. Azərbaycan  
        şeiri antologiyası. Alatoran. Bakı-2013. Səh: 147) 
 
 2. Günəş küçəni ikiyə bölmüşdü, 
küçə boyunca sol tərəfdən evlərin kölgələri 
küsəyən uşaqlar kimi üzüqoylu yerə düşmüşdü; 
onlar sanki yıxılmışdı. 
(Səlim  Babullaoğlu.  “İlyas  Göyçəmənin  şəkil  dəftəri”  kitabı, 
“Şəklin indisi və beş dəqiqə sonrası haqqında” şeiri. ATV-“Parlaq 
imzalar” nəşriyyatı. Bakı-2016. Səh:51.)  
 
 
   3.göydə ayın görünməyən tərəfindən 
mosmor bir ruzigar əsəcək 
ruzgar yağmur gətirəcək 
sənə mənə ərmağan 
hüzün nəğmələri oxuyacaq 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə